Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1445/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üz rə Mərkəzi Filialına qarşı “Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar Slavutiç şəhərinin tikintisində iştirakı zamanı aldığı əmək haqqının indeksləşdirilərək, 01 01.2018-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati işi üzrə icraatın təzələnməsi və ərizəçi Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin əsl ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə ərizəyə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-240/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qərardadından ca vabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Çernobil AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar Slavutiç şəhərinin tikintisində iştirakı zamanı aldığı əmək haqqının indeksləşdirilərək, xx.xx.2018-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2017-ci il tarixli 2-1(85)-2810/2017 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
3. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 avqust 2017-ci il tarixli, 21(105)-474/2017 nömrəli qərarı ilə təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 2-1(102)-2008/2017 nömrəli qərarı ilə təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 avqust 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlə t Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar Slavutiç şəhərinin tikintisində iştirakı zamanı aldığı əmək haqqının indeksləşdirilərək, 01 01.2018-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Eyni zamanda ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin əsl ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən şöbənin pensiya təyin edən komissiyasının xx.xx.1994-cü il tarixli, 227 nömrəli qərarı ilə xx.xx.1962-ci il təvəllüdlü İddiaçı İİ qrup ÇAES əlili kimi pensiya təyin edilmişdir. Bundan sonra, İddiaçı xx.xx.2017-ci il tarixdə Abşeron rayon şöbəsinə müraciət edərək 1987-ci il tarixli əmək haqqı arayışı əsas götürülməklə pensiyasının yenidən hesablanmasını və yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etmişdir. Mü vafiq məhkəmə qərarları əsasında İddiaçı əmək pensiyası 1987-ci il aprel ayı üzrə 8362,82 rubl, may ayı üzrə 6428,98 rubl və iyun ayı üzrə 7417,36 rubl əməkhaqqı əsas götürülməklə yenidən hesablanmışdır. Məhkəmə tərəfindən qərar qəbul edilərkən “Əmək pensiyaları haqqında” Qanunun 6 noyabr 2007-ci il tarixli, 474 İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 26.2-ci maddəyə və onun qeyd hissəsinə edilmiş əlavəyə istinad olunmuşdur. Həmin maddəyə əsasən, Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. 8. “Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsi nin qeyd hissəsinə əsasən 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. 27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 26.2ci maddə və həmin maddənin “Qeyd” hissəsi çıxarılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İş üzrə i craatın təzələnməsi üçün əsaslar ondan ibarətdir ki, İddiaçı tərəfindən təqdim edilmiş əmək haqqı cədvəlləri bilərəkdən yüksək məbləğdə pensiya alınması məqsədilə sonradan saxtalaşdırılmışdır. Belə ki, sözügedən faktın müəyyən olunması üçün saxtalaşdırıldığı ehtimal olunan əmək haqqı arayışlarının mötəbərliyinin yoxlanılması məqsədilə X2 müvafiq sorğu göndərilmişdir. X1 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş məktubunda X1 Çerniqov bölgəsindəki Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli,1584 nömrəli akt tərtib olunduğu qeyd olunmuşdur.
9. Aktdan göründüyü kimi, İddiaçı xx.xx.1987-ci il tarixli 27-k nömrəli əmrlə əmək müqaviləsi ilə müvəqqəti olaraq xx.xx.1987-ci ildən 3-cü dərəcəli bənna qəbul edilmiş, xx.xx.1987-ci il tarixli 39-k nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1987-ci il tarixli 44-k nömrəli əmrlə 3-cü dərəcəli bənna qəbul edilmiş və xx.xx.1987-ci il tarixli 59-k nömrəli əmrlə işdən azad edilmişdir. Həmçinin, aktda 1987-ci ilin aprelindən iyunadək olan dövr üzrə əməkhaqqı barədə arayışın Çerniqov şəhər Şurasının Arxiv şöbəsi tərəfindən verilmədiyi və imzalanmadığı göstərilmişdir (əlavə edilir). Həmçinin, Çerniqov şəhər Şurasının Arxiv şöbəsinin xx.xx.2022-ci il tarixdə Nazirliyə daxil olmuş xx.xx.2021-ci il tarixli 1875/17.1-12 nömrəli məktubunda İddiaçı aprel və iyun ayları üzrə müvafiq olaraq 362-82 və 417-36 manat məbləğində əməkhaqqı aldığı göstərilmişdir. Lakin, iddiaçı tərəfindən təqdim edilmiş arayışda aprel, may və iyun ayları üzrə müvafiq olaraq 8362.82, 6428.98 və 7417.36 manat ə məkhaqqı aldığı qeyd olunmuşdur (əlavə edilir). Göründüyü kimi, İddiaçı əməkhaqqı arayışını saxtalaşdırmaqla əmək pensiyasının yenidən hesablanmasına nail olmuşdur. İddiaçı müvafiq sənədlərinin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya hüququ qazanması faktına hüquqi qiymətin verilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işi açılaraq istintaq aparılır. Həmçinin, qeyd edirlər ki, hazırki iş üzrə ərizəçi olan Fondun Abşeron rayon şöbəsinin (xidmət nümayəndəliyinin) əsl ərizəçi i lə əvəz edilməsi zərurəti yaranmışdır.
10. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-2810/2017 nömrəli, 23 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakim İsmayıl Quliyev) ərizə rədd edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2810/2017 saylı, 10 iyul 2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, qərar qanuni qüvvəsini almışdır. 26 dekabr 2017-ci il tarixdə məhkəmə qərarı icraya yönəldilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinin 08 yanvar 2018-ci il tarixli, 20/82 saylı məktubunda məhkəmə qərarının icra olunduğu bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 30 iyun 2022-ci il tarixdə daxil olmuş ərizəsində iş üzrə icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir. Lakin mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər ki, bu hal da hazırkı işdə mövcud deyil. Bu isə ərizəçinin qanunvericilikdə nəzərdə tutulmuş digər vasitələrdən istifadə etməsini istisna etməsə də, hazırkı hüquqi müdafiə vasitəsini istisna edir. Eyni zamanda həmin müddətin buraxıldığı halda, müddətin bərpasına yol verilmir.
12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdaf iə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-240/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qərardadı ilə (hakimlər F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİR AZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayəti ərizənin məzmununa uyğun əsaslandırılmışdır.
17. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzər də tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə
103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə
106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul ed ir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, yeni açılm ış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
23. İPM-in 103.2-ci maddəsinin tələbinə görə, mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.
24. İPM-in 103.3-cü maddəsinin tələbi baxımından, bu Məcəllənin 103.1-ci və 103.2ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.
25. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2810/2017 saylı, 10 iyul 2017-ci il tarixli qərarı 15 noyabr 2017-ciil tarixdə qanuni qüvvəyə minmişdir və həmin qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 ildən artıq müddət keçmişdir. Mübahisə edilən qərarda hər hansı ittiham hökmünə istinad olunmamışdır.
26. İPM-in 103.2-ci maddəsində nəzərdə tutulmuş müddətin bərpasına yol verilmədiyindən, hazırkı ərizə üzrə icraat mümkün sayıla bilməz.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2023-cü il tarixli, 21(105)-240/2023 nömrəli qərardadı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. Cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi mümkün sayılmır. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.