Məhkəmə qərarları › İş №2-1(102)-1443/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1443/2022

16.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1443/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasın tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 16.08.2022 Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1986-cı il təvəllüdlü; FİN-1TWOTJ5) cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasının tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-661/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən veri lmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Ukrayna Respublikası Poltava İqtisadiyyat və Ticarət Universiteti tərəfindən verilmiş B19 seriyalı 146701 saylı, 30 iyun 2019-cu il tarixli bakalavr diplomundan görünür ki, İddiaçı 15 oktyabr 2015 - 30 iyun 2019-cu illərdə Ukrayna Respublikası “Poltava İqtisadiyyat və Ticarət Universiteti”ndə “informatika” hazırlıq istiqaməti üzrə baza təhsilini alaraq, bakalavr dərəcəsini əldə etmiş, diplom Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən 17 iyul 2019-cu il tarixdə A-48603-19 nömrəsi ilə 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir.

2. Diploma 123/0005872 nömrəli əlavədən görünür ki, İddiaçı əyani təhsil növündə təhsil almışdır.

3. Poltava İqtisadiyya t və Ticarət Universitetinin 48-23/676 saylı, 13 noyabr 2020-ci il tarixli arayışının məzmunundan görünür ki,İddiaçı Əsgər oğlu öz sorğusu ilə distant texnologiyalarının istifadəsi ilə fərdi təhsil cədvəlinə köçürülmüşdür. Tələbə fərdi cədvəldə olan müddətdə distant texnologiyaların istifadəsi təhsilin tam həcmini, təhsil saatlarının sayını, fənn üzrə kreditləri, yekun modul və kurs işlərini, imtahanları nəzərdə tutur və dövlət təhsil standartlarının tələblərinə, əyani təhsil formasının bakalavr dərəcəsinin müvafiq ixtisasın alınması üçün təsdiqlənən PUET standartlarına cavab verir.

4. İddiaçı ona verilmiş diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması ilə bağlı ilk dəfə 10 oktyabr 2019-cu il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir.

5. Cavabdeh tərəfindən Ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, X2 və Ticarət Universitetinin tədris Normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Siz həmin ölkədə qısa müddət ərzində olduğunuzdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyiniz qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 3.7- ci bəndinə əsasən, A78D5A6CEA12284 nömrəli müraciətiniz üzrə aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün hesab olunmadığından onun tələbinin təmin olunmasından imtina etmişdir.

6. İddiaçı universitetə göndərmiş olduğu vəkil sorğusuna cavab ala raq təkrar cavabdeh orqana 14 avqust 2020-ci il tarixdə müraciət etmişdir.

7. Cavabdehin 10 sentyabr 2021-ci il tarixli, M-169/03-TKTA nömrəli cavab məktubuna əsasən, iddiaçının Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinə daxil olmuş 14 avqust 2020-ci il tarixli, M169 nömrəli ərizəsi araşdırılmış və bildirilmişdir ki, iddiaçının 10 oktyabr 2019-cu il tarixli elektron müraciətinin nəticəsi barədə 22 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2012-ci il tarixli, 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı"na daxil olan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifıkasiyası) onlayn yoxlanılması" elektron xidməti vas itəsilə əlavədə qeyd olunmuş məlumat verilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəmədə iddia qaldırıla bilmə hüququnun olması iddiaçıya izah edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ukrayna Respublikasının Poltava İqtisadiyyat və Ticarət Universitetində İnformatika fakültəsi üzrə aldığı ali təhsil haqqında B19 seriyalı 146701 saylı xx.xx.2019 il tarixli diplom üzrə ixtisasın tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmı şdır ki, o, 2015-2019-cı il tarixlərində Ukrayna Respublikasının Poltava İqtisadiyyat və Ticarət Universitetində İnformatika fakültəsi üzrə təhsil alaraq və B19 seriyalı 146701 saylı xx.xx.2019 il tarixli diplomla bakalavr dərəcəsi almışdır. Diploma apostil möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Diplomun tanınması üçün ilk dəfə xx.xx.2019-cu il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciətinə imtina cavabı verilərək bildirilmişdir ki, Ali təhsil sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, X2 və Ticarət Universitetinin tədris Normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cii il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 3.7-ci bəndinə əsasən, A78D5A6CEA12284 saylı müraciət üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir.

10. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Müraciətə baxılaraq tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qey d olunan tədris yükünü yerinə yetirməyin qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. İmtina qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi (əyani) üzrə həmin ölkədə qısa müddət ərzində olduğundan (İ il - 1 ay 11 gün, İİ il - 1 ay 22 gün, İİİ il - 1 ay 26 gün, İV il - 1 ay 16 gün) diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Azərbaycan Respublikası nın 30 sentyabr 1997-ci il tarixli, 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Konvensiyanın Vİ. 1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 311 nömrəli qərarı ilə təsdiq təsdiq edilmiş “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi’’nin 2.1.48-ci bəndinə əsasən, təlimin nəticələri - təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini biti rdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir. Həmin Çərçivənin 2.1.49-cü bəndinə əsasən, təlimin nəticələrinin qiymətləndirilməsi - müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: ali təhsilin hər iki səviyyəsində əyani təhsil alma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadan kənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan kənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və m üdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.

11. Bakı İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli sərəncamına əsasən, ixtisasın tanınması və şəhadətnaməni n verilməsi tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətinin cavabdehə təqdim olunması iddiaçıya bildirilmişdir. Həmçinin Bakı İnzibati Məhkəməsi tərəfindən Dövlət Sərhəd Xidmətinə sorğu verilərək, İddiaçı 2015-2019-cu illər ərzində Azərbaycan Respublikasının sərhədlərindən giriş-çıxış barədə məlumatların məhkəməyə təqdim edilməsi bildirilmişdir. Həmin sorğuya 23 aprel 2021-ci il tarixdə cavab verilərək, iddiaçının dövlət sərhədlərindən giriş-çıxışı barədə cədvəl məhkəməyə təqdim olunmuşdur.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4851/2021 nömrəli, 27 avqust 2021-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddia rədd edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, əyani təhsil forması 4 il müddətində müəyyən oldunduğu halda, iddiaçı əyani tədris yükü üzrə 2015-2019 -cu illərdə İ tədris ilində 1 ay 11 gün, İİ tədris ikində 1 ay 22 gün, İİİ tədris ilində 1 ay 26 gün, İV tədris ilində 1 ay 16 gün olmaqla təhsil aldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nda isə bu hal, yəni xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan az olması mənfi ekspert rəyinin verilməsi üçün əsas kimi nəzərdə tutulmuşdur. İddiaçının aldığı təhsilin müddəti qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun olmadığından cavabdeh orqan tərəf indən iddiaçıya düzgün olaraq imtina cavabı verilmişdir.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının tam ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-661/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 27 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, Ukrayna Respublikası Poltava İqtisadiyyat və Ticarət Universiteti tərəfindən İddiaçı adına verilmiş B19 seriyalı 146701 saylı, 30 iyun 2019-cu il tarixli di plomunun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının təhsil aldığı ölkə olaraq Ukrayna Nazirlər Kabinetinin 20 yanvar 1998-ci il tarixli, 65 saylı Qərarından, həmçinin həmin ölkənin qanunvericilik normalarından aydın olduğu kimi, Universitetin yerləşdiyi ölkənin qanunvericiliyində distant təhsil texnologiyalarının tətbiqi ilə təhsil forması nəzərdə tutulmuşdur.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar işlər üzrə mövqeyini nəzərə almamışdır. Məhkəmə qərarında (səhifə 10) göstərmişdir ki, İddiaçı həqiqətən təhsilini distant təhsil texnologiyalarının tətbiqi ilə əyani formada almışdır. Məhkəmə bu faktın əsaslandırılması üçün Poltava İqtisadiyyat və Ticarət Universiteti tərəfindən təqdim edilmiş 13 noyabr 2020-ci il tarixli arayışa istinad edərək (qərarın 2-ci və 10-cu səhifələrində) qərarın 10-cu səhifəsində distant təhsil alma formasının bilavasitə 'Təhsil haqqında” Qanunda təsbit edilməsini əsas gətirərək distant texnologiyaların tətbiqi ilə əyani təhsil alınmasını əsas götürərək belə bir təhsil alma formasının Azərbaycan Respublikasında tətbiq olunan ali təhsilin mövcud standartları ilə uyğunsuzluq təşkil etməsinə b axmayaraq, apellyasiya şikayətini və iddia tələbini təmin etmişdir. Məhkəmə Universitet tərəfindən təqdim olunmuş arayışı hərtərəfli araşdırmamış və cavabdeh orqanın məsələyə dair təqdim etdiyi ekspert rəyinə ümumiyyətlə qiymət verməmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7. və 73.3-cü maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Qeyd olunan arayış və iddiaçının təhsilalma forması ilə bağlı aşağıdakıları qeyd edirik: - qeyd olunan arayışda sadəcə iddiaçının barəsində distant texnologiyaların tətbiqi ilə bağlı xx.xx.2015, xx.xx.2016, xx.xx.2017, xx.xx.2018-ci il tarixli əmrlərə istinad edilir ki, bu əmrlərin özü məhkəməyə təqdim edilməmişdir. Məhkəmə bu əmrlərin Ukrayna qanunvericiliyinə və Azərbaycan Respublikasında qüvvədə olan ali təhsilin stan dartlarına uyğun olmasını əsaslandırmaq üçün heç bir araşdırma aparmadan elə həmin arayışın sonuncu abzasında göstərilmiş Ukrayna Nazirlər Kabinetinin 20 yanvar 1998-ci il tarixli, 65 nömrəli qərarına istinad edərək Ukraynada distant texnologiyaların tətbiqinə işarə etmişdir. Halbuki sözügedən qərarda distant texnologiyaların tətbiqi ilə bağlı heç bir ifadə işlədilməmişdir; - cavabdehin iddiaçıya distant təhsil almasını sübut edə biləcək hər hansı bir maddi dəlilin (elektron kabinetdən çıxarışlar, hər hansı bir mühazirənin videoyazısı və ya elektron qiymətləndirməni özündə əks edəcək istənilən sübut) təqdim edilməsi təklifinə baxmayaraq, iddiaçı heç bir dəlil təqdim edə bilməsə də, məhkəmə bu məsələyə də qiymət verməmişdir.

19. Azərbaycan Respublikasının qanunvericiliyi qiyabi və distant ( məsafədən) təhsilalma formalarını müstəqil forma kimi müəyyənləşdirmiş və qiyabi təhsilalma forması distant təhsilalma formasından istifadəni nəzərdə tutmamışdır. Qeyd olunan mövqe həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar işlər üzrə mövqeyini əks etdirir (2-1 (102)-794/2022 saylı iş üzrə 6 may 2022-ci il tarixli qərar).

20. Belə ki, Poltava İqtisadiyyat və Ticarət Universiteti tərəfindən 30 iyun 2019-cu il tarixində təqdim olunmuş B 19 146701 nömrəli diplom əlavəsinin 4.1 -ci bəndinə əsasən müəyyən olunur ki, ərizəçi əyani formada təhsil almışdır. Bu fakt eyni zamanda apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş ekspert rəyində də öz əksini tapsa da, məhkəmə ekspert rəyinə ümumiyyətlə önəm verməmiş, bununla da Azərbaycan Respublikasının İnzib ati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur.

21. Eyni zamanda məhkəmənin diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları’nın 3.2.2-ci yarımbəndinə əsasən ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə İmtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30-a qədər (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər) kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq İşinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla).

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1 ci bəndinə əsasən bakalavriat səviyyəsində həftəlik auditoriya dərslərinin həcmi 30 saatdan, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Həmçinin həmin Qərarın 8.7.5-ci yarımbəndinə əsasən bakalavriat səviyyəsində əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 h əftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Bununla da, İddiaçı təhsil aldığı ölkədə qısa müddət (İ il 1 ay 11 gün, İİ il-1 ay 22 gün, İİİ il-1 ay 26 gün, İV il-1 ay 16 gün) ərzində olduğundan onun diploma əlavədə qeyd olunan tədris yükünü ali təhsil pilləsinin dövlət standartı və proqramına uyğun yerinə yetirməsi qeyri-mümkün olması müəyyən edilmişdir. İddiaçı 41 günə və ya 52 günə yuxarıda göstərilən tələblərə uyğun 40 həftə üçün nəzərdə tutulmuş tədris yükünü yerinə yetirməsi mümkün deyildir.

23. İddiaçının Ukraynada oxumasına baxmayaraq məhkəmənin ümumiyyətlə bu məhkəmə mübahisəsinə aidiyyəti olmayan Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsaslanması bir daha qərarın əsassız olduğunu göstərir.

24. Məhkəmə qərarında iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin iddiaçı tərəfindən sübut edildiyini qeyd etsə də, iddiaçı bütün sübut etməni yalnız Poltava İqtisadiyyat və Ticarət Universiteti tərəfindən təqdim edilmiş və məhkəmə tərəfindən araşdırılmamış 13 noyabr 2020-ci il tarixli arayış üzərində qurmuşdur. Məhkəmə cavabdehin təqdim etdiyi ekspert rəyinə və iddiaçıya ünvanlanan suallara əhəmiyyət verməmiş, təqdim olunan arayışın detallarını araşdırmadan iddia tələbini təmin etmişdir. Məhkəmə iddiaçının təhsil alma formasının əyani olmasını, Azərbaycanda əyani-distant təhsil alma formasının mövc ud olmamasını nəzərə almamaqla yanaşı həmçinin distant texnologiyaların tətbiqinin ümumiyyətlə necə həyata keçirildiyini araşdırmamışdır.

25. Qeyd edilənlər onu göstərir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, o cümlədən iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə hüquqi mövqeyi nəzərə alınmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Təhsil haqqında” Qanun: Maddə

27. Təhsil haqqında dövlət sənədi 27.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət a kkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). 27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. (-). Maddə 27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə

29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həy ata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Maddə

44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ (-). 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. (-). Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə” nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti h əyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları: -1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilm əsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sah əsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bənd. 3.6-cı bənddə gö stərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə t əhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş: 5-ci bənd. Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir.

28. İnzibati Prosessual Məcəllə: Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərt ərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalı dır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qəra rı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

32. Ukrayna Respublikası Poltava İqt isadiyyat və Ticarət Universiteti tərəfindən verilmiş bakalavr diplomuna əsasən iddiaçı 15 oktyabr 2015 – 30 iyun 2019-cu illərdə həmin universitetdə təhsil almış, diplom apostil edilmişdir.

33. İddiaçının cavabdehə qarşı tələbi Ukrayna Respublikasının Poltava İqtisadiyyat və Ticarət Universitetində İnformatika fakültəsi üzrə aldığı ali təhsil haqqında diplom üzrə ixtisasın tanınması barədədir.

34. Cavabdehin şikayətinin dəlilinə görə iddiaçının diploma əlavəsində o, əyani təhsil formasında təhsil almışdır, lakin sənədlərə görə iddiaçı təhsili distant təhsil formasında almış və bəhs olunan təhsil formaları biri-birindən fərqlənir. İddiaçının ali təhsil dövründə təhsil aldığı Ukrayna Respublikasında olduğu qısa müddət onun diploma əlavədə qeyd olunan tədris yükünü ali təhsil pilləsinin dövl ət standartı və proqramına uyğun yerinə yetirməsi qeyri-mümkün olması müəyyən edilmişdir.

35. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

36. Poltava İqtisadiyyat və Ticarət Universitetinin 13 noyabr 2020-ci il tarixli rəsmi arayışından görünür ki, universitet tərəfindən iddiaçının həmin universitetdə təhsilini əyani formada, lakin distant texnologiyalarından istifadə etməklə özəl qrafik üzrə alması, iddiaçının həmin universitetin tələbəsi və məzunu olması təsdiqlənmişdir. 37. “Təhsil haqqında” Qanunun 13.1-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 №-li qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən ali təhsil pilləsində aşağıdakı təhsil alma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.

38. Azərbaycan Respublikasının qanunvericiliyində ayrılıqda həm əyani, həm də distant təhsil forması nəzərdə tutulmuşdur. Qanunvericilikdə əyani təhsil forması zamanı distant təhsil formasından birmənalı olaraq istifadə edilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır.

39. Cavabdeh kasasiya şikayətində Ali Məhkəmənin İnzibati kollegiyasının 2-1(102)794/2022 nömrəli, 6 may 2022-ci il tarixli qərarına istinad edərək bildirmişdir ki, inzibati kollegiya “tədris zamanı qiyabi distant texnologiyalarından istifadə olunması” dəlilinə qiymət verərək hesab etmişdir ki, qiyabi və distant təhsilal ma formaları “Təhsil haqqında” Qanunda bir-birindən fərqləndirilən anlayışlardır. Müvafiq ölkədə qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması anlamına gəlmir.

40. Məhkəmə kollegiyası şikayətin dəlilinə münasibətdə bildirir ki, inzibati kollegiyanın qərarında mövcud (əyani) təhsil forması zamanı digər (distant) təhsil formasından istifadə edilməsinin qadağan olunması qeyd edilməmişdir.

41. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun aldığı tədrisin qanunvericiliyə uyğun həyata keçirilməsi, diplomun tanınmasının isə Nazirlər K abinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaların tələbinə cavab verməsi şərtdir.

42. O da vurğulanmalıdır ki, Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişin 5-ci maddəsində qeyd edilir ki, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətin ə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir.

43. İddiaçıya məxsus diplomun cavabdeh tərəfindən tanınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud olmamışdır. 44. “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki, belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaranmamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır.

45. Bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, tələbələrin (hazırkı halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və diplomun apostil olması, diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalar da) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır.

46. İddia tələbi Ukrayna Respublikasında alınan təhsilə görə diplomun tanınması ilə bağlı olduğundan apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı qərarında Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsindəki əməkdaşlıq haqqında” Sazişə istinad etməkdə haqlı ol mamışdır. Lakin bu apelyasiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyildir. Belə ki, məhkəmə, qərarında müvafiq hüquq normalarına istinad etməklə gəldiyi nəticəni əsaslandırmışdır.

47. Apelyasiya məhkəməsinin cavabdehin təqdim etdiyi ekspert rəyinə və iddiaçıya ünvanlanan suallara əhəmiyyət verməməsi, distant texnologiyasının tətbiqinin ümumiyyətlə necə həyata keçirilməsini araşdırmaması barədə şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh ümumiyyətlə hansı ekspertiza rəyindən bəhs edir, bu məlum deyil, iş materiallarında “İnzibati icraat haqqında” Qanunun 41-ci maddəsinin tələbinə uyğun ekspertin cəlb olunması ilə bağlı qərar qəbul edilməsi, ekspert rəyinin tələb olunduğu sualların qoyulması, alınan cavablar və ekspert rəyinin mövcudluğuna dair sübut olmamışdı r. Distant texnologiyasının tətbiqinin həyata keçirilməsi mexanizmini müəyyən etmək isə məhkəmənin səlahiyyətinə aid deyildir.

48. Odur ki, kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kasasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-661/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar