Məhkəmə qərarları › İş №2-1(102)-1443/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1443/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1443/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ikinci dərəcə əlilliyin təyin edilməsi, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) 15.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-88/2025 nömrəli, 07 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ““ona təyin edilmiş 2-ci dərəcə əlilliyin bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı, növbəti dəfə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul e dilmişdir.

3. Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2-1(116)-855/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

4. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilərək iddianın mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-88/2025 nömrəli, 07 yanvar 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rə dd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxıla raq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilm ədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilmək lə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.

11. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə artıq Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2458/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına müvafiq olaraq formalaşmış hüquqi mövqeyə malik qərardadı mövcuddur. https://e-mehkeme.gov.az/signed/ShowPdf?guid=d7e9be5f934a44549704cec5120d18e4

12. Bununla əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi qərarında bildirmişdir ki, “iddiaçı barəsində göndəriş tərtib etmiş səhiyyə müəssisəsi - “Balakən rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçıya qoyulmuş diaqnoz: sağ böyrəyin pielolitotomiya əməliyyatdan sonrakı vəziyyət. İki tərəfli xroniki kalku lyoz pielonefrit. Xroniki böyrək xəstəliyi İİ mərhələ. Nefrogen hipertoniya olmuşdur. Balakən rayon Tülü kənd 1973 təvəllüd İddiaçı hal hazırda Balakən MRX-nın poliklinika şöbəsində uroloji kabinetdə qeydiyyatdadır. Xəstə 2014-cü il tarixdə Zaqatala MRX-da “sağ tərəfli pielolilotomiya əməliyyatı aparılmışdır. Xəstə mütəmadi olaraq Respublikanın müxtəlif xəstəxanalarında ambulator və stasionar müalicələrdən keçmişdir, lakin nəticələri qısa müddətli olmuşdur. Göründüyü kimi cavabdeh orqan iddiaçıya “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina cavabı versə də, iddiaçı barəsində göndəriş tərtib etmiş səhiyyə müəssisəsi iddiaçıya Zaqatala MRX-da sağ tərəfli pielolilotomiya əməliyyatı aparılmasını, iddiaçının mütəmadi olaraq Respublikanın müxtəlif xəstəxanalarında ambulator və stasionar müalicələrdən keçməsini, lakin nəticələrinin qısa müddətli olmasını bildirir. İşdə olan “Balakən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 723 №-li tibbi arayışı ilə iddiaçının diaqnozda qeyd edilmiş xəstəliklə bağlı uzunmüddətli müalicə və müayinə olunduğu sübut olunur. Qeyd olunan hal “ixtisaslaşmış müalicənin davam etdirilməsi” və “əlavə müalicəyə ehtiyacın olması” ilə bağlı cavabdeh orqanın dəlilinin əsassızlığını sübut edir. Belə ki, cavabdeh orqan iddiaçıya qoyulmuş diaqnoza münasibətdə müalicə potensialının tükənməməsini, əlavə müalicənin effektivliyini (o cümlədən zəruriliyini) və tam reabilitasiya olunmanın mümkünlüyünü əsaslandırmamış, uzun müddətli müayinə və müalicə olunmasına baxmayaraq, iddiaçının sağlamlıq vəziyyətinin bərpa olunmamasını nəzərə almamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci hissəsində əlilliyin müəyyən olunması meyarları öz əksini tapmışdır. Əsasnamənin 2.2.6-cı bəndinə əsasən ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9) ikinci dərəcə əlilliyin təyin edilməsi üçün əsas olaraq müəyyən edilmişdir”.

13. Məhkəmə kollegiyası apellyasiya məhkəmsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, iddiaçı barəsində tərtib edilmiş göndərişə görə, ona XBT-na uyğun olaraq N11.1,İ15.1, N18.3 və digər kodlar nəzərə alınmaqla diaqnoz qoy ulmuşdur. Göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz (N18.3) istinad olunan Əsasnamədə ikinci dərəcə əlilliyin müəyyən olunduğu xəstəliklərin siyahısındadır.

14. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

15. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işi n hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-88/2025 nömrəli, 07 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar