Məhkəmə qərarları › İş №2-1(102)-144/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-144/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-144/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1516/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1962-ci il tarixdə Salyan rayonun Qaraçala qəsəbəsində doğulmuşdur. Hal-hazırda əmək fəaliyyəti ilə məşğul deyildir.

2. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh iddiaçının ərizəsinin icra edilməsindən imtina edərək göstərmişdir ki, onun işlədiyi sahələr Azərbaycan Respublikası Nazi rlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarında qeyd olunan sahəyə aid deyildir və bu səbəbdən müraciətinin təmin edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsinə ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından ötrü ərizə ilə müraciət etmişdir. Lakin həmin idarədən ona xx xxxxxx 2019-cu il tarixli məktubda güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Qeyd edir ki, ümumi iş stajı 25 ildən çox olmaqla o cümlədən, 12 il 06 ay güzəştli iş stajı yaranmışdır. İşlədiyi peşə "Güzəştli şərtlərlə yaşa görə əmək rensivası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının" təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il 12 nömrəli Qərarında öz əksini tapmışdır. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina edir. Belə olan halda onun konstitusion hüquqları pozulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququm məhdudlaşdırılır.

6. Cavabdeh iddia ərizəsinə yazılı etirazında göstərmişdir ki, iddiaçının idd iasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçasını və “xxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli arayış təqdim etmişdir. Lakin həmin əmək kitabçasının çox hissələri xarici dildə tərtib edildiyi üçün əmək kitabçasında iddiaçının hansı peşələrdə işlədiyini müəyyən etmək mümkün deyil. İddiaçının təqdim etdiyi qeyd edilən arayışda iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 24-cü fəslinə əsasən Elektrik stansiyalarında, buxar və güc təsərufatında avadanlıqların təmiri (odadavamlı materiallarla işləyən hörgüçülər), yanacaqötürmə avadanlığına və onların işini təmin edən 330 KV-luq gərginlik bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri bilavasitə zərərli ə mək şəraitində işləyən peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verilir. Hal-hazırda qüvvədə olan “X5” Qanunun 9.1-ci maddəsindən göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ onun ümumi stajnın 25 il, güzəştli pensiya hüququ verək peşələrdə azı 12 il 6 ay işləməsi və 60 yaşı olduqda təyin edilə bilər. İddiaçı xx xxxxxx 1962-ci il təvəllüdlü olmaqla hal-hazırda 58 yaşı olduğundan ona güzəştli pensiya təyin edilə bilməz. “X5” Qanunun 9.8-ci maddəsi əsasında pensiya təyin olunması üçün əsaslar da yoxdur. Çünki iddiaçının təqdim etdiyi əmək kitabçasından göründüyü kimi 2006-cı il yanvarın 1-dək ümumi stajı olmadığından ona “Vətəndaşlara pensiya təminatı haqqında” Qanunu tədbiq edilə bilməz. “X5” Qanun güvvəyə minənədək iddiaçının 44 yaşı ol muşdur. Həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasında onun xx.xx.1983-cü ildən bugünədək “xxxx” Dövlət Şirkətinin “xxxxsazlama" müəssisəsinin ƏliBayramlı sahəsinin Yüksək Gərginlikli bölüşdürmə qurğuların təmiri sexində, Əli-Bayramlı sahəsinin Yüksək Gərginlikli bölüşdürücü qurğuların təmiri sexində X1 İdarəsinin Qəbələ sahəsində və X4 sahəsində elektrik çilingəri vəzifəsində işlədiyi qeyd edildiyindən, həmin sahələr sözügedən Qərarda qeyd edilən sahələrə aid olmadığından onun işlədiyi peşələr ilə arayışda qeyd edilən peşələrin eyniləşdirilməsi düzgün deyildir

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-807/2020 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edil məsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qərarını “X5” Qanunun 9.8-ci maddəsi, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li xx.xx.1993-cü il tarixli Qərarının müvafiq bəndləri ilə əsaslandırmışdır.

9. Cavabdeh apelyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1516/2020 nömrəli qərarı ilə (hakimlər H.Həmidov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və V.Məmmədov ) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-807/2020 saylı qərarı dəyişdirilmədən saxlanmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində göstərilir ki, hal-hazırda qüvvədə olan qanunver iciliyə görə iddiaçının güzəştli şərtlərlə pensiya hüququ onun ümumi stajnın 25 il, güzəştli pensiya hüququ verək peşələrdə azı 12 il 6 ay işləməsi və 60 yaşı olduqda təyin edilə bilər.

15. İddiaçı xx xxxxxx 1962-ci il təvəllüdlü olmaqla hal-hazırda 58 yaşı olduğundan ona güzəştli pensiya təyin edilə bilməz. 16. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının "b" yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.

17. Lakin, iddiaçının təqdim etdiyi əmək kitabçasından göründüyü kimi 2006-cı il yanvarın 1-dək ümumi stajı olmadığından ona “Vətəndaşlara pensiya təminatı haqqında” Qanunun tədbiq edilə bilməz. Çünki “X5” Qanun güvvəyə minənədək iddiaçının 44 yaşı olmuşdur.

18. Həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasında onun xx.xx.1983-cü ildən bugünədək “xxxx” Dövlət Şirkətinin “xxxxsazlama” müəssisəsinin Əli-Bayramlı sahəsinin Yüksək Gərginlikli bölüşdürücü qurğuların təmiri sexində, Əli-Baramlı sahəsinin Yüksək Gərginlikli bölüşdürücü qurğuların təmiri sexində, X1 İdarəsinin Qəbələ sahəsində və X4 sahəsində elektrik çilingəri vəzifəsində işlədiyi qeyd edildiy indən həmin sahələr sözügedən Qərarda qeyd edilən sahələrə aid olmadığından onun işlədiyi peşələr ilə arayışda qeyd edilən peşələrin eyniləşdirilməsi düzgün deyil.

19. Güzəştli şərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) ilə dəqiq uyğunluq təşkil etməsi tələb olunur.

20. Bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 21 (102)-283/2019 saylı qərarında da göstəriş əks olunmuşdur. b. Kassasiya şikayətinə qarşı etiraz

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b. Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyinə görə çıxışı dinlənilmədi.

23. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cabadeh tərəf məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikası Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 25. “İnsan hü quqları haqqında” Ümumi Bəyannamə Maddə

22. Hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. 26. “X5” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. sosial sığorta staj ı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müdd ətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində 5 qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 27. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştl i şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. (xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır). Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını subut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

28. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarix li 17 nömrəli qərarı ilə təsdiq edilmiş “X5” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bır növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları 3.1 sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət 6 üzrə sosial sığorta stajı. 3.2.1. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabça sı üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. 4.1.9. Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1- dək qazanmış olsunlar. 29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunu Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə

17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədb irlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “X5” Qanunun 9.8-ci maddəsinin təhlilindən göründüyü kimi o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 57 yaşın a çatmış olsun; bu şəxs xx.xx.2006-cı il tarixə azı 25 il sığorta stajına malik olsun; bu müddətin azı 12 il 6 ayını istehsalatların, Azərbaycab Respublikası Nazirlər Kabinetinun xx xxxx 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və ya Azərbaycab Respublikası Nazirlər Kabinetinun xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda əksini tapmış işlərdə işləmiş olsun. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsas ən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır.

35. İşə baxmış məhkəmə kollegiyası da bu normalar əsasında işin hallarını araşdırmış və işdə olan sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək Azərbaycan SSR Baş Energetika və Elektrikləşdirmə İstehsalattəmir idarəsinin Hörgüçü sexində birinci dərəcəli nəqliyyatçı işləmiş, xx.xx.1980-ci il tarixdən həmin yerdə ikinci dərəcəli hörgüçü vəzifəsinə köçürülmüş, xx.xx.1980-ci ildə həqiqi hərbi xidmətə çağırışla bağlı işdən azad edilmiş, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək İliç adına Əli-Bayramlı DRES-in əsas kimyəvi su təmizləmə avadanlığının təmiri üzrə kimyəvi sexdə 2-ci dərəcəli çilingər, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək “Azenerjisazlama” müəssisəsinin ƏliBayr amlı sahəsi yüksəkvoltlu elektrik açarlarının təmiri və sazlanması üzrə sexdə paylayıcı qurğuların təmiri üzrə 2-ci dərəcəli elektrik çilingəri, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək həmin sex və sahədə paylayıcı qurğuların təmiri üzrə 4-cü dərəcəli elektrik çilingəri, xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək istehsalatın təşkilinin təkmilləşdirilməsi və yeni tarif dərəcələrinin və peşələrinin tətbiqi ilə bağlı Əli-Bayramlı sahəsində yüksəkvoltlu elektrik avadanlıqlarının təmiri və sazlanması üzrə sexə paylayıcı qurğuların təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri, xx.xx.1994-cu ildə həmin yerdə paylayıcı qurğuların təmiri üzrə 4-cü dərəcəli elektrik çilingəri,xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək həmin vəzifə ilə EANÖC və İAQTS sexinə keçirilmiş, həmin tarixdən xx.xx.2002-ci il t arixədək eyni vəzifədə çalışmışdır.

36. Həmçinin iddiaçı xx.xx.2002-ci ildə (əmr №-10-kş. xx.xx.2002-ci il) “xxxx” MMCnin Elektrik Avadanlıqlarının təmiri və sazlanması sexinin Əli-Bayramlı sahəsində Paylayıçı Qapalı avadanlığın təmiri üzrə 4-cii dərəcəli elektrik çilingəri vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü ildə ( əmr №-49, xx.xx.2004-cii il) Həmin sahədə elektrik çilingəri kimi 5-ci dərəcə verilmiş, xx.xx.2006-cı ildən (əmr №-197-kş, xx.xx.2006-ci il) həmin sahədə 6-cı dərəcəli elektrik çilingəri peşəsinə keçirilmiş, xx.xx.2007-ci ildə ( əmr № 208/1 a-kş, xx.xx.2007-ci il ) Elektrik Avadanlıqlarının Təmiri və Sazlanması İdarəsinin Yüksək Gərginlikli Açarların Təmiri sexinin 7 Saylı Əli-Bayramlı sahəsində Paylayıcı Qapalı avadanlığın təmiri üzrə elektrik çilingəri peşəsinə keçirilib və hal-hazırkı dövrədək X2 sahəsində, X3 İdarəsinin Qəbələ sahəsində, “Cənub” Elektrik Quraşdırma sahəsində elektrik çilingəri işləmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya tələbinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının xx.xx.2006-cı il tarixədək azı 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 06 ayını Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısında nəzərdə tutulmuş əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olması, eləcə də 57 yaş həddinə çatması tələb olunur ki, qanunla müəyyən edilmiş göstərilən şərtlər hazırkı iş üzrə iddiaçıya münasibətdə ödənilir.

38. Çünki İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2019-cu il tarixdə tamamlam ış və 25 illik ümumi iş stajını xx.xx.2006-cı il tarixədək toplamışdır. Eyni zamanda onun xx.xx.2006-cı ilə qədər tələb olunan 12 il 6 ay güzəştli iş stajından çox stajı vardır.

39. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 il 3 ay 7 gün ümumi və 22 il 6 ay 12 gün güzəştli iş stajı mövcuddur.

40. Həmçinin məhkəmə kollegiyası cavabdehin iddiaçının işlədiyi sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı qeyd olunan sahəyə aid olmaması dəlilini əsassız sayır.

41. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 02 saylı Siyahının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” adlanan 13-cü Bölməsinin “A” yarım bölməsində “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri» və “gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan)» peşələri mövcuddur.

42. İddiaçının işlədiyi “elektrik çilingəri” peşəsinin güzəştli iş stajı olmasına dair işəgötürən müəssisə tərəfindən müvafiq arayış tərtib olunmuşdur. İşəgötürən müəssisə tərəfindən tərtib olunmuş arayışda yuxarıda qeyd olunan hər iki peşənin iddiaçının vəzifəsinin peşə xarakterinə aid olduğu qeyd olunmuşdur.

43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus ə mək kitabçasından və işəgötürən müəssisə tərəfindən verilmiş arayışdan göründüyü kimi, iddiaçının işlədiyi “elektrik çilingəri” peşələri həmin Siyahıda qeyd olunan “bütün adlardan olan elektrik çilingərləri” peşəsinə və gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan)” bərabərdir.

44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır.

45. Mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir.

46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1516/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar