Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1444/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahələrinə və mənzilə qoyulmuş məhdudiyyətin ləğv edilməsi; mümkünsüz iddia) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “torpaq sahələrinə və mənzilə qoyulmuş məhdudiyyətin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 18 may 2022-ci il tarixli, 2-1(103)1373/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 21 may 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin üzərinə ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə, 358 saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə, ünvan 2 ünvanında yerləşən mənzilə tətbiq etdiyi məhdudiyyətin ləğv edilməsi öhdəliyinin qoyulması və mülkiyyət hüququnun pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
2. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4715/2019 nömrəli, 7 oktyabr 2019-cu il tarixli qətnaməsi əsasında Bakı şəhəri 21 saylı notariat ofisinin notariusu tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinə və 258 saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə, ünvan 3 ünvanında yerləşən 3 otaqlı yaşayış sahəsi 80 kv.m. olan mənzilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Şəhadətnamələr üzrə dövlət reyestrindən çıxarış alınması üçün “Asan Xidmətə” müraciət etdikdə iddiaçıya həmin əmlaklar üzrə dövlət reyestrindən çıxarış verilməsindən şifahi olaraq imtina edilərək bildirilmişdir ki, həmin əmlaklar üzərində Daxili İşlər Nazirliyi tərəfindən müvəqqəti məhdudiyyətlər qoyulmuşdur. Onun heç bir hüquqi və fiziki şəxs qarşısında öhdəliy i olmadığından həmin əmlakların üzərinə məhdudiyyətlərin qoyulmasının heç bir əsası yoxdur. Müvəqqəti məhdudiyyətin ləğv edilməsi üçün xx.xx.2021-ci il tarixdə cavabdeh orqana ərizə ilə müraciət etsə də, onun müraciətinə cavab verilməmiş və məhdudiyyət ləğv edilməmişdir. Cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan daşınmaz əmlaka məhdudiyyətin qoyulması mülkiyyət hüququnun pozuntusudur və məhkəmə tərəfindən ləğv edilməlidir. Bundan başqa, həmin əmlaka məhdudiyyətin qoyulması “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının mülkiyyət hüququ barəsindəki maddəsinin (1 saylı Protokolunun 1-ci maddəsi) pozuntusudur və həmin pozuntu da tanınmalıdır. Şikayətin maddi hüquqi əsas kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə də istinad edilm işdir.
3. Məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş 3 dekabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 1, ünvan 4 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi, ünvan 5vanında yerləşən mənzilin üzərinə Daxili İşlər Nazirliyinin 2 noyabr 2015-ci il tarixli 1/232m nömrəli məktubu ilə məhdudiyyət qoyulmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Bakı İnzibati Məhkəməsinin (hakim M.C.Qarayeva) 13 yanvar 2022-ci il tarixli, 21(112)-1067/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən iddiaçı vərəsəlik hüququ üzrə qeydiyyata almaq niyyətində olduğu əmlaklar üzərinə Daxili İşlər Nazirl iyinin 2 noyabr 2015-ci il tarixli 1/232m nömrəli məktubu ilə məhdudiyyət qoyulmuşdur ki, bu halda da cinayət işi və ya cinayət təqibi ilə bağlı təhqiqat, istintaq, prokurorluq orqanları tərəfindən qəbul edilən qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Həmçinin iddia tələbi məhdudiyyətin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün hesab edilmədiyindən onunla bilavasitə bağlı olan mülkiyyət hüququnun pozuntusunun tanınması barədə iddia da mümkün hesab edilə bilməz.
6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Apelyasiya instansiyası məhkəməsindəki icraat zamanı məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən 18 may 2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmununda göstərilmişdir ki, "xxxx" ASC-nin külli miqdarda pul vəsaitlərinin fiziki və hüquqi şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işinin istintaqı zamanı İddiaçı təsisçisi olduğu "xxxx" MMC-nin bankın törəmə müəssisəsi olan "xxxx" QSC-yə 10.649.231 ABŞ dolları kredit borcu olmaqla borcun ödənilməsi ilə bağlı dəfələrlə ona xəbərdarlıq edildiyi müəyyən edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.O ruczadə) 18 may 2022-ci il tarixli, 21(103)-1373/2022 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
11. Məhkəmə nəzərə almamışdır ki, mülki və cinayət prosessual qanunvericilikdə əmlak üzərində məhdudiyyət qoyulması anlayışı yoxdur. Bu özlüyündə artıq qanun pozuntusudur. Əmlak üzərində həbs qoyulması prosessual tədbiri vardır və bu da yalnız məhkəmənin qərarı ilə tətbiq edilir və bu zaman əmlak sahibinin hü quqlarının müdafiəsi qaydası məhkəmə tərəfindən izah edilir.
12. Məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 3 dekabr 2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, iddiaçının vərəsəlik hüququ üzrə qeydiyyata almaq niyyətində olduğu əmlakın üzərinə Daxili İşlər Nazirliyinin 2 noyabr 2015-ci il tarixli 1232 nömrəli məktubu ilə məhdudiyyət qoyulmuşdur.
13. Sözügedən əmlak vərəsəlik qaydasında iddiaçıya məxsus əmlakdır, vərəsəlik hüququ milli və beynəlxalq qanunvericilikdə qorunan hüquqdur. İddiaçı heç bir cinayət işində prosesin iştirakçısı, mülki icraatda cavabdeh deyildir.
14. Əmlak üzərində qanunsuz məhdudiyyət cavabdeh tərəfindən qoyulduğundan və inzibati orqanların təsnifatına görə Daxili İşlər Nazirliyi inzibati orqan olduğu ndan icraat inzibati məhkəməyə aiddir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “İnzibati icraat haqqında” Qanun Maddə
3. Qanunun tətbiq dairəsi 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.
16. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiy ası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kasasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əs aslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
20. Apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış işin hallarına əsasən "xxxx" ASC-nin külli miqdarda pul vəsaitlərinin fiziki və hüquqi şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işinin istintaqı zamanı iddiaçının təsisçisi olduğu "xxxx" MMCnin bankın törəmə müəssisəsi olan "xxxx" QSC-yə 10.649.231 ABŞ dolları kredit borcu olmaqla borcun ödənilməsi ilə bağlı dəfələ rlə ona xəbərdarlıq edildiyi müəyyən edilmişdir.
21. İPM-in 2.1-ci maddəsinin tələbindən göründüyü kimi, inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən yalnız o mübahisələrə baxılır ki, bu, inzibati hüquq münasibətlərindən irəli gəlsin və həmin mübahisəyə baxılmasının qanunla başqa aidiyyət qaydası müəyyən edilməmiş olsun.
22. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə, cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər.
23. Beləliklə, iddiaçı ilə cavabdeh arasındakı münasibətlər inzibati hüquq münasibətlərindən irəli gəlmədiyindən, irəli sürülən tələbin məzmunu inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aid olmadığından və mübahisəyə baxılmasının qanunla başqa aidiyyət qaydası müəyyən edildiyindən həmin mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. 24. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının 7.2-ci və 15.3-cü bəndlərində qeyd edilmişdir ki, “...... “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayə t-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.... Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
25. Yuxarıda istinad edilən normaların tələbləri baxımından iddiaçının hazırkı məzmunda tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür.
26. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kas sasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli, 21(103)-1373/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.