Məhkəmə qərarları › İş №2-1(102)-1444/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1444/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1444/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı qızının Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (apelyasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin vəkili Vəkil və nümayəndəsi X2 iştirakı ilə İddiaçı qızının cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı təhsil ha qqının ödənilməsindən azad edilmə və s. tələbinə dair Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-725/2020 nömrəli inzibati iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı qızının adının güzəştli tələbələr siyahısına alınmaqla, təhsil haqqını ödəməkdən azad olunması, 2017-ci il tarixdə ödəniş etdiyi təhsil haqqının 1.320 manat pulun növbəti illərə ödəyəcəyi əlavə ödənişlərlə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı qızı əriz ə ilə məhkəməyə müraciət edərək iddiaçı X1 əsl İddiaçı qızı ilə əvəz olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 31 yanvar tarixli 2-1(82)948/2019 nömrəli qərardadı ilə iddiaçı X3 əsl İddiaçı qızı ilə əvəz olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 31 yanvar tarixli 2-1(82)948/2019 nömrəli qərarı ilə (hakim: Z.M.Tağıyev) iddiaçının adının güzəştli tələbələr siyahısına salınmaqla, təhsil haqqını ödəməkdən azad olunması, 2017-ci il tarixdə ödəniş etdiyi təhsil haqqının 1.320 manat pulun növbəti illərə ödəyəcəyi əlavə ödənişlərlə əvəz olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 25 fevral tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 17 aprel tarixdə apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını, apelyasiya instansiyası məhkəməsində icraat zamanı cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-ci il 13 iyun tarixli 2-1(103)-1231/2019 nömrəli qərardadı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin olunmuş, şikayət üzrə apelyasiya mümkün sayılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-ci il 20 iyun tarixli 2-1(103)-1231/2019 nömrəli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakim lər: V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2019-cu il 31 yanvar tarixli 2-1(82)- 948/2019 nömrəli qərarı ləğv edilmiş, iddiaçının iddia tələbi təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2-1(102)-2993/2019 nömrəli qərarı ilə (sədrlik edən: İ.K.Hüseynov, hakimlər: N.İ.Rəsulbəyova və Z.M.Quliyev) Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-ci il tarixli, 2-1(103)-1231/2019 nömrəli qərarı və bununla bağlı xx xxxx 2019-ci il tarixli, 2-1(103)-1231/2019 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(103)-725/2020 nömrəli qərardadı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdehin prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, apelyasiya şikayəti qeyri-mümkün hesab edilməklə apelyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadından cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və buraxılmış müddətin üzrlü hesab edilməklə işə mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Şikayət müəllifi hesab edir ki, apelyasiya instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiya məhkə məsinə müddətin üzrlü səbəbdən buraxılmasına dair ərizə verilsə də, apelyasiya instansiya məhkəməsi heç bir qanuni əsas göstərmədən ərizəni təmin etməmişdir. Baxmayaraq ki, təqdim edilmiş ərizədə Təhsil Nazirliyinin kargüzarlıq işlərinin elektronlaşdırılması ilə əlaqədar olaraq sənədlərdə texniki cəhətdən ləngimə olması bildirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLA NDİRMA HİSSƏSİ: İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsi ilə verilir (İPM-in 85.1-ci maddəsi). İPM-in 23.1-cü maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməs i ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Cavabdeh tərəfindən mübahisə olunan birinci instansiya məhkəməsinin qərarı xx xxxxxx 2019-cu ildə ona təqdim edilmiş, apelyasiya şikayəti xx xxxxx 2019-cu ildə apelyasiya məhkəməsinə daxil olmuşdur. Cavabdeh apelyasiya şikayəti üzrə müddətin buraxılması ilə bağlı mübahisə açmamışdır. Cavabdeh apelyasiya şikayəti üzrə qanunvericilikdə nəzərdə tutulmuş müddətin buraxılması barədə ərizəsini nazirlikdə kargüzarlığın aparılmasının elektron dövriyyəyə keçməsi və bu s ahədə yaranmış olan texniki nasazlıqla əlaqələndirmişdir. İşə ilk dəfə kassasiya instansiyası məhkəməsində baxılarkən məhkəmə kollegiyası qeyd etmişdir: “Həmin müddətdən cavabdeh istifadə etməmiş, prosessual müddəti 20 gün ötürmüş və bunun səbəbi kimi cavabdehin dəftərxanasında və İKT şöbəsində olan texniki problemləri qeyd etmişdir. Lakin həmin texniki problemlərin nədə ifadə olunduğu, hansı müddəti əhatə etdiyi, şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş imkandan istifadəni mümkünsüz edən və cavabdehin iradəsindən aşkar kənara çıxan hansı halların müəyyən edildiyi, İPMin 24.2-ci maddəsində nəzərdə tutulmuş 15 günlük müddətə əməl olunub-olunmadığı məhkəmə araşdırmasının predmeti olmayıb.” İşin təkrar apelyasiya baxışı zamanı prosessual müddətin bərpa edilməməsi barədə nəticəyə gəl ən apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır: “Təkrar apelyasiya baxışı zamanı cavabdeh tərəfindən kassasi məhkəməsinin göstərişləri ilə bağlı dəftərxanasında və İKT şəbəkəsində olan texniki nasazlığın nədən ibarət olması, nasazlığın hansı vaxtdan başlanması, nə vaxtadək davam etməsi və s. barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, İPM-nin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşdən görünür ki, təkrar apelyasiya baxışı zamanı Ali Məhkəmənin göstərişləri ilə bağlı heç bir araşdırma aparılmamış, araşdırılmalı olan hallarla bağlı yalnız sübutların təqdim edilməməsi vurğulanaraq müddət bərpası barədə ərizə təmin edilməmişdir. İş in təkrar apelyasiya baxışında araşdırma tələb edilən hallarla bağlı sübutların təqdim olunmasının cavabdehə təklif edilməsi, eləcə də işə baxan məhkəmə kollegiyasının bu barədə sübutları öz təşəbbüsü tələb etməsi müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, İPM-in inzibati apelyasiya icraatının hədlərini nəzərdə tutan 82-ci maddəsi apelyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxmasını nəzərdə tutsa da, eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yen i təqdim olunmuş sübutların (sübutetmə vasitələrinin) və faktların (faktiki halların) da nəzərə alınmasını göstərir. İPM-in 12-ci maddəsi apellyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda onun üzərinə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur. (İPM-in 12.1 və 12.2-ci maddələri). İPM-nin 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir. Kollegiya hesab edir ki, ape lyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq, prosessual müddətin ötürülməsi səbəblərinin müəyyən edilməsi üçün ətraflı araşdırma aparılmamışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, cavabdeh inzibai orqanın buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə (apellyasiyanın mümkünlüyü) təkrar baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-725/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş tə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar