Məhkəmə qərarları › İş №2-1(102)-144/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-144/2020

21.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-144/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Cavabdehnə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: satılan mənzilə pasport qeydiyyatın alınma GİRİŞ HİSSƏ Hakimlər: 21.01.2020 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi hakim), Rahib Sahib oğlu Nəbizadə və http://supremecourt.gov.az/static/view/65X5 ibarət tərkibdə, İddiaçı2 və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Cavabdehnə və 3-ü şəxs SSSSSSSSSSqızına qarşı satılan mənzilə pasport qeydiyyatına alınma haq qında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Cavabdehnə və 3-ü şəxs SSSSSSSSS qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların ünvan 5-də qeydiyyata alınmaları və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmaları ilə bağlı öhdəliyin cavabdeh İdarənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli q ərarı ilə (hakim E.Məmmədov; iş No 2-1(81)-1792/2019) iddianın rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli i qərarı ilə (sədrlik edən İ.Əhmədov, hakimlər S.Seyidova və V.Məmmədov; iş No 21(103)-2138/2019) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının (apellyasiya şikayətinin həddində) dəyişdirilmədən saxlanılması; İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı2 kassasiya şikayəti verərək, qərarın ləğv olunması və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmaasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı2 kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur, belə ki, müvafiq maddi hüquq normalarının səhv tətbiq edilməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyti olan hallara düzgün qiymət verilməməsi ilə çıxarılmışdır. Bakı şəhəri, SDDDDDDDDDDDDDD1 saylı ev uzun müddətdir ki, iddiaçıların sahibliyində və istifadəsindədir. İddiaçılar 1995-ci il tarixdə uzun müddət bu ünvanda qeydiyyatsız yaşadığlarını nəzərə alaraq, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinə ərizə ilə müraciət edib, həmin ünvana pasport qeydiyyatına alınmalarını xahiş etmişlər. Bakı şəhəri, Səbail rayonu İcra Hakimiyyəti Başçısının xx xxx 1995-ci il tarixli 1338 saylı sərəncamı ilə iddiaçılar və onların ailə üzvü AAAAA ünvan 3 ünvanına pasport qeydiyyatına alınmaqla yaşamışlar. Həmi n tarixdən 2013-cü ilədək bu ünvanda pasport qeydiyyatında olmaqla yaşamışlar. Lakin 2013-cü ildə müvafiq şikayət əsasında barələrində cinayət işi başlanmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə iddiaçıları barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan istifadə edərək həmin iş üzrə zərərşəkmiş şəxs dərhal iddiaçıları qeydiyyatdan çıxarılmasına nail olmuşdur. Bu səbəbdən iddiaçılar azadlığa çıxdıqdan sonra hazırki iş üzrə cavabdeh İdarənin inzibati binasınada qeydiyyata alınmışlar. Hal-hazırda onlar azadlığa çıxdığları üçün ərizə ilə cavabdeh İdarənin Qeydiyyat və X3 müraciət edərək yenidən əvvəlik ünvana qeydiyyata alınmalarını xahiş etmişlər. Cavabdeh İdarə tərəfindən verilən xx xxxx 2019-cu il tarixli 065-40567-3219 saylı cavab m əktubuna əsasən, iddiaçıların istədikləri ünvana qeydiyyata alınmaları mükün hesab edilməmişdir. Bundan başqa, işə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman məhkəmə iclasının vaxtı barədə kassatora məlumat verilməmişdir. Cavabdeh İdarədə qeydiyyatda olduğu səbəbindən iddiaçı, ona aid mobil nömrəni qeyd edərək məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə həmin nömrə vasitəsi ilə məlumat verilməsini xahiş etmişdi, lakin ona aid bildirişin qeydiyyatda olduğu İdarəyə göndərildiyindən və telefon vasitəsi ilə iddiaçıya məlumat verilmədiyindən, xx xxxxxxxx 2019-cu il tarixində məhkəmə iclasında iştirak etməmişdir. Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri 3-cü şəxş SSSSSSSSSSS qızı kassasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ilə məhkəmə kollegiyasına müraciət edərək, kassa siya şikayətinin dəlilləri əsassız olduğundan onun təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən İddiaçı2 vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiya sı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh İdarənin və 3-cü şəxs R.Kərimovanın nümayənədələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM 415.3-cü maddələrinə müvafiq olaraq işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılma ması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərarı ilə İddiaçı1, İddiaçı2 və X1 ünvan 5 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmalarının Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. İşin materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddiaçı QQQQQQQQQQQQQ qızının kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2017-c i il tarixli qərarının ləğv edilməsi, 3-cü şəxs X4 aid hissədə iddianın təmin edilməsi və onun ünvan 6 ünvanda yerləşən mənzildən qeydiyyatdan çıxarılmasının Bakı ş., Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Həmin qərarda müəyyən edilmişdir ki, qərardan narazı qalan 3-cü şəxs X6 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarı ilə 3-cü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, 3-cü şəxslər İddiaçı1, İddiaçı2 və X2 ünvan 8 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi nin cavabdehə həvalə edilməsinə dair iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarının İddiaçı1 və İddiaçı2 ünvan 6 ünvanda yerləşən mənzildən qeydiyyatdan çıxarılmasının Cavabdehnə həvalə edilməsi hissəsindən apellyasiya şikayəti verilmədiyindən, qərarın bu hissəsi üçüncü şəxs B.Əhmədovun apellyasiya şikayətinin predmeti ola bilmədiyindən və mübahisə ilə bağlı işə şikayət həddində baxılmadığından üçüncü şəxslər Z.Əhmədovaya və İddiaçı2 aid hissədə apellyasiya məhkəməsinin qərarı ləğv edilməlidir. Daha sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərarından 3-cü şəxslər İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, qərarın ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 3-cü şəxs İddiaçı2 tərəfindən h əm də buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə prosessual müddətin bərpasına dair 3-cü şəxs İddiaçı2 tərəfindən verilmiş ərizənin təmin edilməməsi, apellyasiya şikayəti mümkün hesab edilməyərək, şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən 3-cü şəxs İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası nın xx xxx 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, cavabdehlər İddiaçı1, İddiaçı2, X2 Bakı şəhəri, Səbail rayonu, 4-cü Buxta döngəsində yerləşən 21 saylı evdən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin cavabdeh İddiaçı2 münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvəsində saxlanılsa da, kassasiya instansiyasında baxılaraq, yekun məhkəmə qərarı qəbul edilmədiyindən qanuni qüvvəsini almamışdır. İşin materiallarında olan, Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin xx xxxx 201 8-ci il tarixli məktubuna görə, Səbail rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən Şahin Adilə Cavanşir qızının Bakı şəhəri, Səbail rayonu, 4-cü Buxta döngəsi, 21 saylı evə köçürülməsi qərara alınmışdır. Məhkəmə qərarı xx.xx.2011-ci il tarixdə icraata daxil olmuş və icra sənədi üzrə icraata başlanılmışdır. Görülmüş icra tədbirləri nəticəsində X7 icra məmurları və hal şahidlərinin iştirakı ilə xx.xx.2014-cü il tarixdə sözügedən mənzilə köçürülmüş və bu barədə tərəflərindən müvafiq akt tərtib edilmişdir. Göstərilənlərə əsasən xx.xx.2014-cü il tarixdə icra məmuru icra sənədi üzrə icraata xitam verilməsi barədə təqdimatla məhkəməyə müraciət etmiş və Səbail rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadına əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçılara mə xsus şəxsiyyət vəsiqələrinin surətinə uyğun olaraq hər iki iddiaçı hazırda ünvan 10 ünvanında qeydiyyatdadırlar. Onlar cavabdeh İdarəyə müraciət edərək, əvvəlki yaşadığları ünvnanda pasport qeydiyyatına yenidən alınmalarına dair ərizə vermişlər. Lakin həmin inzibati orqan tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2019-cu il tarixli, 065-40567-3219 saylı cavab məktubuna görə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən tələb olunan sənədlər təqdim edilmədiyindən onların müraciətinin təmin edilməsindən imtina edilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, yaşayış sahəsi ilə əlaqədar aparılmış məhkəmə müba hisələri nəticəsində qəbul edilmiş qanuni qüvvəsini almış məhkəmə qərarlarından görünür ki, hazırki iş üzrə iddiaçıların qeydiyyata alınmaq istədikləri ünvan 11 ünvanda yerləşən mənzildən məhkəmə qərarına əsasən qeydiyyatdan çıxarılmışlar. Həmin məhkəmə qərarı qanuni qüvvədədir. Göründüyü kimi, Səbail rayon İcra Hakimiyyətinin xx xxx 1995-ci il tarixli 1338 saylı sərəncamının icrası ilə əlaqədar iddiaçılar ünvan 6 ünvanda yerləşən mənzilə köçürülsələr də, daha sonra məhkəmə qərarı ilə həmin mənzildən pasport qeydiyyatından çıxarılmışlar və həmin qərar qanunvericlikdə nəzərdə tutulmuş müddət ərzində iddiaçılar tərəfindən mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Qeydiyyatın həyata keçirilməsi üçün yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına a lınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi tələb olunur. Beləki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

1. Şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2.Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə qeydiyyata alınmaq üçün qanunvericiliklə tələb olunan sənədlər nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim olunmadığından, iddiaçılar qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən həmin mənzildən qeydiyyatdan çıxarıldıqlarından, hazırda həmin mənzilə məhkəmə qərarına əsasən üçüncü şəxs və onun ailə üzvləri köçürülərək yaşadıqlarından, bununla da cavabdehin imtinası əsaslı olduğundan hazırki mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qismən düzgün deyil, iddiaçının kassasiya şikayətində qeyd edilən dəlillər qismən əsaslı olduğundan qəbul edilməlidir. Araşdırılan qərardan görünür ki, apellyasiya instansiya məhkəməsi iddianın rədd ediləmsi qənaətinə gələrək, hazırki iş üzrə tərəflər arasında eyni predmet haqqında qüvvədə olan məhkəmə qərarının mövcud olmasına istinad etmişdir. Lakin belə halda, əgər, eyni tərəflər arasında eyni predmet barədə qüvvədə olan məhkəmə qərarı varsa, onda tərəflərdən hər hansı biri yenidən iddia qaldırırsa inzibati məhkəmə icraatında baxılan belə iddia mümkün saylmamaıldır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunma sı, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin Qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Belə olan halda iddiaçıların iddia tələbi mümkün sayıla bilməzdi. Azə rbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qər arı ləğv edildməli; iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi mümkün sayılmamalıdır.. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi mümkün sayılmasın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar