Məhkəmə qərarları › İş №2-1(102)-1442/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1442/2020

14.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1442/2020 14.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə Açar söz: qulluq illərinə görə pensiyaya əlavə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Şifahi məhkəmə baxışı keçirilmədən, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 2-1(103)-821/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020-ci il tarixində yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: İddiаçı İddiaçı xx.xx.2007-ci il tarixdən 24 il təqvim, 30 il güzəştli xidmət illərinə görə pensiyaya çıxarılmaqla xidmətinə xitam verilmişdir. Xidmət müddətində Penitensiar Xidmətin 28 saylı, 7 saylı və 1 saylı çəzaçəkmə müəssisələrində xüsusi rütbəli kiçik rəis heyəti qismində nəzarətçi və baş nəzarətçi vəzifələrində qulluq etmişdir. Ədliyyə nazirinin xx xxxx 1997-ci il tarixli 217 ş/h saylı əmrinə əsasən Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcra Baş İdarəsinin 6500 saylı Mühafizə Alayının tərkibində fəaliyyət göstərən nəzarətçilər heyətinin X1 tərkibinə verilmişdir. İddiaçı qulluq illərinə görə əlavə haqqın hesablanaraq ödənilməsi məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2018-ci il tarixli, **********5 nömrəli məktubla iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 1-ci bəndində yalnız ədliyyə orqanları işçilərinin (xüsusi rütbəsi olan əməkdaşların və mülki işçilərin) qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələsi tənzimləndiyindən sözügedən Qaydanın əmək pensiyasının hesablanması zamanı tətbiq edil məsi mümkün deyil. Bununla razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 saylı qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqq verilməsi” Qaydası qüvvəyə mindiyi tarixdən əlavə haqqın hesablanaraq ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində xidmət keçən hərbi qulluqçu statusuna malik olan şəxslərin əmək pensiyalarına «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.5-ci, 12.2-ci, 17.2-ci və 20.14 - 20.18-ci maddələrinə əsasən müvafiq təminat xərcliyinin 35 faizindən 100 faizinədək olan miqdarda əlavə hesablanır. Ədliyyə Nazirliyində qulluq keçmiş digər şəxslərin əmək pensiyalarına isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.7-ci, 20.19-cu və 20.20-ci maddələrinə əsasən əmək haqqının orta aylıq məbləğinin 45 faizindən 80 faizinədək miqdarda əlavə hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli, 123 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası»nın (bundan sonra - Qayda) 1-ci bəndinə əsasən bu Qaydanı n ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələlərini tənzimlədiyini və Ədliyyə Nazirliyində xidmət keçən hərbi qulluqçuların ədliyyə orqanlarının işçiləri hesab olunmadığını nəzərə alaraq qaydanın iddiaçılara şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25.4-cü maddəsində ədliyyə orqanlarının işçilərinə bu orqanlarda qulluq stajına görə Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə ödənilən haqqın məbləğlərinə və hesablanması qaydasına uyğun olaraq əlavə haqq verilməsi göstərilmişdir. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarix li, 2-1(81)5011/2019 nömrəli qərarına əsasən, iddia təmin edilmiş, iddiaçıya “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 saylı qərarı şamil olunaraq həmin qərarının qüvvəyə mindiyi tarixdən (xx xxx 2008-ci ildən) İddiaçı əlavə haqqın hesablanaraq verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)5011/2019 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-821/2020 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı B akı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)5011/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, ədliyyə orqanlarında qulluq keçmiş şəxslərə təyin edilən pensiya onlara vaxtilə aldıqları əməkhaqqı əvəzinə verilən sosial təminat vasitəsikompensasiya olmaqla, hazırda ədliyyə orqanlarında çalışan işçilərin əmək haqqına olan hər hansı artım, o cümlədən əlavə haqlar, həmin orqanlardan təqaüdə çıxmış pensiyaçıların pensiya məbləğinə də müvafiq qaydada hesablanmalıdır. Bu mənada, iddiaçı xüsusi rütbə nəzərdə tutan vəzifədə çalışmış olduğundan “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 saylı qərarı ona da şamil edilməlidir. Həmçinin, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası qanununun 33.4-cü maddəsinə əsasən Penitensiar Xidmətin hərbi qulluqçuları penitensiar müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində xidmət keçirlər. Hazırkı halda isə iddiaçı qeyd edilən sahələrdə hərbi qulluqçu kimi deyil, xüsusi rütbə nəzərdə tutan vəzifədə çalışması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-821/2020 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının xidmət müddəti təqvimi hesablama ilə 36 il 03 ay 06 gün, güzəştli hesablama ilə 45 il 02 ay 16 gün təşkil edir. İddiaçıya əmək pensiyası onun təminat xərcliyinin 85 faizi miqdarında təyin edilmişdir. İddiaçıya aid ədliyyə giziri “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 20-ci maddəsinə əsasən Penitensiar xidmətin və tibb xidmətinin əməkdaşlarının xüsusi rütbələrinə aiddir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1-ci maddəsinə görə isə, məhz hərbi qulluqçulara pensiya təminat xərcliyi əsasında təyin edilir. Qeyd edilən təminat xərcliyi isə şəxsin xidmətdən xaric olunduğu idarə tərəfindən təqdim edilmiş məlumat vərəqəsində göstərilir. Pensiya işindən də göründüyü kimi, iddiaçının rütbəsi hərbi rütbələrə aid edildiyindən ona haqlı olaraq təminat xərcliyinin 85 faizi miqdarında pensiya təyin edilmişdir. Xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışmış ədliyyə işçisi kimi pensiyaya çıxan şəxslər isə “Əmək pensiyaları haqqında” Qanuna əsasən təminat xərcliyindən deyil, ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən alırlar. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 1-ci bəndinə əsasən, bu Qaydanın ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələləri tənzimləndiyindən və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşlarının ədliyyə orq anlarının xüsusi rütbəli şəxsləri hesab olunmadığını nəzərə alaraq qeyd edilən qaydalar iddiaçıya şamil edilə bilməz. Kassator, İnzibati Prosessual Məcəllənin 58.7, 96-cı maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)821/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılması na dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-821/2020 nömrəli qərarı ilə gəldi yi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsində araşdırılan hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində xüsusi rütbəli kiçik rəis heyəti qismində nəzarətçi və baş nəzarətçi vəzifələrində qulluq etmiş, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə əsasən xx.xx.2007-ci il tarixindən yaşa görə ömürlük pensiya təyin edilmişdir. İddiaçı qulluq illərinə görə ona əlavə haqqın hesablanaraq ödənilməsini xahiş etmiş, cavabdeh orqan isə bundan imtina etmişdir. Apellyasiya instansiya məhkəməsi Penitensiar Xidmətin xüsusi rütbəsi olan əməkdaşlarını ədliyyə orqanlarının işçiləri hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəy işdirmədən qüvvədə saxlamış, cavabdeh isə bununla razılaşmayaraq kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respulikası Qanununun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının 2.3-cü maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində göstərilən müvafiq icra hakimiyyəti orqanlarına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi də aid edilmişdir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində xidmət keçən hərbi qulluqçu statusuna malik olan şəxslərin əmək pensiyalarına «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5., 12.2., 17.2 və 20.14 - 20.18 maddələrinə əsasən müvafiq təminat xərcliyinin 35 faizindən 100 faizinədək olan miqdarda əlavə hesablanır. Ədliyyə Nazirliyində qulluq keçmiş digər şəxslərin əmək pensiyalarına isə «Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.7., 20.19 və 20.20-ci maddələrinə əsasən əmək haqqının orta aylıq məbləğinin 45 faizindən 80 faizinədək miqdarda əlavə hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinet inin xx xxx 2008-ci il tarixli 123 saylı qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 2.1-ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə onların ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutan vəzifələrdə işlədiyi müddət (2.1.1), ədliyyə orqanlarında əvvəllər tətbiq edilən rütbə dərəcəsi olan vəzifədə işlədiyi müddət (2.1.2), ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə işlədiyi müddət (2.1.3), ədliyyə orqanlarında stajorluq və sınaq müddəti (2.1.4), ədliyyə orqanlarında qulluq edərkən vəzifəsinin və əmək haqqının saxlanması şərtilə işçinin qulluqdan ayrıldığı müddət (2.1.5), məzuniyyət dö vrləri (2.1.6), ədliyyə orqanları işçilərinin sərəncamda olduqları və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqları müddət (2.1.7), peşə fəaliyyəti ilə bağlı ədliyyə orqanının müvafiq göndərişinə əsasən Azərbaycan Respublikasının və xarici dövlətlərin tədris müəssisələrində təhsil aldıqları müddət (2.1.8) və ədliyyə orqanları işçilərinin ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq kurslarına cəlb edildikləri müddət (2.1.9) daxildir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin həlli üçün iddiaçının hansı statusla pensiyaya çıxması müəyyən edilməlidir. Çünki, iddiaçı ədliyyə işçisi kimi pensiyaya çıxdığını iddia etsə də, cavabdeh onun hərbi qulluqçu kimi pensiyaya çıxmasına istinad edərək müvafiq pensiya təyin edildiyini qeyd edir. Göstərilən normaların tələblərindən g öründüyü kimi, ədliyyə işçisi və hərbi qulluqçulara pensiya hesablanması qanunvericiliklə fərqli qaydalarda müəyyən edilmişdir. Belə olan halda, iddiaçıya pensiya məbləğinin hansı qaydada hesablanmalı olduğunu müəyyən etmək üçün ilk növbədə iddiaçının hansı statusla pensiyaya çıxdığı müəyyənləşdirilməli, bunun üçün də müvafiq pensiya işi məhkəmə tərəfindən tələb edilməli idi. Apellyasiya instansiyası məhkəməsi isə işi hərtərəfli araşdırmamış, göstərilənləri etməyərək mübahisə barədə səthi araşdırma aparmış, bununla da prosessual normaların tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kif ayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bundan başqa, İPM-in 87.8-ci maddəsinin təl əbinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi müvafiq pensiya işini tələb etməli, onu hə rtərəfli araşdırmalı, nəticədən asılı olaraq qanuni və əsaslı qərar qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bundan başqa, apellyasiya instansiya məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavab dehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-821/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar