Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-144/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; tikinti ustası və iş icraçısı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy inin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyul 2023-cü il tarixli, 2-1(103)-1712/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, xx.xx.1978-ci il tarixdə Azərbaycan Mühəndis İnşaat İnstitutuna daxil olmuş, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tari xədək hərbi xidmətdə olmuş, xx.xx.1987-ci il tarixdə institutu bitirmişdir.
2. İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək 1-ci dərəcəli fəhlə, xx.xx.1982-ci il tarixdə 3-cü dərəcəli dülgər, xx.xx.1987-ci il tarixdə 2-ci dərəcəli dülgər işləmiş, xx.xx.1987-ci il tarixdə inşaat ustası, xx.xx.1989-cu il tarixdə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək və xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək baş mühəndis, xx.xx.2008-ci il tarixdən xx.xx.2015-ci il tarixədək baş mühəndis, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək sahə rəisi, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək mühəndis, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iş icraçısı, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sahə rəisi işləmiş, xx.xx.2021-ci il tarixdən iş icraçısı vəzifəsinə təyin edilmişdir. 3. “Unico” Universal Construction tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışlarda qeyd edilir ki, iddiaçı 15 iyul 2020-ci il tarixdən "xxxx" QSC-də iş icraçısı vəzifəsində işləyir. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarına əsasən güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququna malikdir. 4. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 09 nömrəli arayışla müəyyən olunur ki, iddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək baş mühəndis vəzifəsində işləmişdir. 5. " xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 66 nömrəli arayışla müəyyən olunur ki, iddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək baş mühəndis vəzifəsində işləmişdir.
6. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu 15 fevral 2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, iddiaçının 09 fevral 2022-ci il tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48720 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alı nan pensiya kapitalı cəmi 38470,49 manat təşkil edir. Bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
7. Cavabdeh inzibati orqan 13 may 2022-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçının əmək kitabçasında xx.xx.1982 - xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində işlədiyinə dair aparılmış qeydlər arxiv arayışı əsasında təsdiq olunaraq müvafiq sənədlər təqdim olunduqdan sonra müraciətə baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pen siyası təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçının tələbi hazırkı qərarın 1-7-ci bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.
10. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinaya dair məktubların dəlilləri ilə eynilik təşkil edir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 25 yanvar 2023-cü il tarixli, 21(112)-1424/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla qanunla müəyyən olunmuş yaş həddinə (57 yaş) xx.xx.2018-ci il tarixdə çatmışdır. İddiaçının əmək kitabçasındakı qeydlər və hərbi xidmət dövrləri nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci, 9.8-ci maddələrinə müvafiq olaraq, ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa gö rə əmək pensiyası təyin olunmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 15 fevral 2022-ci il tarixli məktubla müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırkı tələblə cavabdeh inzibati orqana xx.xx.2022-ci ildə müraciət etmişdir. Eyni zamanda, iddiaçı tərəfindən həmin tarixdən əvvəlki dövrlərdə hazırkı tələblə cavabdeh inzibati orqana hər hansı üzrlü səbəbdən müraciət etməməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçıya ödəniləcək pensiya məbləğinin fərqi cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (09 fevral 2022-ci il) əvvəlki illər üçün, yəni 09 fevral 2019-cu ildən hesablanaraq ödənilməlidir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın tə min edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) 04 iyul 2023cü il tarixli, 2-1(103)-1712/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1424/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçıya məxsus əmək kitabçasının üzərinə dublikat qeydi aparılmışdır. Lakin əmək kitabçasının əslinin hansı səbəbdən məhv olması, hansı tarixdə və hansı sənədlər əsasında dublikatının tərtib edilməsi bəlli deyildir. Eyni zamanda, əmək kitabçasının doldurulma qaydası, həmçinin müvafiq dövrlərdə reallığı əks etdirməyən möhürün vurulması, həmçinin iddiaçının işləməsinə dair sənədlərin tapılmaması dublikat əmək kitabçasının mötəbər olmamasını təsdiq edir. Eləcə də, iddiaçının güzəştli iş stajına dair işlədiyi peşənin sahə və kodu dəqiq qeyd olunmaqla iş yerindən verilməli olan arayış təqdim edilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə qarşı yazılı et iraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşüb): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Maddə 67.1. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 67. 3 “v”. İş stajına hərbi (alternativ) xidmət müddəti də daxil edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə": Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatl arı, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli h esab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət form al baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, y uxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək 1-ci dərəcəli fəhlə, xx.xx.1982-ci il tarixdə 3-cü dərəcəli dülgər, xx.xx.1987-ci il tarixdə 2-ci dərəcəli dülgər işləmiş, xx.xx.1987-ci il tarixdə inşaat ustası, xx.xx. 1989-cu il tarixdə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək və xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək baş mühəndis, xx.xx.2008-ci il tarixdən xx.xx.2015-ci il tarixədək baş mühəndis, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək sahə rəisi, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək mühəndis, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iş icraçısı, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sahə rəisi işləmiş, xx.xx.2021-ci il tarixdən iş icraçısı vəzifəsinə təyin edilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd olunan illər də işləməsi ona məxsus əmək kitabçası və iş yerindən verilmiş arayışlarla öz təsdiqini tapır. xx.xx.1982xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində onun işlədiyinə dair sənədlərin arxivə təhvil verilməməsi, habelə əmək kitabçasının qanunvericiliyin tələbinə uyğun doldurulmaması isə iddiaçının təqsiri olmamaqla, onun ziyanına şərh oluna bilməz.
32. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, onun xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək inşaat ustası və xx.xx.1989-cu ildən xx.xx.2003-cü ilədək iş icraçısı kimi işlədiyi dövrlərdə iş stajı 12 il 6 aydan çox olmaqla müddətə dair qanunvericiliklə müəyyən edilmiş həddi tamamlayır.
33. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Gü zəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29-cu maddəsinin “b” bəndinə əsasən tikinti və quraşdırma işləri üzrə iş icraçısı və usta vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verir.
34. Sonda məhkəmə kollegiyası təyin edilmiş pensiyanın ödənilməsi ilə bağlı onu qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 15 fevral 2022-ci il tarixli imtina məktubu ilə müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırkı tələblə cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Belə olan halda, aşağı instansiya məhkəmələri haqlı olaraq belə nəticəyə gəlmişlər ki, iddiaçıya ödəniləcək pensiya məbləğinin fərqi cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (09 fevral 2022-ci il) əvvəlki illər üçün, yəni 09 fevral 2019-cu ildən hesablanaraq ödənilməlidir.
35. Məhkəmə kollegiyası hesab edir ki, hazırki qərarın 19-23-cü bəndlərində istinad olunan qanunvericiliyin tələbləri baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
36. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyul 2023-cü il tarixli, 21(103)-1712/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanıl