Məhkəmə qərarları › İş №2-1(102)-1448/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1448/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1448/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:XX.XX.1957, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Saatlı rayon Mərkəzi Xəstəxanası) qarşı “30 iyul 2021-ci il tarixdən 5 il müddətinə 2-ci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1366/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Saatlı Rayon Mərkəzi Xəstəxanasının 27 may 2016-cı il tarixli göndərişi əsasında iddiaçıya ilkin olaraq ikinci dərəcə əlillik beş il müddətinə təyin edilmişdir.

2. Saatlı Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş Forma 88 arayışına əsasən (№0309003AAPUT; göndərişin tarixi: xx.xx.2021-ci il) müəyyən edilmişdir: əsas diaqnoz: İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olun an stenokardiya ÜİX-yi, gərginlik stenokardiyası 111İf/sinif; Ağırlaşmaları: İ50.0 Durğunluq ürək çatmazlığı. Xroniki ürək çatışmazlığı İİİ f/sinif; İ25.2 Əvvəllər keçirilən miokard infarktı İnfarktdan sonrakı kardioskleroz; İ20.0 Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya AKŞ əməliyyatından sonrakı vəziyyət; yanakı xəstəliklər: İ10 Essensial [birincili] hipertenziya Hipertoniya xəstəliyi İİ mərhələ.

3. Cavabdeh qurum tərəfindən aparılmış qiymətləndirmə zamanı səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışa (№0309003AAPUT) müəyyən edilmişdir: iddiaçı göndəriş verən müəssisədə xx.xx.2015-ci il tarixindən qeydiyyatdadır; xx.xx.2015, xx.xx.2015, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2018, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020-ci il tarixlərdə ambu lator müalicələr almışdır. - İ20.1 klinik diaqnoz ilə "xxxx" MMC-də xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə; “M.A.Topçubaşov adına X6” publik hüquqi şəxsdə xx.xx.2015- xx.xx.2015-ci il tarixlərdə, "Saatlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə stasionar müalicə almışdır-status localis qrafasına əsasən xəstə uzun illərdir ki, xəstəlikdən əziyyət çəkir, vaxtaşırı olaraq ambulator və stasionar müalicələr almasına baxmayaraq, vəziyyətində tez-tez pisləşmələr qeyd edilir. Şikayətləri: fiziki gərginlik zamanı artan təngnəfəslik, sinədə göynəmə, ağrı, ürək nahiyəsində yandırıcı şəkildə küt ağrılardan, tez yorulmadan, yuxusuzluqdan, baş ağrısı, başgicəllənmə, əmək qabiliyyətinin aşağı düşməsi. Xəstəyə xx.xx.2015-ci il tarixində süni qan dövranı şərait ində aortakoronar şuntlama əməliyyatı İ(SVG-OM; SVG-diaq; SVG- pDA; LİMA-lAd) icra olunmuşdur.

4. Cavabdeh qurum tərəfindən iddiaçının əlillik vəziyyəti 30 iyul 2021-ci il tarixdə Saatlı Rayon Mərkəzi Xəstəxanasının 0309003AAPUT nömrəli göndərişi əsasında qiymətləndirilmiş və əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmiş, səbəb olaraq əlavə müalicəyə ehtiyacın olması, sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar son 5 (beş) ildə stasionar müalicənin yetərli olmaması qeyd edilmiş və E.T.Kardiologiya İnstitutundan ixtisaslaşmış müayinə və müalicə məsləhət görülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək ona 30 iyul 2021-ci il tarixdən etibarən növbəti 5 il müddətinə əlillik müddə ti uzadılmaqla ikinci dərəcəli əlilliyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1957-ci ildə ünvan 1 ünvanında yaşayır və həmin ünvanda rəsmi qeydiyyatdadır. Özü “şəhid ailəsidir”. Oğlu Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə vətənimizi qoruyarkən şəhid olmuşdur. Uzun illərdir “ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı” xəstəliyindən əziyyət çəkir. Ona təyin olunan diaqnoz: “Spazm ilə müşayiət olunan stenokardiya ÜİX-yi gərginlik stenokordiyası İİİ F sinif, ağırlaşma fonunda “durğunluq ürək çatışmazlığı. xroniki ürək çatışmazlı ğı İİİ F sinif; Yanaşı xəstəliklər: “Essensial (birincili) Hipertenziya. Hipertoniya xəstəliyi İİ mərhələ”. Hər üç təyinat “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndinə aiddir ki, bu da ikinci dərəcəli əlilliyi olmasını təsdiq edir (Xəstəlik kodu əsas diaqnoz -1 20.1, ağırlaşma- İ20.0, Yanaşı xəstəliklər- 110). 07 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına X4 süni qan dövranı şəraitində aortakoronar şuntlanma ürək əməliyyatı olunub. (SVG- OM, SVG-PDA, LİMA-LAD). Ürək cərrahiyyə əməliyyatlarından sonra daima həkim-kardioloqun nəzarəti altında müayinə və müalicə olunur. Bundan başqa o, X7 Müəssisələrində müayinə və müalicə olunmuşdur. TibbiSosial Ekspertiza Komissiyasının 30 iyul 2016-cı il tarixli qərarına əsasən 30 iyul 2021-ci il tarixə kimi növbəti 5 il müddətinə ona ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddətinin uzadılması məqsədilə iddiaçı Saatlı Rayon Mərkəzi Xəstəxanasının 22 avqust 2021-ci il tarixli 0309003AAPUT saylı elektron göndəriş (Forma 088) əsasında cavabdeh orqana müraciət etmiş və X3 11 avqust 2021-ci il tarixli sonuncu müayinə olmuş tibbi rəyini təqdim etmişdir. Bundan başqa, iddiaçı cavabdeh qurumda əyani ekspertiza komissiyasında olub. Cavabdeh orqan tərəfindən əyani müayinə olunmuş və ona əlillik təyin edilməyəcəyini bildirmişdirlər. Məlum olmuşdur ki, elektron qaydada müraciətinə imtina verilmə səbəbi formaldır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10288/2021 nömrəli, 15 sentyabr 2021ci il tarixli qərardadı ilə (hakim G.A.Sevdimalıyeva) Saatlı Rayon Mərkəzi Xə stəxanası iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

8. Cavabdeh tərəfindən təqdim olunmuş iddia tələbinə dair etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Saatlı Mərkəzi Rayon Xəstəxanasının xx.xx.2016cı il tarixli 0309003AAF96 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 Stenokardiya [döş inağı] =>İ20.0- Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜİX, gərginlik stenokardiyası İİİ f/sinif. AKŞ əməliyyatından sonrakı vəziyyət (xx.xx.2015). İnfarktdan sonrakı kardioskleroz (xx.xx.2015) X5, İİ f/sinif.Serebral ateroskleroz; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsin də qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01- İ09, İ11.0, İ13-İ13.2, İ20-125,...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Saatlı Mərkəzi Rayon Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0309003AAPUT saylı göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİXyi, gərginlik stenokardiyas İİİf/sinif.Durğunluq ürək çatmamazlığı, Xroniki ürək çatmamazlığı İİİ f/sinif; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan R espublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı i lə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olunmasına baxmayaraq orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatı nda tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsin ə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə v ə reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10288/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilərək iddiaçıya qiymətləndirildiyi 30 iyul 2021-ci il tarixdən beş il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Forma 88 arayış (№4400003AAFM) XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1-ci və 2.4.1-ci maddələrinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə (hətta 2.4.1-ci bəndinə əsasən əlilliyin müddətsiz olaraq təyin edilməsinə) tibbi göstəriş olan xəstəliklər (əsas diaqnoz (İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya ÜİX-yi, gərginlik stenokardiyası İİİİf/sinif), ağırlaşmaları (İ50.0 Durğunluq ürək çatmazlığı. Xroniki ürək çatmamazhğı İİİ f/sinif; İ25.2 Əvvəllər keçirilən miokard infarktı İnfarktdan sonrakı kardioskleroz; İ20.0 Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya AKŞ əməliyyatından sonrakı vəziyyət), eləcə də yanakı xəstəliklər (İ10 Essensial [birincili] hipertenziya Hipertoniya xəstəliyi İİ mərhələ) göstərilməsinə və həmin xəstəliklərlə bağlı uzun müddət ambulator və stasionar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə (obyektiv müayinə, EKQ, ExoKQ, rentgenoqrafiya) təsdiq olunmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə təyin olunmasından imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

11. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1366/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10288/2021 nömrəli, 20 dekabr 2 021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə və inzibati orqanın əvəzinə qərar qəbul edilə bilməz. Məhkəmə yalnız inzibati orqanın diskresion səlahiyyəti əsasında qəbul etdiyi qərarı ləğv edib yenidən baxılması üçün inzibati orqana qaytara bilər.

16. İnzibati Prosessual Məcəllənin 74-cü maddə sinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığım yoxlayır.

17. X1 göndərişindəki məlumatlar “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndində göstərilən məlumatlarla eynilik təşkil etmədiyi üçün cavabdeh öz qərarı ilə iddiaçıya ikinci qrup əlilliyi növbəti 5 il üçün təyin etməməklə hər hansı qanunsuz əməl törətməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarını qanuni və əsaslı hesab etmiş, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanın ın müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir...

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”

21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kə sb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bi lər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖ VQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, aşağı instansiya məhkəmələrinin 4400003AAFM saylı göndərişdə göstərilən xəstəliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2. 1-ci bəndində təsbit edilməsinə, iddiaçının həmin xəstəliklərlə bağlı uzun müddət ambulator və stasionar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozunun diaqnostik müayinələrlə (obyektiv müayinə, EKQ, ExoKQ, rentgenoqrafiya) təsdiq olunmasına baxmayaraq cavabdehin əlilliyin növbəti müddətə təyin olunmasından imtinasının qanunsuz olması barədə mövqeyi əsaslı olmuşdur.

28. Eyni zamanda məhkəmə kollegiyasının vurğulamaq istədiyi növbəti məqam Saatlı rayon Mərkəzi Xəstəxanasının iş üzrə inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlıdır.

29. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə: “...İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılar ına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi c əlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır.”...

30. Lakin hazırkı iş üzrə qəbul edilmiş məhkəmə aktlarının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş Saatlı rayon Mərkəzi Xəstəxanasının qanunla qorunan maraqlarına toxunduğu, yaxud inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs bar əsində vahid qərarın qəbul olunmasını şərtləndirən hallar müəyyən edilmir.

31. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, həmçinin Saatlı rayon Mərkəzi Xəstəxanasının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10288/2021 nömrəli, 15 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, Saatlı rayon Mərkəzi Xəstəxanası hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmamış sayılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1366/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Saatlı rayon Mərkəzi Xəstəxanasının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10288/2021 nömrəli, 15 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Saatlı rayon Mərkəzi Xəstəxanası hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmamış sayılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar