Məhkəmə qərarları › İş №2-1(102)-1441/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1441/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1441/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: işsizlikdən sığorta ödənişinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1rşı “işsizlikdən sığorta ödənişinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 7 aprel 2022-ci tarixli, 2-1(103)-1453/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, işsizliyə görə müavinətlə təmin olunmasını xahiş etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi imtinasını belə əsaslandırmışdır ki, işsizlikdən sığorta ödənişi əmək münasibətlərinə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş şəxslərə şamil edilir. Bu Qanun 1 yanvar 2018-ci il tarixdən qüvvəyə minmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 27 avqust 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun layiqli həyat yaşayışının təmin edilməsi üçün işlə təmin olunana qədər işsiz kimi hər ay orta aylıq 727 manat əmək haqqı səviyyəsində, yəni 727 manat sosial müavinətlə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ali təhsilli mühəndis mexanikdir. 24 mart 2020-ci il tarixdən etibarən ölkədə tətbiq edilən koronavirus epidemiyası üzrə karantin rejimi ilə əlaqədar o, qeyri-rəsmi işlədiyi günəmuzd işindən məhrum olmuşdur. 17 aprel 2020-ci ildən “işsiz” statusu ilə yanaşı, həm də iş axtaran kimi ƏƏSMN-nin internet say tında rəsmi qeydiyyata düşmüşdür. Qeydiyyata düşməsindən 16 ay keçməsinə baxmayaraq bu günə qədər ona Nazirlik tərəfindən iş yeri təklif olunmamışdır.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddia tələbinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, işsiz və iş axtaran şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin (bundan sonra MEİS) “Məşğulluq" altsistemindən (bundan sonra MAS) qeydiyyat keçərək iş axtaran və işsiz şəxslər üçün məşğulluq siyasəti çərçivəsində nəzərdə tutulan imkanlardan yararlanırlar. İddiaçının işsiz olduğu müddətdə aylıq kompensasiya tələbi əsasızdır və bu məsələ Azərbaycan Respublikasının “işsizlikdən sığorta haqqında” qanununun müvafiq müddəaları ilə tənzimlənir. İd dia tələbinin təmin edilməsi üçün qanunvericilikdə inzibati orqanın öhdəliyi nəzərdə tutulmamaqdadır.

6. İddiaçı 18 oktyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 ilə əvəz edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9843/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim S.İ.Salahova) ərizə təmin edilmiş, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 ilə əvəz edilmişdir.

8. Bakı İnzibati Məhkəməsini n 2-1(112)- 9843/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim S.İ.Salahova) iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 17 aprel 2020-ci il tarixdə işsiz kimi qeydiyyatdan keçmiş, həmin vaxt “İşsizlikdən sığorta haqqında” Qanun qüvvədə olmuşdur. “İşsizlikdən sığorta haqqında” Qanunun 13.1-ci maddəsində göstərilən əsaslarla işdən azad olunmuş və işsiz kimi qeydiyyata alınmış şəxslərə avtomatlaşdırılmış qaydada təyin olunur. İddiaçı həmin qanun qüvvədə olduğu vaxt və Qanunun 13-cü maddəsində göstərilən əsaslarla işdən azad olunmadığından onun işsizlikdən sığorta ödənişini almağa hüququ yaranmamışdır. Buna görə də, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.P.Oruczadə-sədrlik edən, X.A.Cəmilova və M.N.Tağızadə) 7 aprel 2022-ci il tarixli, 2-1(103)-1453/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı hesab edir ki, məhkəmə müstəqil şəkildə öz təşəbb üsü ilə cavabdeh tərəfindən iddiaçıya qarşı Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3cü hissəsinin və 149-cumaddəsinin 7-ci hissəsinin pozulduqlarına dair məlumat toplamamışdır. Hesab edirik ki, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmadan qiymətləndirilib. Bununlada məhkəmə tərəfindən İPM-nin 12.2 və 58.7-ci maddələrinin tələbləri pozulduğundan qərar ləğv olunmalı və iddia təmin edilməlidir. Cavabdeh tərəfindən istinad olunan “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanununun əvvəl qüvvədə olan maddələri, dəyişiklik edildiydən sonra iddiaçıya necə şamil edilə biləcəyini, edildiyi təqdirdə isə konstitusion normaya uyğunluğu araşdırılaraq müəyyən edilməyib. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı eti raz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İşsizlikdən sığorta haqqında” Qanunu Maddə

13. Sığorta ödənişinin təyin edilməsi şərtləri və müddəti 13.1. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. 13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Re spublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən. Həmin qanunun 13.2-ci maddəsinə əsasən, bu Qanunun 13.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir: 13.2.1. bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – bu Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada; 13.2.2. bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzi ndə 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində; 13.2.3. bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 35 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra - bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində. 17.1. Bu Qanunun 13.1-1-ci maddəsinə uyğun olaraq sığorta ödəni şi avtomatlaşdırılmış qaydada təyin olunur. Sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün tələb olunan sənədlər (məlumatlar) tam olmadıqda isə həmin sənədlərin (məlumatların) təqdim olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) bildiriş göndərilir.r. 17.2. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 17.1-ci maddəsinə əsasən təqdim olunmuş müraciətə 10 gün ərzində baxaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarır və bu barədə müraciət etmiş şəxsə məlumat verir.

25. Keçid müddəa Bu Qanun qüvvəyə mindiyi günədək “Məşğulluq haqqında” Azərbaycan Respublikası Q anununa əsasən təyin edilmiş işsizlik müavinətinin ödənişi həmin müavinətin ödənilməsi müddəti başa çatanadək davam etdirilir. 17. (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı)

18. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğun a istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatl ar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab e dilmişdir.

20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə m übahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tər əfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Məhkəmə kollegiyası iddiaçının kassasiya dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı “İşsizlikdən sığorta haqqında” Qanun qüvvəyə minənə qədər işdən çıxmış, lakin 17 aprel 2020-ci il tarixdə işsiz kimi qeydiyyatdan keçmiş, həmin vaxt “İşsizlikdən sığorta haqqında” Qanun qüvvədə olmuşdur. İddiaçı həmin qanun qüvvədə olduğu vaxt və Qanunun 13-cü maddəsində göstərilən əsaslarla işdə azad olunmadığından onun işsizlikdən sığorta ödənişini almağa hüququ yaranmamışdır.

27. Odur ki, cavabdehin kassasi ya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 aprel 2022-ci tarixli, 2-1(103)-1453/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır..

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 aprel 2022-ci tarixli, 21(103)-1453/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar