Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1440/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: adın hüquqi şəxslərin dövlət reyestrdən çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxs X16) qarşı qeydiyyatın ləğvi tələbinə dair inzibati iş üzr ə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2-1(104)-93/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qabil və X17 "xxxx" X8 MMC-nin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli iclas protokoluna əsasən, Qabil və X17 "xxxx" X8 MMC-də təsisçi olaraq 100% pay hüququ ilə tək təsisçi İddiaçı payının X2, alıcı X7 MMC-yə 100% pay hüququ ilə yeni təsisçi olaraq qəbul edilməsi, İddiaçı MMC-nin təsisçiliyindən azad edilməsi qərara alınmışdır. 2. xx.xx.2017-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinə əsasən, İddiaçı “Uday X8” MMC-dəki payını X3.
3. İddiaçı “Uday X8” MMC-dəki payının X13 adına qeydə alınması ilə əlaqədar cavabdeh A zərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinə müraciət etmişdir.
4. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, cəmiyyətin dövlət reyestrində qeydiyyata alınmış faktların sonrakı dəyişikliklərinin qeydiyyata alınması üçün müəssisədəki payın alqı-satqı müqaviləsində göstərilən yeni təsisçi tərəfindən qanunvericiliklə tələb olunan sənədlər ilə vergi orqanına müraciət etməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlə t Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, alqı-satqı müqaviləsi əsasında “Uday X8” MMC-nin təsisçisi olaraq onun qeydiyyatının ləğv edilməsi və “Uday X8” MMCnin təsisçisinin X7 adına qeydiyyata almaq vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o “Uday X8" MMC-nin tək təsisçisidir və MMC-nin təsisçisi olaraq öz payını 23 iyun 2017-ci il tarixdə X3. Bundan sonra cavabdehə müraciət edərək “Uday X8” MMC-də onun payını notarial qaydada almış üçüncü şəxs X7 adına qeydə alınması üçün müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciətin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, nizamnamə əsasında MMC-nin başqa şəxsin adına keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul edilməli və qəbul edilmiş sənədlər ərizə ilə birlikdə təqdim edildiyi halda yeni təsisçi vergi orqanı tərəfindən qeydə alına bilər. O, “Uday X8” MMC-nin tək təsisçisi olaraq öz payını notarial qaydada üçüncü şəxs X1 imtina əsassızdır. Belə olan halda onun təsisçisi olduğu MMC ilə heç bir əlaqəsi qalmır. MMC-də pay sahibi faktiki və hüquqi cəhətdən alıcı X10r və onun adına qeydə alınması tam olaraq qanuni və əsaslıdır.
7. Gəncə İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli qərardadı ilə inzibati iş üzrə X16 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək kommersiya hüquqi şəxslərin dövlət reyestrində “UDAY X8” MMC-nin təsisçis i olaraq onun adına olan qeydiyyatın reyestrdən çıxarılaraq təsisçi olaraq X7 adının qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Gəncə İnzibati Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
10. Cavabdeh iddia tələbinə etiraz etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.
11. Gəncə İnzibati Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2-1(114)-1347/2024 nömrəli qərardadı ilə (hakim X14) iddia mümkün sayılmamışdır.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixli müəsissədəki payın alqı-satqı müqaviləsi ilə müəyyən edilir ki, İddiaçı “Uday X8” MMCdəki payını X3. Bununla da iddiaçı hüquqi şəxs üzərində sahib oldu ğu hüquqlarını itirmişdir. Belə olduğu halda iddiaçı “Uday X8” MMC-nin X7 adına qeydiyyata alınmasını tələb edə bilməz, o, hazırkı tələb ilə bağlı subyektiv hüquqa malik deyildir.
13. İddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2-1(104)-93/2025 nömrəli qərardadı ilə (hakimlər X5 (məruzəçi), X15 və X6) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2-1(114)-1347/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İdd iaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
17. X4 Məcəllənin 35.1-ci maddəsinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olması qənaətinə gəlinmişdir.
18. Qeyd edilmişdir ki, iddiaçının hazırkı iş üzrə subyektiv hüququnun olmaması ilə bağlı məhkəmələrin gəlmiş olduğu nəticə qanuni deyildir. Belə ki, iddiaçının dəqiqləşdirilmiş tələblərindən biri kommersiya hüquqi şəxslərin dövlət reyestrində “UDAY X8” MMC-nin təsisçisi olaraq onun adına olan qeydiyyatın reyestrdən çıxarılması olmuşdu ki, belə olan halda onun təb ii ki, ən azından bu tələb üzrə subyektiv hüququ vardı. Digər bir tərəfdən iddiaçı iddia ərizəsində adının həmin reyestrdə olmasının onun hüquqlarına təsir etməsi barədə ətraflı qeyd etmişdi, lakin məhkəmə bunu nəzərə almamışdı. X16 qəsdən vergi orqanına qeydiyyatdan keçmir. Belə olan halda iddiaçının hüquqlarının pozulması davam edir. Bütün xərclər onun üzərinə düşür. b. kassasiya şikayətinə etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
87. Məhdud məsuliyyətli cəmiyyət 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud m əsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Maddə
91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Maddə
93. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı payın keçməsi 93.1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər. 93.2. Cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir. 93.3. Cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər. Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər. 93.4. Məhdud m əsuliyyətli cəmiyyətin nizamnaməsinə uyğun olaraq iştirakçının payının (onun bir hissəsinin) üçüncü şəxslərə özgəninkiləşdirilməsi mümkün olmadıqda, cəmiyyətin digər iştirakçıları isə onu satın almaqdan imtina etdikdə cəmiyyət iştirakçının payını əldə etməyə borcludur. 93.5. İştirakçının payını (onun bir hissəsini) məhdud məsuliyyətli cəmiyyətin özünün əldə etdiyi halda cəmiyyət onu özünün nizamnaməsində nəzərdə tutulan müddətlərdə və qaydada başqa iştirakçılara və ya üçüncü şəxslərə satmağa və ya bu Məcəllənin 90.4 və 90.5-ci maddələrinə uyğun olaraq öz nizamnamə kapitalını azaltmağa borcludur. 93.6. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı paylar cəmiyyətin iştirakçısı olan fiziki şəxslərin vərəsələrinə və hüquqi şəxslərin hüquq varislərinə bu şərtlə keçir ki, cəmiyyətin ni zamnaməsində payların onlara yalnız cəmiyyətin qalan iştirakçılarının razılığı ilə keçməsi nəzərdə tutulmasın. Payın keçməsinə razılıq verməkdən imtina edilməsi cəmiyyətin nizamnaməsində nəzərdə tutulan qaydada və şərtlərlə cəmiyyətin həmin payın həqiqi dəyərini iştirakçının vərəsələrinə (hüquq varislərinə) ödəməsi və ya həmin dəyərə bərabər əmlakı onlara naturada verməsi vəzifəsinin yaranmasına səbəb olur. 93.7. Cəmiyyətin paylarının əlli faizini və daha çox hissəsini almaq istəyən şəxs bütün iştirakçılara rəsmi qaydada müvafiq təklif təqdim edir. 21. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
9. Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması 9.1. Hüquqi şəxsləri n, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəx slər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. 9.2-3. Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı bu Qanunun tələbləri nəz ərə alınmaqla və gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə də həyata keçirilir. 9.2-4. Müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdən istifadə edirlər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər. 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənə dlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 9.4. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətala r Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfində n tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandı rılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haql ıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının h ədləri
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Hazırkı iş üzrə iddiaçı tərəfindən dəqiqləşdirilmiş tələb əsasında məhkəməyə müraciət etməkdə çatmaq istədiyi hüquqi nəticə iki hissədən ibarətdir: 1. “Uday X8” MMCnin təsisçisi olaraq onun qeydiyyatının ləğv edilməsi və 2. “Uday X8” MMC-nin təsisçisinin X7 adına qeydiyyata almaq vəzifəsinin cavabdehə həvalə edilməsi.
26. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi iddiaçının q eyd edilən tələblərlə bağlı məhkəməyə müraciət etməsi üçün qanunla müəyyən edilmiş subyektiv hüququn olmaması qənaətinə gəlmiş, bu əsasla iddia tələbini mümkün saymamışlar.
27. Məhkəmə kollegiyası iddiaçının iddia tələbində əks etdirdiyi mövqeyi məhkəmələrin gəlmiş olduğu nəticə ilə qarşılıqlı şəkildə təhlil etməklə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Uday X8” MMC-nin təsisçisi olaraq iddiaçının qeydiyyatının ləğv edilməsi
28. Mülki Məcəllənin tələbinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini özgəninkiləşdirə bilər.
29. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı notarial qaydada təsdiq edilməklə mülki qanunvericiliyə uyğun olaraq 23 iyun 2017-ci il tarixdə “Uday X8” MMC-nin Nizamnamə kapital ında olan ona məxsus payın 100%-ni 2 manata alıcı hazırkı iş üzrə üçüncü şəxs X3 (iş vər 3).
30. Alqı-satqı müqaviləsində qeyd edilmişdir ki, hazırkı müqavilə imzalandığı andan satıcı müəssisənin təsisçi statusu ilə bağlı malik olduğu bütün hüquq, vəzifə və öhdəliklərini itirmiş hesab edilir. Payın satın alınmasının satıcı üçün nəticələri: hazırkı müqavilə imzalandığı andan satıcıya məxsus olan səlahiyyət və əmlak üzərində sərəncam hüququ alıcıya keçir.
31. Məhkəmə kollegiyası müqavilə şərtlərinə əsaslanaraq bildirir ki, müqavilə tərəflərin iradə ifadəsinin təzahürüdür və onun şərtlərinə bağlıdırlar. Başqa sözlə iddiaçı nizamnamə kapitalında olan özünə məxsus payın 100%-ni alıcıya satmaqla (üçüncü şəxs) təsisçi statusu ilə bağlı bütün hüquq və vəzifələrini itirmiş, eyni zamanda alıcı ona m əxsus olan səlahiyyət və əmlak üzərində sərəncam hüququnu əldə etmişdir.
32. Yuxarıdakı hallara əsaslanan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı alqı satqı müqaviləsində təsbit edilən məlumatlar qeydiyyatın ləğvi üçün əsasdır və bununla bağlı normativ mənbə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanundur. Həmin qanunun 9.1-ci maddəsi hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tələb edir.
33. Normanın tələbinə görə hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır.
34. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gə lməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. İş materiallarından göründüyü kimi iddiaçı artıq “Uday X8” MMC-nin təsisçisi, payçısı deyildir. Bu, hüquqi şəxsin rəhbəri barədə məlumatın dəyişdirilməsi üçün qanunla müəyyən olunan hüquqi faktdır.
35. Bundan başqa, nəzərə alınmalıdır ki, reyestr məlumatları formal vəziyyəti deyil, hüquqi şəxslərə münasibətdə real olan, qeydiyyat məlumatlarında hüquqi cəhətdən işlək vəziyyətin əks etdirilməsinə xidmət edir.
36. Belə olan halda iddiaçı adının “Uday X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi kimi kommersiya qurumlarının dövlət reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə əlaqədar tələbi əsaslıdır.
37. Eyni zamanda iddiaçının məhz bu tələblə bağlı s ubyektiv hüququnun olmamasına gəlincə məhkəmə kollegiyası qeyd edir ki, şəxs hər hansı kommersiya qurumunun təsisçisi və ya payçısı kimi reyestrdə qeydiyyatda olduğu təqdirdə onun əlavə öhdəlikləri və məhdudiyyətləri mövcud olur (məsələn, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması). Cavabdehin verdiyi MMC-yə aid reyestrdən çıxarışdan görünür ki, iddiaçı hələ də MMC-in təsisçisi kimi qeydiyyatdadır. Odur ki, iddiaçı ona aid olmayan öhdəlik və məhdudiyyətlərə məruz qalmaması üçün adının “Uday X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi kimi kommersiya qurumlarının dövlət reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə əlaqədar tələb irəli sürməkdə qanunla müəyyən edilmiş subyektiv hüququ mövcuddur. “Uday X8” MMC-nin təsisçisinin X7 adına qeydiyyata almaq v əzifəsinin cavabdehə həvalə edilməsi
38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının belə bir tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ mövcud olmadığından bu hissədə iddianın mümkün sayılmaması ilə bağlı məhkəmələrin gəlmiş olduğu nəticə qanuni və əsaslıdır.
39. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
40. Eyni zamanda “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarında qeyd olunmuşdur ki, iddianın mümkünlüyü b axımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.
41. Məhkəmə kollegiyası bildirir ki, X7 “Uday X8” MMC-nin təsisçisi kimi qeydiyyatının aparılmaması iddiaçının özünün hüquqlarını və qanunla qorunan maraqlarını pozmadığından bu tələb mümkün tələb kimi qəbul edilə bilməz.
42. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan apellyasiya instansiya məhkəməsi qərardadı alqı-satqı müqaviləsi əsasında “Uday X8” MMC-nin təsisçisi olaraq İddiaçı qeydiyyatının ləğv edilməsi” hissəsində ləğv edilməli, iş həmin hissədə təkrar baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edi lsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2-1(104)-93/2025 saylı qərardadı “alqı-satqı müqaviləsi əsasında “Uday X8” MMC-nin təsisçisi olaraq İddiaçı qeydiyyatının ləğv edilməsi” hissəsində ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2-1(104)-93/2025 saylı qərardadı ““Uday X8” MMC-nin təsisçisinin X7 adına qeydiyyata almaq vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.