Məhkəmə qərarları › İş №2-1(102)-1440/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1440/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1440/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil Həsən oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Regional ərazi fil ialı) qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 may tarixli 21(105)-220/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 7 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan Laçın rayonu M.Əzizbəyov adına sovxozda 1979-cu il 15 noyabr – 1990-cı il 10 oktyabr tarixlərdə işləməyi möhürlə təsdiq edilməmişdir. Bu səbəbdən də həmin dövrlərin iddiaçının ə mək stajına əlavə edilməsi qanunvericiliklə mümkün olmamışdır. İddiaçının əmək kitabçasına əsasən onun sosial sığorta stajı 9 il 9 ay 10 gün təşkil etdiyindən əmək pensiyası hüququ mövcud olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 4 avqust tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona hüququnun yarandığı vaxtdan əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı pensiya al maq tələbi ilə cavabdehə müraciət etmiş, cavabdehin ona ünvanladığı **********6 saylı, 2020-ci il 7 aprel tarixli məktubda bildirmişdir ki, onun pensiya hüququ yoxdur. Ona ünvanlanmış imtina məktubu tamamilə əsassızdır. Hesab edilməlidir ki, cavabdehin məsələyə yanaşması səhvdir. Belə ki, iddiaçı 1962-ci il 28 aprel tarixdə Laçın rayonu, Malbəy kəndində anadan olmuş, 1979-cu il 15 noyabr tarixdə Laçın rayonu, M. Əzizbəyov adına sovxozda fəhlə işləməklə əmək fəaliyyətinə başlamışdır. 1981-1983-cü illərdə, N saylı hərbi hissədə Sovet Ordusu sıralarında qulluq eləmiş, 1990-cı il 10 oktyabr tarixdə, sovxoz ləğv edilənədək, o, həmin sovxozda fəhlə işləmişdir. 1979-1990-cı illərdə o sovxozda işləmiş, oradan hərbi xidmətə getmiş, dönəndən sonra öz işinə davam etmişdir. Hərbi xidmət də daxil olmaq la 11 il iş stajı 1990-cı ildə artıq var idi. 1990-95-ci illərdə Laçın rayonu, M. Hüseynzadə kolxozunda işləmiş, həmin illərdə sənədləşmənin dəqiq aparılması mümkün deyildi. Çünki, idarələrin çoxu sənədləri Laçından çıxara bilməmişdi. 2006-2008-ci illərdə Yol "xxxx" MMC-nin Yol Nişanları Departamentində sürücü işləmiş, 2008-ci ildə 6 ay “ARGE inşaat Ticarət AS”-də sürücü işləmiş, 2011-ci il 15 fevral - 2011-ci il 10 oktyabr tarixlərdə "xxxx" MMC-də yenə də sürücü işləmiş, 2011-ci il 1 sentyabr - 2012-ci il 24 may tarixdə "xxxx" MMC- də sürücü işləmiş, 2012-ci il 14 sentyabr - 2013-cü il 11 yanvar tarixdə "xxxx" MMC-də sürücü işləmiş, 2014-ci il 17 mart - 2014-cü il 24 dekabr tarixdə Hərbi Komissarlığın Xətai rayon bölməsində sürücü işləmiş, 2015-ci il 27 oktyabr - 2015-ci il 28 dekabr ta rixdə Ekologiya və TSN-də usta-rəngsaz vəzifəsində işləmiş, 2016-ci il 6 aprel 2016-cı il 1 avqust tarixdə X1 Nəzarət İdarəsində sürücü vəzifəsində işləmişdir. 2016cı ildə əməliyyat olunmuş və ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Bütün bunlardan sonra ona pensiya verilməsindən imtina edilməsi absurddur. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İddiaçının əmək kitabçasında 1979-cu il 15 noyabr tarixdə həmin sovxozda əmək fəaliyyətinə başlaması və 1990-cı il 10 oktyabr tarixdə işdən çıxması barədə məlumat qeyd olunsa da, işdən çıxması barədə qeyddə sovxozun möhürün olmaması həmin qeydin mötəbərliyini sual altına qoyur. Buna görə də iddiaçının həmin sovxozda məhz 1990- cı ilə qədər işləməsi faktı əsaslı şübhələr yaradır. Həmçinin qeyd edilməlidir ki, həmin qeydlərin möhürlə təsdiq olunmaması sovxozda işlədiyi mübahisəli dövrün iş stajına daxil edilməsini yolverilməz edir. Belə olduğu halda isə, iddiaçının əmək kitabçasına əsasən sığorta stajı cəmi 9 il 9 ay 10 gün təşkil edir. Bu isə əlilliyə görə pensiyanın təyin olunması üçün tələb olunan 14 ildən az olduğu üçün, iddiaçıya əlilliyə görə pensiyanın təyin olunması qanunla mümkün deyil. İddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericiliyin normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunsuz hesab edilərək təmin edilməməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sum qayıt İnzibati Məhkəməsinin 2020-ci il 12 noyabr tarixli, 2-1(118)1176/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi illəri və hərbi xidmət müddəti sosial sığorta stajına daxil edilərək, ona 2017-ci il 2 aprel tarixdən etibarən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik dövrü üçün əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmək kitabçasında olan qeydlər ilə bağlı şübhələrin aradan qaldırılması məqsədi ilə Laçın rayon İcra Hakimiyyətinə sorğu verilmiş və nəticədə iddiaçının 1979-cu il 15 noyabr tarixdən 1990-cı il 10 dekabr tarixədək Laçın rayonunun Malıbəy kəndində fəaliyyət göstərmiş “M.Əzizbəyov” adına sovxozda işləməsi müəyyən olunmuşdur. İddiaçının əlil olması və 23 ildən çox sosial sığortası olduğuna görə ona “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə görə əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 may tarixli 2-1(105)-220/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 12 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və id dia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, vətəndaşa işdən çıxması faktını təsdiq edən möhürün olmaması barədə məlumat verildikdə, vətəndaş Laçın rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İcra Hakimiyyətinin əməkdaşı iddiaçının əmək kitabçasındakı həmin qeydə Sovet dövrünə aid olan, içindəki yazılar rus dilində olan bir möhür vurmuşdur. 2020-ci ildə Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında 1991-ci il tarixdən mövcud olmayan bir ölkənin (SSRİ) möhürünün vurulması faktı özü özlüyündə artıq ciddi bir qanun pozuntusudur. Həmçinin qeyd edilməlidir ki, həmin qeydlərin möhürlə təsdiq olunmaması sovxozda işlədiyi mübahisəli dövrün iş stajına daxil edilməsini yolverilməz edir. Belə olduğu halda isə, iddiaçının əmək kitabçasına əsasən sosial sığorta stajı cəmi 9 il 9 ay 10 gün təşkil edir. Bu isə əlilliyə görə pensiyanın təyin olunması üçün tələb olunan 14 ildən az olduğu üçün, iddiaçıya əlilliyə görə pensiyanın təyin olunması qanunla mümkün deyildir. Buna görə də iddiaçıya əlillik dərəcəsi aldığı 2016-cı il 4 noyabr tarixdən bu günədək əlilliyə görə sosial müavinət təyin olunmaqla ödənilməkdədir. Beləliklə də, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 may tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul olunmalıdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

15. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun (iddiaçıya əlilliyin təyin edildiyi 2016-cı ildə qüvvədə olan redaksiyada): Maddə 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

17. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəmə sinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. İddiaçını n 1962-ci ildə doğulduğu, 2016-cı ildə isə ona ikinci dərəcə əlilliyin təyin olunduğu nəzərə alındıqda, ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 13 il sığorta stajı tələb olunur (2016-1962-15=39x4/12=13).

22. Cavabdeh qeyd edir ki, iddiaçının əmək kitabçasında 1979-cu il 15 noyabr tarixdən sovxozda əmək fəaliyyətinə başlaması və 1990-cı il 10 oktyabr tarixdə işdən çıxması barədə məlumat qeyd olunsa da, işdən çıxması barədə qeyddə sovxozun möhürünün olmaması həmin qeydin mötəbərliyini aradan qaldırır. Belə olduğu halda isə, iddiaçının əmək kitabçasına əsasən sığorta stajı cəmi 9 il 9 ay 10 gün təşkil edir.

23. Beləliklə, cavabdeh iddiaçının 1979-cu il 15 noyabr tarixdən 1990-cı il 10 oktyabr tarixədək (1981-1983-cü illərdə hərbi xidmət müddəti çıxılmaqla) olan əmək fəaliyyətinə dair məlumatları iddiaçıya sığorta stajının hesablanması üçün qəbul etmir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...

25. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1dək sığortaolunanların q azanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.

26. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının 1979-cu ildə sovxozda işə qəbul edilməsinə dair qeyd mübahisələndirilməli deyil, belə ki, həmin qeyd bilavasitə sovxozun möhürü ilə təsdiq olunmuşdur. Bunun davamı olaraq, iddiaçının həmin sovxozda əmək fəaliyyətinə xitam verildiyinə dair – cavabdehin mübahisələndirdiyi 1990-cı il 10 oktyabr tarixli qeyddən başqa – hər hansı digər qeyd də yoxdur.

27. Cavabdehin mübahisələndirdiyi 1990-cı il 10 oktyabr tarixli qeydə sonradan, həm də Sovet dövrünə aid olan, içindəki yazılar rus dilində olan möhür vurulduğuna dair dəlilə gəldikdə, bu dəlil 1990-cı il 10 oktyabr tarixli qeydin özünün həmin möhürün vurulmasınadək mö vcud olması faktına və onun sübut qüvvəsinə təsir etmir. Cavabdeh özü də təsdiq edir ki, iddiaçı ilk dəfə sənədlərlə ona müraciət etdikdə, həmin qeyd (möhürsüz) mövcud olmuşdur. Və iddiaçının həmin sovxozda işə qəbul edilməsi faktına dair qeydin mübahisəsiz olduğu da nəzərə alınmaqla, onun həmin işdən çıxmasına dair qeyddəki məlumatın həqiqətə uyğun olmadığını qeyd-şərtsiz təsdiq edə bilən sübut işdə yoxdur.

28. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini tə sdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

29. Göründüyü kimi, inzibati orqan əmək kitabçasında göstərilən məlumatın yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

30. Beləliklə, iddiaçı ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan azı 13 il sığorta stajına malik olduğundan, onun hazırkı məzmunda tələb hüququ vardır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 may tarixli 21(105)-220/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar