Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1443/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizlikləri) nəticəsində dəymiş maddi ziyanın ödənilməsi; məcburi köçkün ailəsinin mənzillə təmin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə (üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti) qarşı “cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizlikləri) nəticəsində dəymiş maddi ziyanın ödənilməsi, mənzilində məskunlaşmış məcburi köçkün ailəsinin mənzillə təmin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2-1(105)-140/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. RX № ******* seriyalı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 (Yeni qaydalarla AZ 5011 Sumqayıt şəhəri, Çerkassi küçəsi, 559, M9, m1) mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır.
2. Sumqayıt Şəhər Məhkəməsinin 8 may 2017-ci il tarixli, 2(060)-3307/2017 nömrəli qətnaməsinə ə sasən, İddiaçı cavabdehlər X4 və digərlərinə qarşı yaşayış sahəsindən çıxarılma və mənzildən köçürülmə tələbinə dair iddiası təmin edilmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Qubadlı rayonundan məcburi köçkünlər - X4 ailə üzvləri ilə birgə sıx məskunlaşma obyekti olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 7A saylı evin 35 nömrəli mənzilində müvəqqəti məskunlaşmışlar. Cavabdehin boş mənzil fondu olmadığı üçün sözügedən ailənin yeni yaşayış sahəsi ilə təmin edilməsi mümkünsüzdür. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən, məcburi köçkünlərin mülkiyyət formasından asılı olmayaraq, 19921998-ci illərdə məskunlaşdıqları mənzillərdən çıxarılması hal larına yol verilmir. Ərazilərin işğaldan azad olunanadək Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman, sərəncam və bu sahədə qəbul olunmuş Dövlət Proqramına əsasən həyata keçirilmişdir. Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı profilaktik təhlükəsizlik tədbirləri həyata keçirilir. Növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlər, o cümlədən X2 ailəsi də uzun illər yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürüləcəklər.
4. Üçüncü şəxsin iddiaçıya ünvanladığı xx.xx.2022-i il tarixli məktubda göstərilmişdir ki, məcburi köçkünlərin mənzil sahəsi ilə təmin olunması Azərbaycan Respublikası Prezi dentinin müvafiq Fərman və Sərəncamları əsasında həyata keçirilir. Həmin sənədlərdə konkret olaraq hansı ərazidə məskunlaşmış məcburi köçkünlərin yeni yaşayış sahəsi ilə təmin olunması göstərilir və köçürülmə Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsi tərəfindən mərhələli şəkildə aparılır. Eyni zamanda, məlum hadisələrlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin ölkədaxili siyasətinə uyğun olaraq məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə məskunlaşdırılması nəzərdə tutulmuşdur. Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq, başqalarına məxsus mənzillərdə məskunlaşmış məcburi köçkün ailələri köçürüldükdən sonra qaldırılan məsələyə qanuna uyğun olaraq baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq 104.400 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi və mənzilində məskunlaşmış məcburi köçkün ailəsinin mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının işlədiyi müəssisə tərəfindən ona və ailəsinə verilmişdir. Mənzil onun xüsusi mülkiyyətində olsa da, o, ailəsi ilə birlikdə həmin mənzilə köçə bilməmişdir. Çünki mənzil məcburi köçkün ailəsi tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Uzun müddət bir çox dövlət orqanlarına müraciət etməsinə baxm ayaraq, hər dəfə müxtəlif vədlər və bəhanələrlə süründürməçiliyə salınmışdır. Bunun qarşılığında isə o, uzun müddətdir ki, öz şəxsi mülkiyyətindən məhrum olmuşdur. Bununla da ona maddi ziyan dəymişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8 may 2017-ci il tarixli, 2(060)-3307/2017 nömrəli qətnaməsi ilə məcburi köçkünlərin onun mənzilindən çıxarılmasına dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikası adından çıxarılmış qətnamə mövcud olduğu halda o, bu günə kimi icra olunmur. Qətnaməyə əsasən, ona məxsus mənzildə məskunlaşmış məcburi köçkün ailəsi mənzildən çıxarılmalı, o, isə ailəsi ilə birlikdə həmin mənzilə köçürülməli idi. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün müvafiq orqanlara göndərilmişdir. Qətnamənin qəbulundan uzun müddət keçməsinə baxmayaraq, qətnamə hələ də icra edilm əmişdir. Bunun da nəticəsində ona dəyən maddi ziyanın məbləği artmışdır. Məcburi köçkünlərin yerləşdirilməsi və onların problemlərinin həll olunması üzrə dövlət siyasətini həyata keçirən orqan cavabdehdir.
7. Cavabdehin məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərilmişdir ki, iddiaçının müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından təmin edilməməlidir. Belə ki, iddiaçının “vurulmuş ziyanın ödənilməsi" ilə bağlı Komitəyə daxil olmuş müraciətləri Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, Qubadlı rayonundan məcburi köçkünlər X4 və həyat yoldaşı X5 ailə üzvləri ilə birgə sıx məskunlaşma obyekti olan Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 7A saylı evin 35 nömrəli mənzilində kommunal qeydiyyatd a olmaqla məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı profilaktik təhlükəsizlik tədbirləri həyata keçirilir ki, növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlər, o cümlədən X2 ailəsi də uzun illər yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürüləcəklər. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Əsasnaməsi”nin tələblərinə əsasən, Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsi nət icəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən, dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatı dövlət büdcəsindən onun üçün ayrılmış vəsaitdən təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatdan kənar hər hansı məqsədlə vəsait xərcləyə bilməz. Cavabdeh Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikasının dövlət büdcəsindən onun üç ün ayrılmış vəsait hesabına və yalnız “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Əsasnaməsi”nin tələblərinə əsasən, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərin ə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə faktiki məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. İddiaçıya dəymiş ziyan bilavasitə Komitənin qəbul etdiyi inzibati akt və ya hərəkət (hərəkətsizliyi) nəticəsində baş verməmişdir. Belə ki, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında ailə üzvləri ilə birgə müvəqqəti məskunlaşmış məcburi köçkün X4 ailə üzvləri ilə birlikdə, həmin ünvanda Komitə tərəfindən yerləşdirilməmiş, Komitə ilə məcburi köçkünlər X4 və digərləri arasında hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlanılmamışdır.
8. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmiş dir ki, mübahisə predmetı olan yaşayış sahəsi 39,60 kv.m olan 3 otaqlı Sumqayıt şəhəri, 12-ci mikrorayon ev 7A mənzil 35 dövlət fonduna aid olmaqla, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 243 saylı sərəncamı ilə iddiaçının əri X1 6 nəfərdən (özü, arvadı və 4 övladı) ibarət ailə tərkibinə ayrılmışdır. Qeyd edilən mənzil 1993-cü ildən Qubadlı rayonu məcburi köçkün ailəsi tərəfindən tutulduğundan iddiaçı və ailə üzvləri göstərilən yaşayış sahəsinə köçə bilməmişdir. Məlum hadisələrlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin ölkədaxili siyasətinə uyğun olaraq məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə məskunlaşdırılması nəzərdə tutulmuşdur. Qeyd edilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsinə etiraz edilmişdir.
9. Sumqayıt İnzibati Məhkəmə sinin (hakim V.E.Əzizova) 10 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2217/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Cavabdeh iddiaçının mənzilinin məcburi köçkünlər tərəfindən zəbt edilməsində təqsirli deyildir, onları həmin mənzilə cavabdeh və ya onun əməkdaşları yerləşdirməmişlər. Hazırda da məcburi köçkünlərin başqa mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərin ə qoyulmasına dair tələb əsassız hesab edilməlidir. Belə ki, bu məsələ Dövlət Proqramı çərçivəsində mərhələli şəkildə həyata keçirilir və ayrı-ayrı şəxslərin barəsində icra edilmir. İddiaçı ziyanın ona məhz cavabdeh tərəfindən vurulduğu və ziyanın həcminin müəyyən edilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) 28 fevral 2023-cü il tarixli, 2-1(105)-140/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2022- ci il tarixli, 2-1(118)2217/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən tərtib və təsdiq edilmiş siyahı və təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. Digər tərəfdən, iş materialları ilə müəyyən edilir ki, iddiaçının xüsusi mülkiyyətində olan mənzilə məcburi köçkünləri cavabdeh inzibati orqan yerləşdirməmişdir.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassa siya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı kassasiya şikayətində əlavə olaraq qeyd edir ki, zərər mövcuddur və onun mənzili məcburi köçkünlər tərəfində qanunsuz olaraq tutulmuşdur. Bu da zərərin mövcudluğu və qanunsuz hərəkət və ya hərəkətsizlik nəticəsində vurulmasının sübutudur. Məcburi köçkünlərin mənzilini qanunsuz olaraq tutmasına görə bu mənzildən istifadə edə bilməmiş və nəticədə ona maddi və mənəvi ziyan dəymişdir. Buna görə də zərər vuran şəxsin təqsiri ilə zərər arasında da səbəbli əlaqə mövcuddur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzib ati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkd iyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli v ə şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin q ərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillə rini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. İlk öncə, vurulmuş maddi zərərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 18-ci bəndində göstərilən normaya əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.
28. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa z idd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla, hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
29. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
30. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Qubadlı rayonundan məcburi köçkünlər - X4 ailə üzvləri ilə birgə iddiaçıya məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 7A saylı evin 35 nömrəli mənzilində 1993-cü il tarixdən məskunlaşmışlar.
31. Qeyd edilən məcburi köçkünlərin iddiaçıya məxsus mənzildə yerləşdirilməsində cavabdehin hər hansı hərəkət və ya hərəkətsizliyi öz təsdiqini tapmamışdır. Yəni, cavabdehin iddiaçıya məxsus mənzilin məcburi köçkünlər tərəfindən zəbt edilməsində rolu, davranışı və ya hərəkətsizliyi sübuta yetirilmir.
32. Bundan başqa, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən hallarına görə, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı Sumqayıt Şəhər Məhkəməsinin 8 may 2017-ci il tarixli, 2(060)-3307/2017 qətnaməsinin icrasının təmin edilməsi ilə bağlıdır.
33. Belə ki, iddiaçı həm i ddia ərizəsində, həm də kassasiya şikayətində qeyd edir ki, məcburi köçkünlərin onun mənzilindən çıxarılmasına dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikası adından çıxarılmış qətnamə mövcud olduğu halda o, bu günə kimi icra olunmur. Qətnaməyə əsasən, ona məxsus mənzildə məskunlaşmış məcburi köçkün ailəsi mənzildən çıxarılmalı, o, isə ailəsi ilə birlikdə həmin mənzilə köçürülməli idi. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün müvafiq orqanlara göndərilmişdir. Qətnamənin qəbulundan uzun müddət ötməsinə baxmayaraq qətnamə hələ də icra edilməmişdir.
34. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsi ilə bağlı məsələ mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə aktının icrası qaydasında həll e dilməlidir.
35. Hazırkı halda isə, məcburi köçkünlərin iddiaçıya məxsus mənzildə yerləşdirilməsi və orada yaşamaları cavabdehin hər hansı hüquqa zidd hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində baş vermədiyindən, beləliklə də cavabdehin hüquqa zidd hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində iddiaçıya ziyan vurulması da sübuta yetirilmədiyindən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
36. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2-1(105)-140/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.