Məhkəmə qərarları › İş №2-1(102)-1440/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1440/2020

11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1440/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Xəzər rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hakim vəzifəsində işləmiş şəxsə təyin edilmiş yaşa görə əmək pensiyasının sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh DSMF-nin Xəzər rayon Şöbəsinə qarşı “sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi K ollegiyasının 2019-cu il 31 iyul tarixli 21(103)-1544/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx xxx 1995-ci il tarixdən xx xxxxxxxx 2000-ci il tarixədək Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalında hakim vəzifəsində işləmiş, xx xxxx 2001-ci il tarixdən əmək fəaliyyətini ədliyyə orqanında davam etdirmiş, 2007-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “Məhkəmələr və hakimlər haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2010-cu il 8 oktyabr tarixli Qanunu nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 17 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının hakim işlədiyi dövrdə istinad etdiyi əlavələri alması barədə heç bir rəsmi arayış təqdim etməməsi göstərilmişdir. İddiaçı 2018-ci il 31 oktyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Məhkəmələr və hakimlər haqqında” Qanuna xx xxxxxxx 2010cu il tarixli Qanunla edilmiş dəyişikliyə əsasən ona verilən pensiyanın miqdarının yenidən hesablanıb müəyyən edilməsi və keçən müddət ərzində ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, xx xxxxxxx 1979-cu il tarixdən D axili İşlər Nazirliyinin X1 sıravi yanğınsöndürən, rayon məhkəməsində məhkəmə iclas katibi, Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalında hakim və Ədliyyə Nazirliyində xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışmış və hal-hazırda həmin nazirlikdə baş məsləhətçi, baş ədliyyə müşaviri kimi fəaliyyətini davam etdirir. 1981 – 1983-cü illərdə hərbi xidmətdə olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin dairəsi müəyyən edilmişdir. Ədliyyə işçilərinin güzəştli şərtlərlə əmək pensiyası hüququ bu Qanunun 9.7.1-ci maddəsinə uyğun olaraq ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olduqda yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 123 nömrəli qərarı ilə “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın 2.2.7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilmişdir. Hal-hazırda o, güzəştli şərtlərlə əmək pensiyası alır. Lakin pensiya təyin olunarkən düzgün hesablanmamışdır. O, bu barədə müraciət etdikdən sonra pensiyada artım olmuş, lakin pensiya “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının xx xxxxxxx 2010-cu il tarixli Qanununa əsasən hesablanmamışdır. Həmin Qanunun 10-cu maddəsinin 5-ci və 6-cı bəndlərinə əsasən azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. Bu maddənin 5-ci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20-ci və 20.1.4-cü maddələrinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7-ci və 29-cu maddələrinin mənasına görə əmək pensiyası yaşına çatmış sabiq hakimlərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınır. Əmək pensiyası yaşına çatmış sabiq hakimlərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının xx xxxxxxx 2010-cu il tarixli, 1092-İİİDQ saylı Qanununun 1-ci bəndi ilə 106-cı maddəyə aşağıdakı məzmunda üçüncü və dördüncü hissələrin əlavə edilməsi qərara alınmışdır.

3. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, ape llyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir.

4. İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir. Həmin Qanunun müddəalarında bu Qanunun xx xxxxxxx 2010-cu il tarixdən qüvvəyə minməsi qeyd olunmuşdur. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 2, 33, 52, 58, 68, 69-cu maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tə ləbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(82)4621/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya yaşa görə əmək pensiyasının xx xxxxxxx 2010-cu il tarixdən hakimlərə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün verilən vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində verilən müavinət və müalicə üçün verilən iki aylıq əmək haqqı həcmində pul məbləği nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyu lmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəmələrinin hakimlərinin vəzifə maaşı 15 faiz artırıldığından və bu artımlar sabiq hakimlərə də şamil edildiyindən, qulluq stajına görə onun əmək pensiyasına əlavələr yenidən hesablanmalıdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 31 iyul tarixli 2-1(103)-1544/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayə ti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə gəldiyi nəticəni “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsi ilə əsaslandırmışdır. Həmin maddəyə əsasən əmək pensiyası yaşına çatmış hakimlərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, müəyyən edilir. Məhkəmə sonradan birinci instansiya məhkəmələrinin hakimlərinə ödənilən vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad aylıq pul təminatını və birdəfəlik maddi yardımı “əmək haqqındakı sonrakı artım” olaraq şərh etmişdir. Halbuki, Qanunun mənasından göründ üyü kimi birinci ödəniş əmək haqqı olaraq deyil, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün nəzərdə tutulmuşdur. Yəni qeyd olunan ödənişin konkret təyinatı müəyyən edilmiş və bu təyinat əmək haqqı deyil. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli, 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı”na əsasən maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmır. Yəni pensiya hesablanması zamanı birdəfəlik maddi yardımın nəzərə alınması qanunvericiliklə ümumiyyətlə nəzərdə tutulmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili (nümayəndəsi) xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında ka ssasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandır ılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:...20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlər. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar nəzərə alınır. “Məhkəmələr və hakimlər haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2010-cu il 8 oktyabr tarixli Qanunu ilə “Məhkəmələr və hakimlər haqqı nda” Qanunun 106-cı maddəsinə “Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir” məzmunda üçüncü hissə, “İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir.” məzmunda dördüncü hissə əlavə edilmiş, 107-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində “iki aylıq vəzifə maaşı məbləğində m əzuniyyət haqqı verilir” sözləri, “iki aylıq əmək haqqı məbləğində müavinət verilir” sözləri ilə əvəz edilmiş, həmin Qanun 2010-cu il oktyabrın 1-dən qüvvəyə minmişdir. İddiaçı da məhz “Məhkəmələr və hakimlər haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2010-cu il 8 oktyabr tarixli Qanuna istinad edərək həmin Qanunla edilmiş dəyişikliyə əsasən pensiyasının yenidən hesablanması öhdəliyin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Başqa sözlə, iddiaçı “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 4-cü hissəsində təsbit olunmuş “Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir.”. müddəasına istinad etməmiş, həmin məzmunda tələ b irəli sürməmişdir. Birinci instansiya məhkəməsi və həmin məhkəmənin qərarın dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxaraq, iddiaçı tərəfindən irəli sürülməmiş tələb üzrə də qərar qəbul etmişlər. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İrəli sürülmüş tələblər üzrə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” a nlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlə t sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya t əminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pens iya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz”. İşdən göründüyü kimi, iddiaçı hakim vəzifəsində 1995-ci il 3 may tarixdən 2000-ci il 2 sentyabr tarixədək, yəni iddia ərizəsində istinad etdiyi 2010-cu il 8 oktyabr tarixli Qanunun qəbulundan əvvəl işləmişdir. Beləliklə, iddiaçı həmin Qanunla nəzərdə tutulmuş əlavələri almamış, müvafiq olaraq həmin vəsaitlərdən sosial sığorta haqqı tutulmamışdır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə iddiaçıya pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə (x xxxxxxxx 2000-ci ilədək) almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun olmadığından hazırkı işdə həmin əlavələr iddiaçının pensiyasının yenidən hesablanması üçün əsas ola bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qərarını dəyişdirilmədən saxlayarkən yuxarıda qeyd edilən hüquq normalarını iş üzrə müəy yən olunmuş faktiki hallara düzgün tətbiq etməmişdir. İPM-in 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. İPM-in 96.5.1 və 96.5.2-ci maddələrində nəzərdə tutulan hallar hazırkı işdə mövcud olmadığ ından, işin təkrar apellyasiya baxışına göndərilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 31 iyul tarixli 2-1(103)-1544/2019 nömrəli qərarı ləğv edilir. İddia təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova R.S.Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar