Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1447/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracda satılmış əmlak, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxslərə məxsus olmasına dair arayışın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirl iyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-195/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası 2 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 13/2-13 nömrəli qiyabi qətnaməsi ilə “Naftalan” sanatoriya-kurort birliyinin hesablanmış vergilər üz rə 12071 (on iki min yetmiş bir) manat 30 (otuz) qəpik, vaxtında ödənilməmiş vergilərə hesablanmış faizlər üzrə 190 (bir yüz doxsan) manat 18 (on səkkiz) qəpik, cəmi 12261 (on iki min iki yüz altmış bir) manat 48 (qırx səkkiz) qəpik məbləğində yaranmış borcunun ödənilməsi üçün onun 12274 (on iki min iki yüz yetmiş dörd) manat 40 (qırx) qəpik məbləğində sıyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması qərara alınmışdır. 2. xx.xx.2007-ci il tarixli, “hərracın yekunları” barədə 19/01 nömrəli protokoldan görünür ki, “Naftalan” sanatoriya kurort birliyinə məxsus alüminium günbəz 723 (yeddi yüz iyirmi üç) manat müqabilində X2, sonuncu alınmış əmlakın dəyərini ödəmiş və bu hal 31.007.2007-ci il tarixli müqavilə ilə rəsmiləşdirilmişdir. 3. xx.xx.2018-ci ildə verilmiş ölüm haqq ında şəhadətnaməyə əsasən X6 xx.xx.2018ci il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində ölmüşdür. (482901 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X6 ilə İddiaçı xx.xx.1986-cı ildə nikahlarını rəsmiləşdirmişlər)
4. X3 arvadı İddiaçı Naftalan şəhəri, Ş.Qurbanov küçəsi ərazisində dövlət mülkiyyətində olan 0,0104 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir.
5. Cavabdeh **********68 saylı, 30 iyun 2022-ci il tarixli müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, İddiaçı tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlər araşdırılmış və müəyyən olunmuşdur ki, sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. A zərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyat tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 0,0104 ha torpaq sahəsində yerləşən alüminium günbəz üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alın araq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nin, Hərrac Təşkilatının, Hərracın yekunları barədə 19/01 saylı, 31 may 2007-ci il tarixli protokoluna əsasən Naftalan rayon Nəzarətçilər və Məhkəmə İcraçıları Qrupunun böyük məhkəmə icraçısının iştirakı ilə X7 Birliyinə məxsus Naftalan şəhəri, Ş.Qurbanov küçəsində 0,0104 ha torpaq sahəsində inşa edilmiş Alüminium günbəzi 12261,48 manat pula iddiaçının mərhum əri X6 almışdır. Mərhum əri göstərilən qeyri-yaşayış yerində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmçinin daşınmaz əmlak üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirmişdir. Bununla bağlı vergi orqanların a vaxtında vergi borclarını ödənmiş, lakin sözügedən əmlak üzərində sərəncam verilməsi üçün qeydə alınaraq çıxarış alınmamışdır. Göstərilən qeyri-yaşayış sahəsindən ailəsi və uşaqları ilə istifadə edir, istifadə və sahiblik hüquqlarını həyata keçirir. İddiaçı cavabdehə müraciət edərək qeyd olunan alüminium günbəz üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarış verilməsini xahiş etsə də, cavabdeh bundan imtina etmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(114)-2529/2022 saylı qərarı ilə (hakim: F.C.Hüseynov) iddia təmin edilmiş, Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən alüminium günbəz üzərində X3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. B irinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlak ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol əsasında tərtib edilmiş alğı-satqı müqaviləsi ilə iddiaçının mərhum əri X1. Mülkiyyət hüququ qanunla qorunduğundan iddiaçının iddia tələbi əsaslıdır.
10. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-195/2023 nömrəli iş üzrə 14 fevral 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: A.V.Bayramov, hakimlər: R.Z.Mamedov və A.V.İsgəndərova) apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(114)-2529/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmişdir ki, hazırda baxılan işdə hüquqların dövlət qeydiyyatından imtina edilməsi üçün bu əsaslar yoxdur. Belə ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının məzmunundan görünür ki, qanunla müəyyən edilm iş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlakın üzərində mülkiyyət hüquqlarının yaranması üçün əsasdır.
13. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası 2 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 13/2-13 nömrəli qiyabi qətnaməsindən görünür ki, 12 saylı Ərazi Vergilər İdarəsi “Naftalan” sanatoriya-kurort birliyinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, vergi öhdəliklərini yerinə yetirmədiyi üçün siyahıya alınmış əmlakların açıq hərracda satılmasını xahiş etmişdir. Sözügedən qərar ilə “Naftalan” sanatoriya-kurort birliyinin hesablanmış vergilər üzr ə 12071 (on iki min yetmiş bir) manat 30 (otuz) qəpik, vaxtında ödənilməmiş vergilərə hesablanmış faizlər üzrə 190 (bir yüz doxsan) manat 18 (on səkkiz) qəpik, cəmi 12261 (on iki min iki yüz altmış bir) manat 48 (qırx səkkiz) qəpik məbləğində yaranmış borcunun ödənilməsi üçün onun 12274 (on iki min iki yüz yetmiş dörd) manat 40 (qırx) qəpik məbləğində sıyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması qərara alınmışdır. Qətnamənin məzmunundan görünür ki, hal-hazırda mübahisələndirilən əmlak vergi orqanı tərəfindən “Naftalan” sanatoriya-kurort birliyinin mülkiyyətində olan əmlak kimi vergi borcu hesabına siyahıya alınmışdır. Yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən həmin əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması müəyyən edilmişdir. xx.xx.2007-ci il tarixli, “Hərracın yekunları” barədə 19/01 nömrəli protokoldan görünür ki, “Naftalan” sanatoriya kurort birliyinə məxsus alüminium günbəz 723 manat müqabilində X2 və bununla bağlı tərəflər arasında xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış binası ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticəsinə əsasən X1. Açıq hərracın nəticələrinə dair yekun protokol isə daşınmaz əmlak üzərinə hüquqların qeydə alınması üçün əsasdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar q əbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestr haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 8.0.1, 8.0.2, 9, 10.1, 10.2, 22-ci maddələrinə və İnzibati Prosessual Məcəllənin 96.9-cu maddəsinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
16. Belə ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Məcəllənin 146.2-ci maddəsinə uyğun deyildir. Naftalan şəhəri, Ş.Qurbanov küçəsi ərazisində dövlət mülkiyyətində olan 0,0104 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından onun üzərində sərə ncam vermək hüququ yaranmamışdır. Belə olan halda isə əsassız olaraq Ərazi İdarəsinin üzərinə mövcud olmayan, dövlət qeydiyyatına alınmayan əmlaka dair çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.
17. Eyni zamanda Naftalan şəhəri, Ş.Qurbanov küçəsi ərazisində “dövlət mülkiyyətində olan 0.0104 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına” dair icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən heç bir akt qəbul edilməmişdir. Digər tərəfdən isə, "xxxx" MMC-nin Hərracın yekunları barədə 19/01 saylı, 31 may 2007-ci il tarixli protokola əsasən “Naftalan” sanatoriyası kurort birliyinə məxsus olan alüminium günbəz (daşınar əmlak) 723 (yeddi yüz iyirmi üç) manata X1. Lakin həmin protokolda hər hansı bir daşınmaz əmlakın satılmasından söhbət getmir. Yəni hərracda alqı-satqı predmeti daşınmaz əm lak deyil (yuxarıda göstərildiyi kimi belə əmlak mövcud deyil, dövlət qeydiyyatından keçməyib) daşınar əmlak olan alüminium günbəzi olmuşdur. Buna görə də alüminium günbəzin satılması barədə hərrac protokolu mövcud olmayan və dövlət qeydiyyatına alınmayan daşınmaz əmlaka hər hansı bir hüquq yaratmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
135. Əşya hüququnun obyektləri... 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilm əsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçi rilir....
20. Azərbaycan Respublikasının Şəhərsalma və tikinti Məcəlləsi 3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 3.0.11. bina – insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcmfəza quruluşuna malik olan tikinti obyekti; 3.0.12. qurğu – müəyyən funksional təyinata malik olan və bina sayılmayan sair tikinti obyekti (yollar, körpülər, piyada keçidləri, tunellər, hidrotexniki qurğular, bəndlər, istinad konstruksiyaları, mühəndis-kommunikasiya təminatı sistemləri və sairə);... 3.0.16. müvəqqəti tikili – torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətind ə istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili; 21. “Daşınmaz əmlakın reyestri” haqqında Azərbaycan Respublikasının Qanunu Bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Maddə
1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınma z əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlan an sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün m üddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair ar ayışın verilməsi haqqında Təlimat” Bənd
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsən in adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın d avam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarix li qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə tərkibi hesab edir ki, şikayət qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
28. İş materiallarından görünür ki, hazırkı iş də iddianın hüquqi marağı qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından ibarətdir. Bu məqsədlə o, cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan qeyd edilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmadığına əsaslanmaqla müraciətin təmin edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı həmin tələblə birinci instansiya məhkəməsinə müraciət etmiş, həm birinci, həm də apelyasiya instansiya məhkəməsi iddiaçının mövqeyi ilə razılaşaraq iddianı təmin etmişlər.
29. Hazırda cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Hesab edilir ki, hazırki iş üzrə hüquqların dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyes tri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsəslardan heç biri mövcud deyildir.
30. Məhkəmə tərkibi hesab edir ki, kassatorun şikayətdə qeyd etdiyi bu dəlil “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2-ci maddəsinin tələbinə ziddir. Belə ki, həmin normanın tələbinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
31. Məhkəmə tərkibi bildirir ki, hazırki iş materiallarında olan “Hərracın y ekunları barədə” 19/01 saylı protokol mövcuddur. Həmin protokolda qeyd edilmişdir ki, bu protokol alıcının yeni mülkiyyətçisi kimi hüququnu təsdiq edən və müvafiq dövlət reyestrinə daxil edilməsi üçün əsas hesab edilən sənəddir. (iş vər 41)
32. Beləliklə, yuxarıda qeyd edilən normanın tələbindən də göründüyü kimi açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olduğundan və belə bir protokol iş materiallarında mövcud oluğundan mübahisəli əmlak üzərində hüquqların dövlət reyestrində qeyd alınması qanunvericiliyin müddəalarına tam uyğundur.
33. Eyni zamanda kassator bildirir ki, hərrac protokolunda hər hansı bir daşınmaz əmlakın satılmasından söhbət getmir. Yəni hərracda alqı-satqı predmeti daşınmaz əmlak deyil (yuxarıda göstərild iyi kimi belə əmlak mövcud deyil, dövlət qeydiyyatından keçməyib) daşınar əmlak olan alüminium günbəzi olmuşdur.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə də razılaşmayaraq bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda daşınmaz əmlaka anlayış verilmişdir. Həmin anlayışa əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Eyni zamanda Azərbaycan Re spublikasının Şərəhsalma və Tikinti Məcəlləsinin 3.0.11-ci maddəsində qeyd edilir ki, bina – insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyektidir.
35. Yuxarıda qeyd edilən normaların tələblərindən də aydın olur ki, hazırki mübahisə predmeti olan tikili qanunvericilikdə müəyyən edilmiş daşınmaz əmlak meyarlarına tam uyğundur. Odur ki, cavabdehin həmin əmlakın daşınar əmlak olması ilə bağlı arqumentləri əsaslı sayıla bilməz.
36. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi mü vafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbayc an Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyat ı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”
38. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzr ə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır, apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
39. Bununla belə məhkəmə tərkibi qeyd edir ki, məhkəmə qərarlarının nəticə hissəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlə t reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a uyğun deyildir.
40. Belə ki, həm birinci, həm də apelyasiya instansiyası məhkəməsinin mövqeyindən görünür ki, iddia təmin edilərkən cavabdehin üzərinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.
41. Lakin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələbinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.
42. Analoji müddə a yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”da da göstərilmişdir.
43. Yəni, hazırki iş üzrə alüminium günbəz üzərində X3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qanunvericiliyin tələbləri baxımından düzgün sayıla bilməz. Göstərilənlərə əsasən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən alüminium günbəz üzərində X3 mülkiyyət hüquqlarının daşınmaz ə mlakın Dövlət reyestrində qeydə alınması və müvafiq arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilməlidir.
44. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin verdiyi kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-195/2023 nömrəli iş üzrə 14 fevral 2023-cü il tarixli qərarı dəyişdirilsin. Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən alüminium günbəz üzərində X3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və müvafiq arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəl ələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərar qətidir.