Məhkəmə qərarları › İş №2-1(102)-1440/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1440/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1440/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1440/2022) (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2-1(103)1954/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 5 noyabr 2021-ci il tarixində Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 13 saylı evin, 4 saylı mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir.

2. Cavabdeh 3 dekabr 2021-ci il tarixli **********22 nömrəli imtina məktubunda bildirmişdir ki, Bakı şəhəri, Səba il rayonu, Y.Mürsəlov küçəsi, 13 saylı evin, 4 saylı mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 51/2 saylı sərəncamı xx.xx.2021-ci il tarixdə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 13 saylı evin, yaşayış sahəsi 39.0 kv. metr olan 2 otaqlı, 4 saylı mənzili üzərində mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət çıxarışının (xüs usi mülkiyyət kimi) və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin 10 sentyabr 1957-cı i tarixli, 14/401 nömrəli qərarı ilə təsdiq edilmiş xx.xx.1958-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 13 saylı evin, 4 saylı mənzili Zoya Marusinanın icarəsinə müddətsiz verilmişdir. X2 Yakovlevnanın ölümü ilə əlaqədar xx.xx.2020-ci il tarixdə sözügedən mənzildən qeydiyyatdan çıxarılmışdır. xx.xx.1970-ci il tarixdən həmin ünvanda doğularaq bu hazırki vaxta kimi həmin ünvanda yaşayır. 2001-ci ildən qeydiyyatda olmaqla anası və o yaşayırlar. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Komunal və Təsərrüf atı Departametinin 51/2, xx.xx.2021-ci i! tarixli sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 13 saylı evin, yaşayış sahəsi 59.0 kv. metr olan 2 otaqlı, 4 saylı mənzilinin kirayə müqaviləsinin 2 nəfər ailə üzvü olan İddiaçı adına dəyişdirilməsi və onun həmin evin kirayəçisi olması qeyd olunmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departameti 3 salı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 149 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 4433 saylı arayışa əsasən Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, 13 saylı evin, yaşayış sahəsi 39.0 kv. metr olan 2 otaqlı, 4 saylı mənzilində İddiaçı, X1 daimi qeydiyyatdadırlar. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, həmin mənzi lə dair kirayə müqaviləsi xx.xx.1958-ci il tarixdə bağlanmış, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departametinin 51/2, xx.xx.2021-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, 13 saylı evin, yaşayış sahəsi 39.0 kv. metr olan 2 otaqlı, 4 saylı mənzilinin kirayə müqaviləsi 2 nəfər ailə üzvü olan İddiaçı adına dəyişdirilmişdir. Sərəncamdan da aydın olur ki, həmin mənzilə dair ilkin kirayə müqaviləsi 1958-ci ildə bağlanmışdır.

5. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazı imtina məktubunun məzmununa uyğundur.

6. Bakı İnzibati Məhkəməsinin 1 mart 2022-ci il tarixli, 2-1(112)-5045/2022 nömrəli qərarı (hakim N.İ.Abıyev) ilə iddia təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 13 saylı evin, 4 sa ylı mənzilinin İddiaçı adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması və buna dair onun adına reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyd edilən bütün hüquqmüəyyənedici sənədlər (sərəncam) məhkəməyə təqdim edildiyindən cavabdehin imtinası qanuni sayıla bilməz.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 21(103)-1954/2022 nömrəli qərardadı ilə (hakimlər X.A.Cəmilova (sədrlik edən və məruzəçi), M.N.Tağızadə və A.P.Oruczadə) Bakı İnzibati Məhkəməsinin 1 mart 2022-ci il tarixli, 2-1(112)-5045/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinə əlavə edilmiş surətli poçt qəbzinə münasibətdə sözügedən qərardan verilmiş apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə sürətli poçt xidmətinə təqdim edilmiş, “çatdırılmışdır” qrafasında “xx.xx.2022-ci il tarix” (bu tarixin kim tərəfindən qeyd olunması məlum deyil) göstərilsə də, apellyasiya şikayəti məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə q eydiyyata alınmışdır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti sürətli poçt xidmətinə xx.xx.2022-ci il tarixdə təqdim olunduqdan sonra onun belə növdə xidmət tərəfindən məhkəməyə 5 gündən sonraxx.xx.2022-ci il tarixdə çatdırılması və məhkəmənin də apellyasiya şikayətini 6 gün saxladıqdan sonra xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçirməsi həqiqəti əks etdirmir və apellyasiya şikayətinin reallıqda cavabdeh inzibati orqan tərəfindən prosessual müddət ötürülməklə verildiyi anlamına gəlir.

11. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi və işin baxılması üçün icraata qəbul edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5045/2022 saylı qərarı məlumat üçün İdarəyə xx.xx.2022-ci il tarixində daxil olmuş və xx.xx.2022-ci il tarixində İdarə tərəfindən apellyasiya şikayəti verilmişdir. Belə ki, İdarə tərəfindən apellyasiya şikayəti göndərilən zaman sifarişli poçt göndərişi ilə kuryer xidmətindən istifadə edilməklə xx.xx.2022-ci il tarixində kuryerə təhvil verilmişdir. Kuryer tərəfindən içərisində apellyasiya şikayətləri olan zərfin təhvil alındıqdan sonra ünvana çatdırılma və Bakı İnzibati Məhkəməsi tərəfindən həmin apellyasiya şikayətinin qeydiyyata alınma müddəti və tarixi idarənin nəzarətində və məsuliyyətində olan proses deyil. Həmçinin, kuryer xidməti yal nız sürətli poçt göndərişlərini deyil, sadə poçt göndərişlərini də nəzərdə tutan xidmət növüdür. Məlumat üçün bildirir ki, həmin poçt zərfinin içərisində hazırki şikayətdən əlavə 3 apellyasiya şikayəti mövcud olmuş və onlardan biri (xaricolma nömrəsi: **********87), yəni Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5045/2022 saylı qərarından verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının hakimi Həmid Həmidov tərəfindən xx.xx.2022-ci il, saat 10:30-a təyin edilmişdir(işin nömrəsi: 21(103)-1952/2022). Göründüyü kimi yuxarıda qeyd olunan hallar apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

130. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. İş materiallarına əsasən Bakı İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 21(112)- 5045/2022 nömrəli qərarı poçt vasitəsilə xx.xx.2022-ci il tarixli məktubla cavabdeh inzibati orqana göndərilmiş və xx.xx.2022-ci il tarixdə poçt xəbərnaməsinin “etibarnamə ilə” qrafasının qarşısına “Mirzəliyev” yazılaraq imza edilməklə (i.v.55) qəbul edilmişdir. Apellyasiya şikayəti isə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

20. İddiaçı birinci in stansiya məhkəməsinin qərarından onun rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində şikayət vermək hüququnun olmasına baxmayaraq iddiaçı tərəfindən həmin müddətdə apellyasiya şikayəti verilməmiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir.

21. Məhkəmə kollegiyası kassasiya şikayətinin təkrarlanan dəlilinə münasibətdə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, apellyasiya şikayəti sürətli poçt xidmətinə xx.xx.2022-ci il tarixdə təqdim olunduqdan sonra onun belə növdə xidmət tərəfindən məhkəməyə 5 gündən sonra-xx.xx.2022-ci il tarixdə çatdırılması və məhkəmənin də apellyasiy a şikayətini 6 gün saxladıqdan sonra xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçirməsi həqiqəti əks etdirmir və apellyasiya şikayətinin reallıqda cavabdeh inzibati orqan tərəfindən prosessual müddət ötürülməklə verildiyi anlamına gəlir.

22. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqana göndərilmiş xx.xx.2022-ci il tarixli məhkəmə bildirişində İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifədən istifadə edilərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım göstərilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5045/2022 nömrəli 1 mart 2022-ci il tarixli qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə isə həmin müddətin bərpa edilməs inə dair müvafiq ərizəni yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Lakin cavabdeh tərəfindən qeyd edilən sübut və ya ərizə təqdim edilməmişdir.

23. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq şikayəti mümkün saymamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2-1(103)-1954/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 21(103)-1954/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar