Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1439/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi üzərində hüquqların qeydə alınması, məhkəmənin işin hallarını öz xidməti vəzifəsinə görə araşdırmaq vəzifəsi, natamam məhkəmə araşdırması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və vəkili X2, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil1, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X3, vəkili Vəkil2, üçüncü şəxs Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının vəkili Vəkil3 iştirakı ilə, İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra –cavabdeh) qarşı (üçüncü şəxslər: Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası) torpaq sahəsi və yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-35/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri Bin əqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 992 saylı sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün xxxx şərq hissəsində 31603243 məhəllədə 400,0 kv. metr torpaq sahəsi ayrılmış, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Həmin torpaq sahəsində inşa edilməsi nəzərdə tutulan fərdi yaşayış evinin eskiz layihəsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş və iddiaçı tərəfindən həmin torpaq sahəsində 2 mərtəbəli, hündürlüyü 9 metrə qədər olan yaşayış evi inşa edilmişdir. 2.İddiaçı ona Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qey də alınması üçün bir neçə dəfə cavabdehə müraciət etmişdir. 3.Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixli **********26 saylı məktubla iddiaçıya sənədlərin əslinin təqdim edilməməsi və torpaq sahəsində əlavə olaraq 2 mərtəbəli yaşayış evi inşa edildiyi üçün; xx.xx.2015-ci ildə **********67 saylı məktubla hüquqmüəyyənedici sənədlərin əslinin təqdim edilməməsi, iddiaçı tərəfindən əlavə torpaq sahəsindən istifadə edilməsi və Bakı şəhəri Binəqədi rayon İHB-nın 992 saylı, xx.xx.1999cu il tarixli sərəncamının həqiqiliyi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə sorğu göndərilməsi ilə əlaqədar imtina cavabı verilmiş; xx.xx.2018-ci il tarixli **********35 saylı məktubla xxxxndə yerləşən torpaq sahəsi ilə bağlı iddiaçıya xx.xx.2018-ci il tarixli **********06 nömrəli məktubla cavab verilməsi qeyd edil miş, həmin cavab məktubunda qeyd edilən araşdırmanın nəticəsindən asılı olaraq torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məsələsinə baxılacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1999-cu il tarixli, 992 sərəncamı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, H.Babaşov küçəsi, 2-ci dalanda ayrılmış 400 kv. metr torpaq sahəsinin və həmin ünvanda yerləşən 2 nömrəli fərdi yaşayış evinin üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin xx.xx.1999-cu il tarixli mü raciəti əsasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 819 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, xxxx şərq hissəsində 3160- 3243 nömrəli məhəllədə, həmin müəssisəyə ayrılmış 2900,0 kv.m. torpaq sahəsinin 400,0 kv.m. hissəsi Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli, 992 nömrəli sərəncamı ilə müəssisəsinin işçisi kimi iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. İddiaçıya ayrılmış torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi üçün eskiz layihəsi Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edildikdən sonra iddiaçı həmin torpaq sahəsində yaşayış evi inşa etmişdir. Sonradan Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/7485 nömrəli, xx.xx.2004-cü il tarixli məktubu ilə o nun tərəfindən inşa edilmiş fərdi yaşayış evinə “ünvan 1 ünvanı verilmişdir. İddiaçı qeyd olunan ünvandakı torpaq sahəsinə və torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir.
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, xxxxndə yerləşən torpaq sahəsinin mövcud istifadə vəziyyətinin araşdırılması Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən aparılır və qeyd olunan araşdırılmanın nəticəsindən asılı olaraq torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məsələsinə baxılacağı iddiaçıya bildirilmişdir. İddiaçının iddia ərizəsində göstərilən torpaq sahəsi elektron kadastr məlumatına əsasən təcili yardım stansi yasına ayrılmış 8,2 ha ərazidir, dövlət əmlakıdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bundan əlavə, sözügedən torpaq sahəsində 2 mərtəbəli yaşayış evi və anbar inşa olunduğu müəyən edilmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-270/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi təcili tibbi yardım stansiyasının ərazisində deyil, onun yaxınlığında yerləşir. İddiaçıya ayrılmış torpaq sahəsinin hər hansı başqa bir hüquqi və ya fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
9. Məhkəmənin həmin qərarından cavabdeh və üçüncü şəxs Bakı şəhəri T əcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən apelyasiya şikayətləri verilmiş, şikayətlərdə qərarın ləğv edilməsi və iddianın təmin olunmaması xahiş edilmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-35/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.M.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-270/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh və üçüncü şəxslər kassasiya şikayəti verərək həmin qər arın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişlər.
13. Üçüncü şəxs Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının kassasiya şikayəti kassasiya şikayətini vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1439/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Kasasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətlərinin dəlilləri
14. Cavabdeh kassasiya şikayətində iddia ərizəsinə qarşı verdiyi etirazın dəlillərini təkrarlamışdır.
15. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayətinin dəlillərinə görə apelyasiya məhkəm əsi ekspert rəyi olmadan torpaq sahələrinin üst-üstə düşmədiyi nəticəsinə gəlmişdir. Bundan əlavə, Binəqədi rayon İcra Hakimiyyəti qanunvericiliyi pozmaqla iddiaçıya torpaq sahəsi ayırmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətlərinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Baş Prokurorluq tərəfindən aparılan araşdırma ilə də ona ayrılmış torpaq sahəsinin üçüncü şəxsə ayrılmış torpaq sahəsinə heç bir aidiyyətinin olmaması təsdiq edildiyindən kassasiya şikayətlərinin dəlilləri əsassızdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında cavabdeh, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi və üçüncü şəxslərin vəkilləri kassasiya şikayətlərini müdafiə edərək onun təmin edilməsini, apelyasiy a instansiyası məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmaması haqqında qərar qəbul edilməsini xahiş etdilər.
18. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətlərinin dəlillərini qəbul etmədilər, kassasiya şikayətlərinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəl məsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrəd ək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qa nunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər material larla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Şikayətlər formal baxımdan lazımi qaydada əsasland ırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayətlər qəbul oluna bilən hesab edilir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Hazırkı iş üzrə iddiaçının tələbi ona ayrılmış torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqların qeydə alınmasıdır.
24. Formalaşmış məhkəmə təcrübəsinə əsasən bu qəbildən olan işlərə baxarkən məhkəmə araşdırması zamanı ilk növbədə ayrılmış torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmadığı müəyyən edilməlidir. Bu baxımdan, torpaq sahəsini ayırm ış orqanın həmin torpaq sahəsi üzərində sərəncam vermək səlahiyyətinin olub-olmaması, torpaqayırma qaydasında torpaq sahəsinin ayrılıb-ayrılmaması, ayrılmış torpaq sahəsinin kateqoriyası (hazırkı halda fərdi yaşayış evinin inşa edilməsinə icazə verilən torpaq kateqoriyasına aid olub-olmaması) yoxlanılmalıdır.
25. İşin apelyasiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 819 saylı sərəncamı ilə Binəqədi rayonu, 9-cu mrk-nun şərq hissəsində Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993cü il tarixli, 1654 nömrəli sərəncamı ilə “İzmir” kiçik müəssisəsinə avtomobillərin dayanacağı meydançasının və kiçik texniki xidmət məntəqəsinin tikintisi üçün ayrılmış ərazi mövcud istifadə vəziyyətində “xxxx” MMM-ə təhkim olu nmuşdur. “xxxx” MMM xx.xx.1999-cu il tarixdə məktubla Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 819 saylı sərəncamı ilə Binəqədi rayonu, 9-cu mrk-nun şərq hissəsində 3160-3243 saylı məhəllədə ayrılmış 2900 kv.m. torpaq sahəsinin 1900 kv.m hissəsini fərdi yaşayış evləri tikmək üçün müəssisənin işçilərinin adına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 992 saylı sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün xxxx şərq hissəsində 3160-3243 məhəllədə 400,0 kv.metr torpaq sahəsi ayrılmış, Binəqədi rayon İcra Hakimiyyəti başçısının aparatının Təsərrüfat Şöbəsinin müdiri tərəfindən torpaq sahəsinin cizgisi tərtib edilmiş, torpaq sahəsində inşa e diləcək yaşayış evinin eskiz layihəsi Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini və Binəqədi RİH-nin memarı tərəfindən təsdiqlənmiş, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinin planı və ölçüsü hazırlanmış və iddiaçı tərəfindən həmin torpaq sahəsində 2 mərtəbəli, hündürlüyü 9 metrə qədər olan yaşayış evi inşa edilmişdir.
26. Göründüyü kimi, iddiaçıya müvafiq torpaq sahəsi “xxxx” MMM-nin müraciəti əsasında Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən ayrılmışdır. Belə olan halda isə, ilk növbədə məhkəmə həmin torpaq sahəsi üzərində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin sərəncam vermək səlahiyyətinin olub-olmamasını və ayrılan torpaq sahəsinin kateqoriyasını müəyyən etməli idi.
27. Əgər sözügedən torpaq sahəsi üzərində sə rəncamvermə səlahiyyəti Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə aid olmuşsa, bu zaman torpaqayırmanın qanunla müəyyən edilmiş qaydada həyata keçirilib-keçirilməməsinə qiymət verilməlidir. Belə ki, iş materiallarında keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” mövcuddur. Həmin plan və ölçünün verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varislərindən tələb edilməlidir.
28. Bundan əlavə, cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina etməsinin əsas səbəbi iddiaçıya ayrılmış torpaq sahəsinin Bakı şəhər Fəhlə Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1971-ci il tarixli protokol qərarı ilə Təcili Tibbi Yardım Stansiyasına ayrılmış 8 ha torpaq sahəsini n hüdudları daxilində yerləşməsi ilə bağlıdır.
29. Bununla bağlı, apelyasiya məhkəməsi tərəfindən torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilsə də, torpaq sahələrinə dair hüquqmüəyyənedici, həmçinin torpaq sahəsinin texniki göstəricilərini əks etdirən sənədlərin (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü, sxem və sair) rəsmi surətdə təqdim edilməməsi, xidmət haqqının ödənilməməsi, tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaradılmaması səbəbindən ekspert tədqiqatının aparılması mümkün olmamışdır.
30. Buna baxmayaraq işə baxan apelyasiya instansiya məhkəməsi tərəflərdən lazımi sənədləri tələb etmək, həmin sənədlərin təqdim edilməsini tərəflərin vəzifələri olduğunu xatırlamaq əvəzinə, bu halı iddiaçının xeyrinə olaraq tətbiq e tmiş və torpaq sahələrinin üst-üstə düşməməsi qənaətinə gələrək (ekspert və mütəxəssis rəyi olmadan) iddianı təmin etməklə, İPM-in 12-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, iş materiallarında üçüncü şəxs Təcili Tibbi Yardım Stansiyasına Bakı şəhər Fəhlə Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1971-ci il tarixli protokol qərarı ilə ayrılmış 8 ha torpaq sahəsinin hüdudlarını müəyyənetməyə imkan verən hüquqmüəyyənedici sənəd yoxdur.
31. Torpaq sahəsi üzərində olan fərdi yaşayış evinin üzərində hüquqların qeydə alınmasına dair iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin statusu və iddiaçıya qanuni əsaslarla məxsus olması ilə bağlı məsələ həll edildikdən sonra bu məsələyə hüquqi qiymət verilə bilər.
32. Qeyd olunanlar a əsasən, apelyasiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.
33. İşə təkrar baxan apelyasiya məhkəməsi Ali Məhkəmənin yuxarıda qeyd olunan mövqeyini nəzərə almaqla iş üzrə hərtərəfli araşdırma aparmaqla qərar qəbul etməlidir.
34. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından kasasiya şikayətləri qismən təmin edilməli və iş təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
35. Yuxarıda göstərilənlərə və İPM-in 96.5-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-35/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsi n. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayətləri qalan hissədə təmin edilməsin.