Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1439/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.N957-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2022-ci i l tarixli, 2-N(N03)-656/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş N7 iyun 202N-ci il tarixli, 202 nömrəli arxiv arayışına əsasən iddiaçı: - N saylı hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli, 46 nömrəli əmri ilə N saylı hərbi hissədən gəlmiş hesab edilməklə 30 sentyabr N992-ci il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, rabitə anbarının rəisi vəzifəsinə təyin edilmişdir (N saylı hərbi hissənin sənədləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində saxlanıldığı üçün sayı qeyd olunan hərbi hissənin tərkibində xidmət keçməsini təsdiq etmək mümkün deyil); - Daxi li qoşunların komandanının 30 sentyabr N994-cü il tarixli, 6 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N9 noyabr N994-cü il tarixli, N nömrəli əmri ilə hərbi hissənin yeni ştat strukturuna keçməsi ilə əlaqədar olaraq dayaq rabitə qovşağında uzaq və daxili rabitə mərkəzində rabitə anbarının rəisi vəzifəsindən azad edilib, DQBİ-nin dayaq rabitə qovşağında uzaq və daxili rabitə mərkəzində rabitə anbarının rəisi vəzifəsinə təyin edilmişdir; - Daxili qoşunların komandanının 28 aprel N995-ci il tarixli, 4N nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N may N995-ci il tarixli, N23 nömrəli əmri ilə dayaq rabitə qovşağında anbar rəisi vəzifəsindən azad edilib, N may N995-ci il tarixdən hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq 644N2 saylı hərbi hissə komandirinin sərəncamına göndərilmişdir; - Daxili qoşunların komandanının 23 noyabr N995-ci il tarixli, N56 nömrəli əmri ilə növbəti “baş gizir” hərbi rütbəsi verilmişdir; - Daxili qoşunların komandanının 29 fevral 2000-ci il tarixli, 2N nömrəli əmri ilə rabitə anbarının rəisi vəzifəsindən azad edilib, rabitə və AİS anbarının rəisi vəzifəsinə təyin edilmişdir; - Daxili qoşunların komandanının N3 iyun 2000-ci il tarixli, 47 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə müvafiq olaraq N56-cı maddənin “a” bəndi ilə (xidmət müddəti başa çatdığına görə) mərkəzləşmiş anbarlarda rabitə və AİS anbarının rəisi vəzifəsindən azad edilib, hərbi qeydiyyata durmaq üçün Əzizbəyov RHK-ya göndərilmişdir.
2. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh ə müraciət etmiş, cavabdeh 9 noyabr 2020-ci il tarixli, 024-30963/2C-3220 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı barədə heç bir məlumat olmadığından qaldırdığı məsələnin müsbət həlli qüvvədə olan qanunvericiliyə əsasən mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Qarabağ müharibəsi iştirakçısı vəsiqəsinin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının Daxili Qoşunlarının N (sonrad an həmin hərbi hissəyə N23N8 nömrə verilmişdir) nömrəli hərbi hissənin, daha sonra isə həmin hərbi hissənin tərkibində yaradılmış 644N2 nömrəli hərbi hissədə X6 anbarının rəisi vəzifəsində işləyərkən N2 mart N992-ci ildə xidməti vəzifələrinin icrası zamanı Daxili Qoşunların Baş İdarəsində olan zaman həyəcan siqnalı ilə toplanaraq Baş İdarənin tərkibində erməni silahlı birləşmələri ilə aparılan döyüş bölgəsinə getmişdir. N2 mart N992-ci il tarixdən 29 mart N992-ci il tarixə kimi Daxili Qoşunların tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Şelli və Paprəvənd kəndləri ərazisində aparılan döyüşlərdə iştirak etmişdir. xx.xx.N997-ci il tarixdə ona 008342 saylı müharibə veteranı vəsiqəsi verilmişdir. N998-ci ildə xidmətdə aparılan yoxlama zamanı onun döyüş bölgə sinə aparılan şəxslərin əmri siyahısında tapılmaması əsas gətirilərək xx.xx.N998-ci il tarixdə vəsiqəsi Daxili Qoşunlar Baş İdarəsinin hüquq təminatı xidmətinin rəisi N.C.Hüseynov tərəfindən alınmışdır. Lakin həqiqətən yuxarıda göstərdiyi şəraitdə və zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Şelli və Paprəvənd kəndləri ərazisində aparılan döyüşlərdə iştirak etmişdir. O, zaman Daxili Qoşunların komandanın əmri ilə döyüşə getmişdir və onun təqsiri olmadan həmin siyahıya salınmamışdır. Daxili Qoşunların zabitlərinin yuxarıda göstərdiyi döyüşlərdə iştirakını təsdiq edən tərtib olunmuş aktı təqdim etməyinə baxmayaraq ona vəsiqə verilməmişdir. Erməni qəsbkarlara qarşı Ağdam rayonunun Papravənd və Şelli kəndlərində gedən döyüşlərdə iştirakını iş yoldaşları təsdiq edə bilər.
5. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir.
6. Cavabdehin məhkəməyə ünvanladığı N2 yanvar 202N-ci il tarixli, 0xx-xx-N22N nömrəli məktubunda qeyd edilmişdir ki, Daxili Qoşunların Baş İdarəsindən təqdim olunmuş N2 iyun 2020-ci il tarixli, xx-xx/N284 nömrəli arxiv arayışında iddiaçının xx.xx.N992xx.xx.2000-ci illərdə Daxili Qoşunlarda xidmət etməsi göstərilsə də, onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakına dair qeydlər aşkar olunmamışdır.
7. Bakı İnzibati Məhkəməsinin N2 oktyabr 202N-ci il tarixli, 2-N(NN2)-29N0/202N nömrəli qərarı (hakim Ş.A.Həsənova) ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı toplanılmış sənədl ərin əlaqəli və müqayisəli şəkildə tədqiqi nəticəsində iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması müəyyən edilməmişdir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 23 aprel 2022-ci il tarixli, 376N49N-N222 nömrəli məktubundan göstərilmişdir ki, 25 iyul N997-ci il tarixli aktın üzərində qeydiyyat nömrəsi və əsli mövcud olmadığından ona dair münasibət bildirilməsi mümkün olmamışdır. Aktda adları göstərilən şəxslər XN xx.xx.N997-ci il tarixli, 009009 nömrəli “Müharibə veteranı” vəsiqəsi ilə, X5 xx.xx.N997-ci il tarixli, 008N39 nömrəli “Müharibə veteranı” vəsiqəsi ilə, İddiaçı xx.xx.N997-ci il tarixli, 008342 nömrəli “Müharibə veteranı” vəsiqəsi ilə təmin olunmuşlar. Daxili Qoşunların arxivindən verilmiş 7 aprel 2022-ci il tarixli, N48 nömrəli arayışa əsasən iddiaçı Daxili Qoşunların N23N8 və 644N2 saylı hərbi hissələrində xidmət etmiş, xx.xx.N992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrlərdə döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat aşkar edilməmişdir. “Müharibə veteranı” adı və vəsiqəsi şahid ifadələri ilə tərtib olunmuş akta əsasən deyil, Azərbaycan Respublikası Nazirl ər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən N99N-ci il oktyabrın 9dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara, N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dö vlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2022-ci il tarixli, 2N(N03)-656/2022 nömrəli qərarı (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin N2 oktyabr 202N-ci il tarixli, 2-N(NN2)-29N0/202N nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, iddiaçının isə döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi (qanuni əsaslarla tərxis olunması) mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üz rə əmrlərdə onun xidməti barədə məlumat olmadığından iddia sübuta yetirilmiş sayıla bilməz.
13. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı hesab edir ki, o, hərbi xidmətdə və müharibədə iştirakçı olmasını faktiki olaraq təsdiq etmişdir, hansısa siyahıda onun adının olub-olmaması iddiaçının günahı deyil. Halbuki, o, Azərbaycan Respublikasının Daxili Qoşunlarının N (sonradan həmin hərbi hissəyə N23N8 nömrə verilmişdir) nömrəli hərbi hissənin, daha sonra isə həmin hərbi hissənin tərkibində yaradılmış 644N2 nömrəli hərbi hissədə X6 anbarının rəisi vəzifəsində işləyərkən N2 mart N9 92-ci ildə xidməti vəzifələrinin icrası zamanı Daxili Qoşunların Baş İdarəsində olan zaman həyəcan siqnalı ilə toplanaraq Baş İdarənin tərkibində erməni silahlı birləşmələri ilə aparılan döyüş bölgəsinə getmişdir. N2 mart N992ci il tarixdən 29 mart N992-ci il tarixə kimi Daxili Qoşunların tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Şelli və Paprəvənd kəndləri ərazisində aparılan döyüşlərdə iştirak etmişdir. xx.xx.N997-ci il tarixdə ona 008342 saylı müharibə veteranı vəsiqəsi verilmişdir. N998-ci ildə xidmətdə aparılan yoxlama zamanı onun döyüş bölgəsinə aparılan şəxslərin əmri siyahısında tapılmaması əsas gətirilərək xx.xx.N998-ci il tarixdə vəsiqəsi Daxili Qoşunlar Baş İdarəsinin hüquq təminatı xidmətinin rəisi N.C.Hüseynov tərəfindən alınmışdır. Lakin o, yuxarıda göstərdiyi şəraitdə və zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Şelli və Paprəvənd kəndləri ərazisində aparılan döyüşlərdə iştirak etmişdir. Daxili Qoşunların komandanın əmri ilə döyüşə getmişdir və onun təqsiri olmadan həmin siyahıya salınmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 92.0.6-cı maddəsinə uyğun olaraq əsaslandırılması zəruri olan qərarını əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2022-ci il tarixli, 2-N(N03)-656/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
3. Aşağıdakılar müharibə veteranları sayılırlar: (-); Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-); Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-); Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövr də hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə
7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə: N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-); Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kən di daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağl ı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və m edallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-); Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə ə sasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. (-); Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanl ara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respubli kanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. (-).
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə N2. İşin hallarının araşdırılması prinsipi N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə 9N. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti ver ən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.N. Ali Məhkəm ənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məh kəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı həm iddia ərizəsində, həm apellyasiya, həm də kassasiya şikayətlərində Azərbaycan Respublikasının Daxili Qoşunlarının N nömrəli hərbi hissənin tərkibində yaradılmış 644N2 nömrəli hərbi hissəsində X6 anbarının rəisi vəzifəsində işləyərkən xx.xx.N992-xx.xx.N992ci il tarixdə döyüş əməliyyatında iştirak etdiyini göstərmişdir.
25. Hazırkı qərarın N6-cı bəndindən məlum olduğu kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar.
26. Həmçinin qərarın N7-ci bəndində olan normanın müddəalarına görə, “Müharibə veteranı adı”nın verilməsi N0 may N994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçən, yaxud döyüş zonalarında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olan o hərbi qulluqçulara şamil edilir ki, həmin hərbi qulluqçular bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış olsunlar.
27. Apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan işin hallarından məlum olur ki, iddiaçı N saylı hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli, 46 nömrəli əmri ilə N saylı hərbi hissədən gəlmiş hesab edilməklə 30 sentyabr N992-ci il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, rabitə anbarının rəisi vəzifəsinə təyin edilmişdir. Yəni, iddiaçının xx.xx.N992-xx.xx.2000-ci illərdə Daxili Qoşunlarda xidmət etməsi işin mübahisəsiz hallarındandır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilinə əsasən iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyini iddia etdiyi dövrdə (N992-ci ilin mart ayında) Daxili Qoşunlarda xidmət etməsi, ümumiyyətlə, onun həqiqətən də xx.xx.N992-xx.xx.N992-ci il tarixdə döyüş əməliyyatında iştirak etməsi öz təsdiqini tapmamışdır.
29. İddiaçı kassasiya şikayətində döyüş əməliyyatlarında Daxili Qoşunların komandanın əmri ilə iştirak etdiyini və onun təqsiri olmadan adının həmin siyahıya - əmrə salınmadığını qeyd etsə də, nəzərə alınmalıdır ki, iddiaçının Daxili Qoşunlarda xidməti N saylı hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli, 46 nömrəli əmri ilə 30 sentyabr N992-ci il tarixdən başlamışdır.
30. Bununla belə, iddiaçı Daxili Qoşunlarda xidmət etdiyi xx.xx.N992-xx.xx.2000-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak etməmiş, xx.xx.N994-cü il tarixdən sonra döyüş əməliyyatları ilə əlaqədar hər hansı bir xəsarət (yaralanma, travma, kontuziya) almamışdır.
31. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair iddiasını rədd edərkən yuxarıda göstərilən maddi hüquq normalarına istinad etməklə düzgün nəticəyə gəlmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından iddiaçının kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2022-ci il tarixli, 2N(N03)-656/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.