Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1443/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburetmə haqqında iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X6 və X5 ibarət tərkibdə, İddiaçının vəkili Nümayəndə iştirakı ilə, X1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-783/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdehə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını xahiş etmişdir. Cavabdehin xx xxxx 2019-cu il tarixli ******* nömrəli qərarı ilə müraciət təmin edilməmişdir. İmtinanın əsası kimi iddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında qeydiyyatının olmaması göstərilmişdir. İddiaçı 2019-cu il 10 may tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx xxxx 2019-cu il tarixli ******* nömr əli qərarının ləğv edilməsi və X3 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasıöhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)2369/19 nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-783/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin qərarı iddiaçıya 2020-ci il 27 aprel tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2020-ci il 06 may tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə,iddiaçı 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasında qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Minəxorlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxx 2019-cu il tarixli, 107 nömrəli arayışından göründüyü kimi iddiaçı ailə üzvləri ilə birlikdə xx xxxxxxx 1999-cu il tarixə kimi Ağcabədi rayonunun Minəxorlu kəndində yaşamış və qeydiyyatda olmuşdur. xx xxxxxx 2019-cu il tarixli vəkil sorğusuna Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli cavab məktubu ilə bildirilmiş dir ki, iddiaçının qeydiyyatdan çıxması barədə heç bir məlumat yoxdur və bu barədə fərdi uçot kartoçkasinda qeydiyyat aparılmamışdır. Həmin məktubdan göründüyü kimi iddiaçının nə zaman qeydiyyatdan çıxarılması məlum deyil. Buna görə də məhkəmənin əsas gətirdiyi “iddiaçının xx xxxxxxx 1998-ci il tarixinədək Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmamışdır” halı əsassızdır. İddiaçı Azərbaycan SSR-nin pasportundan istifadə edərək xx xxxxxxx 1999-cu il tarixdə Azərbaycan Respublikası ərazisini tərk edib. İddiaçı xx xxxxxx 2000-ci il tarixində Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş və xx xxxxxxxx 2000-ci il tarixdə Rusiya Federasiyasında hərbi qeydiyyata alınmışdır. Lakin məhkəmə bütün bu halları nəzərə almayaraq işə birtərəfli yanaşmışdır. Azərbaycan Res publikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsini n mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Şikayət qismən – qərarın ləğv edilməsi hissəsində təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşdən göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana onun üçün əlverişli inzib ati aktın qəbul edilməsi - onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi üçün müraciət etmiş, cavabdeh xx xxxx 2019-cu il tarixli ******* nömrəli qərarı ilə həmin müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçı cavabdehə qarşı məcburetmə haqqında iddia ilə məhkəməyə müraciət etmiş, iddia tələbində inzibati icraatın və məhkəmə icraatının iştirakçısı olmayan digər şəxs - X3 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İşin materiallarında X3 onun barəsində inzibati akt qəbul edilməsi üçün cavabdeh inzibati orqana müraciət etdiyinə (və ya onun adından, onun maraqları üçün) yaxud həmin şəxsə münasibətdə inzibati aktın qəbulundan cavabdeh tərəfindən i mtina edildiyinə, həmçinin məhkəmədə onun xeyrinə iddia olunun hazırkı məzmunda iddia qaldırmaq səlahiyyəti verdiyinə dair sübut yoxdur. Beləliklə, iddiaçının İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-783/2020 nömrəli qərarı ləğv edilir. İddia mümkün sayılmır. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov İ.Ə.Şəfiyev Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-1443/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1443/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver