Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-144/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə X3rşı iş üzrə QƏRARİ Açar sözlər: diplom üzrə ixtisasın tanınması 19.01.2022 Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra cavabdeh) qarşı “diplomun ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) və müvafiq şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 2-1(103)-586/2021 saylı, 1 iyul 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2013-cü ildə Ukrayna Respublikasının Kiyev şəhərində yerləşən “X6 edilməsi Akademiyası”na daxil olmuş və 2017-ci ildə qeyd edilən Akademiyanı Hüquqşünaslıq ixtisası üzrə əyani şöbəsini bitirmişdir. Həmin Akademiya tərəfindən 30 iyun 2017-ci il tarixdə ona B-17133727 saylı “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr diplomu verilmişdir. O cümlədən ona tədris proqramını yerinə yetirməyinə dair 30 iyun 2017-ci il tarixdə ******* №-li Diploma əlavə verilmiş və təsdiqlənmişdir. Ona verilmiş diplom və diploma əlavə Ukra yna Respublikasının Kiyev şəhərində 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən 02.04.2018-ci il tarixdə X6 edilməsi Akademiyasının No-A-13427-18 nömrə ilə təsdiq olunaraq, Apostil qeydinə alınmışdır.
2. İddiaçı həmin diplomun Azərbaycan Respublikasında tanınması və bu barədə şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə, 01.03.2019-cu il tarixdə elektron qaydada müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin 09.08.2019-cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, X1ması Akademiyasının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü ye rinə yetirməyi qeyri mümkündür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 09.09.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Ukrayna Respublikasının Kiyev şəhərində yerləşən “X6 edilməsi Akademiyası” tərəfindən ona verilmiş ali təhsil haqqında B-17№ 133727 diplomun və ona əlavə edilmiş ******* №-li diplomların Ukrayna Respublikasının Kiyev şəhərində 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən 02.04.2018-ci il tarixdə X6 edilməsi Akademiyasının No A-1342718 sayı ilə təsdiq olunaraq, apostil qeydinə götürülmüş diplomunun tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, digər tələ bələr kimi iddiaçı da 4 il müddətində 8 semestr qeyd edilən Akademiyada əyani təhsil almışdır. Təhsil müddəti Ukrayna Respublikasının müvafiq orqanları tərəfindən müəyyən olunur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz ərizəsinə əlavə edilmiş Ukrayna Respublikası ərazisinə keçmə faktları barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin bazasında 2013-2017-ci illər haqqındakı qeydlərə - Sərhədkeçmə Məlumatına əsasən iddiaçı təhsil aldığı müddət ərzində, 1-ci kurs tələbəsi olarkən – getməyib; 2-ci kursda-getməyib; 3-cü kursda-13 gün; 4-cü kursda 3 ay 14 gün Ukrayna ölkəsində olmuşdu r.
6. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin məhkəməyə ünvanladığı 23 oktyabr 2019-cu il tarixli məktubunda iddiaçının 2013-2017-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatlar qeyd edilmişdir. (21.01.2013-Çıxış Ukrayna; 18.03.2013-giriş Gürcüstan; 31.12.2013-çıxış Gürcüstan; 03.01.2014-giriş Gürcüstan; 20.12.2015-çıxış Ukrayna; 27.12.2015-giriş Ukrayna; 22.05.2016-çıxış Ukrayna; 26.05.2016-giriş Ukrayna; 08.11.2016-çıxış Ukrayna; 13.11.2016-giriş Ukrayna; 12.02.2017-çıxış Ukrayna; 18.02.2017-giriş Ukrayna; 16.03.2017-çıxış Ukrayna; 19.06.2017- giriş Ukrayna)
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1526/2020 saylı, 22 fevral 2020-ci il tarixli qərardadları ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agent liyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim X9, 2-1(112)-1526/2020 saylı iş) 22 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, Ukraynanın ali təhsil müəssisəsi tərəfindən verilmiş “bakalavr” dərəcəsi üzrə diplomun tanınması üçün iddiaçının aldığı təhsil Azərbaycan Respublikasının təhsil standartlarına uyğun gəlmir. Belə ki, cavabdehin imtinasına əsas olmuş ekspert qrupunun rəyinə görə, iddiaçının təhsili ilə bağlı təqdim etdiyi sənədlərə və təhsil aldığı müddət ərzində ölkə sərhədini keçməsinə dair məlumat cədvəlinə və işdə olan digər sənədlərə əsasən onun xarici ölkədə (Ukraynada) aldığı təhsilin Azərbaycan Respublikasının dövlət standartlarına uyğunluğu müəyyən edilmir. Ekspert qrupu tərəfindən araşdırma nəticəsində müəyyən edilmişdir ki, X5 İdarəolunması Akademiyası-hüquqşünaslıq fakültəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan onun diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirməsi mümkün deyildir.
10. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X7-məruzəçi, X14 oğlu və X8, 2-1(103)586/2021 saylı iş) 1 iyul 2021-cu il tarixli qərarla iddiaçının apellyasiya şi kayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
12. İddiaçı 28 oktyabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
13. Cavabdeh, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın 1.6-cı bəndinin İİİ hissəsini nəzərə almamışdır. Qaydaların 1.6-cı bəndinin İİİ hissəsi ekspertizanın, yəni cavabdehin səlahiyyətl ərindən sui-istifadə edərək apardığı ekspertizanın aparılmasını istisna edir.
14. Qaydaların 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür.
15. Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə cavabdeh tərəfindən riayət olunmamış, bu səbəbdən cavabdehin iddiaçının diplomunu tanımaqdan imtina etməsi ilə bağlı hərəkətləri qanunvericiliyə, o cümlədən Sazişin 5-ci maddəsinə və Qaydaların 1.6-cı bəndi nə (hansı ki, beynəlxalq müqavilələrdə ekvivalentlik müəyyən edildiyi halda ekvivalentlik haqqında şəhadətnamənin ekspertiza keçirilmədən verilməsini təsbit etmişdir) zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 17. “Təhsil haqqında” Qanun: Maddə
27. Təhsil haqqında dövlət sənədi 27.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). 27.2. Təhsil haqqında dövlət sənədi növbəti pil lədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. (-). Maddə 27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə
29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Maddə
44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ (-). 44.2. Azərbaycan Respublikası vətənd aşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. (-).
18. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlar a sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. 19. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
20. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları: -1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikas ında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
22. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında S aziş: 5-ci bənd. Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir.
23. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılm ası qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı ba rədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədlər i
24. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İddiaçı 2013-cü ildə Ukrayna Respublikasının Kiyev şəhərində “X6 edilməsi Akademiyası”na daxil olmuş və 2017-ci ildə Akademiyanı hüquqşünaslıq ixtisası üzrə əyani şöbəsini bitirmişdir. Həmin Akademiya tərəfindən 30 iyun 2017-ci il tarixdə ona “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr diplomu verilmişdir. O cümlədən ona tədris proqramını yerinə yetirməyinə dair 30 iyun 2017-ci il tarixdə Diploma əlavə verilmiş və təsdiqlənmişdir
28. İddiaçı diplomun tanınması üçün cavabdehə müraciət etmiş, cavabdeh tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması qənaətinə gəlib diplomu tanımaqdan imtina etmi ş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.
29. İddiaçının şikayətinin əsas dəlili ondan ibarətdir ki, xarici ölkədə təhsil aldığı diplomun tanınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların tələbləri apelyasiya məhkəməsi tərəfindən təmin edilməmişdir.
30. Kasasiya şikayətlərinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
31. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 23 oktyabr 2019-cu il tarixli 33/5729 nömrəli məktubunda İddiaçı 2013-2017-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatlar qeyd edilmişdir. (21.01.2013-Çıxış Ukrayna; 18.03.2013-giriş Gürcüstan; 31.12.2013-çıxış Gürcüstan; 03.01.2014-giriş Gürcüstan; 20.12.2015- çıx ış Ukrayna; 27.12.2015-giriş Ukrayna; 22.05.2016-çıxış Ukrayna; 26.05.2016-giriş Ukrayna; 08.11.2016-çıxış Ukrayna; 13.11.2016-giriş Ukrayna 12.02.2017-çıxış Ukrayna; 18.02.2017-giriş Ukrayna; 16.03.2017-çıxış Ukrayna; 19.06.2017- giriş Ukrayna).
32. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən verilmiş qeydiyyat vərəqəsinə əsasən qeyd edilmişdir ki, İ il-getməyib, İİ il-getməyib, İİİ il-13 gün, İV il-3 ay 14 gün (İİ semestr əyani). Vətəndaşın atası qəbula gələrkən İ və İİ kursda getməməyinin səbəbini izah edə bilməmişdir.
33. Məlumatlara əsasən iddiaçı İ və İİ illərdə Ukrayna Respublikasında olmamış, İİİ ildə 13 gün, İV ildə 3 ay 14 gün Ukrayna Respublikasında olmuşdur.
34. Cavabdehin imtinasına əsas olmuş ekspert qrupunun rəyinə görə, iddiaç ının təhsili ilə bağlı təqdim etdiyi sənədlərə və təhsil aldığı müddət ərzində ölkə sərhədini keçməsinə dair məlumat cədvəlinə və işdə olan digər sənədlərə əsasən onun xarici ölkədə (Ukraynada) aldığı təhsilin dövlət standartlarına uyğunluğu müəyyən edilmir.
35. Ekspert qrupu tərəfindən araşdırma nəticəsində müəyyən edilmişdir ki, X5 İdarəolunması Akademiyası-hüquqşünaslıq fakültəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan onun diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirməsi mümkün deyildir.
36. Cavabdeh tərəfindən etiraz ərizəsinə əlavə edilmiş Ukrayna Respublikası ərazisinə keçmə faktları barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin bazası nda 2013-2017-ci illər haqqındakı qeydlərə Sərhədkeçmə Məlumatına əsasən iddiaçı təhsil aldığı müddət ərzində, 1-ci kurs tələbəsi olarkən – getməyib; 2-ci kursda-getməyib; 3-cü kursda-13 gün; 4-cü kursda 3 ay 14 gün Ukrayna ölkəsində olmuşdur.
37. Həmin məlumatlara görə diplom üzrə ixtisasının tanınması ilə bağlı cavabdehin ekspert qrupu tərəfindən iddiaçı ilə bağlı mənfi rəy verilmişdir.
38. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. Cavabdehin ekspert rəyinə əsasən tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diplomun tanınmasından imtina olunmuşdur.
39. Cavabdehin Dövlət Sərhəd Xidmətindən əldə etdiyi sərhədkeçmə haqqında məlumatdan görünür ki, iddiaçı təhsil aldığı müddət ər zində birinci və ikinci il ümumiyyətlə Ukrayna Respublikasında olmamış, üçüncü ildə 13 gün, dördüncü ildə isə 3 ay 14 gün olmuşdur.
40. Qeyd edilən məlumatlara əsasən müəyyən olunur ki, iddiaçının auditoriya dərslərində iştirakı tələb edilən normativdən az olmuşdur.
41. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının təhsil aldığı müəssisədə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığını bildir ərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı sayır.
42. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişin 5-ci maddəsində qeyd edilir ki, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girmə yə hüquq verir.
43. Göründüyü kimi, Sazişdə verilən diplomda təhsilin məzmununa uyğun gəldiyi halda, diplomun müvafiq olaraq Ukrayna Respublikasında və Azərbaycan Respublikasında tanınmasından bəhs edilir. İddiaçının isə aldığı ixtisasın mənimsənilməsi üçün tələb olunan müddətdə təhsil aldığı məktəbdə olmadığından aldığı təhsilin səviyyəsi qənaətbəxş olmadığından və bu Azərbaycan Respublikasında olan təhsilin məzmununa uyğun gəlmədiyindən Sazişin müddəaları iddiaçıya münasibətdə tətbiq edilə bilməz.
44. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir.
45. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 9 6 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-586/2021 saylı, 1 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.