Məhkəmə qərarları › İş №2-1(102)-1443/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1443/2021

04.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1443/2021 04.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı "xxxx" Kiçik Müəssisəsi” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRAR Vergi Mübahisələri Açar sözlər: (hesablanmış faizlərin silinməsi barədə) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, İddiaçı "xxxx" Kiçik Müəssisəsi” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı şəxsi hesab vərəqəsind ə hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borcdan 24.439,33 manat borcun və həmin borca hesablanmış faizlərin silinməsi tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-142/2021 nömrəli iş üzrə 16.04.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 04 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “ İddiaçı MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsində hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borcdan 24.439,33 (iyirmi dörd min dörd yüz manat, ot uz üç qəpik) manat borcun və həmin borca hesablanmış faizlərin silinməsi öhdəliyinin Azərbaycan Respublikası Vergilər Nazirliyi və 3 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması barədə iddia ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin cavabında qanuni qüvvəyə minmiş məhkəmə qərarı birbaşa olaraq cəmiyyətin şəxsi hesab vərəqəsindən borcun silinməsi ilə əlaqədar olmadığı üçün həmin qərar borcun silinməsi üçün əsas olmaması göstərilmişdir. Lakin hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Quba rayon Şöbəsi ona qarşı 57.997 manat 56 qəpik məbləğində borc tələb etsə də, məhkəmə həmin borcun 24.439 manat 33 qəpik məbləğində hissəsini təmin etməmişdir. Təmin edilməyən hissədə borcun yenidən tələb olunması isə absurdur. Bundan başqa 3 saylı Ərazi Vergilər İdarəsi müraciətlərinə cavabda borcla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qərarını əsas gətirmiş, lakin məhkəmə qərarı qəbul edilən zaman yəni 06 aprel 2018-ci il tarixdə həmin qərar olmadığı üçün qərar onlara tətbiq edilə bilməz. Ona ünvanlanmış məktubda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.5-ci maddəsini şərh etməsi, həmin qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilməməsi qeyd edilmişdir. Ona ünvanlanmış məktubda mövcud qanunvericiliyə əsasən məcburi dövlət sosial sığorta haqları ilə bağlı borcların alınması hər-hansı müddətə məhdudlaşdırılması qeyd edilmiş, Konstitusiya Məhkəməsinin sözügedən qərarına istinad olunaraq dolayısı ilə ondan məhkəmə qərarı ilə silinmiş borc tələb edilmişdir. Bununla bağlı bildirir ki, məcburi sosial sığorta haqqı üzrə borcun tutulması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1456/2018 saylı qərarı 10 oktyabr 2018-ci il tarixdə qəbul edilmiş və həmin qərar dərhal qüvvəyə minmişdir. Hazırkı mübah isə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı isə 24 aprel 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Yəni Konstitusiya Məhkəməsinin qərarı qəbul edilən vaxt artıq 10 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı qüvvəyə minmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələblərinin şərh edilməsinə dair qərarına istinad olunaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarında tutulması göstərilməmiş borcun ondan tələb olunması Azərbaycan Respublikası Konstitisiyasına ziddir. Belə hal onun vəziyyətinin pisləşməsinə gətirib çıxarır və bununla razı deyildir.

3. Sonradan iddiaçının iddia tələbinə dəqiqləşmə verərək, cavabdeh qismində yalnız Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin qoyulmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

4. Birinci instansiya məhkəməsinin 02.11.2020-ci il tarixli, 2-1(118)793/2020 nömrəli (sədrlik edən hakim Ceyhun Məmmədov) qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsində hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borcdan 24.439,33 (iyirmi dörd min dörd yüz manat, otuz üç qəpik) manat borc və həmin borca hesablanmış faizlərin silinməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasının 12, 29, 71, 129-cu maddələrinə Vergi Məcəlləsinin 3.8, 24.0, 24.1, 54.0, 54.0.2-ci maddələrinə, İPM-nin 68.2-ci maddəsinə əsaslanmaqla belə hesab etmişdir ki, vergi orqanı şəxsi hesab vərəqəsində mövcud olmadan borcun saxlanılmasında haqlı deyildir.

6. Həmin qərardan cavabdeh tərəfindən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 02.11.2020-ci il tarixli, 2-1(118)-793/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edilmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 16.04.2021-ci il tarixli, 2-1(105)142/2021 nömrəli (hakimlər Hökümə B abayeva - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Ruhiyyə Əsgərova) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 02.11.2020-ci il tarixli, 2-1(118)-793/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

8. Apelyasiya instansiyası məhəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinində istinad etdiyi maddi hüquq normalarını, həmçinin İPM-nin 1.2, 82-ci maddələrini, MPM-nin 15.2, 15.3, 233.3-cü maddələrini tətbiq etməklə belə hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

9. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yan ında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsi iddiaçı kimi cavabdeh “X1" MMC-yə qarşı 01.01.2017-ci il tarixə yaranmış 57.997,56 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun cavabdehin əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi 12.07.2017ci il tarixli, 2-1(85)-2319/2017 nömrəli Qərarı ilə Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinin iddiasını 57.997,56 manat məbləğində tam təmin etmişdir.

10. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.04.2018-ci il tarixli, 2-1(105)- 28/2018 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12.07.2017-ci il tarixli, 2-1 (85)-2319/2017 nömrəli qərarını, cavabdeh İddiaçı MMC-dən 01.01.2017-ci il tarixə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə 24.439,33 manat borc pulun cavabdehin əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilmiş, 33.558,23 manat borc pulun cavabdehin əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulmasını təmin etmişdir.

11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.04.2018-ci il tarixli, 2-1(105)-28/2018 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.10.2018-ci il tarixli, 2(102)-1456/2018 nömrəli qərarı ilə təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Qanuni qüvvəyə mi nmiş məhkəmə qərarında iddianın təmin edilməmiş 9.545,70 manat hissəsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü maddəsinə istinad olunaraq 3 illik tələb etmə müddətinin ötürüldüyü və 14.893,63 manat hissəsi ilə bağlı Azərbaycan Respublikasının 06.03.2018-ci il tarixli "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi” haqqında qanununa istinad edilmişdir.

13. Hazırkı işə baxan aşağı instansiya məhkəmələri iş üzrə heç bir araşdırma aparmadan, yalnız yuxarıda qeyd olunan məhkəmə qərarlarını əsas tutaraq iddianı təmin etmişlər.

14. Lakin, aşağı instansiya məhkəmələri işə baxarkən unutmuşlar ki, istinad etdikləri məhkəmə qərarları ilə işə baxılan zaman iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə borcunun məbləği və tərkibləri tamamilə fərqli olm uş, bu dövrdən sonra iddiaçı tərəfindən müəyyən ödənişlər edilmiş, eləcə də yeni hesablamalar verilmişdir.

15. Eyni zamanda, işə baxan aşağı instansiya məhkəmələri yaranmış mübahisə ilə bağlı qüvvədə olan qanunvericiliyin tələblərini araşdırmalı idilər.

16. Fondun Quba rayon şöbəsi tərəfindən verilmiş 14.11,2019-cu il tarixli cavab məktubunda 01.01.2019-cu il tarixədək İddiaçı MMC-yə məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borclarına Azərbaycan Respublikasının 06.03.2018-ci il tarixli "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi” haqqında Qanununun tətbiq edildiyi və eyni zamanda borcların bir qisminin həmin qanununa əsasən silindiyi qeyd edilmişdir.

17. Həmçinin, cəmiyyətin 01.01.2019-cu il tarixdən əvvəlki dövrü əhatə edən borc məbləğinin tərkibi, eyni zamanda, 06 mart 2018-ci il tarixli Azərbaycan Respublikasının “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" 1042-VQ nömrəli Qanununa əsasən sosial sığorta haqları üzrə silinməli olan borc məbləğləri (o cümlədən, silinmiş məbləğlər) barədə məlumatların Vergilər Nazirliyinə təqdim edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna 19.12.2019-cu il tarixli məktubla müraciət olunmuşdur.

18. Fond tərəfindən təqdim edilmiş 10.02.2020-ci il tarixli cavab məktubunda, cəmiyyətin 06 mart 2018-ci il tarixli Azərbaycan Respublikasının “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" 1042-VQ nömrəli Qanunun əhatə dairəsinə düşən borc məbləğlərinin mövcud olmadığı bildirmişdir.

19. Göründüyü kimi, cavabdeh v ergi orqanının öz təşəbbüsü ilə apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, hazırkı vəziyyətə cəmiyyətin 06 mart 2018-ci il tarixli Azərbaycan Respublikasının "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 1042-VQ nömrəli qanunun əhatə dairəsinə düşən borc məbləği mövcud deyildir, başqa sözlə desək 24.439,33 manat borcun tərkibinə daxil olan 14.893,63 manat penya borcu yuxarıda qeyd olunan qanunun təsiri altına düşmür və bu səbəbdən silinməsi barədə məhkəmənin qəbul etdiyi qərar qanuna ziddir.

20. Yuxarıda qeyd olunan məlumatların aşağı instansiya məhkəmələrinə təqdim edilməsinə baxmayaraq, məhkəmələr tərəfindən araşdırılmamış və qərara hər hansı bir münasibət bildirilməmişdir. 21. 24.439,33 manat borcun tərkibinə daxil olan 9.545,70 manat borcla bağlı q eyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 24 aprel 2019-cu il tarixli Qərarı ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.5-ci maddəsini şərh etmişdir (25.05.2019-cu il tarixdə "Respublika” qəzetində dərc olunaraq həmin tarixdən qüvvəyə minmişdir).

22. Həmin qərarda əks olunmuş mövqeyə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəalarının tətbiq edilməsi istisna olunmuşdur.

23. Başqa sözlə, mövcud qanunvericiliyə əsasən məcburi dövlət sosial sığorta haqları ilə bağlı borcların alınması hər-hansı müddətlə məhdudlaşdırılmır. Eyni zamanda Vergi Məcəlləsinin 85.5-1-ci maddəsinə görə bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər, yəni 5 illik tələb etmə müddətinin tətbiqi məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir.

24. Bundan əlavə qeyd olunmalıdır ki, aşağı instansiya məhkəmələrinin istinad etdikləri Sumqayıt Apelyasiya Məhkəməsinin 06.04.2018-ci il tarixli Qərarında hər hansı bir məbləğin vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinməsi qərara alınmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı birbaşa olaraq cəmiyyətin şəxsi hesab vərəqəsindən borcun silinməsi ilə əlaqədar olmadığı üçün həmin qərar borcun silinməsi üçün əsas deyildir.

25. Əlavə olaraq, bildirir ki, məhkəmə tərəfindən iddianın 2-ci hissəsi, yəni borca hesablanmış faizlərin silinməsi" hissəsi də araşdırılma aparılmadan təmin edilmişdir. Belə ki, mübahisələndirilən borcun böyük hissəsi penya (faiz) olduğu halda iddiaçı və məhkəmə belə hesab etmişdir ki, faiz borcuna faiz hesablanıb. Bu isə qeyri-mümkün olan haldır və əgər məhkəmə işin faktiki hallarını düzgün araşdırsaydı o zaman bu məsələyə də qiymət verərək, iddianı bu hissədə qeyri-mümkün sayardı. Lakin təəssüflər olsun ki, qəbul edilmiş qərarın məzmunu işin faktiki hallarının araşdırılmadığını təsdiq edir.

26. Qeyd olunanlara əsasən hesab edir ki, apelyasiya instansiyası tərəfindən mübahisəyə baxılarkən prosessual qanunvericiliyin normaları pozulmuş, həmçinini apelyasiya şikayətində göstərilən dəlillərə də münasibət bildirilməmişdir.

27. Bütün yuxarıda göstərilənlərə əsasən cav abdeh kasasiya şikayətində, Sumqayıt Apelyasiya Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2-1(105)-142/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

29. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

30. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstəri lmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

32. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 16.04.2021-ci il tarixli qərarı ləğv edilməli və iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya qalan hissədə təmin edilməməlidir.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcə lləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

35. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hes ab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən İPM-nin 12.1, 58.7, 68.2-ci maddələrinin tələblərinə riayət etməmişdir.

36. Belə ki, məlum olduğu kimi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 02.11.2020-ci il tarixli qərarın “nəticəvi hissəsində” göstərilmişdir ki, iddia təmin edilsin, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsində hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borcdan 24.439,33 (iyirmi dörd min dörd yüz manat, otuz üç qəpik) manat borc və həmin borca hesablanmış faizlər silinsin.”

37. Həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsini n qanuni qüvvəyə minmiş 06.04.2018-ci il tarixli, 2-1(105)-28/2018 saylı qərarının icrası vergi orqanı tərəfindən qərarı Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinə əsasən vergi orqanı tərəfindən şərtsiz icra olunmalı olduğu tədqirdə Vergilər Nazirliyinin 3 saylı ərazi vergilər idarəsi müxtəlif bəhanələr gətirərək həmin borcun şəxsi hesab vərəqəsindən çıxarılmasından imtina edir. Vergi orqanı şəxsi hesab vərəqəsində mövcud olmayan borcun saxlanılmasında haqlı deyil.

38. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin 02.11.2020-ci il tarixli qərarının “əsaslandırma hissəsində” mübahisəli məbləğinin, yəni 24.439,33 manatın hansı dövrdə yaranması və hansı dövrü əhatə etməsi, həmçinin sosial sığorta haqqının hansı növündən olması bəlli deyil.

39. Birinci instansiya məhkəməsi sözügedən məbləğlə bağlı sadəcə olaraq qanuni qüvvəyə minmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 06.04.2018-ci il tarixli, 2-1(105)-28/2018 nömrəli qərarına istinad edir.

40. Lakin xüsusi olaraq qeyd edilməlidir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəyə minmiş 06.04.2018-ci il tarixli qərarının “nəticəvi hissəsində” göstərilmişdir ki, cavabdeh “X1" MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibat-İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-1(85)-2319/2017 saylı, 12 iyul 2017-ci il tarixli qərar "Cavabdeh İddiaçındən 01 yanvar 2017-ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 24439 (iyirmi dörd min dörd yüz otuz doqquz) manat 33 (otuz üç) qəpik məbləğində borc pul cavabdehin əmlakını n satılması yolu ilə iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Quba rayon şöbəsinin xeyrinə tutulması” hissəsində dəyişdirilsin. İddiaçındən 01 yanvar 2017-ci il tarixli məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 33558 (otuz üç min beş yüz əlli səkkiz manat 23 (iyirmi üç) qəpik məbləğində borc pul cavabdehin əmlakının satılması yolu ilə iddia Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Quba rayon Şöbəsinin xeyrinə tutulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın”.

41. Beləliklə apelyasiya məhkəməsinin sözügedən qərarında 24.439,33 manat məbləğinin rədd olunması dəqiq qeyd edilmişdir. 42. lakin buna baxmayaraq apelyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası hazırkı iş üzrə qəbul etdiyi 16.04.2021-ci il tarixli qərarda apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(118)793/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən həmin məsələləri nəzərə almamış və araşdırmamışdır.

43. Halbuki apelyasiya məhkəməsi İPM-nin 12.1, 58.7, 68.2-ci maddələrinə müvafiq olaraq yuxarıda göstərilmiş məqsədlə, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəyə minmiş 2-1(105)-28/2018 nömrəli inzibati işi tələb edərək onu öyrənməli, Dövlət Sosial Müdafiə Fondunu işə cəlb etməli və mübahisəli məbləğin yaranmasını, eləcə də hansı dövrə aid olmasını həmçinin sosial sığorta haqqının hansı növündən olmasını, iddiaçının şəxsi hesab vərəqəsini də tələb etməklə araşdırmalı və bundan asılı olaraq qanuni və əsaslı qərar qəbul etməli idi.

44. Lakin apelyasiya instansiyası məhkəməsi bunu etməmiş, eyni zamanda apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, birinci instansiya məhkəməsi 02 noyabr 2020-ci il tarixli qərarının “nəticəvi hissəsində” 24.439,33 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə iddiaçının borcunun onun şəxsi hesab vərəqəsində hesablanmasını qeyd edir, lakin iddiaçının şəxsi hesab vərəqəsi işdə mövcud deyildir.

45. Halbuki məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələr 5 növdən ibarətdir (sosial sığorta və işsizlikdən sığorta haqları, işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər, muzdla işləyənləri işəgötürən sığortaedənlər (MDSS), işsizlik sığortasına cəlb olunan hüquqi şəxslər, muzdl a işləyənləri işəgötürən sığortaedənlər (işsizlik).

46. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsi inzibati kollegiyasının 16.04.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.04.2021-ci il tarixli, 2-1(105)-142/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar