Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1447/2021 07.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: vergilərin hesablanması haqda qərarın ləğvi; İPM-in 12-ci maddəsinin pozuntusu; mal qalığının mövcudluğu araşdırılmayıb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmi ş 18.12.2019-cu il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.06.2021-ci il tarixli, 2-1(105)-258/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh vergi orqanı mal qalığının olub-olmamasını müəyyən etmək üçün 07.11.2019-cu il tarixində İddiaçı MMC-nin Ünvan1 ünvanında yerləşən anbarda olmuş, lakin anbar bağlı olduğundan müşahidə apara bilməmişdir. Cavabdeh vergi orqanı tərəfindən bununla bağlı 07.11.2019-cu il tarixində akt tərtib edilmişdir.
2. Bundan sonra cavabdeh 09.12.2019-cu il tarixli **********761500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir.
3. Cavabdeh kameral vergi yoxlaması apararaq 2019-cu il oktyabr ayı üzrə ƏDV bəyannaməsinə 406411,51 manat kameral vergi məbləği hesablamış və “Vergilərin hesablanması barədə” 18.12.2019-cu il tarixli **********733900 nömrəli qərar qəbul etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən qəbul edilmiş 18.12.2019-cu il tarixli, **********733900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın qanunsuz və əsassız hesab edilməsi, ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. 07.11.2019-cu il tarixdə vergi orqanının nümayəndələri müəssisənin təsərrüfat subyekti kimi qeydiyyatdan keçirtdiyi Ünvan1 ünvanında yerləşən anbarında olmuşlar. Lakin həmin vaxt iddiaçının icarəyə götürdüyü anbarda heç bir mal qalığı olmadığından qapı bağlı olmuşdur. Faktiki olaraq mal qalığı müəssisənin digər təsərrüfat subyektində ünvan 2 ünvanında yerləşən anbarda olmuşdur. Bu barədə Ünvan1 ünvanında yerləşən təsərrüfat subyektini icarəyə verən şəxs vergi işçilərinə məlumat vermiş və bu barədə vergi orqanının nümayəndələrinin iştirakı ilə 07.11.2019 tarixli akt tərtib edilmişdir. Sonradan həmin aktın surəti icarəyə verən tərəfindən X3 təqdim olunmuşdur. 05.11.2019cu il tarixində ünvan 2 ünvanında yerləşən obyekti qeydiyyata qoymaq məqsədilə tərəflərindən vergi orqanına müraciət olunmuş və 06.11.2019-cu il tarixində **********11001 saylı qeydiyyat kodu ilə obyekt qeydiyyata alınmışdır. Buna baxmayaraq vergi orqanı əməkdaşları müəssisənin direktoru X4 ilə əlaqə yaratmamış, təsərrüfat subyektinin qeydiyyat məsələlərini tam araşdırmamış və müəssisənin digər obyektində (ünvan 2) nəzarət tədbiri keçirmədən anbarda mal qalığının mövcud olub-olmaması araşdırılmamışdır. Buna baxmayaraq, qanunsuz və əsassız olaraq 18 dekabr 2019-cu il tarixdə müəəsisəyə **********733900 saylı qərarla 404411.51 manat məbləğində əlavə vergi hesablanmışdır. Vergilərin hesablanması barədə qərarın qəbul edilməsi qanunsuzdur. Bununla əlaqədar iddiaçı tərəfindən **********777300 saylı 24.12.2019-cu il tarixli şikayət məktubu ilə vergi orqanına müraciət olunmuşdur. Vergi orqanı müəssisənin faktiki olaraq istifadə etdiyi anbarda hər hansı bir araşırma aparmamış və ətraflı araşdırma aparmadan 18 dekabr 2019-cu il tarixli **********733900 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qanunsuz qərar qəbul etmişdir. Bu səbəbdən həmin qərar ləğv edilməlidir.
6. Cavabdeh iddiaya etiraz edərək göstərmişdi r ki, vergi ödəyicisinin 2019-cu il iyulsentyabr ayları üzrə 2896211,79 (ƏDV ilə birlikdə) manat dəyərində mal idxal etməsinə baxmayaraq, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 231958,55 (ƏDV ilə birlikdə) manat dövriyyə göstərildiyindən 2664253,24 manat kənarlaşma yaranmışdır. Operativ nəzarət idarəsindən daxil olmuş 15.11.2019-cu il tarixli **********044100 nömrəli xidməti məlumatda vergi ödəyicisi ilə əlaqə saxlamaq mümkün olmamış, anbarın qapısı bağlı olduğundan mal qalığının yoxlanılması mümkün olmamışdır. Obyekti icarəyə verən X5 ilə tərtib edilmiş akta əsasən icarədar icarəçinin 10 gündən çoxdur ki, anbara gəlmədiyini, telefon zənglərinə cavab vermədiyini, aylardır icarə haqqını ödəmədiyini bildirmişdir. Vergi Məcəlləsinin 37.1- ci maddəsinə əsasən kameral vergi yo xlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 09.12.2019-cu il tarixli **********761500 nömrəli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim etməmişdir. İddiaçı tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün cavabdeh tərəfindən kameral vergi yoxlaması aparılaraq 2019-cu il oktyabr ayı üzrə ƏDV bəyannaməsinə 406411,51 manat kameral vergi məbləği hesablanmış və vergi ödəyicisinə vergi orqanının "vergilərin hesablanması barədə" 18.12.2019-cu il tarixli **********733900 nömrəli qərarı göndərilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsi 04.12.2020-ci il tarixli 2-1(118)-595/2020 nömrəli qərarı ilə (hakim İsmayıl Quliyev) iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
8. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qərarı qəbul edərkən cavabdeh qanunvericiliyin tələblərini pozmamışdır. İddiaçı mal qalığının müəssisənin digər subyektində olduğunu bildirsə də, həmin dövrdə sözügedən anbarda əlavə dövriyyə kimi nəzərə alınaraq hesablama aparılmış mal qalığının olması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir.
9. İddiaçı məhkəmə qərarından apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.06.2021-ci il tarixli 2-1(105)-258/2021 nömrəli qərarı ilə (sədrlik edən Fuad Məmmədov, hakimlər Zaur Məmmədov və Hökümə Babayeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsi 04.12.2020-ci il tarixli 2-1(118)-595/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası mə hkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Məhkəmə qərarı iddiaçıya 11.06.2021-ci il tarixində təqdim edilmişdir. İddiaçı 29.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.06.2021-ci il tarixli 2-1(105)-258/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı qeyd etmişdir ki, məhkəmələrin mövqeyi tamamilə qanunsuz, əsassız və ziddiyyətlidir. Belə ki, İddiaçı MMC-nin “ünvan 3 ünvanında yerləşən obyekti 06.11.2019-cu il tarixində qeydiyyata alınmışdır. Buna baxmayaraq, cavabdeh vergi orqanı həmin anbarda mal qalığının mövcud olub-olmamasını araşdırmamış, həmin ünvana baxış keçirməmişdir. Buna baxmayaraq, cavabdeh qanunsuz və əsassız olaraq 18.12.2019-cu il tarixli qərar əsasında iddiaçıya əlavə vergi hesablamış, bununla da “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələbini pozmuşdur.
14. Bundan başqa, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçı tərəfindən “müvafiq sənədlərin iş materiallarına əlavə edilməsi və qiymətləndirilməsi haqqında” ərizə təqdim edilsə də, həmin ərizə və ona əlavə edilmiş sənədlərə məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmişdir.
15. Beləliklə, işə baxan apellyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 11-16, 58, 59, 68-ci maddələrinin tələblərini pozmuş, eləcə də Vergi Məcəlləsinin 24, 31-37-ci maddələrini düzgün şərh etməmiş, həmin maddi hüquq normalarının işin hallarına tətbiqində səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, mal qalığı ilə bağlı 09.12.2019-cu il tarixli **********761500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilmiş, qeyd olunan məktub iddiaçı tərəfindən oxunmuş, ancaq qeyd olunan məktuba 18.12.2019-cu il tarixli **********733900 nömrəli qərar çıxarılan günə qədər hər hansı bir münasibət bildirilməmişdir.
17. Həmçinin, Vergilər Nazirliyinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən Vergi Məcəlləsinin 50-ci maddəsinə müvafiq olaraq Ünvan 2 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus anbarlarda “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarların icrası zamanı İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tərtib edilmiş (sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, anbarlara, satış sahələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə) 13.03.2020-ci il tarixli 0250615, 0250614, ******* saylı inzibat xəta haqqında protokollar tərtib edilmişdir.
18. Cavabdeh qeyd edilənlərə istinad edərək İddiaçı MMC-nin kassasiya şikayətinin əsassız hesab edilməsini, Sumqayıt Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 01.06.2021-ci il tarixli 2-1(105)-258/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə və cavabdehin vəkili X2 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər.
22. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keç irildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.
23. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.
24. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır.
25. İnzibati Prosessual Məcəllənin 11.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
26. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
27. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil ş əkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
28. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
29. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir.
30. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
31. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən zəruri sənədləri tələb edə bilər.
32. Həmin Məcəllənin 58.6-cı maddəsinə əsasən sübutların araşdırılması zamanı məhkəmə, inzibati o rqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər.
33. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
34. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən proses iştirakçıları sübutların araşdırılmasında iştirak edə bilərlər. Sübutların araşdırılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə proses iştirakçılarına bu Məcəllə ilə müəyyən edilmiş qaydada ən azı 3 gün əvvəl məlumat verilir.
35. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instan siyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
37. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri o lduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
39. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
40. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edil məklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X6rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X6rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və ay dın şəkildə ifadə edilmiş cavab verilməlidir (X6rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). 41. “İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutla rla bağlı deyildir.
42. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
43. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
44. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaların ın tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
46. Belə ki, cavabdeh orqan öz kameral qərarını əsaslandıraraq ona istinad etmişdir ki, vergi ödəyicisinin 2019-cu il iyul-sentyabr ayları üzrə 2896211,79 (ƏDV ilə birlikdə) manat dəyərində mal idxal edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 231958,55 (ƏDV ilə birlikdə) manat dövriyyə göstərildiyindən 2664253,24 manat kənarlaşma yarandığından, operativ nəzarət idarəsindən daxil olmuş 15.11.2019-cu il tarixli **********044100 nömrəli xidməti məlumatda vergi ödəyicisi ilə əlaqə saxlamaq və anbarın qapısı bağlı olduğundan, mal qalığının yoxlanılması mümkün olmadığından cavabdeh inzibati orqan tərəfindən 09.12.2019-cu il tarix li “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün vergi orqanı kameral vergi yoxlaması aparmış, 2019-cu ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsinə 406411,51 manat kameral vergi məbləği hesablanmış və vergi ödəyicisinə 18.12.2019-cu il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ı göndərmişdir.
47. İddiaçının dəlillərinə görə 07.11.2019-cu il tarixində vergi orqanının nümayəndələri müəssisənin təsərrüfat subyekti kimi qeydiyyatdan keçirdiyi Ünvan1 ünvanında yerləşən anbarında olmuşlar. Lakin həmin vaxt iddiaçının icarəyə götürdüyü anbarda heç bir mal qalığı olmadığından qapı bağlı olmuşdur. Faktiki olaraq mal qalığı müəssisənin rəsmi qeydiyyatdan keçən digər təsərrüfat subyektində: ünvan 2 ünvanında yerləşən anbarda olmuşdur.
48. Məhkəmə isə iddiaçının mövqeyini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı həmin anbarda dövriyyə kimi nəzərə alınaraq hesablama aparılmış mal qalığının olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir.
49. Ali Məhkəmə kollegiyası isə apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini əsassız hesab edir.
50. Belə ki, iş materiallar ından görünür ki, ünvan 2 ünvanında yerləşən obyekt iddiaçının müraciətinə əsasən 06.11.2019-cu il tarixində qeydiyyata alınmışdır. Buna baxmayaraq, vergi orqanı əməkdaşları müəssisənin direktoru X4 ilə əlaqə yaratmamış, təsərrüfat subyektinin qeydiyyat məsələlərini tam araşdırmamış və müəssisənin digər obyektində (ünvan 2 nəzarət tədbiri keçirmədən anbarda mal qalığının mövcud olubolmaması araşdırılmamışdır.
51. Hazırkı qərarın 25-36-cı bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa, müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur.
52. İddiaçıya məxsus Qaradağ rayonu ərazisində yerləşən anbarda mal qalığının olub-olmaması hazırkı mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb etsə də, apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırma aparmamış və cavabdeh inzibati orqan tərəfindən hazırkı qərarın 21-24-cü bəndlərində göstərilən maddi hüquq normalarının tələblərinə riayət edilib-edilmədiyini araşdırmamışdır.
53. Məhkəmənin “iddiaçının mal qalığı barədə sübut təqdim etməməsi” barədə mövqeyi də yuxarıdakı prosessual normaların tələblərinə ziddir. Çünki, həmin normaların tələbinə görə məhkəmə işdə olan sübutlarla kifayətlənməyərək öz təşəbbüsü ilə digər zəruri sübutları toplamalıdır. Artıq qeyd edildiyi kimi, işə baxan məhkəmə heç bir araşdırma aparmayaraq yalnız iddiaçının sübut təqdim etmədiyini qeyd etməklə kifayətlənmişdir.
54. İddiaçı bu dəlilləri apellyasiya şikayətində qeyd etsə də, məhkəmə iddiaçının dəlillərinə heç bir münasibət bildirməmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsində həyata keçirilən icraat zamanı iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə “müvafiq sənədlərin iş materiallarına əlavə edilməsi və qiymətləndirilməsi haqqında” 01.06.2021-ci il tarixli ərizə və ona əlavə edilən sənədlər (mal qalığının mövcudluğuna və satılmasına dair maliyyə sənədləri, mallarış satışına dair 2019-cu ilin dekabr ayından başlayaraq vergi orqanına təqdim edilmiş aylıq hesabatlar, elektron qaimə fakturalar, kassa nəzarət çekləri və sair) təqdim edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin sənədlərə də heç bir münasibət bildi rməmiş, onlara hüquqi qiymət verməmişdir.
55. Halbuki, hazırkı qərarın 36-cı bəndində göstərilən normanın məzmununa, eləcə də 40-cı bənddə göstərilən Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyə borcludur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam, hərtərəfli araşdırılmamış, apellyasiya şikayətinin dəlillərinə, eləcə də iddiaçının təqdim etdiyi vəsatət və sübutlara qiymət verilməmişdir.
56. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.06.2021-ci il tarixli 2-1(105)-258/2021 nömrəli qərarı ləğv edilməli, iş t əkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
57. Apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlilləri ilə bağlı ətraflı araşdırma aparmalı, iddiaçının malın dövriyyəsi ilə bağlı təqdim etdiyi sənədləri araşdıraraq apellyasiya dəlillərinə qiymət verməli, iddiaçıya məxsus Qaradağ rayonu ərazisində yerləşən anbara yerində baxış keçirməklə həmin anbarda mal qalığı olub-olmamasını, olduğu təqdirdə ekspertiza təyin edərək həmin mal qalığının dəyərini və müvafiq vergilərin vaxtında ödənilib-ödənilmədiyini müəyyən etməlidir.
58. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.06.2021-ci il tarixli 21(105)-258/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.