Məhkəmə qərarları › İş №2-1(102)-1442/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1442/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1442/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı ilə şəhid ailəsi üzvünə ayrılmış torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqay ıt Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və çıxarışının verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 7 may tarixli, 2-1(105)31/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Sumqayıt şəhər Bələdiyyəsinin 2008-ci il 29 aprel tarixli, 11 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 19 dekabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən 2007-ci il 1 dekabr tarixdən sonra qəbul edilən qərarlarda bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Lakin 2008-ci il 29 aprel tarixli, 11 saylı protokolun çıxarışından göründüyü kimi bələdiyyənin qərarı 2007-ci il 1 dekabr tarixdən sonra verilmiş, Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin 2019-cu il 9 oktyabr tarixli, 2-1(085)1480/2019 saylı qərarı ilə həmin qərarın S umqayıt Bələdiyyəsi tərəfindən qanunsuz hesab edilərək ləğv edilməsi təmin edilməmişdir. Bundan başqa, müayinə zamanı torpaq sahəsinin 0.0090 ha (90.0 kv.metr) hissəsinin 110.0 kv-luq elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.2-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 23 yanvar tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Sumqayıt şəhər Bələdiyyəsinin 2008-ci il 29 avqust tarixli, 11 saylı qərarı ilə fərdi ev tikintisi üçün mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 6-cı məhəlləsində yerləşən 50 saylı həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasını və bununla bağlı iddiaçının adına müvafiq mülkiyyət çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2007-ci ilin əvvəllərində ərizə ilə Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən torpağın sənədləşmə işlərinin aparılması məqsədi ilə müvafiq rəylərin alınması üçün məktublarla Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçək mə Komitəsinin Sumqayıt şəhər şöbəsinə və Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinə müraciətlər ünvanlanmışdır. Sumqayıt şəhər Bələdiyyəsinin müraciətlərinə cavab olaraq həm Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi, həm də Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən torpağın sənədləşdirilməsinə dair müvafiq rəylər verilmiş və torpaq sahəsinin mülkiyyətinə sənədləşdirilməsinin mümkün olduğu bildirilmişdir. Bundan sonra Sumqayıt şəhər Bələdiyyəsinin 2008-ci il 29 aprel tarixli, 11 nömrəli qərarı ilə Sumqayıt şəhərinin cənubunda, "Samur-Abşeron" kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 6-cı məhəlləsində yerləşən, sahəsi 600 kvadrat metr olan 50 saylı həyətyanı torpaq sa həsi fərdi ev tikintisi üçün pulsuz olaraq iddiaçının mülkiyyətinə verilmişdir. Eyni zamanda həmin torpaq sahəsinin İnşaat Pasportu da Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən hazırlanaraq iddiaçıya təqdim edilmiş, torpaq sahəsi yerində ölçülərək təhkim aktı əsasında ona təhvil verilmişdir. Lakin iddiaçı göstərilən sənədlər əsasında torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatından keçirmək üçün müvafiq mülkiyyət sənədlərini əldə edə bilməmişdir. Belə ki, iddiaçının torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatı ilə bağlı etdiyi müraciətə cavabdeh tərəfindən verilmiş 2019-cu il 5 avqust tarixli cavab məktubunda bildirilmişdir ki, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən 2007-ci il 1 dekabr tarixdən sonra bələdiyyə qərarları ilə verilmiş torpaqlar özəlləşdirilmir və həmin qərarlar qüvvədən düşmüşdür. Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etdikdə də bildirilmişdir ki, həqiqətən torpaq sahəsinin iddiaçıya ayrılmasına dair bələdiyyə qərarı bələdiyyənin özü tərəfindən ləğv olunmuşdur. Belə ki, bələdiyyədə bildirilmişdir ki, Ədliyyə Nazirliyinin X1 təqdimatı əsasında iddiaçının adına verilmiş bələdiyyə qərarı Sumqayıt şəhər Bələdiyyəsinin 2008-ci il 27 iyun tarixli, 14 nömrəli qərarı ilə ləğv edilmişdir və o, təkrarən bələdiyyəyə müraciət etməklə həmin torpaq sahəsini qüvvədə olan yeni qanun normalarına uyğun yenidən öz adına sənədləşdirməlidir. Halbuki, iddiaçı üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir və bələdiyyə qərarının ləğvi iddiaçının məlumatı olmadan həyata keçirilmişdir. İddiaçının hüquqları Sumqayıt şəhər Bə lədiyyəsi tərəfindən aşkar şəkildə pozulduğu üçün iddiaçı məhkəməyə müraciət etmək və sözügedən bələdiyyə qərarının etibarsız sayılmasını xahiş etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 oktyabr tarixli, 2-1(085)-1480/2019 saylı qərarı ilə iddiaçının iddia ərizəsi təmin edilmiş, Sumqayıt şəhər Bələdiyyəsinin 2008-ci il 27 iyun tarixli,14 nömrəli qərarı iddiaçının mülkiyyətinə fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin verilməsi haqqında Sumqayıt şəhər Bələdiyyəsinin 2008-ci il 29 aprel tarixli, 11 saylı qərarının ləğv edilməsi hissəsində ləğv olunmuşdur.

5. Yuxarıda qeyd edilən sənədlər əsasında iddiaçı müvafiq ərizə ilə təkrarən cavabdehə müraciət edərək adı çəkilən bələdiyyə qərarı əsasında mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsi ü zərində mülkiyyət hüququnun dövlət qeydiyyatından keçirilməsi xahiş edilmişdir. Lakin qeyd olunan sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, sonuncu müxtəlif aidiyyəti olmayan bəhanələr gətirməklə dövlət qeydiyyatının aparılmasından imtina etmişdir. Halbuki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının mülkiyyətinə torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı qanuni sayılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hallar cavabdeh tərəfindən şübhə altına alına bilməz. Belə olan halda iddiaçı hesab etmişdir ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir şey deyildir. Cavabdeh bu hərəkəti ilə qanunsu zluğa yol verməklə yanaşı, torpaq qanunvericiliyinin, o cümlədən bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarının müddəalarını və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini nəzərə almamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 16 mart tarixli, 2-1(118)-537/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə riayət olunmamışdır. Həmin qaydaya riayət olunmaması hüquqların dövlət qeydiyyatından imtina üçün əsas təşkil etmişdir. İnzibati orqan öz imtinasında və iddiaya etirazında bu halları əsaslandırmışdır.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin o lunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər Bələdiyyəsinin 2008-ci il 29 aprel tarixli, 11 saylı qərarı ilə fərdi ev tikintisi üçün mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 6-cı məhəlləsində yerləşən, sahəsi 600 kv. metr olan 50 saylı həyətyanı torpaq sahəsinin 90 kv. metr istisna olmaqla 510 kv. metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasını və onun adına çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barəd ə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 7 may tarixli, 2-1(105)-31/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 16 mart tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, Sumqayıt şəhər Bələdiyyəsinin 2008-ci il 29 aprel tarixli, 11 saylı qərarı ilə fərdi ev tikintisi üçün iddiaçının mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 6-cı məhəlləsində yerləşən, 600 kv. metr olan 50 saylı həyətyanı torpaq sahəsinin elektrik xəttinin mühafizə zolağına düşən 90 kv. metr hissəsi istisna olmaqla 510 kv. metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması v ə bu barədə iddiaçının reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarından görünür ki, X1 tövsiyəsi əsasında Sumqayıt şəhər bələdiyyəsinin 2008-ci il 27 iyun tarixli, 14 saylı qərarı ilə 600 kv. metr 50 saylı həyətyanı torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə Sumqayıt bələdiyyəsinin 2008-ci il 29 aprel tarixli, 11 nömrəli qərarı ləğv edilmişdir. Bələdiyyənin 2008-ci il 27 iyun tarixli, 14 saylı qərarından narazı qalan iddiaçı həmin qərarın ləğvi barədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış və məhkəmənin 21(085)-1480/2019 saylı, 2019-cu il 9 oktyabr tarixli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhər Bələdiyyəsinin 2008-ci il 27 iyun ta rixli, 14 saylı qərarı iddiaçıya aid hissədə ləğv edilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair Bələdiyyənin qərarı hazırda qüvvədədir.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə istənilən halda bələdiyyənin hər hansı torpaq sahəsinin satılmasına dair qərar qəbul edə bilməsi üçün ilk növbədə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüqu qları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır, çünki əmlakın hüquqi müqəddəratını yalnız onun mülkiyyətçisi müəyyən edə bilər və mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Beləliklə, imperativ qanunvericilik normasının məhkəmə tərəfindən təhrif edilərək səhv təfsir etməsi qanunun tələbinin kobud şəkildə pozulması olmaqla məhkəmənin qərəzli mövqeyini nümayiş etdirir və məhkəmə qərarının tamamilə qanunsuz və əsassız olduğunu açıq-aşkar sübuta yetirir.

14. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yən i, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırkı iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina əsasları olduğu halda, iddiaçı formal bir müraciət əsasında məhkəmədə iddia qaldırmış, apellyasiya instansiya məhkəməsi tərəfimizdən verilmiş imtina bildirişində və etirazda göstərilənləri nəzərə almamış, birinci instansiya məhkəməsinin əsaslı mövqeyi ilə razılaşmayaraq sözügedən qərəzli, əsassız və qanunsuz qərarı qəbul etmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

16. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü mad dəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 18. “Torpaq islahatı haqqında” Qanun: Maddə 19....Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri bir dəfə pulsuz verilir. 19. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə” (Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunun ilə təsdiq edilmişdir): Maddə 13-1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə pulsuz verilir.

20. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Madd ə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

24. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, sahəsi 600 kv.m olan 50 saylı həyətyanı torp aq sahəsi Sumqayıt şəhər Bələdiyyəsinin 2008-ci il 29 avqust tarixli, 11 saylı qərarı ilə şəhid ailəsi olaraq iddiaçının mülkiyyətinə pulsuz ayrılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin ayrılması barədə qərar, sahənin təhvil aktı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin, eləcə də, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin rəyi ilə də təsdiq edilir. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin tələbindən göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsu s olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 26. “Torpaq islahatı haqqında” Qanunun 19-cu maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 13-1.1-ci maddəsinin tələblərinə göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə həlak olanların ailəsinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə pulsuz verilir.

27. İddia olunan torpaq sahəsi iddiaçıya o, şəhid ailəsinin üzvü olduğundan Bələdi yyə qərarı ilə pulsuz ayrılmış və həmin torpaq sahəsinin iddiaçıya ayrılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər Şöbəsinin rəyi ilə etiraz edilməmişdir. İddiaçının şəhid ailəsinin üzvü olduğu bələdiyyə qərarında da göstərilmişdir.

28. Beləliklə, iddiaçı şəhid ailəsi üzvü olduğundan və torpaq sahəsi ona alğı-satqı yolu ilə deyil, bilavasitə bələdiyyə qərarı ilə əvəzsiz verildiyindən, bununla bağlı hər hansı hərracın keçirilməsi də istisna edilir.

29. Digər tərəfdən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq, müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 11 saylı Mənzil Kommunal Sahəsinin 446 saylı, 2021-ci il 27 aprel tarixli arayışına əsasən, İddiaçı ünvan 3 ünvanında 1991-ci il tarixdən yaşayır və orada qeydiyyatdadır.

30. Qanuni qüvvəyə minmiş məhkəmə qərarından görünür ki, X1 tövsiyəsi əsasında Sumqayıt şəhər Bələdiyyəsinin 2008-ci il 27 iyun tarixli, 14 saylı qərarı ilə 600 kv.metr 50 saylı həyətyanı torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə Sumqayıt şəhər Bələdiyyəsinin 2008-ci il 29 aprel tarixli 11 nömrəli qərarı ləğv edilmişdir. Bələdiyyənin 2008-ci il 27 iyun tarixli, 14 saylı qərarından narazı qalan iddiaçı həmin qərarın ləğvi barədə Sumqayıt İnz ibati-İqtisadi Məhkəməsində iddia qaldırmış və məhkəmənin 2-1(085)-1480/2019 saylı, 2019-cu il 9 oktyabr tarixli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhər Bələdiyyəsinin 2008-ci il 27 iyun tarixli, 14 saylı qərarı iddiaçıya aid hissədə ləğv edilmişdir.

31. Beləliklə, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı hazırda qüvvədədir. Buradan, iddiaçı öz tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə istinad edə bilər.

32. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi - torpaq sahəsinin 0.0090 ha (90.0 kv.metr) hissəsinin 110.0 kv-luq elektrik xəttinin mühafizə zolağında yerləşməsinə dair dəlilə gəldikdə, iddiaçı cavabdehin həmin dəlili ilə razılaşaraq iddia tələbinin həcmini azaltmış, elektrik xəttinin mühafizə zolağı na düşən 90 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etmədiyini bildirmiş və 510 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb etmiş, apellyasiya instansiyası məhkəməsi də iddianı məhz həmin məzmunda təmin etmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 7 may tarixli, 2-1(105)-31/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar