Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1441/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının dayandırılması haqqında qərarın ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 mart 2023-cü il tarixli, 2-1(103)-1467/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya Dövlət Sosial X1 rayon şöbəsinin müvafiq qərarı ilə xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, cavabdehin 10 avqust 2020-ci il tarixli, **********4 saylı qərarı ilə əmək pensiyasının ödənişi dayandırılmış və bu barədə iddiaçıya məktub göndərilmişdir.
2. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış əmək pensiy asının dayandırılması haqqında **********8 saylı, 05 may 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Araşdırmanın nəticəsi olaraq ona qanunazidd şəkildə əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasında və yenidən hesablanmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri o lduğu nəzərə alınaraq, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət olunmuşdur. Sonuncu tərəfindən nazirliyə göndərilmiş məktuba əsasən həmin faktlar üzrə cinayət işinin başlanılmasına dair qərar qəbul edilmişdir. Cinayət işi üzrə icraatın başa çatmasına dair cinayət prosesini həyata keçirən orqanın yekun qərarı ilə bağlı məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra pensiya ödənişinin bərpa edilib-edilməməsi məsələsinə baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 18 may 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, daha sonra 03 noyabr 2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsi nə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının dayandırılması haqqında 10 avqust 2020-ci il tarixli, **********4 nömrəli qərarının ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun illər neft-qaz sahəsində çalışmışdır.Ona 2011-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri yaş həddinə çatdığından, qanunla müəyyən edilmiş həm ümumi sosial sığorta stajına, həm də əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə sığorta stajına malik olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ı təyin edilmişdir. 2020-ci ilin avqust ayına qədər vaxtı-vaxtında həmin pensiya ödənişləri edilmiş, həmin tarixdən sonra isə ona heç bir xəbərdarlıq edilmədən əmək pensiyasının ödənişi dayandırılmışdır. Pensiya ödənişlərinin dayandırılmasının səbəbləri ilə bağlı cavabdehə çoxsaylı müraciətlər etmiş, lakin heç bir nəticə əldə edilməmişdir. 05 may 2022-ci il tarixli cavab məktubunda ona cavabdeh tərəfindən bildirilmişdir ki, pensiya təminatı sahəsində müxtəlif risk qrupları və parametrlər üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və ya şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş əmək pensiyalarının ödənişi “Əmək pensiyaları haqqınd a” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinin tələbinə uyğun olaraq dayandırılır. 2020-ci ilin avqust ayında pensiyası dayandırıldıqdan sonra, cavabdehin əməkdaşları tərəfindən ondan bir sıra arayışlar və sənədlər tələb edilmiş, o da həmin sənədləri qısa müddətdə cavabdehin əməkdaşlarına təqdim etmişdir. Pensiya ödənişi qanunsuz dayandırılmaqla onun sosial təminat hüququ kobudcasına pozulmuş və bununla da ona maddi və mənəvi zərər vurulmaqla əlverişsiz şəraitə salınmışdır. İddiaçı 2011-ci ildə pensiya hüququ yarandıqdan sonra əmək pensiyasının təyin olunması üçün müraciət etmiş və əmək pensiyası təyinatı üçün sənədlərə baxılaraq qanuni əsaslarla, yəni sığorta stajı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üçün nəzərdə tutulmuş sığorta stajı, yaşı nəzərə alınmaqla, i şlədiyi peşə sahələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”ya uyğun gəldiyindən, pensiya hüququ yarandığı tarixdən həmin dövrdən qüvvədə olan qanunvericiliyə əsasən ona müvafiq yaşdan pensiya təyin edilmişdir. Cavabdeh orqanla görüşlər zamanı, şifahi olaraq qeyd edilən pensiya təyin edilərkən, təqdim olunmuş sənədlərin qaydasında olduğu və hər hansı bir qanun pozuntusuna yol verilmədiyi bildirilməsinə baxmayaraq, ona bildirmişlər ki, pensiya təyinatı zamanı, saxta sənədlər pensiya işinə daxil edilmiş, əlavə vəsait mənimsənilmişdir. Lakin o, dəfələrlə cavabdehə bildirmişdir ki, həmin sənədlərdən və hər hansı vəsaitdən onun xəbəri yoxdur. iddiaçı təqdim edilən pensiya kartından istifadə etmiş və ödənişlər i də həmin kartdan çıxarmışdır. Onun pensiya işinə edilən müdaxiləyə görə məsuliyyəti o, daşıya bilməz, bu hal qeyd edilən pensiyanın dayandırılması üçün əsas ola bilməz. Eyni zamanda, hüquq mühafizə orqanlarının araşdırma dövründə pensiya ödənişinin dayandırılması qanunsuz bir hərəkətdir. Əgər iddiaçının təqsiri müəyyən edilməyibsə və ümumiyyətlə onun barəsində cinayət işi mövcud deyilsə, onun pensiyası dayandırıla bilməz. Qanunda belə bir əsas göstərilməmişdir. Buna görə də, ona təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması ilə bağlı hərəkətlər qanunsuz və əsassızdır. İki ilə yaxındır ki, onun pensiya ödənişləri dayandırılmışdır və guya araşdırma aparıldığı bildirilir. Lakin, həmin araşdırmanın nə vaxt başa çatacağı bəlli deyildir. 63 yaşı var, heç bir yerdə işləmir v ə yeganə gəlir mənbəyi aldığı pensiyadır. Həmin pensiyanın kəsilməsi ona maddi çətinliklər yaratmaqdadır.
5. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.
6. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(112)-8850/2022 nömrəli qərarı (hakim P.A.Hüseynov) ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının dayandırılması haqqında 10 avqust 2020-ci il tarixli, **********4 nömrəli qərarı ləğv edilmiş və iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırıldığı tarixdən bərpa olunaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunverici lik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF-nin qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yu xarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı iddiaçıya ilkin pensiya təyin olunması barədə DSMF orqanının qərarı - inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən ona təyin edilmiş pensiya məbləğinin ödənişi dayandırılmışdır. Cavabdeh inzibati orqan nə inzibati icraat çərçivəsində, nə də hazırkı inzibati məhkəmə icraatında iddiaçıya təyin olunmuş pe nsiyanın ödənişinin dayandırılmasının «Əmək pensiyaları haqqında» Qanunun 37.8-ci maddəsinin və «İnzibati icraat haqqında» Qanunun 17-ci maddələrinin tələbləri baxımından zəruriliyi və əsaslılığı ilə bağlı heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. İddiaçının saxta sənədlər əsasında pensiya hüququ əldə etməsi faktının araşdırılması qanuni qüvvəyə minmiş yekun qərar olmadan iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması üçün əsas deyildir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab etmişdir ki, mübahisə ləndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur.
8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 mart 2023-cü il tarixli, 2-1(103)-1467/2023 nömrəli qərarı (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və İ.A.İbrahimli) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
11. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia tələbinə qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçının kassasiya şikayətinə qarşı etirazının dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati akt qəbul etmək vəzifəsi Maddə 64.1 İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.
15. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb e də bilər. Maddə
58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olund uğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
20. Məhkəmə kollegiyası Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və t əsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, kassasiya şikayəti imtina məktubunun və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hazırkı mübahisəyə münasibətdə pensiya ödənişinin dayandırılması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
22. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya Dövlət Sosial X1 rayon şöbəsinin müvafiq qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin həmin qərar ləğv edilmədən cavabdeh inzibati orqanın müvafiq qərarı ilə pensiya ödənişi dayandırılmışdır. Bu zaman cavabdeh saxta sənədlər əsasında iddiaçıya yüksək məbləğdə pensiya təyin edilməsi, qeyd olunan faktla bağlı Baş Prokurorluğa müraciət olunması, sonuncu tərəfindən cinayət işinin başlanılması səbəbindən pensiya ödənişinin dayandırıldığını iddia edir.
25. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçıya əmək pensiyası cavabdeh tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələm əyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
26. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəx sə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
27. Bu baxımdan inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzər də tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraat çərçivəsində araşdırmadan və əsaslandırmadan, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.
28. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icra atın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
29. Aşağı instansiya məhkəmələrində, eləcə də kassasiya instansiya məhkəməsində icraat zamanı pensiya ödənişinin yuxarıda göstərilən tələblərə və davranış qaydalarına cavabdeh tərəfindən əməl olunmadan dayandırıldığı müəyyən edilmişdir.
30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında qərarın qüvvədə olduğu müddətdə ona saxta sənədlər əsasında pensiya təyin ed ilməsi ilə bağlı şübhələrin olması, hətta həmin şübhələr əsasında istintaq orqanları tərəfindən cinayət işinin başlanılması və araşdırma aparılması pensiya ödənişinin dayandırılması üçün yetərli sayıla bilməz. Belə hallarda da cavabdeh bu qərarın 25-28-ci bəndlərində qeyd olunmuş qaydaya uyğun davranmağa borcludur. Bu zaman həm də mübahisəyə münasibətdə cinayət işinin fakta görə başlanıldığı və həmin iş üzrə istintaqın uzun müddət davam etdiyi (cavabdehin xx.xx.2021ci il tarixli müraciəti, prokurorluğun məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli məktubu), bununla bağlı hələ də yekun qərar qəbul olunmadığı, ən əsası isə həmin müddət ərzində bu halın iddiaçının maddi durumuna və yaşayışına neqativ təsirləri də nəzərə alınmalıdır.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 mart 2023-cü il tarixli, 21(103)-1467/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.