Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1445/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “əlilliyin bərpa edilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabili tasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1544/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı olan İddiaçı ilkin olaraq xx.xx.2003-cü il tarixdə əlillik təyin edilmişdir.
2. O, 2-ci qrup əlil olaraq Dövlət Sosial Müdafiə Fondunun Xanlar (hazırda Göygöl) rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 16 iyun 2003-cü il tarixli, 331 nömrəli qərarına əsasən təqaüdə çıxmışdır. Ardıcıl olaraq 10 il müayinə olunduqdan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 26 nömrəli TibbiSosial Ekspert Komissiyasının Göygöl Tibbi-Sos ial Ekspert Komissiyası müddətsiz olaraq onu 2-ci qrup əlil hesab etmişdir.
3. Belə ki, 382031 nömrəli TSEK-də müayinə aktından çıxarışa əsasən, xx.xx.1963-cü il təvəllüdlü iddiaçıya xx.xx.2014-cü il tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş və iddiaçı pensiyanın alınmasına davam etmişdir.
4. İşin mübahisəli halı ondan ibarətdir ki, 382031 nömrəli TSEK-də müayinə aktından çıxarışa əsasən, iddiaçıya xx.xx.2014-cü il tarixdə müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi göstərilsə də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X1 (bundan sonra mətndə - TSERAS) iddiaçıya xx.xx.2014-cü ildə əlilliyin müddətsiz deyil, 1 il müddətinə təyin edilməsi göstərilmiş və həmin elektron məlum ata əsasən cavabdeh tərəfindən iddiaçıya ödənilən pensiya xx.xx.2020-ci il tarixdən etibarən dayandırılmışdır.
5. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional Ərazi Filialının xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya ilk dəfə xx.xx.2003cü il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. xx.xx.2014-cü il tarixdən TSEK-dən Müayinə aktından çıxarışa əsasən İİ qrup əlillik müddətsiz təyin olunduğu üçün pensiyanın ödəniş müddəti müddətsiz təyin olunmuş(SER TSE-01 N 382031), lakin TSERAS-da əlilliyin sonuncu müddəti xx.xx.2015-ci il tarixə müəyyən edildiyi üçün pensiyanın ödənişi xx.xx.2020-ci il tarixdə aydınlaşdırılması üçün dayandırılmışdır.
6. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə cavab olaraq xx.xx.2020-ci il tari xli, **********0 saylı məktubla əlilliyinin etibarlılıq müddətinin xx.xx.2015-ci il tarixdən bitdiyi bildirilmiş və əlilliyin yenidən qiymətləndirilməsi üçün aidiyyəti üzrə müraciət etməsi tövsiyyə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 2 noyabr 2020-ci il tarixdə iddia ərizəsi ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə şəhər Kəpəz rayon Filialına qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona verilən pensiyanın dayandırılmasının qanunsuz hesab edilməsi və pensiyanın verilməsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandı rılmışdır ki, o, 2-ci qrup əlil olaraq Dövlət Sosial Müdafiə Fondunun Xanlar (hazırda Göygöl) rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 16 iyun 2003-cü il tarixli, 331 nömrəli qərarına əsasən təqaüdə çıxmışdır. Ardıcıl olaraq 10 il müayinə olunduqdan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 26 nömrəli TSEK-in Göygöl Tibbi-Sosial Ekspert Komissiyası müddətsiz olaraq onu 2-ci qrup əlil hesab etmişdir. O, artıq 17 ildir ki, 2-ci qrup əlil olaraq pensiya alır. Bildirmişdir ki, daimi yaşayış yerini dəyişməyi ilə əlaqədar olaraq 1 il olar ki, pensiya işini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə şəhər Kəpəz rayon filialına keçirmişdir. Onun pensiya almağının müddə ti elektron sistemə 1 il kimi qeyd edilmişdir və hazırda ona pensiya ödənişi dayandırılmışdır. Qeyd etmişdir ki, onun şifahi və rəsmi müraciətlərinə cavabdeh tərəfindən qanunla müəyyən edilmiş qaydada baxılmadığından məhkəməyə müraciət etmişdir.
9. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-229/2021 saylı, 31 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Gəncə şəhər Kəpəz rayon Filialının əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsi və işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Ca vabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti Göygöl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2003 saylı göndərişi əsasında xx.xx.2003-cü il tarixdə qiymətləndirilmiş və “mədə və 12 b/b xr xora tez-tez kəskinləşən deformasiyası” xəstəliyi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daha sonra Göygöl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014 saylı göndərişi əsasında xx.xx.2014-cü il tarixdə qiymətləndirilmiş və “mədə və 12 b/b xr xora tez-tez kəskinləşən deformasiyası” xəstəliyi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçı təkrar əlillik təyinatı üçün müraciət etməmişdir. 11. 6 avqust 2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia təl əbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
12. Daha sonra, 10 dekabr 2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsinin təsdiq edilməsi və bu barədə məlumatın alt sistemə yerləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6160/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim H.A.Ağalarov) iddia təmin edilmiş, iddiaçıya xx.xx.2014-cü il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsi barədə məlumatın TSERAS-a yerləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqan etirazında yalnız TSERASda olan məlumata istinad etmiş, TSERAS yaradılmamışdan əvvəl, yəni xx.xx.2014-cü il tarixdə təyin edilmiş əlilliyin müddətinin 1 il olması ilə bağlı məlumatın sözügedən sistemə əlavə ediməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilməmiş, bu hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmiş, hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən TSERAS-a daxil edilmiş məlumatın mötəbərliyi qənaətinə gəlmək mümkün deyildir. Bir halda ki, iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qüvvədə olan TSEK-də müayinə aktından çıxarış mövcuddur. O cümlədən iddiaçıya 2003-cü ildən fasiləsiz olaraq əlilliyə görə pensiya ödənilmiş və pensiya təyinatı aparan orqan tərəfindən pensiya ödənilməsinə əsas olmuş müayinə aktlarından çıxarışlar məhkəməyə təqdim edilmişdir, sözügedən elektron sistemdə yalnız 2003 və 2014cü ildə təyin edilmiş əlilliklə bağlı məlumatlar mövcuddur ki, bu fakt da öz növbəsində iddiaçı barəsində sistemdə olan məlumatların həqiqəti əks etdirməsini şübhə altına alır. Hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, iddiaçı isə bunun əksini sübut etmişdir.
15. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraa t
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1544/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6160/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
19. Kassasiyaçı İnzibati Prosessual Məcəllənin 2.2.1, 2.2.2, 33, 81.1 və 90. 1-ci, həmçinin Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə istinad edərək şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının əlilliyinin Alt sistemdə etibarsız hesab edilməsinin heç bir hüquqi və qanuni əsasları olmadığını bildirmişdir. Lakin, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən göndərişin, göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də əsaslı olaraq əlillik altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız hesab edilmişdir.
20. Bundan başqa, iddiaçıya iki nci dərəcə əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Res publikası Qanunu:... -3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. -4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. -4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 23. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2018-ci il tarixədək qüvvədə olan): -2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir; -3-cü maddəsinə əsasən, tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayi nə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; -4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır;
24. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin (xx.xx.2016-cı il tarixədək qüvvədə olan): -1.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun), müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə əsasında İ, İİ və İİİ qrup əlillik təyin edilir və Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir;... -4.1-ci bəndinə əsasən, şəxsləri tibbi-sosial ekspert komissiyalarda müayinəsi səhiyyə idarələrinin göndərişi əsasında icra edilir. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayin ələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, kliniki proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşması və ya itirilməsi əsaslandırılır. Göndəriş səhiyyə idarəsinin nəzdində olan həkim-məsləhət komissiyasının sədri və üzvləri tərəfindən imzalanır və dairəvi möhürlə təsdiq olunur. Göndəriş tibbi-sosial ekspert komissiyasına həkim məsləhət komissiyası tərəfindən göndərilir və ya təqdim olunur;... -4.12-ci bəndinə əsasən, ilkin əlillik və sağlamlıq imkanlarının məhdudluğu barədə qərarlar TSEK-lər tərəfindən ən geci 5 gün müddətində Respublika TSEM-ə göndərilir. Ali pillə TSEK ilkin tibb-sosial ekspert komissiyalarının qərarlarını qiyabi (şəxsin öz iştirakı olmadan), yaxud əyanı (şəxs özü müayinəyə çağırılma qla) şəkildə nəzarət qaydasında yoxlayıb müvafiq qərar qəbul edir, tibbi-sosial ekspertizası arayışına bu qərarı qeyd edərək sənədləri geri qaytarır. Nəzarət qaydasında yoxlanılması nəzərdə tutulan ilkin əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu barədə qərarlar göstərilən qaydada təsdiq edildikdən sonra qüvvəyə minir; -4.13-cü bəndinə əsasən, əlilliyin və sağlamlıq imkanları məhdudluğunun təyin olunma tarixi ekspertiza üçün tələb olunan sənədlərin tibbi-sosial ekspert komissiyasına daxil olduğu gündən sayılır;... -5.1-ci bəndinə əsasən, əlillik müddəti “Əlilliyin müəyyən edilməsi meyarlarına dair Əsasnamə” yə uyğun olaraq müəyyən edilir. Əlillik müddətlə müəyyən edildiyi hallarda şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. -5.2-ci bəndinə əsasən, əmək qabiliyyətinin itirilməsi 25 faizindən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda onun müddəti, sağlamlığın pozulmasının xarakteri və bərpa tədbirlərinin səmərəliliyindən asılı olaraq bir il müəyyənləşdirilir. Orqanizmin müəyyən funksiyasının itirilməsi ilə müşayiət olunan anatomik qüsurlar zamanı və ona bərabər tutulan hallarda əmək qabiliyyətinin itirilməsi faizi müddətsiz təyin edilir....
25. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin (iddiaçının əlilliklə bağlı inzibati orqana müraciət etdiyi zaman qüvvədə olmuş redaksiyası): -1.4-cü bənində əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir;... -4.1-ci bənində əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; -4.3-cü bənində əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; -4.4-cü bənində əsasən, Azərbaycan Respublikasını n Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir;... -4.9-cu bənində əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X3 (bundan sonra - TSERAS) ötürülür;... -4.26-cı bənində əsasən, əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.
26. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təkliflər i ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qəra r qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA B AXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Şikayətdə fu ndamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normaların a görə əlilliyin bərpa edilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabi litasiya Agentliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1544/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.