Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1448/2021 07.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iş üzrə (Açar sözlər: qərarın nəticəvi hissəsinin dəqiq tərtib olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, üçüncü şəxsin vəkili X23 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə (üçüncü şəxs X15) qarşı “24.01.2006-cı il tarixli, JN224A, KOD 10312018 nömrəli şəhadətnamə əsas ında X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın 24.01.2006-cı il tarixli JN-164B, KOD 10312018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yoluna münasibətdə qismən ləğv edilməsi” tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18.05.2021-ci il tarixli, 2-1(108)-16/2021 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Babək Rayon Aqrar İslahat Komissiyasının 25.08.1998-ci il tarixli, 08 A nömrəli qərarı və ona əlavə olunmuş Babək Rayon İcra Hakimiyyətinin Yarımca kənd ərazi vahidi üzrə icra nümayəndəliyinin əhatə etdiyi Yarımca kəndində torpaq payı alacaq kənd sakinlərinin adlı siyahısında X5 adına 0.24 ha, X8 adına 0.06 ha, İddiaçı adına 0.10 ha torpaq sahəsi olduğu göstərilmişdir.
2. JN-224A, KOD 10312018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Babək Rayon Aqrar İslahat Komissiyasının 25.08.1998-ci il tarixli, 08 A nömrəli qərarına əsasən X9 və X12 0.28 ha torpaq sahəsi verilmişdir.
3. JN-164B, KOD 10312018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Babək Rayon Aqrar İslahat Komissiyasının 25.08.1998-ci il tarixli, 08 A nömrəli qərarına əsasən İddiaçı, X13, X10, X6, X11, X7 0.09 ha torpaq sahəsi verilmişdir. Torpaq islahatı aparılan zaman İddiaçı mülkiyyətinə verilmiş 0,09 ha. həyətyanı torpaq sahəsi gediş-gəliş yolu ilə təmin olunmamışdır.
4. Bununla bağlı iddiaçı 23.11.2020-ci il tarixində cavabdehə müraciət etm iş, cavabdeh 23.11.2020-ci il tarixli 529 nömrəli cavab məktubunda bildirmişdir ki, mülkiyyətçinin nümayəndəsi X15 30.01.2019-cu il tarixində torpaq sahəsində yerləşən daşınmaz əmlakın üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Xidmətin Babək Rayon İdarəsinə ərizə ilə müraciət etmiş, müraciət əsasında X5 adına daşınmaz əmlakın texniki pasportu və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırlanaraq təqdim olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişl ər məhkəmənin qərarı əsasında aparılır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 24.01.2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın 24.01.2006-cı il tarixli, JN-164B, KOD 10312018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yoluna münasibətdə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 1983-cü il tarixdən mərhum atası X5 Babək rayon Yarımca kəndində on a tikdiyi evdə həmin tarixdən 24 iyun 2019-cu il tarixədək ailəsi və uşaqları ilə birlikdə yaşamışdır. Onun evinin bir yolu olub, hal-hazırda həmin yoldan qardaşı Qocaman istifadə etməyə imkan vermir. İddiaçı mərhum atasının və anasının ölümündən sonra da həmin yoldan istifadə etmişdir. Onun məlumatı olmadan qardaşı X1 Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək Rayon İdarəsinə müraciət edərək mərhum atası X5 adına Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli qərarı və torpağın mülkiyyətə verilməsinə dair 24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında torpaq sahəsini və evi ölçdürmüş, həmin mülkə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərə findən MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Babək rayon Yarımca kəndində mərhum atası X4 miras qalan torpaq sahəsinə və evə ölçü aparılan zaman düzgün ölçü aparılmayaraq onun evinə gedən yol mərhum atasının torpaq sahəsinin üzərinə ölçülmüşdür. X2 Babək Rayon Məhkəməsində mərhum atasından qalan mirasın onun tərəfindən qəbul edilməsi ilə əlaqədar iddia qaldıranda məlumatı olmuşdur ki, qardaşı Qocaman Mahmudov mərhum atası Baba Mahmudovun adına onun yolu nəzərə alınmadan çıxarış almışdır. Onun evinə gedən yol Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli qərarı və 24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə verilən zaman düzgün ölçülməmiş və onun əsasınd a da torpaq həmin əmlakın üzərinə hesablanmışdır. Bununla bağlı, yəni gediş-gəliş yolunun açılması ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmiş, Xidmətin ona ünvanladığı 23 noyabr 2020-ci il tarixli, 5629 nömrəli cavab məktubu ilə onun tələbinin icrasından imtina olunmuşdur
7. Məhkəmənin 02.02.2021-ci il tarixli qərardadına əsasən inzibati məhkəmə icraatına X15 üçüncü şəxs qismində cəlb edilmişdir.
8. Üçüncü şəxs iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, 24.01.2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında atası X5 adına verilmiş və həmin torpaq sahəsini və üzərində yerləşən evi miras əmlak olaraq qəbul et mişdir, ailə üzvləri ilə birlikdə orada yaşayır. İddiaçı onun qardaşıdır. İddiaçıya mərhum atası sağlığında torpaq sahələri alıb, ev tikmişdir. Həmin tikililərə isə yol onun həyətindən deyil, tama başqa yerdən olmuşdur. Həmin yol hal-hazırda da mövcuddur. Lakin iddiaçının evinə gedən yolu digər qardaşı bağladığından iddiaçı onun həyətindən keçərək evinə öz evinə gedirdi. O da əvvəllər buna etiraz etməsə də, hazırda iddiaçının onun həyətindən yol kimi istifadə etməsinə etiraz edir. Belə ki, iddiaçının özünün evinə gedən bir neçə yol olsa da, iddiaçı məhz onun həyətindən yol kimi istifadə edir. Bu isə onun mülkiyyət hüququnu pozur.
9. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 21(122)-11/2021 nömrəli qərarı ilə (hakim Səxavət Novruzov) iddia təmin edilmiş, 2 4.01.2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın 24.01.2006-cı il tarixli JN164B, KOD 10312018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yoluna münasibətdə qismən ləğv edilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulmasına qərar verilmişdir
10. Məhkəmə hesab etmişdir ki, iddia olunan gediş-gəliş yolu JN-224A, KOD 10312018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə həyətyanı torpaq sahəsinin sərhədləri daxilində qeydiyyata alınmışdır. Nəticədə iddiaçının evinə gediş-gəliş yolu bağlanmış, mülkiyyət hüququ məhdudlaşdırılmışdır.
11. Üçüncü şəxs həmin qərardan apellyas iya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18.05.2021-ci il tarixli 2-1(108)-16/2021 nömrəli qərarına əsasən (sədrlik edən İlqar Mirzəyev, hakimlər Əhliman Xıdırov və Vüqar Quliyev) üçüncü şəxsin apellyasiya şikayətinin təmin edilməməsi, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2- 1(122)-11/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Məhkəmə qərarı üçüncü şəxsə 22.05.2021-ci il tarixində təqdim edilmişdir.
15. Üçüncü şəxs 21.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikasının Ali Məhk əməsinin İnzibati Kollegiyasının 18.05.2021-ci il tarixli 21(108)-16/2021 nömrəli qərarının ləğv edilməsini, iddianın qeyri-mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinə görə baxılan iş Mülki Məcəllənin özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququnu özündə ehtiva edən servitut hüququna uyğun gəlməkdədir. Lakin məhkəmələr bu halı nəzərə almamışdır. Belə ki, Mülki Məcəllənin 255.2-ci maddəsinə əsasən daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisinin sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir.
17. Məhkəmə iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin etməli olduğu halda, bunu etməmişdir. Bel ə ki, ilk öncə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə keçməyin təmin olunması üçün ümumi istifadə olan ən yaxın yolla kimin mülkiyyətində olan torpaq sahəsindən keçməklə bunun əldə edilməsi müəyyən edilməli idi. Daha sonra servitutla yüklənən torpaq sahəsində məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilməklə servitutun həcmi müəyyən edilməli olduğu halda, məhkəmə bunu etməmişdir.
18. O cümlədən, “İnzibati icraat haqqında” Qanunun 67 və 68-ci maddələrində müvafiq olaraq qanunsuz və qanuni inzibati aktların ləğv olunmasının əsasları qeyd edilmişdir. Lakin məhkəmə öz qərarında yuxarıda qeyd olunan maddələrdəki heç bir əsasa istinad etməmiş və öz qərarını heç bir normaya əsaslandırmayaraq qəbul etmişdir.
19. İddiada qeyd olunan tələb özgənin daşınmaz əşyasından məhdud istifadə hüququ olduğuna görə mülki hüquq münasibəti yaradır və mülki hüquqi mübahisədir. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisə olmadığına görə inzibati icraat qaydasında baxılması qeyri-mümkün hesab edilməli idi. O da qeyd olunmalıdır ki, cavabdeh tərəf inzibati orqan olmasına və tələbin inzibati aktın ləğv edilməsi olmasına baxmayaraq üçüncü şəxslə iddiaçı arasında olan münasibətdən yaranan mübahisə mülki hüquqi xarakterli olduğundan inzibati icraat qaydasında baxılması qeyri-mümkün hesab edilməli idi.
20. Azərbaycan Respublikası Konstitusiyasın ın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ var. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Lakin məhkəmə qəbul etdiyi qərarla üçüncü şəxsin mülkiyyət hüququnu əlindən almışdır.
21. O cümlədən, İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Odur ki, 24.01.2006-cı il tarixli şəhadətnamənin mübahisələndirilməsi üçün iddia müddəti ötürülmüşdür. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını kobud surətdə pozmuşdur. b) Kassasiya şika yətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının gediş-gəliş yolunun olmaması müəyyən edilmişdir. Bu iş üzrə mütəxəssislərin məhkəməyə təqdim etdikləri rəylərlə bir daha təsdiq olunmuşdur. İş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizasının təyin olunması zərurəti yaranmamışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Babək Rayon İdarəsinin mütəxəssislərinin iştirakları ilə yerində baxış və ölçmə aparılmış, onların verdikləri rəy iş üzrə sübut kimi qiymətləndirilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında iştirak edən üçün cü şəxsin vəkili X23 oğlu kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
25. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər mate riallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
26. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
27. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
28. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
29. Həmin Məcəllənin 69.6-cı maddəsinə əsasən məhkəmə qərarının icra qaydasının və müddətinin müəyyən edildiyi hallarda, qərarın nəticəvi hissəsində bu barədə müvafiq göstəriş nəzərdə tutulmalıdır.
30. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
32. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında v erilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin mahiyyəti ilə bağlı əsaslı nəticəyə gəlsə də, məhkəmə qərarınının nəticəvi hissəsini qeyrimüəyyən formada tərtib etmişdir.
36. Kassator mübahisənin servitut hüququ ilə bağlı olduğunu, bu səbəbdən inzibati yox, mülki mübahisə olduğunu qeyd etmişdir. Kassatorun bu dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qe yd edir ki, iddiaçının tələbi servitut hüququ ilə bağlı deyil. İddiaçının tələbi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yoluna münasibətdə yol verilmiş səhvin aradan qaldırılmasından ibarətdir ki, bu da inzibati mübahisə olmaqla məhkəmə qaydasında həll edilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn mübahisələndirilməsi məhkəmə qaydasında həll edilir.
37. Eyni zamanda, hazırkı tələb kassatorun iddia etdiyi kimi mübahisələndirmə haqqında yox, öhdəliyin icrası haqqında iddiadır. Belə ki, iddiaçı inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş ed ir Öhdəliyin icrası haqqında iddialara isə iddia müddəti şamil olunmadığından kassatorun bununla bağlı dəlilləri də əsassızdır.
38. Ekspertizanın keçirilməsi ilə bağlı kassatorun dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan 02.03.2021-ci il tarixli mütəxəssis rəyi ilə (iş v.149) müəyyən olunur ki, iddia olunan gediş-gəliş yolu torpaq islahatı zamanı tərtib olunmuş JN-224A nömrəli “Torpağın mülkiyyətə verilməsi dair” Şəhadətnamədə həyətyanı torpaq sahəsinin sərhədləri daxilində qeydiyyata alınmışdır. JN-164B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0,09 ha. həyətyanı torpaq sahəsi torpaq islahatı aparılan zaman gediş-gəliş yolu ilə təmin olunmamışdır. 15.02.2021-ci il tarixində Naxçıvan Muxtar Respubli kasının İnzibati Məhkəməsinin hakiminin, Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun yerquruluşu şöbəsinin rəisinin, Yarımca kənd icra nümayəndəsinin iştirakı ilə JN-224A kadastr nömrəli həyətyanı torpaq sahəsinin sərhəd döngə nöqtələri naturada kəndin yerquruluşu xəritəsi və mülkiyyət sənədləri əsasında yenidən aparılmış ölçü işləri nəticəsində dəqiqləşdirilmişdir.
39. Göründüyü kimi, işə baxılarkən yuxarıda qeyd edilən mütəxəssis rəyi ilə gedişgəliş yolunun üçüncü şəxsin torpaq sahəsinin sərhədləri daxilində qeydə alınması öz təsdiqini tapmış, məhkəmə tərəfindən həmin mütəxəssis rəyi mötəbər sübut hesab edilmiş, üçüncü şəxs isə bu mütəxəssis rəyinin mötəbərliyini şübhə altına alan hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, bunu nla bağlı təkrarən ekspertiza keçirilməsi zərurəti olmamışdır. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq həmin mütəxəssis rəyinin nəticələri və ona əlavə edilmiş yerquruluşu planından çıxarış ilə kifayətlənmişdir.
40. Lakin məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin mahiyyətinə qanunvericiliyin tələblərinə uyğun qiymət verilsə də, məhkəmə qərarının nəticəvi hissəsi qeyri-müəyyən tərtib olunmuşdur.
41. Belə ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin qərarı ilə 24.01.2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın 24.01.2006-cı il tarixli JN164B, KOD 10312018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yo luna münasibətdə qismən ləğv edilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulmasına qərar verilmiş, həmin qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
42. Bununla da, məhkəmə tərəfindən X5 adına dövlət reyestrində aparılmış qeydiyyat qismən ləğv edilmiş, lakin gediş-gəliş üçün müəyyən olunmuş torpaq sahəsinin həcmi və koordinatları məhkəmə qərarının nəticəvi hissəsində göstərilməmişdir.
43. Məhkəmə qərarının bu formada tərtib edilməsi hazırkı qərarın 28-29-cu bəndlərində göstərilən prosessual hüquq normalarının pozulması deməkdir və qərarın icra olunması mərhələsində çətinlik törədərək əlavə mübahisə yaranmasına səbəb ola bilər.
44. Odur ki, üçüncü şəxsin kassasiya şikayəti q ismən təmin edilməli, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18.05.2021-ci il tarixli 21(108)-16/2021 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
45. İşə təkrar baxan məhkəmə mübahisəli torpaq sahəsinin koordinatlarını müəyyən etməli, qərarın nəticəvi hissəsində 24.01.2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunduğu hissənin (İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yolunun) dəqiq koordinatlarını göstərməlidir.
46. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasını n 18.05.2021-ci il tarixli 2-1(108)-16/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Üçüncü şəxsin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.