Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1445/2021 18.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialı) qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, arxiv arayışı giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respu blikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına (bundan sonra cavabdeh) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)301/2021 saylı, 3 may 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx xxx xxxx-ci ildə ünvan anadan olmuş və hal-hazırda da ünvan yaşayır. İş fəaliyyətinə 03.03.1972-ci ildən başlamışdır. 03.03.1972-ci ildə Qusar rayonunun “Qazıməmməd” adına sovxozuna fəhlə qəbul olunmuş və 30.10.1974-cü ildə Sovet ordu sıralarına getməsi ilə əlaqədar həmin sovxozda fəhləlikdən azad olunmuşdur. 02.11.1974-cü ildən 19.11.1976-cı ilə kimi Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıdandan sonra o 30.12.1976-cı il tarixdən sabiq “Qazıməmməd” adına sovxoza traktorçu işinə qəbul olunmuş və həmin yəni, 30.12.1976cı il tarixdən 01.11.1996-cı il tarixədək sabiq “Qazıməmməd” adına sovxozda və 01.11.1996-cı il tarixdən 17.02.1998-ci il tarixədək isə sabiq “Qazıməmməd” adına sovxozun əvəzində Həzrə və Kirig kənd təsərrüfatı istehsal kooperativlərinin yaradılması ilə əlaqədar Həzrə kənd təsərrüfatı istehsal kooperativində traktorçu işində işləmişdir.
2. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmişdir.
3. Cavabdeh iddiaçının 03.03.1972-ci ildən 30.10.1974-cü ilə kimi və 30.12.1976-cı ildən 01.11.1996-cı ilədək sabiq Qusar rayonu sabiq “Qazıməmməd” adına sovxozda traktorçu və 01.01.1996-cı ildən 30.12.1996-cı ilə kimi Həzrə kənd təsərrüfatı istehsal kooperativində işlədiyi dövrləri sosial sığorta stajı kimi nəzərə almaqdan və ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi onun adına ИТ-İ ******* saylı əmək kitabçasının 01.06.1998-ci il tarixdə tərtib olunduğu və həmin əmək kitabçasında iddiaçının işləməsi barədə qeydlərin sovxoz direktoru və ya müəssisə rəhbəri tərəfindən təsdiq edilmədiyi göstərilmişdir. İş üzr ə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 23 aprel 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.03.1972-ci ildən 30.10.1974-cü ilə kimi və 30.12.1976-cı ildən 01.11.1996-cı il tarixədək sabiq “Qazıməmməd” adına sovxozda və 01.01.1996-cı il tarixdən 17.02.1998-ci il tarixədək Həzrə kənd təsərrüfatı istehsalat kooperativində işlədiyi müddəti onun sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddianın əsaslarına görə əmək kitabçasında iddiaçının işlədiyi dövrlər qeyd edilərək təsdiq edilmiş və Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 76 saylı 02.03.2020- ci il tarixli arayışda da həm in dövrlər öz əksini tapmışdır. O, cavabdehə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müraciət etmiş, lakin ona bildirilmişdir ki, əmək fəaliyyətinə dair əmək kitabçasında qeyd edilməsinə baxmayaraq, onun əmək kitabçasında qeyd edilmiş 03.03.1972-ci ildən 30.10.1974-cü ilə kimi və 30.12.1976-cı il tarixdən 01.11.1996-cı il tarixədək sabiq “Qazıməmməd” adına sovxozunda və 01.11.1996-cı il tarixdən 17.02.1998-ci il tarixədək isə sabiq “Qazıməmməd “ adına sovxozun əvəzində Həzrə və Kirig kənd təsərrüfatı istehsal kooperativlərinin yaradılması ilə əlaqədar Həzrə kənd təsərrüfatı istehsal kooperativində traktorçu işində işlədiyi dövrlərin müəssisə rəhbərinin imzası ilə təsdiq olunmamışdır. Onun həmin dövrlərə aid sığorta stajı məhkəmə qaydasında müəyyən olunmalı və əmək kitabçası nda qeyd edilmiş 03.03.1972-ci ildən 30.10.1974-cü ilə kimi və 30.12.1976-cı il tarixdən 01.11.1996-cı il tarixədək sabiq “Qazıməmməd” adına sovxozunda və 01.11.1996-cı il tarixdən 17.02.1998-ci il tarixədək isə sabiq “Qazıməmməd“ adına sovxozun əvəzində Həzrə və Kirig kənd təsərrüfatı istehsal kooperativlərinin yaradılması ilə əlaqədar Həzrə kənd təsərrüfatı istehsal kooperativində traktorçu işində işlədiyi dövrlər onun sığorta stajına daxil edilməli və ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, onun həmin dövrlərə aid əmək fəaliyyəti əmək kitabçasında və Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışda da öz təsdiqini tapmışdır. Beləliklə, cavabdeh qanunsuz olaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı etir azında bildirmişdir ki, Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilmə si müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İddiaçının əmək kitabçasında isə daxil olma əmri olsa da,çıxış əmri yoxdur. İşçilərin əmək kitabçasının forması və onun tərtib edilməsi qaydalarının təsdiq edilməsi barədə 26 dekabr 1996-cı il Nazirlər kabinetinin 186 nömrəli qərarının 7.1-ci bəndinə əsasən, həmin əsasnamənin 3.10-cu bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. 7.2. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. 7.3. Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Əmək kitabçasında İşçinin işdən çıxma tarixi qeyd olunmamışdır. 15 may 2020-ci il tarixli Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5- ci maddələrinin şərh edilmə sinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən, məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - iddiaçının arxiv arayışına əsasən 1996-cı ildən sonra əmək haqqı almamışdır. Yuxarıda qeyd edilən təməl prinsipə əsasən vətəndaş əmək haqqı almadığı üçün həmin dövr sığorta stajı kimi hesablana bilməz. Buna görə də 03.03.1972-ci ildən 01.11.1996-ci il tarixinədək işlədiyi dövr, 24 il 5 ay 25 gün edir və bu da lazım olan 25 illik stajın olmaması deməkdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2ci maddəsinə görə, sosi al sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt- işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Qanunun 8.1- ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.
7. Məhkəmə tərəfindən Qusar rayon Dövlət Arxivinə sorğu göndərilmişdir. Qusar rayon Dövlət Arxivinin sorğuya cavab olaraq göndərdiyi 06.10.2020-ci il tarixli, 247 saylı arxiv çıxarışında iddiaçının 1) Qazıməmməd adına sovxoz üzrə 63 saylı, 8 iyun 1972-ci il tarixli əmrlə 3 mart 1972-ci ildən 2 nömrəli briqadaya fəhlə qəbul edildiyi, həmin sovxoz üzrə 174 saylı, 30 oktyabr 1974-cü il tarixli əmrlə işdən azad edildiyi, 2) Qazıməmməd adına sovxoz üzrə 115 saylı, 29 dekabr 1976-cı il tarixli əmrlə sovxoza traktorçu vəzifəsinə qəbul edildiyi, 1 noyabr 1996-cı il Həzrə kəndi Qazıməmməd adına sovxozun ləğv olunması, Həzrə kənd təsərrüfatı istehsalat kooperativinin yaradılması ilə əlaqədar Həzrə kənd təsərrüfatı istehsalat kooperativinin 3 saylı əmri ilə İddiaçı traktorist olaraq kooperativə qəbul edildiyi, 3) Qusar rayonu keçmiş Həzrə kənd təsərrüfatı istehsalat kooperativinin əmrlər kitabında İsmiyev Xanalinin işdən azad edilməsi haqqında əmrin qeydiyyatının aşkar edilmədiyi qeyd edilmişdir. Həmin arayışda iddiaçının işə qəbul və işdən azad olunması ilə bağlı məlumatlarla yana şı həmçinin iddiaçıya Həzrə kənd təsərrüfatı istehsalat kooperativinin 1) 25 saylı, 29 dekabr 1996-cı il tarixli əmri ilə 1996-cı ildə fasiləsiz iş stajına görə üstəlik əmək haqlarının ödənildiyi, 2) 81 saylı 29 iyul 1997-ci il tarixli əmrlə kooperativin hesabına preslənmiş samanın pulsuz verildiyi, 3) 12 saylı, 17 fevral 1998-ci il tarixli sərəncamla üstəlik əmək haqqı ödənildiyi qeyd edilmişdir. Arayışında iddiaçının rayon arxivində saxlanılan keçmiş Həzrə kənd təsərrüfatı istehsalat kooperativinin şəxsi hesab kitablarında 1996, 1997 –ci illərin bütün ayları üzə, 1998-ci ilin avqust ayına qədər aldığı əmək haqlarının miqdarı qeyd edilmişdir.
8. Məhkəmə icraatı zamanı cavabdehin nümayəndəsi tərəfindən də araşdırılma aparılmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsinin Qusar rayon Xidmət nümayəndəliyinin böyük mütəxəssisi X2, Qusar rayon Dövlət Arxivinin müdiri X1 iştirakları ilə dövlət arxivinin arayışları tədqiq edilmiş və 04 noyabr 2020-ci il tarixli aktlar tərtib edilmişdir. Həmin aktlarda iddiaçının İddiaçı Qusar rayonu Qazıməmməd adına sovxozda və Həzrə KTİK-də 1972-1998-ci illərdə aldığı əmək haqlarının miqdarı qeyd olunmuşdur. Eyni zamanda həmin aktda qeyd olunmuşdur ki, iddiaçı müəssisədə işlədiyi dövr ərzində almış olduğu əmək haqqından məcburi dövlət sosial sığorta haqları hesablanaraq cavabdehin hesabına tam ödənilmişdir
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X5, 2-1(118)-163/2021 saylı iş) 3 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək Qusar rayon Dövlət Arxivinin 6 oktyabr 2020-ci il tarixli, 247 saylı arxiv arayışlarında qeyd olunan dövrlərin iddiaçının sosial sığorta stajı kimi nəzərə alınması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının işlədiyi dövrlər həm dövlət arxivinin arayışları ilə təsdiq edildiyindən, həm də ona məxsus ИТ-1668461 saylı əmək kitabçasında qeyd edildiyindən həmin dövrlərin ona yaşa görə əmək pensiyasının hesablanması zamanı nəzərə alınmalı olmasına əsaslanmışdır.
11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kolle giyası (hakimlər X6-məruzəçi, X3 və X9, 2-1(105)-301/2021 saylı iş) 3 may 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 3 fevral 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
13. Cavabdeh 24 iyun 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenid ən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaş ınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir.
15. İş materiallarına əlavə edilmiş əmək kitabçasına baxılarkən aşağıda qeyd edilən əsasların olması əmək kitabçasının saxta olmasına dair əsaslı şübhələr yaradır.
16. Əmək kitabçasının tərtib edilmə tarixi 01 iyun 1998-ci il tarixi qeyd edilsə də, əmək kitabçasının yuxarı hissəsində SSRİ-yə məxsus dövlət gerbi əks olunub. Azərbaycan Respublikasının müstəqillik dövründə doldurulan əmək kitabçasının SSRİ- yə məxsus olan əmək kitabçası formasında tərtib edilməsi mümkün deyildir, çünki A zərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə əmək kitabçasının forması təsdiq edilmişdir. 1998-ci ildə tərtib edilən əmək kitabçaları Azərbaycan Respublikasının dövlət gerbi nişanlı əmək kitabçalarında tərtib edilirdi.
17. Həmçinin, iddiaçının əmək kitabçasında daxil olma əmri olsa da, işdən azad edilmə əmri yoxdur.
18. İşçilərin əmək kitabçasının forması və onun tərtib edilməsi qaydalarının təsdiq edilməsi barədə 26 dekabr 1996-cı il Nazirlər kabinetinin 186 nömrəli qərarının 3.1ci maddəsinə əsasən Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Xidmətinin yerli orqanla rı şərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 19. 19.10.2020-ci il tarixli 261 nömrəli arxiv arayışına əsasən əmrlər kitablarında iddiaçının işdən azad edilməsi haqqında əmrin qeydiyyatı aşkar edilməmişdir. Həmin arayışda Keçmiş Qazıməmməd adına sovxozun 1974-cü Hin əmrlər kitabında (saxlama vahidi 10) 174 nömrəli əmrdə İddiaçı adının iki dəfə qeyd edilməsi və Xanalı adının üstündən göy rəngli qələmlə xətt çəkilməsi haqqında məlumat vardır. Beləliklə, vətəndaşın işdən çıxma əmrinin olması faktı sənədlərlə öz təsdiqini tapmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikay ətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
22. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 24. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67.İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. (-). Maddə 69 İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. (-).
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirl ər Kabinetinin 26 sentyabr 2006cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
26. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır.
27. Ali Məhkəmənin İnzibati kollegiyası olaraq əvvəlki qərarlarında, o cümlədən 2-1(102)-1389/2020 saylı 22 iyul 2020-ci il tarixli və 2-1(102)-1 615/2020 saylı 26 avqust 2020-ci il tarixli qərarlarında da 1 yanvar 2006-cı ilədək olan dövr üzrə ayrı-ayrı iş illəri arxiv arayışı ilə təsdiq olunduğuna görə həmin illərin şəxsin sığorta stajına daxil edilməsinin zəruriliyi bildirilmişdir.
28. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb ed ə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardad ının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmi ş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
29. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
30. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
31. Mə hkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İddiaçı xx xxx xxxx-ci ildə doğulmuşdur, yaşa görə əmək pensiyası hüququnun yarandığını bildirib əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti nəzərə alınmaqla pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
33. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, qanunvericiliyə görə iş stajı əmək kitabçası ilə təsdiq edilir, iddiaçı barəsində 1998-ci ildə tərtib edilmiş əmək kitabçası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olmayaraq keçmiş SSRİ-yə məxsus formada olmuş, əmək kitabçasında işdən azad olunma barədə əmr qeyd edilməmiş, pensiya təyin edilməsi üçün zəruri olan 25 il staja malik olmamışdır.
34. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
35. İş materiallarında olan Qusar rayon Dövlət Arxivinin 06.10.2020-ci il tarixli, 247 saylı arxiv çıxarışında iddiaçının: 36. -Qazıməmməd adına sovxoz üzrə 63 saylı, 08 iyun 1972-ci il tarixli əmrlə 03 mart 1972-ci ildən 2 nömrəli briqadaya fəhlə qəbul edildiyi, həmin sovxoz üzrə 174 saylı, 30 oktyabr 1974-cü il tarixli əmrlə işdən azad edildiyi; 37. -Qazıməmməd adına sovxoz üzrə 115 saylı, 29 dekabr 1976-cı il tarixli əmrlə sovxoza traktorçu vəzifəsinə qəbul edildiyi, 01 noyabr 1996-cı il Həzrə kəndi Qazıməmməd adına sovxozun ləğv olunması, Həzrə kənd təsərrüfatı istehsalat kooperativinin yaradılması ilə əlaqədar Həzrə kənd təsərrüfatı istehsalat kooperativinin 3 saylı əmri ilə İddiaçı traktorist olaraq kooperativə qəbul edildiyi; 38. -Qusar rayonu keçmiş Həzrə kənd təsərrüfatı istehsalat kooperativinin əmrlər kitabında İsmiyev Xanalinin işdən azad edilməsi haqqında əmrin qeydiyyatının aşkar edilmədiyi qeyd edilmişdir.
39. Həmin arayışda iddiaçının işə qəbul və işdən azad olunması ilə bağlı məlumatlarla yanaşı, iddiaçıya Həzrə kənd təsərrüfatı istehsalat kooperativinin: 40. -25 saylı, 29 dekabr 1996-cı il tarixli əmri ilə 1996-cı ildə fasiləsiz iş stajına görə üstəlik əmək haqlarının ödənildiyi; 41. -81 saylı 29 iyul 1997-ci il tarixli əmrlə kooperativin hesabına presl ənmiş samanın pulsuz verildiyi; 42. 12 saylı, 17 fevral 1998-ci il tarixli sərəncamla üstəlik əmək haqqı ödənildiyi qeyd edilmişdir.
43. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin 247 saylı, 6 oktyabr 2020-ci il tarixli arxiv arayışında iddiaçının rayon arxivində saxlanılan keçmiş Həzrə kənd təsərrüfatı istehsalat kooperativinin şəxsi hesab kitablarında 1996, 1997-ci illərin bütün ayları üzə, 1998-ci ilin avqust ayına qədər aldığı əmək haqlarının miqdarı qeyd edilmişdir.
44. Dövlət Arxivinin arayışında qeyd edilən dövrlər həmçinin iddiaçıya məxsus əmək kitabçasında da öz əksini tapmışdır.
45. Cavabdehin də bildirdiyi kimi, iddiaçı barəsində 1 iyun 1998-ci il tarixdə tərtib edilmiş əmək kitabçası Azərbaycan və rus dillərində yazılma qla keçmiş SSRİ gerbi ilə həkk edilmişdir.
46. Əmək kitabçasında onun Qusar rayonu Həzrə kənd təsərrüfatı istehsal kooperativi tərəfindən tərtib edildiyi, iddiaçının 1972-ci ildən 1996-cı ilin noyabr ayına qədər işə girmə və işdən çıxma əmrləri, əmrlərin nömrələri əks edilmişdir.
47. Qusar rayon Dövlət arxivinin iddiaçıya, cavabdehə və məhkəməyə göndərdiyi ayrı-ayrı məktublarında əmək kitabçasında olan məlumatların arxivdə olan sənədlərlə üst-üstə düşdüyü müəyyən olunmuşdur. 48. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə görə iddiaçının əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyindən, həmin dövr əmək pensiyası təyin edilməsi üçün əsas sayılır.
49. Odur ki, 1998-ci ildə tərtib edilmiş əmək kitabç ası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun formada olmasa da, əmək kitabçasında olan işə girmə, işdən çıxma əmrləri dövlət arxivində saxlanılan işə girmə və işdən çıxma əmrləri ilə üst-üstə düşdüyündən, iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş hüquq normalarına görə dövlət arxivinin arayışlarında olan məlumatlar pensiya təyin edilməsi üçün əsas olduğundan əmək kitabçasında olan dövrlə bağlı iddiaçının əmək fəaliyyəti haqlı olaraq apelyasiya məhkəməsi tərəfindən onun ümumi iş stajına daxil edilmişdir.
50. Əmək kitabçasında görə iddiaçı 1 noyabr 1996-cı ildə Həzrə kənd təsərrüfatı istehsal kooperativinə traktorçu peşəsinə qəbul edilmiş, kooperativin fəaliyyəti dayandırıldığından traktorçu vəzifəsindən azad edilmiş, lakin azad olma əmri gös tərilməmişdir, yəni iddiaçının traktorçu peşəsindən azad olma tarixi məlum deyildir.
51. Bununla belə, dövlət arxivinin 6 oktyabr 2020-ci il tarixli arayışından görünür ki, iddiaçı 1996-cı ilin yanvar ayından 1998-ci ilin avqust ayına qədər Həzrə kənd təsərrüfatı istehsal kooperativində işləmiş və hər ay əmək haqqı almış, əmək haqqı məbləğləri göstərilən dövrdə hər ay üzrə ayrılıqda qeyd edilmişdir.
52. Bu ona əsas verir ki, iddiaçı 1998-ci ilin avqust ayına qədər Həzrə kənd təsərrüfatı istehsal kooperativində işləmişdir. 53. 02.11.1974-19-11.1976-ci illərdə hərbi xidmət dövrü, 03.03.1972-30.10.1974cü illərdə Qazıməmməd adına sovxozda, 30.12.1976-12.10.1996-cı illərdə Qazıməmməd adına sovxozda, 01.11.1996-iyul 1998-ci illərdə Həzrə kənd təsərrüfatı istehsal kooperativində olan əmək fəaliyy əti dövrü 25 ildən çoxdur.
54. Qanunvericiliyin yuxarıda bəhs olunan müddəalarına görə həmin dövr onun sığorta stajına daxil edilməlidir.
55. İddiaçının işləmiş olduğu dövrdə qüvvədə olmuş hüquq normalarına görə arxiv müəssisələri tərəfindən verilmiş arayışlar pensiya hüququ verən iş stajının müəyyən edilməsi üçün əsasdır.
56. Odur ki, həmin müddəti iddiaçının sığorta stajına aid etməklə məhkəmə haqlı olmuşdur.
57. İddiaçının pensiya hüququ yaranması üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbləri- 25 ildən az olmayan sığorta stajı və pensiya yaşı mövcud olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
58. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabde hin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
59. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
60. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
61. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-301/2021 saylı 3 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.