Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1447/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, hərbi xidmət dövrünün nəzərə alınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı“iddiaçının 57 yaşı tamam olduğu 03.08.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə BakıApelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)326/2020 saylı, 28 fevral 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1961-ci ildə Cəbrayıl rayonunda doğulmuşdur. İddiaçı 05.10.1978-ci ildən 03.02.1979-cu ilə qədər və 02.04.1979-cu ildən 21.08.1979-cu ilə qədər Araz çayında 5 №-li X1 fəhlə vəzifəsində işləmiş, 01.09.1979-cu ildən 31.12.1982-ci ilə qədər Bakı Dəniz Yolları Məktəbində təhsil almış və həmin dövr hərbi xidmət dövrü kimi də qəbul olunmuşdur. İddiaçı hərbi xidməti başa vurduqdan sonra 25.01.1983-cü ildən 08.06.2006-cı ilə qədər Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində matros, kapitanın 3-cü köməkçisi, kapitanın 2-ci köməkçisi, kapitanın baş köməkçisi, kapitan vəzifələrində işləmiş, 09.06.2006-cı ildən hazırki vaxta qədər isə sahil heyətində kapitan-təlimatçı, hamiyəçikapitan, xidmət rəisi vəzifələrində işləyir. İdd iaçı ərizə ilə 10.06.2019-cu il tarixdə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdehin 01.07.2019-cu il tarixli məktubu ilə onun 01.01.2006-cı il tarixədək 25 ildən az ümumi iş stajının olması səbəbi ilə müraciəti təmin olunmamışdır. İddiaçı 3 iyun 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşı tamam olduğu 03.08.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 01.01.2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 2 №-li Siyahı üzrə 57 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan 01.01.2006-cı il tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 01.01.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 26 il 11 ay 23 gün ümumi iş stajı, 22 il 10 ay 5 gün zərərli iş stajını tamamlamışdır. Zərərli iş stajını təsdiq edən “xxxx” QSC tərəfindən müvafiq arayış verilmişdir. Nəhayət ona 57 yaşı tamam olan tarixdən, yəni 01.02.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh 01.07.2019-cu il tarixli imtina məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, 01.01.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən az olması göstərilmişdir. Halbuki 01.01.2006-cı il tarixə qədər qüvvədə olan qanunvericiliyə əsasən təhsil aldığı dövr və əmək kitabçasında qeyd olunan bütün dövrlər iş stajı kimi qəbul olunmalıdır. Həmin qeydlər əsasında isə 26 il 11 ay 23 gün ümumi iş stajı mövcuddur. Bu əsasdan cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(81)-4338/2019 saylı iş) 30 oktyabr 2019-cu il tarixli qərarı iləiddia təmin edilərək iddiaçıya 57 yaşı tamam olduğu 03.08.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddətin iş stajına daxil edildiyi, belə olan halda iddiaçının ümumi iş stajı 01.01.2006-cı il tarixə qədər 26 il 11 ay 23 gün olduğu və güzəştli şərtlərlə pensiya təyin olunması üçün bütün şərtlərin ödənildiyi qənaətinə gəlmiş və iddianı təmin etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X5-məruzəçi, X3 və X2, 2-1(103)-326/2020 saylı iş) 28 fevral 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 31 mart 2020-ci il tarixdə qərarın surə tini almış, 13 aprel 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: İddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən azdır. Belə olan halda iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. İddiaçının 25.01.1983-cü ildən 08.06.2006-cı ilədək “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi”nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində matros, kapitanın 3-cü köməkçisi, kapitanın 2-ci köməkçisi, kapitanın baş köməkçisi, kapitan peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun 320 nömrəli qərarının 2-ci siyahısına uyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun 320 nömrəli qərarının 28-ci fəslinin (“Nəqliyyat”) 3-cü bölməsinin (“Dəniz və çay donanması”) 1-ci bəndində (“Üzən heyət”) deyilir: “Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)”. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin tə min edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilə n hesab edilir. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdehə görə iddiaçının 1 yanvar 2006-cı ilədək ümumi iş stajı 25 ildən az təşkil etdiyindən və güzəştli şərtlərlə yaşa əmək pensiyası hüququ verən peşədə işləmədiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçı 05.10.1978-ci ildən 03.02.1979-cu ilə qədər və 02.04.1979-cu ildən 21.08.1979-cu ilə qədər Araz çayında 5 №-li X1 fəhlə işləmiş, 01.09.1979-cu ildən 31.12.1982-ci ilə qədər Bakı Dəniz Yolları Məktəbində təhsil almış və həmin dövr hərbi xidmət dövrü kimi də qəbul olunmuşdur. 25.01.1983-cü ildən 08.06.2006-cı ilə qədər Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində matros, kapitanın 3-cü köməkçisi, kapitanın 2-ci köməkçisi, kapitanın baş köməkçisi, kapitan vəzifələrində işləmiş, 09.06.2006-cı ildən hazırkı vaxta qədər isə sahil heyətində kapitan-təlimatçı, hamiyəçi-kapitan, xidmət rəisi vəzifələrində işləyir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahis əli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 10 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təmin atı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 01.01.2006-cı ilə qədər 25 il ümumi stajının, o cümlədən 12 il 6 ay güzəştli şərtlə yaşa görə pensiya hüququ verən stajın olması müəyyən edilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 3-cü maddəsinin E) bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ord inatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin Ğ) bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.11-ci maddəsinə görə hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) sığortaolunan sığorta stajına daxil edilir. İddiaçı 01.09.1979-cu ildən 31.12.1982-ci ilə qədər Bakı Dəniz Yolları Məktəbində təhsil almış, bu dövr hərbi xidmət dövrü kimi də qəbul olunmuşdur. Odur ki, məhkəmə haqlı olaraq bu d övrü iddiaçının sığorta stajına aid etmişdir. Bu illər də daxil olmaqla iddiaçının 1978-ci ilin oktyabr ayından 2006-cı ilin yanvar ayınadək ümumi iş stajı 25 ildən çox olmuşdur. 1 yanvar 2006-cı ilə qədər iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşədə işləməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İddiaçı 25.01.1983-cü ildən ən azı 01.01.2006-cı ilədək “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi”nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində matros, kapitanın 3cü köməkçisi, kapitanın 2-ci köməkçisi, kapitanın baş köməkçisi, kapitan peşələrində işləmişdir. “xxxx” QSC X4 tərəfindən verilmiş 21.05.2019-cu il tarixli arayışdan görünür ki, iddiaçının 25.01.1983-08.06.2006-cı il tarixədək işlədiyi vəzifələr üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan d əniz nəqliyyatı donanmasına aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzintisəyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçının gəmiçiliyin üzücü heyətində nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 23 il 04 ay 14 gün, ümumi iş stajı 37 il 00 ay 13 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 21.2 bəndinin “b” yarımbəndində, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı siyahı nın XXYШ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndində (kod ********) uyğun göstərilmişdir. İddiaçının 1 yanvar 2006-cı ilə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun 320 nömrəli qərarının 2-ci siyahısına uyğun dəniz donanması, üzən heyət, dəniz donanmasının gəmi heyətində işləmişdir. Bu dövr 12 il 6 aydan çoxdur. Yuxarıda istinad olunan maddi hüquq normasının tələbinə əsasən 1 yanvar 2006-cı ilədək 25 il ümumi iş stajı, o cümlədən 12 il 6 ay xüsusi əmək stajı olan şəxslərə yaşa görə əmək pensiyası yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələbləri əsas götürülm əklə təyin edilir. Bəhs olunanlar nəzərə alınaraq iddiaçının (55+2) 57 yaşdan pensiya hüququ yaranmış olur. İddiaçının 3 avqust 2018-ci il tarixə (57 yaş) 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi stajı mövcud olduğundan, onun 1 yanvar 2006-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığından apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublik ası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-326/2020 saylı, 28 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1447/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1447/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver