Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1441/2021 18.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (vəkil tərəfindən tərtib edilməmiş kassasiya şikayəti) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli, 2-1(105)-135/2021 nö mrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(118)-610/2020 nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia tələbi təmin edilməmiş, qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli, 21(105)-135/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – H.Babayeva, hakimlər – F.Məmmədov və M.Rzayev) Sumqayıt İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir. İddiaçı apelyasiya məhkəməsinin 28.04.2021-ci il tarixli, 2-1(105)-135/2021 nömrəli qərarından kassasiya şikayəti vermiş, kassasiya şikayəti vəkil tərəfindən imzalanmamış və vəkilin orderi şikayətə əlavə edilməmişdir. Kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmadığından və vəkilin orderi şikayətə əlavə edilmədiyindən iş kassasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına təyin edilmişdir. İddiaçı və cavabdeh tərəf məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə kassasiya şikayətinin mümkünlüyünə baxmağı və qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, məhkəmə icraatının iştirakçılarına onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərd arlıq olunmuşdur (İPM - 62.3-cü maddəsi). Əsaslandırma Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti mümkün sayılmamalıdır. İPM-in 96.2-ci maddəsinin tələbinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, habelə kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş tələblərə və müddətlərə riayət olunmaqla verilməsi, İPM-in 95.1-ci maddəsində nəzərdə tutulmuş formal tələblərə uyğun şəkildə verilməsi başa düşülür. İPM-nin 90.3-cü maddəsində nəzərdə tutulmuş göndərici normaya əsasən həmin məcəllənin müvafiq fəslində başqa qayda müəyyən edilmədiyi hallarda, şikayət üzrə m əhkəmə icraatında Azərbaycan Respublikası MPM-nin (bundan sonra mətndə- MPM) kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq edilir. Kassasiya şikayətinin forma və məzmununa dair MPM-nin 67.1-ci və 407-ci maddələrində nəzərdə tutulmuş şərtlər də kassasiyanın mümkünlüyü əsaslarına aiddir. İPM-nin müddəalarına zidd olmayan MPM-nin 67.1-ci maddəsinin tələbinə görə kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə vəkilin orderi əlavə olunur. Qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən ka ssasiya şikayətinin vəkil tərəfindən tərtib olunmadığı və imzalanmadığı, habelə şikayətə vəkilin orderinin əlavə edilmədiyi müəyyən olunmuşdur. Qeyd edilən hal kassasiya şikayətinin mümkün sayılmaması əsaslarına aiddir və şikayətin mümkün sayılmamasını şərtləndirir. Kassasiya şikayəti Ali Məhkəməyə daxil olduqdan sonra məhkəmə kollegiyası İPMnin 96.3-cü maddəsinə əsasən iddiaçının dinlənilmə hüququnu təmin etmək məqsədilə işi kassasiya şikayətinin mümkünlük məsələsinə baxılmasına təyin etmiş, iddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat vermiş, həmçinin məhkəmənin yardım etmə vəzifələrini müəyyən edən İPM-nin 13-cü və 95-ci maddələrinin tələbinə əsasən, mövcud çatışmazlıqlar konkret qeyd edilməklə ona rəsmi bildiriş və sms xəbərdarlıq göndərilmiş, eyni zamanda ona hə min çatışmazlıqların aradan qaldırılması, yəni məhkəməyə vəkil tərəfindən tərtib olunmuş və imzalanmış kassasiya şikayətinin göndərilməsi təklif olunmuş və bunun üçün ağlabatan müddət təyin olunmuşdur. Həmçinin qeyd edilən çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri iddiaçıya izah edilərək bunun iddianın mümkün sayılmamasına səbəb olacağı bildirilmişdir. Buna baxmayaraq iddiaçı müəyyən olunmuş müddət ərzində qeyd olunan çatışmazlıqları aradan qaldırmamış, vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şikayətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, kassasiya şikayətinin mümkünlüyünün yoxlanılmasının açıq məhkəmə iclasına təyin edilməsinə və məhkəmə icraatının iştirakçılarına, o cümlədən iddiaçıya xəbərdarlıq olunmasına baxmaya raq, iddiaçı tərəf məhkəmə iclasında da təmsil olunmamışdır. İddiaçı səhhəti ilə bağlı məhkəmə iclasında iştirak etməyəcəyi və məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə teleqram göndərsə də, məhkəmə iclasının təxirə salınmasını şərtləndirən hər hansı bir üzürlü səbəb göstərməmiş və ya bunu təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Bu səbəbdən onun vəsatəti təmin edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin vəkil tərəfindən tərtib olunmadığını və imzalanmadığını, habelə şikayətə vəkilin orderinin əlavə olunmadığını və həmin çatışmazlıqların iddiaçı tərəfindən məhkəmə tərəfindən müəyyən olunmuş müddətdə aradan qaldırılmadığını nəzərə alaraq kassasiya mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İPM-in 96.3-cü maddəsi nə görə kassasiya mümkün sayılmadıqda, Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. İPM-nin 96.3-cü maddəsinə əsasən, şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
12. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti mümkün sayılmır. Kassasiya şikayətinin qəbul olunmasından imtina edilir.