Məhkəmə qərarları › İş №2-1(102)-1444/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1444/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1444/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsati hesabına mənzillə təmin edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respub likasının Müdafiə Nazirliyinə qarşı “dövlət tərəfindən mənzillə təmin olunması üçün müvafiq siyahıya daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-173/2021 nömrəli, 04 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 05.08.1987-ci ildən 11.08.1992-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrinin, 15.09.1992-ci ildən 11.03.2012-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmətdə olmuş, 11.03.2012-ci il tarixdən yaşa görə ehtiyata buraxılmışdır.

2. O, mənzillə təmin olunması üçün cavabdehə m üraciət etmiş, cavabdeh 18.02.2020-ci il tarixli, 677 nömrəli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən az xidmət etdiyi üçün ona münasibətdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 N-li Fərmanı tətbiq edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adının dövlət tərəfindən mənzillə təmin olunması üçün müvafiq siyahıya daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia tə ləbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Qıvraq kəndində anadan olmuş, 1983-1985-ci illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmət, 05.08.1987-ci ildən 01.06.1988-ci ilədək isə müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. 01.06.1988-ci ildə gizirlər məktəbinə daxil olub, 11.11.1988-ci ildə həmin məktəbi bitirib “gizir” hərbi rütbəsi alaraq 11.08.1992-ci ilədək həqiqi hərbi xidmətdə olmuş, 15.09.1992-ci ildən 11.03.2012-ci ilədək xidmət etmiş, o cümlədən 1991-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir (Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin 337 N-li 16.07.2019-cu il tarixli arayış təqdimatın ın surəti iddia ərizəsinə əlavə olunur). Beləliklə, 11.11.1988-ci ildən 11.03.2012-ci il tarixinədək fasiləsiz olaraq həqiqi hərbi xidmətdə olmuşdur. 11.03.2012-ci ildə hərbi xidmətdən yaşa görə ehtiyata buraxılıb şəxsi heyətin siyahısından çıxarılaraq hərbi uçota durmaq üçün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinə göndərilmiş və bununla da Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılmış, xidmət etdiyi müddətdə Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin edilməmişdir. 18.01.2020-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə nazirinə yazılı surətdə müraciət edərək, Azərbaycan Ordusunun 1991-ci il 9 oktyabr tarixində yaranmasını, həmin vaxt hərbi xidmətdə olduğunu, xi dmət müddətində barəsində məhkumluq, aşağı vəzifəyə keçirilmə və hərbi rütbədə aşağı salınma hallarının olmadığını və 11.03.2012-ci ildə ordu sıralarından ehtiyata buraxılaraq şəxsi heyətin siyahısından çıxarıldığını nəzərə almaqla 20 il 5 ay fasiləsiz hərbi xidmətdə olduğunu qeyd edərək adının dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq şəxslərin siyahısına daxil edilməsi barədə aidiyyəti üzrə müvafiq göstərişlər verilməsini, həmçinin həmin siyahıda adının hansı səbəblərdən olmamasının səbəblərini qəti şəkildə araşdıraraq nəticəsi barədə ona məlumat verilməsini xahiş etmişdir. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsindən 25.02.2020-ci il tarixdə daxil olan 18.02.2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tari xli 569 nömrəli Fərmanı ona şamil edilmir. Yəni, başqa sözlə desək, dövlət hesabına mənzillə təmin ediləcək şəxslərin siyahılarında onun adı keçmir. Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsinin 18.02.2020-ci il tarixli məktubundakı qeydlər əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrindəki qüsursuz xidməti təqvim hesabı ilə 20 il və daha çox olduğundan adı dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək şəxslərin siyahısına daxil edilməli və o, mənzillə təmin edilməlidir.

5. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-820/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakim: C.B.Məmmədov) iddia təmin edilməmişdir.

7. Birinci instans iya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili xidmət etmədiyindən iddia tələbi əsaslı sayıla bilməz.

8. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-173/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: F.Ə.Məmmədov, hakimlər: Z.İ.Məmmədov və H.Ç.Babayeva) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-820/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiya məhkəməsi bi rinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:

12. Şikayətdə qeyd edilir ki, iddiaçı 20 ildən artıq Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdə olmasına baxmayaraq məhkəmələr əsassız olaraq onun iddia tələbini təmin etməmişlər. Belə ki, o, 1983-1985-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində müddətli həqiqi hərbi xidmət, 05.08.1987-ci ildən 01.06.1988-ci ilədək isə müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, 01.06.1988-ci i ldə gizirlər məktəbinə daxil olub 11.11.1988-ci ildə həmin məktəbi bitirərək “gizir” hərbi rütbəsi alaraq 11.03.2012-ci ilədək fasiləsiz həqiqi hərbi xidmətdə olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Kasasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər.

15. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ

16. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Az ərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı Bənd

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasit əsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçının xidmət dəftərçəsinin surətinə əsasən müəyyən olunur ki, iddiaçı SSRİ Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış və 11.03.2012-ci il tarixində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasə n hərbi xidmətdən ehtiyata buraxılmışdır.

22. Eyni zamanda, iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin 302 nömrəli, 17 iyul 2020-ci il tarixli arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsində qeydiyyatda duran ehtiyatda olan baş gizir İddiaçı 05.08.1987-ci il tarixdən 11.08.1992-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmətdə olmuşdur. Onun xidmət etdiyi hərbi hissə Zaqafqaziya Hərbi Dairəsi komandirinin 058 nömrəli 11.08.1992-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Müdafiə nazirinin sərəncamına verilmişdir.

23. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı 05.08.1987-ci ildən 11.08.1992-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmətdə olduğundan və hərbi hissə 11.08.1992ci ildən Azərbaycan Respublikası Müdafiə nazirinin sərəncamına verildiyindən onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət illəri həmin tarixdən, yəni 11.08.1992ci il tarixdən hesablanmalıdır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci tarixli Fərmanına əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edili rlər. Fərmandan göründüyü kimi, qanunverici hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsini onların Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etməsi ilə şərtləndirmişdir ki, iddiaçıya münasibətdə də bu şərt yerinə yetirilmir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 11.08.1992-ci ildən 11.03.2012-ci il tarixədək xidmət etmiş və 20 təqvim ili tamam olmamışdır.

25. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassas iya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-173/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar