Məhkəmə qərarları › İş №2-1(102)-1443/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1443/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1443/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-hökumət təşkilatının qeydiyyata alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “qeyri-hökumət təşkilatının qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 21(103)-545/2024 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı1 müvafiq sənədləri əlavə etməklə notarial qaydada təsdiq edilmiş ərizə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edərək, İddiaçı2 ilə birlikdə təsis etdikləri “Qadınların Maarifləndirilməsi və Müdafiəsi” İctimai Birliyinin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.

2. İddiaçı1 qeyd olunan müraciətinə cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən, “Hüquqi şəxslərin dövlət qeydiyyatı v ə dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Belə ki, ictimai birliyin qeydiyyata alınması barədə təqdim olunmuş ərizə bütün təsisçilər tərəfindən imzalanmamışdır. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə müvafiq olaraq sənədlər geri qaytarılmışdıır. Məsələyə nöqsanın aradan qaldırılacağı təqdirdə baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və “Qadınların Maarifləndirilməsi və M üdafiəsi” İctimai Birliyinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar xx.xx.2022-ci il tarixdə “Qadınların Maarifləndirilməsi və Müdafiəsi” İctimai Birliyini təsis etmişlər və tərəflərindən buna dair müvafiq qərar qəbul olunmuşdur. Birlik qadın hüquqları ilə bağlı maarifləndirmə və qadınların hüquqlarını müdafiə üçün hüquqi yardım göstərmək məqsədilə yaradılmış, təsisçi İddiaçı1 iki il müddətinə Birliyin sədri seçilmişdir. Dövlət qeydiyyatına alınması üçün Birliyin təsis sənədləri cavabdehə təqdim edilmiş, lakin cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə sənədlər geri qaytarılmışdır. Məktubda göstərilmişdir ki, ərizə bütün təsisçilər tərəfindən imzalanmayıb. Ca vabdeh imtinasını “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.2-ci və 11.3.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçılar tərəfindən məktubda göstərilənlər qanunsuz imtina kimi qiymətləndirilir.

5. Cavabdeh iddiaya qarşı etirazında iddianı qəbul etmədiyini, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə əsasən ərizənin bütün təsisçilər, qanuni təmsilçi seçildiyi halda isə həmçinin sonuncu tərəfindən və ya bütün sadalanan bu subyektlər tərəfindən deyil, onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanmasının və notariat qaydasında təsdiqlənməsinin zəruri olduğunu qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abı yev) 25 iyul 2023-cü il tarixli, 21(112)-8541/2023 nömrəli qərarı ilə iddia təmin olunmamışdır.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş faktiki hallarına görə iddiaçılar Birliyi təsis etmiş və buna dair müvafiq qərar qəbul etdikdən sonra təsisçilərdən yalnız biri - İddiaçı1 ərizə ilə cavabdehə müraciət edərək, Birliyin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Halbuki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda ərizənin təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən imzalanması ardıcıl sadalanaraq, imperativ göstəriş qoyulmuş, eləcə də eyni normada “onların müvafiq qaydada vəkil etdiyi şəxs” müddəasının qarşısına “və ya” sözləri əlavə olunm aqla subyektə seçim imkanı verilmişdir. Yəni ərizənin bütün təsisçilər, qanuni təmsilçi seçildiyi halda isə həmçinin sonuncu tərəfindən və ya bütün sadalanan bu subyektlər tərəfindən deyil, onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanmasının və notariat qaydasında təsdiqlənməsinin zəruriliyi ifadə olunmuşdur.

8. Həmçinin qeyd edilməlidir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 17.3-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra birliyin dövlət qeydiyyatı üçün sənədlərin yenidən təqdim edilməsinə mane ola bilməz.

9. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlı qlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuşdur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçıların hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

10. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. apellyasiya instansi yası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 11 yanvar 2024-cü il tarixli, 2-1(103)-545/2024 nömrəli qərarı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçılar apellyasiya şikayətində Birliyin xx.xx.2022-ci il tarixli qərarına əsasən həmin Birliyin dövlət qeydiyyatına alınması vəzifəsinin Birliyin sədri (qanuni təmsilçisi) seçilmiş təsisçi İddiaçı1 həvalə edildiyi halda, cavabdeh tərəfindən Qanunun qeyd olunan 5.2-ci maddəsinə istinadən qeydiyy atdan imtina olunmasını əsassız hesab edirlər. Məhkəmə kollegiyası iddiaçıların qeyd olunan dəlilini əsassız sayır. Çünki, qanunvericiliyin sadalanan tələblərindən, o cümlədən, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.1-ci və 5.2-ci maddələrinin imperativ tələblərindən göründüyü kimi, hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanına ərizə - bir neçə təsisçi olduqda, bütün təsisçilər, qanuni təmsilçi və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. İşin mübahisələndirilməyən hallarından isə göründüyü kimi, konkret halda, hər iki iddiaçı “Qadınların Maarifləndirilməsi və Müdafiəsi” İctimai Birliyinin təsisçiləri olduğu halda, Qanunun 5.1-ci ma ddəsinə əsasən təqdim olunan, Birliyin qeydiyyata alınması barədə ərizə həmin Qanunun 5.2-ci maddəsinin tələbinə zidd olaraq, yalnız bir təsisçi (həm də sədri) İddiaçı1 tərəfindən imzalanmışdır.

13. İddiaçıların apellyasiya şikayətinin digər bir dəlilində isə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 8.3-cü maddəsinə istinadən, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla sənədlərin geri qaytarılmasının əsassız hesab edildiyi bildirilir. Məhkəmə kollegiyası iddiaçıların həmin dəlili ilə də razılaşmır. Belə ki, cavabdeh onlara ünvanladığı həmin məktubda, məhz qeyd olunan normanın tələbləri ilə ehtiva olunan məzmuna uyğun olaraq, iddiaçılara məsələyə nöqsanın aradan qaldırıldığı təqdirdə baxılacağını bildirsə də, sonuncular buna əhəmiyyət verməmiş, a dıçəkilən nöqsanı aradan qaldırıb cavabdehə yenidən ərizə ilə müraciət etmək əvəzinə, məhkəməyə müraciət etməyi üstün tutmuşlar. Beləliklə də, iddiaçıların təsis etdiyi Birliyin cavabdeh tərəfindən dövlət qeydiyyatına alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir.

14. İddiaçılar kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

15. İddiaçıların kassasiya şikayətinin əsasını mahiyyətcə onların iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Qeyri-hökumət təşkilatları (ictimai b irliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 17.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. Maddə 17.3. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. 18. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5.1. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Maddə 5.2. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qə rarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Hazırkı iş üzrə iddiaçıların hüquqi marağı və məqsədi təsis etdikləri “Qadınların Maarifləndirilməsi və Müdafiəsi” İctimai Birliyinin dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, sözügedən Birliyin dövlət qeydiyyatına alınmasından cavabdehin imtinasının qanunsuz hesab edilməsi və həmin Birliyin dövlət qeydiyyatına alınması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, a pellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, hazırkı mübahisəyə dair iş üzrə materiallardan əslində cavabdeh tərəfindən Birliyin qeydiyyatına dair sənədlərin yuxarıda istinad olunan normaların tələblərinə uyğunlaşdırılması məqsədi ilə geri qaytarıldığı və aşkar olunmuş nöqsanlar aradan qaldırıldıqdan sonra, qeydiyyat barədə müraciətə yenidən baxılm asının mümkünlüyü barədə iddiaçılara məlumat verildiyi görünür. Bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız qeydiyyata dair təqdim edilən sənədlərin istinad olunan normaların tələblərinə uyğun olduğu təqdirdə, cavabdeh müvafiq qeydiyyatı aparmaq öhdəliyi daşıyır.

29. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.

30. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2-1(103)-545/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar