Məhkəmə qərarları › İş №2-1(102)-1445/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1445/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1445/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyasının təyin edilməsi, toxucu ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın təyin olunması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-496/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı (bundan sonra iddiaçı) 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) müraciət etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli, ** ******** nömrəli məktubla bildirmişdir ki, iddiaçının xx.xx.1980-xx.xx.2003-cü illər arasındakı dövrlərə dair iş stajını dəqiqləşdirmək mümkün olmadığından ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 52 yaşından, xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və yaranacaq fərqin xx.xx.2014-cü il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-cı ildən xx.xx.2003-cü ilə qədər N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində toxuculuq sexində 4-cü dərəcəli toxucu vəzifəsində işləmişdir. xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən qadınlar AR Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahı üzrə 52 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan xx.xx.2017-ci il tarixə qədər 20 il ümumi və 10 il zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. 52 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir.

4. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının işlədiyi toxucu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetin in xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda mövcuddur. Lakin həmin Siyahıda metal və sintetik tor toxuyan toxucu peşəsi qeyd olunmuşdur. İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququ verən işlərdə işləmiş olmasına dair arayış təqdim etməmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4140/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: T.Ə.Əsədova) iddia təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi toxuculuq peşəsi zərərli iş stajı sayılmadığından cavabdehin imtinası əsaslı olmuşdur.

6. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-496/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.M.Məmmədov) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4140/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddiaçıya xx xxxxxx 2014-cü il tarixdən 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin xx xxxxxx 2014-cü il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə hə valə edilmişdir.

8. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.2003-cü ilədək N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyi adlanan müəssisənin toxucu sexində işlədiyi toxucu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 26.1-ci bəndində iddiaçının işləmiş olduğu yun və pambıq iplikdən hazırlanan məmulatların toxumasında “toxucu” (başqa sözlə, trikotaj məmulatların toxucusu) vəzifəsinə uyğundur.

9. Apelyasiya instansiyası məhkəməsinin qərarı xx xxxx 2020-ci il tarixdə cavabdehə təqdim olunmuşdur.

10. Cavabdeh həmin qərardan xx xxxxx 2020-ci il tarixdə kas sasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

11. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarına istinad iki səbəbdən tamamilə əsassızdır. Belə ki, iddiaçı xx xxxxxx 2006-cı ilədək ümumi və güzəştli iş stajını topladığını iddia edir. Dolayısı ilə iddiaçının çalışdığı peşənin güzəştli olub olmadığını müəyyənləşdirmək üçün yalnız Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 və 2 saylı sıyahılara baxılması mümkün idi. Mə hkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarında iki bəndə ayrı-ayrılıqda istinad edib, halbuki bir peşənin eyni vaxta iki başlıq altında nəzərdə tutulması məntiqli sayıla bilməz. Təsadüfi deyildir ki, 26.1-ci paraqraf “Yüngül sənaye”, 32-ci paraqraf “Toxuculuq istehsalatı” adlanır. Məhkəmə əgər əsasları müəyyən etsə idi bu iki qrupdan yalnız birinə istinad edə bilərdi. Daha sonra qeyd edilir ki, 12 saylı Qərarla təsdiqlənmiş Siyahının 26.1-ci bəndində Məhkəmənin istinad etdiyi peşənin adı süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatların, kətanın toxucuları kimi göstərilmişdir. İddiaçının bu sahədə işləməsinə dair iş materiallarında heç bir sənəd yoxdur. İddiaçı özü, iddia ərizəsində 32-ci bəndə istinad edib, yalnız apell yasiya şikayətində 32-ci bəndlə yanaşı, 26.1-ci bəndi də göstərib. 12 saylı Qərarla təsdiqlənmiş Siyahının 32-ci bəndində məhkəmənin istinad etdiyi peşənin adı toxucular: metal və sintetik tor toxuyan toxucular kimi qeyd edilmişdir. Göründüyü kimi, Nazirlər Kabinetinin qərarları bütün toxucuları güzəştli peşəyə aid etməyib, əks halda, “toxucular” sözündən sonra iki nöqtə qoyulması və “metal və sintetik tor toxuyan toxucular” ifadələrinə yer verilməsi mənasız olardı. İddiaçının bu peşə qrupuna da aid olmadığı tərəddüdsüzdür. Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı il təsdiqlənmiş 2 saylı Siyahının XX başlığı “Yüngül sənaye” (kod: ********) adlanır. Bölmənin 1-ci bəndi “Toxuculuq sənayesi” adlanır və 2210200a kodundan 2200200b—19586 koduna qədər peşələri əhatə edir. Bu kodlar altında sadalanan peşələrin içərisində yalnız bir peşənin adında (kod 2200200a—11602: süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları) toxucu ifadəsi var, ancaq burada söhbət kətan toxucusundan gedir. İddiaçıya aid əmək kitabçasında onun peşəsinin toxucu olduğu öz əksini tapıb. Məhkəmənin istinad etdiyi kodun isə iddiaçının çalışdığı peşə ilə əlaqəsi yoxdur. Belə ki, əvvəla, həmin peşə “Kətan və kəndir-cut istehsalları” adlanan qrupa aiddir. İddiaçı özü məhkəmə iclasında təsdiq etdi ki, onun çalışdığı sahənin “kətan və kəndir-cut istehsalı” ilə heç bir bağlılığı yoxdur. İkincisi, peşənin özü, “yaş toxumada məşğul olan toxucular” adlanır; işdə iddiaçının bu peşədə çalışdığını təsdiqləyən heç bir sənəd yoxdur. Beləliklə, NK-nın istər 320 nömrə li, istərsə də 12 nömrəli qərarları ilə təsdiqlənmiş Siyahılarda iddiaçının çalışdığı peşənin adı nəzərdə tutulmamışdır. Odur ki, cavabdeh İdarənin imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə iddianı təmin etsə də, gəldiyi nəticəni faktiki və hüquqi baxımdan əsaslandıra bilməmiş, maddi və prosessual pozuntulara yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.

14. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat landırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiy a şikayəti qismən – qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səb əblər göstərilməlidir. Həmin Məcəllənin 69.3-cü maddəsinə görə, məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsində təsbit edilmişdir ki, apelyasiya ins tansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən isə apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

17. Kollegiya hesab edir ki, apelyasiya ic raatı zamanı apelyasiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, qəbul edilmiş qərar əsaslandırılmamışdır. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə çıxış etmişdir. O, tələbini əsaslandırarkən 27 il sosial sığorta stajının olduğunu, bu dövrün 10 ilinin güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşələrə aid olduğunu bildirmiş və bu əsasla ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir.

18. İddiaçının bu tələbinin hüquqi əsaslarını təşkil edən «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasında deyilirdi ki, ax ırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Apelyasiya instansiyası məhkəməsi də istinad edilən normaların təhlili əsasında qeyd etmişdir ki, iddia tələbinin təmin olunması üçün işin hallarının aşağıdakı dispozisiya şərtlərinə uyğun olması zəruridir: iddiaçının xx.xx.2017-ci ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; xx.xx.2017-ci ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması; xx.xx.2017-ci ilə qədər 52 yaşının tamam olması.

19. Cavabdeh inzibati orqan iddiaçının məhkəməyə qədər etdiyi müraciətini o əsasla təmin etməkdən imtina etmişdir ki, iddiaçının xx.xx.1980 - xx.xx.2003-cü il tarixləri arasındakı dövr üzrə iş stajının müvafiq sənədlərə əsasən üzləşdirmək aparılmaqla dəqi qləşdirilməsi mümkün olmamışdır. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi həmin dövrün staj kimi qəbul edilməsinin mümkünlüyünü araşdırmış və əmək kitabçasında göstərilən dövrü sosial sığorta stajı kimi qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin bu hissədə gəldiyi nəticə qanuni və əsaslıdır. Çünki «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

20. İddiaçının stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təmin atı haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmə k kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yəni, iddiaçının əmək fəaliyyəti göstərdiyi və fəaliyyəti rəsmiləşdirildiyi dövrdə əmək stajını təsdiq edən əsas hüquqi sənəd - əmək kitabçası olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiyanın bu norması, hazırki işin stajla bağlı hissəsinin həllində «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun müddəalarına istinad olunmasına imkan verir.

21. Bundan başqa, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün əsas sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödən ilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Bu halda əmək kitabçasında əksini tapmış əmək stajını inzibati orqanın qəbul etməməsi qanuna ziddir. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələrinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

22. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq kollegiya həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından b u, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

23. Lakin kollegiya hesab edir ki, apelyasiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün ona belə hüquq verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda göstərilmiş işlərdə çalışması barədə nəticəyə gələrkən işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Apelyasiya məhkəməsi iddianın təmin edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.2003-cü ilədək N.N ərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyi adlanan müəssisənin toxucu sexində işlədiyi toxucu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 26.1-ci bəndində iddiaçının işləmiş olduğu yun və pambıq iplikdən hazırlanan məmulatların toxumasında “toxucu” (başqa sözlə, trikotaj məmulatların toxucusu) vəzifəsinə uyğundur.

24. İddiaçının əmək kitabçasında onun xx.xx.1980-cı ildən xx.xx.1989-cu ilə qədər N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində 4-cü dərəcəli toxucu, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə qədər sap əyirici, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər sarıyıcı, xx.xx.1990-cı ilə qədər x x.xx.1991-ci ilə qədər 4cü dərəcəli toxucu, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər gözəm ustası, xx.xx.1992-ci ildən xx.xx.2003-cü ilə qədər toxuyucu vəzifəsində işlədiyi əksini tapmışdır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 26.1-ci bəndində apelyasiya instansiyası məhkəməsinin qeyd etdiyi peşənin adı “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatların, kətanın toxucuları” kimi, 32-ci bəndində isə “toxucular: metal və sintetik tor toxuyan toxucular” göstərilmişdir. Bundan əlavə, Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə tə sdiqlənmiş 2 saylı Siyahının XX başlığı “Yüngül sənaye” (kod: ********) adlanır. Bölmənin 1-ci bəndi “Toxuculuq sənayesi” adlanır və 2210200a kodundan 2200200b—19586 koduna qədər peşələri əhatə edir. Bu kodlar altında sadalanan peşələrin içərisində yalnız bir peşənin adında (kod 2200200a—11602: süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları) toxucu ifadəsi var. Yuxarıda adları göstərilmiş siyahılarda bir neçə yerdə toxucu peşəsinin adı göstərilsə də apelyasiya instansiyası məhkəməsi iddiaçının peşəsinin məhz hansı sahəyə uyğun gəldiyini müəyyən etməmişdir.

26. Bundan əlavə məhkəmə kollegiyası bildirir ki, xx xxxxxx 2017-ci il tarixdə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, y enidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Baxılan iş üzrə iddiaçı tərəfindən bu cür arayış da təqdim olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Siyahılara bütün peşələr deyil, əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlar, peşə və vəzifələr daxil edilmişdir. Toxuculuq peşəsi üzrə də məhz bu cür amillər əsasında təsnifat aparılmışdır. Məhz bu səbəbdən də işçinin gördüyü işlərin həmin işlərlə dəqiq uyğunluğu (üst-üstə düşməsi) m üəyyən olunmalıdır.

27. Göründüyü kimi, apelyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar ar adan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutla rın qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarı).

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması təmin edilməmişdir. Odur ki, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələbləri apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-496/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar