Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1442/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının operativ vergi nəzarəti qaydasında qəbul etdiyi qərarın mübahisələndirilməsi; əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi; əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-63/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********4076 saylı qərarına əsasən, İddiaçı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir.
2. Verg i ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********4078 saylı qərarına əsasən, İddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4076 və **********4078 saylı qərarlarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********7020 nömrəli qərarı ilə xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu Digah kəndində yerləşən sahibkarlıq fəaliyyəti göstərilən obyektdə vergi orqanı əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir.
5. Operativ vergi nəzarəti tədbiri zamanı akt tərtib edilmiş və aktda qeyd edilmişdir ki əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Həmin 1 nəfər fiziki şəxsə görə iddiaçı barəsində cavabdehin xx.xx.2022-ci il tarixli **********4076 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə 2000 maliyyə sanksiyası tətbiq edilmişdir.
6. Bundan başqa, cavabdehin qərarı ilə x x.xx.2022-ci il tarixdə eyni obyektdə operativ vergi nəzarəti keçirilmiş və bu barədə akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. Həmin aktın nəticəsi olaraq cavabdehin xx.xx.2022-ci il tarixli **********078 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə 1000 maliyyə sanksiyası tətbiq edilmişdir. 7. xx.xx.2022-ci il tarixli **********4076 və **********078 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarları qanunsuz və əsassızdır. Operativ vergi nəzarəti tədbiri zamanı tərtib edilmiş hər iki aktdan görünür ki, vergi nəzarəti tədbirləri vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndə sinin iştirakı olmadan aparılmışdır. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsinin operativ vergi nəzarəti tədbirində iştirak etməsi üçün dəvət edilməsi və ya məlumat verilməsi barədə hər hansısa sübut yoxdur.
8. Aktlarda qeyd edilmişdir ki, operativ vergi nəzarəti Şahid iştirakı ilə aparılıb. Şahid vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi və ya qanun pozuntusuna yol vermiş şəxs deyil. Tərtib edilmiş aktlarda vergi ödəyicisinin obyektinə baxış keçirildiyi qeyd edilmişdir. Həmin aktlarda əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edildiyi və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu qeyd edilmişdir. Baxış zamanı həmin pozuntular aşkar edilmişdirsə bu pozuntular niyə protokolla rəsm iləşdirilməmiş və foto və (və ya) video çəkilişdən istifadə edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Cavabdehin etirazları və vəsatətlər:
9. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
10. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə iddianın mümkün sayılmaması haqqında vəsatət təqdim etmişdir. Vəsatətdə qeyd edilmişdir ki, iddiaçı cavabdehə qarşı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli, **********4076 və **********4078 saylı Qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Sözügedən inzibati mübahisə üzrə mübahisə predmeti olan xx.xx.2022-ci il tarixli, ********** 4076 və **********4078 saylı qərarlar xx.xx.2022-ci il tarixli, **********513500 nömrəli və **********512800 nömrəli məktublarla xx.xx.2022-ci il tarixdə elektron üsulla iddiaçının elektron kabinetinə göndərilmişdir.
11. İddiaçı sözügedən qərarları xx.xx.2022-ci il tarixdə saat 13:23:29-da oxumuşdur. İddiaçı iddia ərizəsini xx.xx.2022-ci il tarixdə tərtib edərək məhkəməyə göndərmişdir. İddia ərizəsinin 1 aydan çox müddətdən sonra məhkəməyə göndərilməsi nəticə etibarı ilə iddia müddətinin ötürülməsini nəzərə alaraq, cavabdeh hesab edir ki, iddia mümkün sayılmamalıdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-869/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasın a görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********4076 və **********4078 nömrəli qərarları ləğv edilmişdir.
13. Məhkəmə iddianın mümkünlüyü ilə əlaqədar olaraq hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Belə ki, Vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda, həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir.
14. İddiaçı tərəfindən təqdim edilmiş “onlayn kargüzarlıq” səhifəsindən gö rünür ki, mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilməmiş və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmamışdır və bu halda mübahisələndirilən qərarlar elektron qaydada iddiaçıya çatdırılmamış hesab edilməlidir.
15. Həmçinin cavabdeh orqan tərəfindən iddiaçının elektron kabinetinə yerləşdirilməsindən başqa iddiaçının ünvanına mübahisələndirilən qərarları poçt və ya başqa vasitə ilə çatdırması barədə sübut məhkəməyə təqdim etməmişdir.
16. Birinci instansiya məhkəməsi iddianın əsaslılığı ilə bağlı qeyd etmişdir ki, cavabdehin “Operativ Vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7020 nömrəli qərarının icrası ilə əlaqədar vergi orqanının əməkdaşları tərəfindən iddiaçıya məxsus tikinti materiallarının satışı mağazasında operativ vergi nəzarəti həyata keçirilmiş, qərarın icrası zamanı həmin obyektdə əmək müqaviləsi bağlamadan 1 nəfər fiziki şəxsin, yəni Şahid əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli, DVX 005569 nömrəli akt tərtib edilmişdir. Bundan sonra cavabdeh tərəfindən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********4076 nömrəli qərarla əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə iddiaçıya 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
17. İddiaçı ilə əmək müqaviləsi olmadan onu işə cəlb etdiyini etiraf etməsi barədə aktda adı olan 1 nəfər şəxsin - Şahid izahatı, habelə bütövlükdə həmin şəxsin sözüged ən obyektdə olması və işləməsi yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. İddiaçıdan izahat alınması və akta imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmişdir.
18. Cavabdeh tərəfindən təqdim edilmiş izahatda Ə.Hüseynzadə iddiaçının işçisi olduğunu göstərsə də, iddiaçı tərəfindən təqdim edilmiş əmək müqaviləsi bildirişinə əsasən, Şahid xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-də fəhlə vəzifəsində çalışması, müddətli əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyi göstərilmişdir. Həmçinin iddiaçı izahatında həmin şəxsin "xxxx" MMC-yə fəhlə vəzifəsinə işə götürüldüyünü, operativ nəzarət həyata keçirilən zaman həmin obyektə Şahid əmək haqlarını götürməsi üçün getməsini xahiş etdiyini bildirmişdir.
19. Vergi orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də hazırki halda iddiaçının əmək müqaviləsi olmadan hansısa şəxsləri işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli, DVX 005569 nömrəli akta nəzər yetirildikdə yalnız vergi əməkdaşları tərəfindən imza edildiyi, işçi Şahid akta imza etməkdən imtina etməsi və iddiaçının isə obyektdə olmadığı üçün imza etməməsi müəyyən edilmişdir. Bu hallar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.
20. Cavabdehin ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə xx.xx.2022-ci il tarixli, **********4078 saylı qərarına əsasən, iddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
21. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. 22. xx.xx.2022-ci il tarixli, seriya DVX № 003087 nömrəli akta əsasən müəyyən edilir ki, vergi orqanı əməkdaşları tərəfindən tərtib edilmiş aktda müştərinin kim olması, məbləğin kimin tərəfindən ödənilməsi qeyd edilməmiş və qeyd olunan hal vergi orqanı tərəfindən sübuta yetirilməmişdir, həmçinin vergi ödəyicisinin iştirakı və səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmişdir. Aktda nəzarət kassa aparatının obyektdə olmadığı göstərilmişdir, lakin iddiaçı tərəfindən məhkəməyə xx.xx.2022-ci i l tarixli 1350 manat məbləğində malın satışının həyata keçirilməsi barədə Z hesabat çeki təqdim edilmişdir. Buradan aydın olur ki, xx.xx.2022-ci il tarixdə nəzarət kassa aparatı obyektdə olmuşdur. Həmçinin xx.xx.2022-ci il tarixli yazılı aktda obyektdə Şahid işçi kimi çalışması və Şahid vergi orqanı əməkdaşlarına obyektdə nəzarət kassa aparatının olmadığını bildirdiyi qeyd edilmişdir. Lakin Şahid izahatında nəzarət kassa aparatının olub-olmaması və ya hesabat çekinin təqdim edilibedilməməsi barədə heç bir məlumat göstərilməmişdir, həmçinin Şahid özünün də "xxxx" MMC-nin işçisi olması məhkəmə tərəfindən müəyyən edilmişdir.
23. Vergi orqanı tərəfindən iddiaçı barəsində 1000 manat maliyyə sanksiyasının hesablanması barədə qəbul edilən qərarın əsasında əhali ilə pul hesablaşmalarının aparılmas ı zamanı müştəriyə çek verilməməsi təşkil edir ki, bu halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Belə ki, “alıcı” qismində çıxış edən şəxsin kim olduğu akta qeyd olunmadığı üçün şəxsi məlumatlarının əldə edilməsi və müvafiq qaydada məhkəmə iclasına şahid kimi dəvət olunması mümkün olmamışdır. Nəticədə vergi orqanının aktında qeyd olunan hallar sübuta yetirilməməsi aktın mötəbərliyini şübhə altına almağa əsas verir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçı müəssisəyə maliyyə sanksiyası tətbiq etdiyi zamanı obyektiv həqiqə ti əks etdirən halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir.
24. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
25. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-63/2024 nömrəli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Lakin hazırkı iş üzrə vergi orqanı hansı əsaslarla operativ vergi nəz arətini həyata keçirməsini öz qərarında əsaslandırmamışdır. Operativ vergi nəzarəti Şahid iştirakı ilə həyata keçirilmişdir. Şahid iddiaçının səlahiyyətli nümayəndəsi olmamışdır. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməli və operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı vergi ödəyicisinin iştirakını təmin etməlidir. Lakin hazırkı iş üzrə cavabdeh operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı iddiaçının iştirakını təmin etməmiş, formal mülahizələrə əsaslanaraq qərarlar qəbul etmişdir. Vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbu l edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.
27. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri Maddi hüquq normalarının pozulmasına dair:
28. Vergi Məcəlləsinin 58.10-cu və Əmək Məcəlləsinin 5-1-ci, 7.2-ci, 44-cü və 49.1-ci maddələri Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” qaydalarının 10.8-ci bəndi; Vergi Məcəlləsinin 70.3-cü maddəsinin tələbi pozulmuşdur. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməlidir.
29. Məhkəmə qərar ında qeyd etmişdir ki, işdə olan xx.xx.2022-ci il tarixli, seriya DVX 005569 nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında aktın surətində qeyd edilmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********7020 nömrəli qərarına əsasən aparılmış operativ vergi nəzarəti zamanı İddiaçı özünə məxsus Lənkəran rayonu Digah kəndində yerləşən “tikinti materialları satışı” obyektində 1 nəfər fiziki şəxsi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərə və xidmətlərə cəlb etdiyi müəyyən edilmişdir. Vergi ödəyicisinin özü obyektdə olmamış, işçinin iştirakı ilə akt tərtib olunmuş, işçinin səlahiyyətli nümayəndə kimi etibarnaməsi olmadığından aktın imza etdirilməsi mümkün olmamışdır.
30. İşdə olan operativ vergi nəzarəti tədbiri nəticəsində izahatı alınmış Şahid yazılı izahatının surət ində qeyd edilmişdir ki, Lənkəran rayonu Digah kəndində yerləşən tikinti materialları satışı mağazası iddiaçıya məxsusdur, o, iddiaçı tərəfindən fəhlə vəzifəsinə işə götürülmüşdür və aylıq olaraq 200-300 manat əmək haqqı alır, lakin əmək müqaviləsinin bağlanmasından xəbərsizdir.
31. İşdə olan operativ vergi nəzarəti tədbiri nəticəsində izahatı alınmış Şahid yazılı izahatının surətində qeyd edilmişdir ki, Lənkəran rayonu, Digah kəndində yerləşən tikinti materialları satışı mağazasının İddiaçı məxsus olduğunu, obyektdən alınmış reykanın onun tərəfindən satılmadığını, satışa nəzarət etmədiyini qeyd etmişdir.
32. İş materiallarında olan Şahid tərəfindən Şirvan İnzibati Məhkəməsinə göndərilmiş xx.xx.2023-cü il tarixli teleqramda Şahid səhhəti ilə əlaqədar ev şəraitində müalicə olunduğu üçün m əhkəmə iclasına gələ bilmədiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, vergi yoxlaması keçirilən zaman o, "xxxx" MMC-nin işçisi olmuş, İddiaçı həmin vaxtlar xəstə olduğu üçün telefon vasitəsilə mağazaya gedərək əmək haqqını götürməsini bildirmişdir, o, mağazada olan vaxt vergi əməkdaşları yoxlama keçirmiş və əsassız olaraq ondan izahat almışlar. İzahatını vergi əməkdaşlarının sözləri ilə yazdığını, vergi əməkdaşlarından nə üçün ona belə izahat yazdırdıqlarını soruşduqda ona narahat olmamağını, yoxlamanı bağlamaq üçün belə izahat yazdırdıqlarını bildirmişlər.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Lakin hazırkı iş üzrə vergi orqanı h ansı əsaslarla operativ vergi nəzarətini həyata keçirməsini öz qərarında əsaslandırmamışdır. Operativ vergi nəzarəti Şahid iştirakı ilə həyata keçirilmişdir. Şahid iddiaçının səlahiyyətli nümayəndəsi olmamışdır. Şahid aktlar tərtib edilən tarixdə "xxxx" MMC-nin işçisi olmuşdur. Vergi orqanı əməkdaşları tərəfindən tərtib edilmiş aktda alıcının kim olması, alınan malların pul məbləğinin kimin tərəfindən ödənilməsi qeyd edilməmişdir. Qeyd olunan hallar barədə cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir. Həmçinin aktda obyektdə nəzarət kassa aparatının olmadığı qeyd edilmişdir. Halbuki obyektdə nəzarət kassa aparatı olmuşdur. Obyektdə nəzarət kassa aparatının olmasını sübut edən Z hesabat çeki iş materiallarına əlavə edilmişdir. Z hesabat çekindən də görünür ki, həmin gün 1350 man at dəyərində mal satılmışdır. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməli və operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı vergi ödəyicisinin iştirakını təmin etməlidir. Lakin hazırkı iş üzrə cavabdeh operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı iddiaçının iştirakını təmin etməmiş, formal mülahizələrə əsaslanaraq qərarlar qəbul etmişdir.
34. Bununla bağlı cavabdeh bildirir ki, "Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi" Qaydalarının 10.8-ci bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdi m etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir.
35. Göründüyü kimi vergi orqanı tərəfindən inzibati icraat düzgün həyata keçirilmiş, xx.xx.2022-ci il tarixində qaydaların tələblərinə uyğun olaraq sərbəst formada akt tərtib edilmiş, izahat verməkdən imtina edən şəxsin) aktı imzalamama barədə qeydlər müvafiq aktda göstərilmişdir.
36. Məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşmayaraq bildirilir ki, belə bir dəlilin irəli sürülməsi ümumiyyətlə vergi orqanlarının gələcəkdə həyata keçirdiyi operativ vergi nəzarət i tədbirləri üçün ciddi təhdiddir. Məhkəmənin dəlilindən belə çıxır ki, OVN zamanı pozuntuya yol verən sahibkar və onun əmək müqaviləsiz çalışan işçiləri izahat verməzsə o zaman pozuntuya görə ödəyiciyə sanksiya tətbiq edilə bilməz. Məhkəmə nəzərə almamışdır ki, vergi orqanı kimisə izahat verməyə məcbur edə bilməz. İzahat verməmək şəxsin hüququdur. Ancaq bu fakt heç bir halda qərarın ləğvinə səbəb ola bilməz.
37. Məhkəmə qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərini kobud surətdə pozmuşdur. Operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada həyata keçirilmiş, lakin məhkəmə düzgün araşdırma aparmayaraq qanun suz və əsassız qərar çıxarmışdır. Prosessual hüquq normalarının pozulmasına dair:
38. İnzibati Prosessual Məcəllənin 12.1, 58.7 və 69.4-cü maddələri və Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinin tələbi pozulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Apellyasiya məhkəməsi üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları tam araşdırmamışdır.
39. Belə ki, hər iki instansiya tərəfindən işin obyektiv araşdırılması üçün əhəmiyyət daşıyan şəxslərdən ifadələr alınmamış, məhkəmə icraatına cəlb edilməmişdir. Nəinki yoxlayıcıların, pro sesə cəlb edilərək dindirilməməsi məhkəmələr tərəfindən xidməti vəzifəsinin pozulması kimi qiymətləndirilməlidir.
40. İş üçün əhəmiyyət daşıyan şəxslərin dindirilməsi inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Həmin şəxslərdən ifadələrin alınması məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətindən irəli gəlir.
41. Şirvan Apellyasiya Məhkəməsinin qərarında qeyd edilir ki, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Lakin hazırkı iş üzrə vergi orqanı hansı əsaslarla operativ vergi nəzarətini həyata keçirməsini öz qərarında əsaslandırmamışdır. Operativ vergi nəzarəti Şahid iştirakı ilə həyata keçirilmişdir. Şahid iddiaçının səlahiyyətli nümayəndəsi olmamışdır. Şahid akt lar tərtib edilən tarixdə "xxxx" MMC-nin işçisi olmuşdur.
42. Cavabdeh qeyd etməyi zəruri hesab edir ki, iddiaçı təqdim etdiyi iddia ərizəsində birmənalı şəkildə "xxxx" MMC-nin işçisi kimi təqdim etdiyi şəxsin sonradan "xxxx" MMC ilə xx.xx.2022-ci ildə bağlanılan əmək müqaviləsinə xitam verərək elə həmin tarixdə əmək müqaviləsi bildirişləri barədə məlumatdan göründüyü kimi xx.xx.2022-ci il tarixdə müqavilə bağlanılmışdır. Lakin xidməti vəzifəsinə görə işin hallarını tam şəkildə araşdırmağa borclu olan apellyasiya məhkəməsi tərəfindən nə üçün həmin şəxslərlə əmək müqaviləsi bağlandığı araşdırılmamışdır. Həmçinin qeyd olunmalıdır ki, operativ vergi nəzarəti vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********300600 saylı xidməti məlumat əsasında təyin edilmişdir.
43. İnzibati Prosessual Məc əllənin 35.1 və 38.1-ci maddələrinin tələbi pozulmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Cavabdeh öncə məhkəmənin dəlilləri ilə bağlı bildirir ki, tərəflərindən iddia tələbi üzrə iddianın mümkün sayılmaması barədə vəsatət verilməsinə baxmayaraq məhkəmə heç bir araşdırma, əlavə sənədlər və sübutlar tələb etmədən iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməməsi qənaətinə gəlmişdir. Belə ki, sözügedən inzibati mübahisə üzrə mübahisə predmeti olan xx.xx.2022-ci il tarixli, **********4076 və **********4078 saylı Qərarlar xx.xx.2022-ci il tarixli, **********513500 nömrəli və **********512800 nömrəli məktublarla xx.xx.2022-ci il tarixdə elektron üsulla iddiaçının elektron kabinetinə gönd ərilmişdir. İddiaçı sözügedən qərarları xx.xx.2022-ci il tarixdə saat 13:23:29-da oxumuşdur. Nəzərə alınsa ki, iddiaçı iddia ərizəsini xx.xx.2022-ci il tarixdə tərtib edərək məhkəməyə göndərmiş, iddia ərizəsinin 1 aydan çox müddətdən sonra məhkəməyə göndərilməsi nəticə etibarı ilə iddia müddətinin ötürülməsini nəzərə alaraq, hesab edirik ki, iddia mümkün sayılmamalıdır.
44. İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası qeyd olunan prosessual hüquq normasını iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətində irəli sürülmüş dəlillərə hər hansı münasibət bildirilməmişdir.
45. Beləliklə, yuxarıda qeyd olunanlar birmənalı şəkildə barəsində şikayət olunan qərarın ləğv edilməsi üçün ciddi əsaslardır. b. k assasiya şikayətinə etirazın dəlilləri
46. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
47. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayə tdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
48. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
49. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəy işdirilməsi üçün əsas yoxdur.
51. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, o cümlədən apellyasiya şikayətinin dəlillərinə münasibətdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
52. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
53. Apellyasiya instansiyası məhkəməsi düzgün olar aq belə qənaətə gəlmişdir ki, vergi orqanı hansı əsaslarla operativ vergi nəzarətini həyata keçirməsini öz qərarında əsaslandırmamışdır. Operativ vergi nəzarəti Şahid iştirakı ilə həyata keçirilmiş, Şahid iddiaçının səlahiyyətli nümayəndəsi olmamışdır. Şahid aktlar tərtib edilən tarixdə "xxxx" MMC-nin işçisi olmuşdur.
54. Apellyasiya instansiyası məhkəməsi, həmçinin düzgün olaraq hesab etmişdir ki, vergi orqanı əməkdaşları tərəfindən tərtib edilmiş aktda alıcının kimliyi, alınan malların pul məbləğinin kimin tərəfindən ödənilməsi qeyd edilməmişdir. Qeyd olunan hallar barədə cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir.
55. İddianın mümkünlük şərtinə - iddianın verilməsi müddətinin ötürüldüyünə dair şikayətin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası nəzərə alır ki, həmin şərtlə bağlı cavabdehin dəlilləri birinci instansiya məhkəməsində icraat zamanı yoxlama predmeti olmuş, məhkəmə tərəfindən ona münasibət bildirilmiş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır. Buna görə də məhkəmə kollegiyası şikayətin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir.
56. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
57. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-63/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.