Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1448/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, formal tələblərə əməl olunmaması, vəkil tərəfindən tərtib edilməmiş və imzalanmamış kassasiya şikayəti, əsaslandırılmamış kassasiya şikayəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə D övlət Xidmətinə qarşı qanunazidd hərəkətlərin qarşısının alınması tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-10/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-49/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakim E.H.Hüseynov) İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “günahkar cavabdeh şəxslərin inzibati məhkəməyə dəvət edilərək onların qanunazidd hərəkətlərin qarşısının alınması tələbi”nə dair iddiası mümkün sayılmamışdı r.
2. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.
3. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(108)-10/2023 nömrəli, 20 fevral 2023-ci il tarixli qərardadı ilə (hakimlər F.M.Abbasov /sədrlik edən və məruzəçi/, Y.S.Qurbanov və Ə.K.Allahverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-49/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllə də nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 95.1. Kassasiya şikayəti daxil olduqdan sonra apellyasiya instansiyası məhkəməsi şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. Maddə 95.2. Bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə yardım etməlidir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
6. Azər baycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 407.3. şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilməlidir.
8. İş materiallarından müəyyən olunur ki, iddiaçının kassasiya şikayəti formal tələblərə riayət edilmədən verilmiş, mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin aktının rekvizitləri şikayətdə göstərilməmiş, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış, şika yətə vəkilin orderi əlavə edilməmiş, eləcə də şikayət əsaslandırılmamışdır.
9. Kassasiya şikayəti Ali Məhkəməyə daxil olduqdan sonra proses iştirakçılarının dinlənmə hüquqlarının təmin edilməsi ilə əlaqədar iş kassasiya şikayətinin mümkünlük məsələsinə baxılmasına təyin edilmiş, yol verilmiş pozuntular göstərilməklə iddiaçıya ünvanlanmış 11 may 2023-cü il tarixli, 2-1(102)-1448/2023 nömrəli bildirişdə təyin olunan vaxtadək göstərilən konkret çatışmazlıqların aradan qaldırılması ona təklif olunmuş, həmçinin qüsurların aradan qaldırılmamasının doğura biləcəyi hüquqi nəticələr (kassasiya şikayətinin mümkün sayılmaması) aydın şəkildə izah olunmuşdur.
10. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən də iddiaçıya yol verilmiş formal xətaların aradan qaldırılması üçün hüquq i yardım göstərilmiş, kassasiya şikayəti və onun məzmununa dair tələblər (kassasiya şikayəti verilən məhkəmə aktının tarixi və nömrəsi barədə məlumatlar, şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsi, şikayətin vəkil tərəfindən tərtib olunması və s.) iddiaçının diqqətinə çatdırılmışdır.
11. Kollegiya xüsusi olaraq qeyd edir ki, kassasiya şikayəti verilərkən şikayətin əsaslandırılmış olmasına dair İPM-də təsbit edilmiş normalar elə bir əsaslandırma tələb edir ki, şikayətdən iddiaçının apellyasiya instansiyası məhkəməsinin qərardadını nəyə görə qanunsuz və əsassız hesab etdiyini müəyyən etmək mümkün olsun. Sözsüz ki, bu zaman şikayət verənin mövqeyi işin halları ilə əlaqələndirilməli, eləcə də müvafiq maddi və prosessual hüquq normalarına istinadlar edilməlidir. Şikayətin əsaslandır ılmış olmasına dair tələb heç bir halda belə qəbul edilə bilməz ki, şikayətin dəlilləri məhkəmənin qəbul etdiyi və son nəticədə apellyasiya instansiyası məhkəməsinin qərarının və ya qərardadının ləğvinə gətirib çıxaran dərəcədə əsaslı dəlillər olmalıdırlar. Əgər şikayətdə mübahisə predmeti nəzərə alınmaqla əlaqədar normativ hüquqi aktlara istinadla onların düzgün tətbiq edilmədiyi göstərilmişdirsə, kassasiya şikayətinin əsaslandırılması baxımından həmin şikayət lazımi qaydada əsaslandırılmış şikayət kimi qəbul edilməli və şikayətə mahiyyəti üzrə baxılmalıdır.
12. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən verilmiş şikayətdə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadının qanunsuzluğu və əsassızlığı ilə bağlı hər hansı əsaslandırma əks olunmamış, eləcə də hər hansı maddi və prosessual hüquq normasına əlaqəli şəkildə istinad olunmamışdır. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən qanunsuz qərar qəbul edildiyinin bildirilməsi, eləcə də ümumi qaydada iddianın əsaslı olduğunun göstərilməsi şikayətin əsaslandırılmış olduğu anlamına gəlməz. Şikayətdə qanunsuzluğun nədən ibarət olduğu konkret şəkildə bildirməli, həmçinin işin halları ilə əlaqələndirməklə məhkəmənin yol verdiyi maddi və prosessual hüquq normalarının pozuntularının nələrdə ifadə olunduğuna dair mövqe aydın şəkildə təsvir edilməlidir. Göstərilən mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini lazımi qaydada əsaslandırılmış şikayət hesab oluna bilməz.
13. Beləliklə, kassasiya şikayəti qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməmə klə verildiyindən, eləcə də yol verilmiş qüsurlar diqqətinə çatdırılmasına baxmayaraq iddiaçı tərəfindən aradan qaldırılmadığından kassasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilməlidir.
14. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)10/2023 nömrəli, 20 fevral 2023-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.