Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-144/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik dərəcəsinin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apel yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1955/2022 nömrəli iş üzrə 15 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı əlillik vəziyyəti 9 saylı Şəhər Poliklinikasının 14 yanvar 2016-cı il tarixli göndərişi əsasında cavabdeh tərəfindən qiymətləndirilmiş və ona beş il müddətinə əlillik dərəcəsi təyin edilmişdir.
2. İddiaçının əlillik vəziyyəti 9 saylı Şəhər Poliklinikasının 13 mart 2021-ci il tarixli, 0069003AAC41 saylı göndərişi əsasında yenidən qiymətləndirilmiş və “müalicənin potensial səmərəliliyini və son bir ildə ixtisaslaşmış müalicə kursunun yetərli olmamasını nəzərə alaraq stasionar şəraitdə əlavə müayinə və müalicə olunması” səbəbi ilə əlillik dərəcəsinin müəyyən olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 3 avqust 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 60 yaşı tamam olmuşdur. 2002-ci ildən ağır hipertoniya xəstəliyindən və ürək çatışmazlığından əziyyət çəkir. Bir neçə ildir, Bakı şəhəri Binəqədi rayonu 9 saylı şəhər Poliklinikasında ürək və hipertoniyalı xəstə kimi uçotdadır. 7 iyun 2010-cu il tarixdə səhhətində çox ciddi pisləşmə yarandığından X10 müraciət etmiş və burada ürək angioqrafiyasından keçmişdir. Nəticədə məlum olmuşdur ki, ürək çatışmazlığı və hipertoniya xəstəliyi səhhətində çox ciddi problemlər yaratmışdır. Belə ki, bütün tac damarlarda və köməkçi təchizat damarlarında 75, 80, 92 və s. faiz daralmalar aşkar edilmişdir. Ürəyində yaranmış ağır problemlərlə əlaqədar 8 iyun 2010-cu il tarixdə X11 ürək əməliyyatı keçirmiş və ürəyində 5-6 şuntlama əməliyyatı aparılmışdır. Bundan bir müddət sonra səhhətində yaranmış ciddi problemlərlə əlaqədar ürək xəstəsi kimi uçotda olduğu Bakı şəhəri, Binəqədi rayonu 9 saylı şəhər X7 Komissiyası tərəfindən tərtib edilmiş forma-88 göndərişi Binəqədi rayon Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmişdir. 23 noyabr 2010-cu il tarixdə Binəqədi rayon TSEK-də tibbi müayinədən keçmiş və səhhətindəki ağır probleml ərə görə ona 2-ci qrup əlillik müəyyən edilmişdir. 2010-cu ildən 2015-ci ilədək hər il TSEK-də müayinədən keçmiş və onun 2-ci qrup əlil olmağı təsdiqlənmişdir. 2015-ci ildə təkrar TSEK-in müayinəsindən keçmiş və onun əlilliyi daha 5 il müddətinə təsdiqlənmişdir və növbəti müayinə vaxtı 2020-ci ilin dekabr ayına təyin edilmişdir. Bu illərdə bir neçə dəfə xəstəxanalarda yatmış, fasiləsiz olaraq antisklerotik, antikoaqulyant, antihipertenziya, beta blokator müalicəsi almışdır. 20 ildən çox müddətdir ki, fasiləsiz olaraq gündə 4-5 adda dərman içir, içdiyi dərmanlar onda mədə problemi də yaratmışdır, artıq mədəsi də ona ciddi ağrılar verir. Yaxşılaşmalar az müddətli olduğundan, dəfələrlə ETKİ və Ə.D.Məlikov adına 6 saylı BŞX-da stasionar müalicə almış, özəl klinikalarda müayinə və müalicələrd ən keçmişdir. Daimi olaraq ürək nahiyəsində yandırıcı, basıcı, sol kürək, sol qola kəskin ağrı və sancı verən ağrılardan, tənginəfəslikdən, boğulmalardan, ürək döyünməsindən, tez yorulmadan əziyyət çəkir. Son illərdə 7 oktyabr 2019-cu il tarixdən 17 oktyabr 2019-cu il tarixədək X1 və 11 noyabr 2020ci il tarixdən 19 noyabr 2020-ci il tarixədək Ə.D.Məlikov adına 6 saylı BŞX-də stasionar müalicə almasına baxmayaraq, onun səhhətində hər hansı yaxşılaşma olmamışdır. 2020ci ilin dekabr ayında əlillik qrupunun müddəti bitdiyinə görə, Bakı şəhəri, Binəqədi rayonu 9 saylı Şəhər X7 Komissiyası tərəfindən forma-88 göndərişi 29 dekabr 2020-ci il tarixdə TSEK-ə göndərilmişdir. TSEK-dən imtina cavabı gəlmişdir və TSEK ona yenə xəstəxanada müalicə almağı məsləhət görmüşdür. Bundan sonra, Bakı şəhəri, Bin əqədi rayonu 9 saylı Şəhər Poliklinikasının göndərişi ilə X2 stasionar müalicəyə göndərilmiş, lakin burada yer olmadığından, poliklinika onu yenidən Ə.D.Məlikov adına 6 saylı BŞX-ya göndərmiş və burada 18 yanvar 2021-ci il tarixdən 25 yanvar 2021-ci il tarixədək müalicə almışdır. Onun səhhətində yaxşılaşma olmadığından, xəstəxanaların müvafiq epikriz, xəstəlik tarixçələri, uzun illər ürək xəstəsi kimi uçotda olmağı həqiqi xəstə olmağına əsas verdiyi üçün Binəqədi rayonu 9 saylı şəhər X7 Komissiyası tərəfindən təkrar forma-88 göndərişi doldurularaq əlillik müddətinin uzadılması üçün 13 mart 2021-ci il tarixdə TSEKə göndərilmişdir. 4 aydan sonra imtina cavabı gəlmişdir və TSEK ona yenə də xəstəxanada yatmağı məsləhət görmüşdür. Bu cür tələb və tövsiyə qanuna tamamilə ziddir. Bu hal isə, onun çox həyəcanlanmasına, səhhətinin daha da pisləşməsinə, sosial rifah halının və maddi vəziyyətinin çox çətinləşməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən TibbiSosial Ekspert Komissiyası tərəfindən hüquqları pozulur. Həqiqi xəstə olduğu üçün TSEK tərəfindən məsələyə qanun, məntiq, ədalət və insaf müstəvisində baxılmasına onun ehtiyacı var. Səhhətində ciddi problemlərin olması, Binəqədi rayonu 9 saylı Şəhər Poliklinikasında olan şəxsi uçot vərəqəsində, xəstəxanalara göndərişlərdə, xəstəxanaların ona aid müəyyən etdikləri və təsdiqlədikləri xəstəlik tarixçələrində, X8 Komissiyası tərəfindən verilmiş çoxsaylı forma 88-də öz əksini tapmışdır. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2010 – 2015-ci illərdə hər il, daha sonra 5 il müddətinə xəstəliyinin və əlillik dərəcəsinin təsdiqlənməsi «Əlilliyin müəyyən olunması meyarlarının təsdiq olunması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olmuşdur. Qeyd olunan Əsasnamədə və «Əlilliyin müəyyən olunması meyarlarının təsdiq olunması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əlavələrdə əlilliyin müəyyənləşdirilib təsdiqlənməsi üçün əsas olan xəstəliklərin “XBT-10” təsnifat kodları göstərilmişdir. Bu əlavələrdəki XTB-10 kodunu nəzərə aldıqda görünür ki, həqiqətən onun səhhətindəki problemlər Tibbi Sosial Ekspert Komissiyası tərəfindən də təsdiq olunmuşdur və bundan daha mühümü isə onun mövcud xəstəliyi «Əlilliyin müəyyən olunması meyarlarının təsdiq olunması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabineti nin qərarına əlavələrdə öz əksini tapmışdır. Bu səbəbdən də problemin ədalətli həlli naminə məhkəmə orqanlarına müraciət etmək məcburiyyəti yaranmışdır.
5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə 9 saylı Şəhər Poliklinikasının 23 noyabr 2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X5: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜİX qeyri stabil stenokardiya koronar damarların aterosklerozu. Stent implantasiya koronar angioplastika əməliyyatından sonrakı vəziyyət. Hipertoniya xəstəliyi İİ m.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci – üçüncü dərəcəli çatışmazlığı.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 9 saylı Şəhər Poliklinikasının 26 dekabr 2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X5: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20 – İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 – Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜİX qeyri stabil stenokardiya koronar damarların aterosklerozu. Stent implantasiya koronar angioplastika əməliyyatından sonrakı vəziyyət. Hipertoniya xəstəliyi İİ m.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çat mamazlığı.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 14 yanvar 2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X5: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => İ20 – İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 – Stenokardiya [döş inağı] => 120.0 – Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜİX qeyri stabil stenokardiya koronar damarların aterosklerozu. Stent implantasiya koronar angioplastika əməliyyatından sonrakı vəziyyət. Hipertoniya xəstəliyi İİ m.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci – üçüncü dərəcəli çatışmamazlığı.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 9 saylı Şəhər Poliklinik asının 29 dekabr 2020-ci il tarixli 0069003AACZM saylı göndərişi əsasında baxılmış və “X5: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => İ20 – İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 – Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 – Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: İ25.2 Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz Ağırlaşma 150.1 Sol mədəcik çatmamazlığı, Sol mədəcik çatmamazlığı İİİ f/s Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, angioplastiakdan sonrakı vəziyyət (xx.xx.2010) Yanaşı xəstəliklər H35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, göz dibinin retnopatiyası Yanaşı xəstəliklər İ20.8 Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası İİİ f/s Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığ ı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], hipertomiya xəstəliyi İİİ cü mərhələ Yanaşı xəstəliklər K29 Qastrit və duodenit, qida borusunun refleks xəstəliyi. erozit qastrit bulvit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə müddəti az olduğuna görə ixtisaslaşdırılmış müalicə məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. 9 saylı Şəhər Poliklinikasının 13 mart 2021-ci il tarixli 0069003AAC41 saylı göndərişi əsasında baxılmış və “X5: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => İ20 – İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 – Stenokardiya [döş inağı] => İ20.8 – Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik s tenakardiyası İİİ f.s. Ağırlaşma İ25.2 Əvvəllər keçirilən miokard infarktı, ÜİX infarktdan sonraki kardioskleroz. Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞ sonrakı vəziyyət (xx.xx.2010). Ağırlaşma 150.1 Sol mədəcik çatmamazlığı, Ürək qan damar çatmamazlığı İİİ f.s. Yanaşı xəstəliklər K29 Qastrit və duodenit, Eroziv qastrit, bulbit. Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Arterial hipertenziya İİİ mərhələ. Yanaşı xəstəliklər H35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, Göz dibinin retinopatiyası. Yanaşı xəstəliklər İ67.4 Hipertenziv ensefalopatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: - Müalicənin potensial səmərəliliyini və son bir ildə ixtisaslaşmış müalicə kursunun yetərli olmamasını nəzərə alaraq stasionar şəraitdə əlavə müayinə və müalicə olunması qərarı verilir.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilm əsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay m üddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəx sin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərə də qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir.
6. Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(112)-1802/2022 nömrəli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçıya ikinci dərəcə əlillik təyin edilməsi öhd əliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçı X3 əvvəllər də əlillik dərəcəsi təyin olunduğu və həmin əlilliyin müddətinin 2021-ci ildə başa çatdığını nəzərə alaraq, işdə olan, o cümlədən müvafiq tibb müəssisəsindən verilən sənədlərə əsasən iddiaçıda əvvəllər mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliklərin davam etməsi təkzib olunmur. Mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliyin davam etdiyi təqdirdə ona münasibətdə «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndi deyil, 1.5.3-cü bəndinin tələbləri tətbiq edilməlidir. Qaydanın 1.5.3-cü bəndi isə, şəxsin orqanizminin pozulmuş funksiyalarının bərpa olunmamasını və müvafiq sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularını “eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması” ilə şərtləndirmir. Belə olan halda, cavabdehin iddiaçıya əlillik təyin edilməsindən “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
8. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1955/2022 nömrəli iş üzrə 15 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik ed ən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(112)1802/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayətində işin hallarını sadalamış və iddia tələbinə etirazın dəlillərini təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq qiymətləndirilmə aparılmasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən həmin qərar ləğv edilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublik asının Qanunu Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qu rum) müəyyən edir 3.2. əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 3.3. şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilli yin qiymətləndirilməsi Qaydası” 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respu blikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəy yən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə “1.1. Əlillərə münasibət sahəsində sosial siyasət h əyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsa slanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunla şma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.” Həmin Əsasnamənin 2-ci hissəsinin 2.2-cü bəndinə əsasən, ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı halla rda təyin edilir: 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);
17. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzə rdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qə tidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundam ental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımı qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətlə ndirməsi ilə də razılaşır.
24. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyəti 2010-cu il tarixdən 2015-ci il tarixədək ildə bir dəfə olmaqla qiymətləndirilmiş və eyni diaqnoz əsasında əlillik dərəcəsi müəyyən edilmiş, daha sonra elektron təyinatla 14 yanvar 2016-cı il tarixli göndəriş əsasında qiymətləndirilmiş və eyni xəstəliklər səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi təyin olunmuşdur. Növbəti dəfə iddiaçının əlillik vəziyyəti 9 saylı Şəhər Poliklinikasının 29 dekabr 2020-ci il tarixli, 0069003AACZM saylı göndərişi əsasında cavabdeh tərəfindən yenidən qiymətləndirilmiş və əlavə müa licəyə ehtiyacın olması səbəbi ilə əlillik dərəcəsinin müəyyən olunmasından imtina edilmişdir.
26. Cavabdehin imtinasının və kassasiya şikayətinin əlavə müalicəyə ehtiyacın olması ilə bağlı həmin dəlili mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları və iş üzrə materiallarla təkzib olunur. Belə ki, iş üzrə materiallardan görünür ki, iddiaçı uzun müddət qeyd edilən xəstəliklərdən müalicə almış, əməliyyat olunmuş, sonradan yenidən müalicə olunmuş, bu davamlı xarakter daşımış və müalicə səmərəli nəticələrlə müşayiət olunmamışdır.
27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsin ə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Həmin Qaydaların 1.5.3-cü maddəsinə əsasən isə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. İstinad olunan normalardan göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etdiyi hallarda, təkrar əlilliyin qiymətləndirilməsi zamanı şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı xüsusi şərt nəzərdə tutmur.
28. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından 14 yanvar 2016-cı il tarixli göndəriş əsasında 5 il müddətinə əlillik təyin etməsinə və bu qərarın 26-27-ci bəndlərində qeyd olunan halların mövcud olmasına rəğmən, həmin diaqnoz əsasında 2021-ci il tarixdə təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir.
29. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar.
30. Belə olan halda, 2016-cı ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fə rqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.
31. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, apelyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1955/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.