Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1446/2021 18.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlilliyə görə əmək pensiyası; pensiya kapitalı, iş stajı) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Bəhman Qəribovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müda fiə Fondunun Abşeron rayon şöbəsinə (hal hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına) qarşı 07.03.1997-ci il tarixdən - 01.01.2006-cı il tarixədək Bakı Komvol Kombinatında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli 2-1(105)-47/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 17.07.1960-cı il tarixində anadan olmuşdur. Əmək və Ə halinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-in sonuncu müayinəsindən sonra ona 05.04.2018-ci il tarixdən üçüncü dərəcəli əlillik təyin edilmişdir.
2. İddiaçı 16.04.2018-ci il tarixidə ərizə ilə cavabdehə müraciət edərək ona əlilliyə görə pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdeh 06.08.2018-ci il tarixli məktubla iddiaçının ərizəsinin təmin olunmasından imtina edildiyini bildirmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün 14 il sosial sığorta stajı və 14650,20 manat pensiya kapitalı tələb olunur. Lakin təqdim etdiyi sənədlərə əsasən onun 14 il sığorta stajı və 8305,40 manat pensiya kapitalı topladığı müəyyən olunmuşdur. Həmçinin, 30.03.1997-01.07.2012-ci illərdə işlədiyi Bakı Kamvol Kombinatı tərəfindən Dövlət Arxivinə tə hvil verilmiş sənədlərdə iddiaçının 01.12.1996-cı il tarixində işə daxil olması barədə əmrə rast gəlinsə də, 2012-ci ilin əmrlər kitabı, 1997-2012-ci illərin əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən, onun işdən azad olunmasına dair əmr və əmək haqqı barədə məlumatlar arxiv arayışında qeyd olunmadığı, habelə 01.01.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində heç bir pensiya kapitalı toplanmadığı səbəbindən həmin dövrlərin sosial sığorta stajına hesablanması mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
4. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək 07.03.1997-ci il tarixdən - 01.01.2 006-cı il tarixədək Bakı Komvol Kombinatında işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1997-ci ildən 2012-ci ilədək Bakı Kamvol Kombinatının nəqliyyat sahəsində işləməsi onun əmək kitabçasında qeyd olunmuşdur.
6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16.10.2018-ci il tarixli 2-1(85)-2578/2018 nömrəli (sədrlik edən hakim Vəfa Əzizova) qərarı ilə iddianın təmin edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçının 07.03.1997-01.01.2006-cı illərdə Bakı Kamvol Kombinatında işləməsi onun əmək kitabçası ilə təsdiq olunur. Əmr kitablarının arxivə təhvil verilməməsi və sənədlərin natamam olması iddiaçının hüquqlarını pozmamalıdır.
8. Cavabdeh apelyasiya şikayəti verərək b irinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin olunmamasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində birinci icraat
9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11.03.2019-cu il tarixli 2-1(105)-173/2019 nömrəli (hakimlər Zaur Məmmədov - sədrlik edən və məruzəçi, Nazim Nəsibov və Hökümə Babayevə) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 16.10.2018-ci il tarixli 2-1(85)-2578/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiya məhkəməsin də birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.07.2019-cu il tarixli 2-1(102)-1980/2019 nömrəli (hakimlər Xəqani Məmmədov - sədrlik edən və məruzəçi, Azər Hüseynov və Rahib Nəbizadə) qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11.03.2019-cu il tarixli 2-1(105)173/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün tələb edilən digər şərtin, yəni fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-vermədiyini üm umiyyətlə araşdırmamışdır. apelyasiya instansiyası məhkəməsində ikinci icraat
14. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.10.2019-cu il tarixli 2-1(105)-593/2019 nömrəli (hakimlər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Telman Quliyev və Gülnarə Tağızadə) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 16.10.2018-ci il tarixli 2-1(85)-2578/2018 saylı qərarı ləğv edilmiş, iddia tələbi təmin olunmamışdır.
15. Məhkəmə hesab etmişdir ki, iddiaçının əlilliyə görə pensiya təyin edilməsi üçün sığorta stajı olsa da, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün iddiaçının əlilliyə görə əmək pensiyası hüququ yaranmır.
16. İddiaçı kasasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. kassasiya instansiya məhkəməsində ikinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17.06.2020-ci il tarixli 2-1(102)-751/2020 nömrəli (hakimlər İspəndiyar Şəfiyev - sədrlik edən və məruzəçi, Zakir Quliyev və Kəmaləddin Bədəlov) qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.10.2019-cu il tarixli 21(105)-593/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, azadlıqdan məhrumedilmə müddətində məhkumların əmək fəaliyyəti ilə məşğul olduğu dövrün iş stajına daxil edilən əmək fəaliyyəti növlərinə aid olub-olmaması, həmin illərin iddiaçının sosial sığorta stajı kimi qəbul edilməsinin mümkünlüyü aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmamışdır. Halbuki, həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilərsə, pensiya kapitalının məbləğinə təsir edəcəkdir. Ona görə də iddiaçının təqdim etdiyi arayışda əksini tapmış məlumatların həqiqiliyinin, həmin dövrün sosial sığorta stajına daxil edilməsinin mümkünlüyünün yoxlanılması, staja daxil edildiyi halda pensiya kapitalının yenidən hesablanması və onun əsasında iddianın həll olunması zəruridir. apelyasiya instansiyası məhkəməsində üçüncü icraat
19. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.10.2020-ci il tarixli 21(105)-391/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin prosessual hüquqi varisi qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının tanınması qərara alınmışdır.
20. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli 21(105)-47/2021 nömrəli (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Səyyad Qafari və Məhəmmədəli Rzayev) qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 16.10.2018-ci il tarixli 2-1(85)-2578/2018 saylı qərarı dəyişdirilmiş, iddiaçının 07.03.1997-ci il tarixdən 01.01.2006-cı il tarixədək Bakı Kamvol Kombinatında işlədiyi müddətin sosial sığorta stajına daxil edi lməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının islah-əmək müəssisələrində əmək fəaliyyəti ilə bağlı arxiv sənədləri aşkar olunmasa da, həmin müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olduğu istisna olunmur. Həmin müddətin iddiaçının sosial sığorta stajına daxil edildiyi təqdirdə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir.
22. Məhkəmə qərarı cavabdehə 24.05.2021-ci il tarixində təqdim edilmişdir.
23. Cavabdeh 24.06.2021-ci il tarixində kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, iddiaçının 14.03.1984-cü il tarixindən 03.03.1985-ci il tarixinədək 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövr ərzində əmək fəaliyyəti ilə məşğul olmasına dair sübut iş materiallarında yoxdur. İddiaçı qeyd olunan halı sübut edə bilməmişdir. Buna görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məktubu həqiqəti əks etdirmir və heç bir halda sübut kimi qiymətləndirilə və şəxsin sosial sığorta stajını təsdiq edən sənəd hesab edilə bilməz.
25. Ape lyasiya instansiyası məhkəməsi qeyd edilən hallara hüquqi qiymət verməmiş, qanunvericiliyin müddəalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Məhkəmənin qanunvericiliyin tələblərini nəzərə almadan birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlaması qanunsuzdur. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
28. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
29. Kassasiya şikayəti mümkündür. Şikayət v axtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
30. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Tətbiq edilən hüquq 31. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliy i olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.
32. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir Maddə 98.1. Ali Məhkəmənin inziba ti mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası mübahisə üzrə işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər apelyasiya məhkəməsi tərəfindən yetərli həcmdə araşdırıldığından, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
35. Hazırkı qərarın 31-ci bəndində istinad edilən normaların məzmunundan görünür ki, üçüncü dərəcə əlilliyi olan şəxsə əlilliyə görə pensiya təyin olunması üçün ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb olunur.
36. Hazırkı mübahisəyə münasibətdə iddiaçı zəruri sığorta stajına malikdir və bu hal cavabdeh tərəfindən mübahisəl əndirilmir. Cavabdehin imtinasının əsasını iddiaçının zəruri pensiya kapitalının mövcud olmaması təşkil edir.
37. Bununla bağlı Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi dövrdə əmək fəaliyyəti ilə məşğul olduğu illər sosial sığorta stajına daxil edildiyi təqdirdə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir.
38. Cavabdeh kassasiya şikayətində məhkəmənin bu mövqeyini mübahisələndirərək qeyd etmişdir ki, iş materiallarında iddiaçının cəza çəkdiyi dövrdə əmək fəaliyyəti ilə məşğul olmasına dair sübut yoxdur.
39. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, ape lyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə sorğu verilmiş və iddiaçının 14.03.1984-cü ildən 03.03.1985-ci ilədək 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində, 03.03.1985-ci ildən 14.02.1986-cı ilədək Rusiya Federasiyasının Kursk vilayətinin islah-əmək müəssisəsində, 14.02.1986-cı ildən 23.12.1988-ci ilədək Sverdlov vilayətinin Nijni-Taqil şəhərində 48 saylı islahəmək müəssisəsində cəza çəkdiyi dövrdə əmək stajı barədə (gün, ay, il göstərilməklə) məlumatın təqdim edilməsi xahiş olunmuşdur. Sorğuya 17/13-15082 nömrəli 27.11.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı 14.03.1984-cü il tarixdən 03.03.1985-ci il tarixədək 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövr ərzində əmək fəaliyyəti ilə məşğul olmasına dair məlumat yoxdur.
40. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17/13417 nömrəli 15.01.2020-ci il tarixli digər məktubunda isə İddiaçı cəza çəkdiyi dövrdə islah-əmək müəssisələrində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir.
41. Penitensiar Xidmət tərəfindən təqdim edilmiş həmin məktublar zahirən ziddiyyətli görünsə də, əslində mahiyyət baxımından həmin məktublar arasında ziddiyyət yoxdur. Penitensiar Xidmət həmin məktublar vasitəsi ilə iddiaçının cəza çəkdiyi dövrdə islah-əmək müəssisələrində əmək fəaliyyəti ilə məşğul olduğunu, lakin bu barədə həmin qurumda məlumatın olmadığını məhkəmənin diqqətinə çatdırır.
42. Məhkəmə kollegiyası bu məqamla bağlı xüsusi olaraq qeyd edir ki, iddiaçının cəza çəkdiyi dövrdə qüvvədə o lan islah-əmək qanunvericiliyində ictimai faydalı əmək islah-əmək müəssisələrində cəza çəkən şəxslərin islah olunması və yenidən tərbiyləndirilməsi ilə bağlı əsas vasitələrdən biri kimi nəzərdə tutulurdu. Belə ki, SSRİ Ali Soveti tərəfindən qəbul edilmiş 11.07.1969-cu il tarixli 4074 saylı Qanunla təsdiq edilmiş “SSR İttifaqı və müttəfiq respublikalarda islah-əmək qanunvericiliyinin Əsasları”nın, habelə onun əsasında Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilmiş və 1971-ci il iyunun 1-dən qüvvəyə minmiş “Azərbaycan SSR İslah Əmək Məcəlləsi”nin müvafiq olaraq 1-ci maddələrinə əsasən islah-əmək qanunvericiliyinin vəzifəsi cinayət cəzasının icrası zamanı həm də məhkumların islah olunmasına və əməyə vicdanlı münasibət, qanunlara dürüst əməl etmək və sosialist birgəyaşayış qaydalarına hörm ət etmək ruhunda yenidən tərbiyələndirilməsinə nail olmaqdan ibarətdir. İstinad olunan həmin qanunvericiliyin normaları ilə islah-əmək müəssisələrində və həbsxanalarda cəza çəkən şəxslər üçün 8 saatlıq iş günü müəyyən edilmişdir. Həmçinin həmin qanunvericiliyin tələblərinə görə azadlıqdan məhrum edilmiş şəxslərin əməyi onun kəmiyyət və keyfiyyətindən asılı olaraq xalq təsərrüfatında qüvvədə olan normalar üzrə ödənilirdi (“SSR İttifaqı və müttəfiq respublikalarda islah-əmək qanunvericiliyinin əsasları”nın 7-ci və 28-29-cu maddələri).
43. Qeyd olunan normalardan göründüyü kimi, islah-əmək müəssisələrində cəza çəkən şəxslərin əmək fəaliyyətinə cəlb olunması məcburi xarakter daşıyır və məhkumların ictimai faydalı əməkdən yayınmasına yol verilmirdi. Əksinə, ictimai faydalı əmək məhkumların isla h və yenidən tərbiyə olunmasının vacib vasitələrindən hesab olunurdu. Məhkəmə kollegiyasının qənaətinə görə həmin tələblər iddiaçıya münasibətdə də keçərli sayılmalıdr.
44. Məhkəmə kollegiyası, islah-əmək müəssisələrində cəza çəkən şəxslərin əmək fəaliyyətinə cəlb olunması ilə bağlı iddiaçının cəza çəkdiyi dövrdə qüvvədə olan islah-əmək qanunvericiliyinin imperativ qaydalarını, habelə ictimai faydalı əməyin məhkumların islah olunmasının və yenidən tərbiyələndirilməsinin əsas vasitələrindən biri qismində həmin qanunvericiliklə təsbit olunduğunu nəzərə alaraq, İddiaçı cəza çəkdiyi dövrdə əmək fəaliyyəti ilə məşğul olması barədə Penitensiar Xidmətin 15.01.2020-ci il tarixli 17/13-417 nömrəli məktubunda göstərilmiş məlumatları mötəbər hesab edir.
45. Digər tərəfdən, cavabdeh kassasiya şikayəti ndə Penitensiar Xidmətin 15.01.2020-ci il tarixli məktubunun həqiqəti əks etdirmədiyini bildirsə də, həmin məktubun mötəbərliyini şübhə altına alan heç bir sübut təqdim etməmiş, öz mövqeyini ümumi ifadələrlə əsaslandırmışdır.
46. Bu baxımdan məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının islah-əmək müəssisələrində cəza çəkdiyi dövrdə əmək fəaliyyətinə dair arxiv sənədlərinin aşkar olunmaması onun həmin cəzaçəkmə müəssisələrində əmək fəaliyyəti ilə məşğul olduğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu mübahisə edilən həmin müddətin iddiaçının sosial sığorta stajına daxil edilməsi və bunun nəticəsində fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi barədə məhkəmənin gəldiyi nəticə düzgündür.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
48. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli 21(105)-47/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.