Məhkəmə qərarları › İş №2-1(102)-1447/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1447/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1447/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü; məhkəmə aktından şikayət vermə müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1947-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tari xli, 2-1(103)1873/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində birinci icraat

1. İddiaçı 5 noyabr 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddiaçının faktiki istifadəsində olmuş ünvan 1 ünvanında yerləşən binanın 19 saylı mənzilinə görə 35.000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)-7583/2020 nömrəli qərardadı (hakim: X6) ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2021-ci il tarixli, 2-1(103)-1186/2021 nömrəli qərardadı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X12 və X1) ilə Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. c. birinci instansiyası məhkəməsində ikinci icraat

5. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-1(112)-464/2022 nömrəli qərarı (hakim: X6) ilə iddia təmin edilmiş, iddiaçının faktiki istifadəsində olmuş ünvan 1 ünvanında yerləşən binanın 19 saylı mənzilinə görə 35.000 manat kompensasiyanın ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə q oyulmuşdur.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2-1(103)-1873/2022 nömrəli qərardadı (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X4 və X5) ilə Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərarından verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin qəbulundan imtina edilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün cavabdeh inzibati orqana münasibətdə son müddət inzibati orqanın poçt vasitəsilə qərarı rəsmi aldığı tarixdən 30 gün m üddətində olmaqla, xx.xx.2022-ci il tarix hesab olunduğu halda cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti məhkəməyə prosessual müddət ötürülməklə xx.xx.2022-ci il tarixdə daxil olmuş, belə ki, həmin apellyasiya şikayəti onun göndərilməsi barədə zərfin üzərində olan ştempelə görə poçta xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixli qərardan apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizənin verilmədiyini nəzərə alaraq hesab edilmişdir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır.

9. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA Q ARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 21(112)-464/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı Suraxanı Rayon İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixdə daxil olduqdan sonra cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və şikayət xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsi İsə xx.xx.2022-ci İl tarixdə şikayəti qəbul etmiş və aidiyyəti üzrə baxılmaq üçün xx.xx.2022-cİ il tarixdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

11. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTB İQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə

85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulm uş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisə lərə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

16. Kassator mübahisələndirdiyi məhkəmə qərarını 11 mart 2022-ci il tarixində aldığını iddia etsə də, iş materiallarında həmin qərarı 11 mart 2022-ci tarixdə alması ilə bağlı hər hansı bir dəlil təqdim etməmişdir.

17. İş materiallarına əsasən müəyyən olunur ki, 10 fevral 2022-ci il tarixli məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün cavabdeh inzibati orqana münasibətdə son müddət inzibati orqanın poçt vasitəsilə qərarı rəsmi aldığı tarixdən 30 gün müddətində olmaqla, 4 aprel 2022-ci il tarix hesab olunduğu halda cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti məhkəməyə prosessual müddət ötürülməklə 18 aprel 2022-ci il tarixdə daxil olmuş, belə ki, həmin apellyasiya şikayəti onun göndərilməsi barədə zərfin üzərində olan ştempelə görə poçt a 7 aprel 2022-ci il tarixdə təqdim edilmişdir. Beləliklə, 10 fevral 2022-ci il tarixli qərardan apellyasiya şikayəti vermək üçün prosessual müddət ötürülmüşdür.

18. Beləliklə, cavabdehin şikayəti üzrə apelyasiyanın mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 21(103)-1873/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar