Məhkəmə qərarları › İş №2-1(102)-1445/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1445/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1445/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yataqxanada yaşayış sahəsi ilə təmin edilmə). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ünvan 1 ünvanında 5-ci mərtəbədə olan 1 otaqlı mənzilin ona qaytarılması vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 0 6 dekabr 2023-cü il tarixli, 2-1(103)-2699/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizəsinə əsasən 11 nömrəli hərbi ticarət rəisinin xx.xx.1972-ci il tarixli 167/1 nömrəli əmri ilə (əsas: §-37, səh-78) 3-cü dərəcəli sürücü vəzifəsinə təyin olunmuş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) 27.12 1996-cı il tarixli 130/1 nömrəli əmrlə (əsas: §-6, səh-164) işdən azad edilmişdir.

2. İddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsinə ünvanlanmış ərizədən görünür ki, o, Rəşid İsmayılov küçəsində yaşayaraq, 82 nömrəli mənzildə əvvəllər qeydiyyatda olmuşdur, hal-hazırda ailə vəziyyətinə görə kirayədə yaşayır. Otağı təhvil verməyə etirazı yoxdur. Bir həftə möhlət verilməsini xahiş edir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 1966 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014cü il tarixli 2 nömrəli Qərarını əsas tutaraq, Bakı Qarnizonu Mənzil-İstismar hissə rəisi tərəfindən verilmiş əmrə əsasən yoxlama komissiyası tərəfindən araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçı arxiv sənədlərinə əsasən, SSRİ dövründə Müdafiə Nazirliyinin tərkibində Ticarət İdarəsində sürücü vəzifəsində işləyərək 1 A nömrəli yataqxanaya xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixinə kimi və xx.xx.1979-cu il tarixindən xx.xx.19 80-ci il tarixinə kimi Bakı şəhəri, Binəqədi rayonu, pasport masası tərəfindən müvəqqəti olaraq pasport qeydiyyatına alınmışdır. xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Polis İdarəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi ilə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi 1A nömrəli yataqxanaya daimi pasport qeydiyyatına alınmasına baxmayaraq, onun yataqxananın 83 nömrəli otağına heç bir hüququ sənədi yoxdur və həmin otaqda uzun müddət yaşamadığına görə, 83 nömrəli otağın boşaldılması üçün yoxlama komissiyası tərəfindən xəbərdar olunmuşdur. Otağın boşaldılması üçün bir həftə vaxt istəmiş, həmin otağı özü boşaldaraq, aidiyyəti üzrə təhvil vermişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında 5-ci mərtəbədə olan 1 otaqlı mənzilin ona qaytarılması vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1972-ci il tarixdə Müdafiə Nazirliyinin Hərbi Ticarət İdarəsində sürücü vəzifəsinə işə düzəlmiş, Hərbi Ticarət İdarəsi 1992-ci ildə Müdafiə Nazirliyinin tərkibinə keçdikdən sonra həmin idarədə işləməyə davam etmiş və xx.xx.1996-cı il tarixdə öz arzusu ilə işdən çıxmışdır. 1973-cü ildə ona Müdafiə Nazirliyinin mənzil fondundan 1 otaqlı yaşayış sahəsi ayrılmışdır. Həmin yaşayış sahəsi ünvan 1 ünvanında 5-ci mərtəbədə yerləşir. O, hazırda həmin ünvanda pasport qeydiyyatındadır və orada 2022-ci ilin avqust ayınadək yaşamışdır. Həmin yataqxana halhazırda Müdafiə Naz irliyinin balansındadır. Lakin təxminən bir neçə ay əvvəl o, yataqxananın komendantından xahiş etmişdir ki, qızı xəstədir, 5-ci mərtəbəyə qalxıbdüşmək onun üçün çətindir, ona görə hazırda qeydiyyatda olduğu və 2 ay əvvələ qədər yaşadığı 1 otaqlı mənzilin təhvil verilməsi şərti ilə ona 1-ci və ya 2-ci mərtəbədən 1 otaqlı mənzil verilməsini xahiş etmişdir. O, bu barədə yataqxananın komendantı ilə razılığa gəlmişdir. Lakin 1 otaqlı mənzilini 2 ay əvvəl yataqxananın komendantına təhvil versə də, ona bunun əvəzinə başqa mənzil verilməmişdir. Hazırda qızı ilə kirayədə yaşayır. ünvan 1 ünvanında 5-ci mərtəbədə olan 1 otaqlı mənzilin ona qaytarılmasına köməklik edilməsi xahişi ilə xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh imtina etmişdir. Lakin o, imtina məktubunda göstərilənlərlə razı deyil.

6. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 27 aprel 2023-cü il tarixli, 21(112)-5114/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1972-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi ticarət idarəsində sürücü vəzifəsinə təyin olunmuş və 27.12 1996-cı il tarixdə işdən azad edilmişdir. İşlədiyi dövrdə xx.xx.1977-ci il tarixdən mübahisəli mənzillə təmin olunmuş və xx.xx.2011-ci il tarixində həmin ünvan üzrə qeydiyyata alınmışdır. Otaqdan uzun müddət istifadə etmədiyi üçün Mənzil-İstismar hissəsi tərəfindən ona otağın boşaldılması təklif olunmuş, iddiaçı ərizə ilə müraciət edərək, otağın boşaldılmasına etiraz etmədiyini bildirmiş və könüllü surətdə otağı təhvil vermişdir. Beləliklə, tədqiq edilmiş sübutların məcmusuna əsasən iddia əsassız olduğundan təmin edilməməlidir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) 06 dekabr 2023-cü il tarixli, 2-1(103)-2699/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya insta nsiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

13. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilməmiş, beləliklə də iş üzrə səhv nəticəyə gəlmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 91.1. Xüsusi təyinatlı mən zil fondunun yaşayış sahələrinə aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri.... Maddə

92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanl arda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.... Maddə 101.1. Xüsusi təyinatlı yaşayı ş sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir.... Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddind ə baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazıl ı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair i ş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olu nur.

22. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçı xx.xx.1972-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi ticarət idarəsində sürücü vəzifəsinə təyin olunmuş və 27.12 1996-cı il tarixdə işdən azad edilmişdir. xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək və xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək ünvan 4 ünvanı üzrə müvəqqəti, xx.xx.2011-ci il tarixdə isə daimi qeydiyyata alınmışdır. İddiaçı qeyd olunan otaqda uzun müddət yaşamadığı üçün Bakı Qarnizonu Mənzil-İstismar hissəsi tərəfindən ona otağın boşaldılması təklif olunmuş və iddiaçı ərizə ilə müraciət edərək, otağın boşaldılmasına etiraz etmədiyini bildirməklə, könüllü surətdə otağı təhvil vermişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 15-ci bəndində sadalanan qanunvericiliyin tələbləri baxımından iddia tələbi və kassasiya şikay ətinin dəlilləri əsassızdır.

24. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2-1(103)-2699/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar