Məhkəmə qərarları › İş №2-1(102)-1449/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1449/2021

04.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1449/2021 04.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə (üçüncü şəxs X3 (Mirzəzadənin iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (evə qeydiyyatdan çıxarılması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı (üçüncü şəxs X3 (Mirzəzadənin) iştirakı ilə) evə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1130/2021 nömrəli iş üzrə 05.05.2021-ci i l tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 04.08.2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı X7 (Mirzəzadə) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış hüququna xitam verilməklə bu evə qeydiyyatdan çıxarılmanın Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı2 tərəfindən tikilmiş, həmin evdə hal-hazırda X9 qeydiyyatdadır. Sonradan həmin evə Quliyeva (Mirzəzadə) Roza Telman qızı və onun oğlu X6 qeydiyyata alınmışlar. Quliyeva (Mirzəzadə) Roza Telman qızı bu evi tərk edəndən bir müddət sonra evə köçürülmə ilə əlaqədar Nərimanov rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Nərimanov rayon Məhkəməsinin 10.09.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 evə köçürülmə barədə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apelyasiya şikayəti verilsə də, Bakı Apelyasiya Məhkəməsinin 28.12.2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş və Nərimanov rayon Məhkəməsinin 10.09.2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanmışdır. Bu qətnamədən də kasasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.06.2019-cu il tarixli, 2(102)-3930/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin MK-nın 28 dekabr 2018-ci il tarixli qətnaməsi qüvvədə saxl anmışdır. Odur ki, Quliyeva (Mirzəzadə) Roza Telman qızının ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinin imtina olunması preyudisial xarakter aldı. Quliyeva (Mirzəzadə) Roza Telman qızının həmin evə heç bir hüququ olmadığı halda onun bu evə yaşayış hüququ itirilmiş hesab edilməklə o, bu evdən qeydiyyatdan çıxarılmalıdır. Quliyeva (Mirzəzadə) Roza Telman qızının qeydiyyatdan çıxarılması ilə bağlı İddiaçı2 tərəfindən Nərimanov rayon Polis İdarəsinə müraciət edilmiş, lakin onun tələbi təmin edilməmişdir. Halbuki iddiaçının tələbi tam əsaslıdır və təmin olunmalıdır.

3. Daha sonra iddiaçılar iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddia tələbi üzrə cavabdeh qismində Nərimanov rayon Polis İdarəsi kimi qəbul edilməsi, həmçinin i ddia tələbinin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən X3 (Mirzəzadənin) qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

4. Bundan sonra birinci instansiya məhkəməsi 12.02.2020-ci il tarixli, 21(112)-2679/2020 nömrəli (sədrlik edən hakim Aytən Oruczadə) qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Nərimanov Rayon Polis İdarəsinə qarşı “Quliyeva (Mirzəzadə) Roza Telman qızının evə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulması” tələbinə dair iş üzrə X3 (Mirzəzadənin) üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

5. Birinci instansiya məhkəməsinin 16.06.2020- ci il tarixli, 2-1(112)2679/2020 nömrəli (sədrlik edən hakim Aytən Oruczadə) qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri Nərimanov rayonu PY UA 38/10, ev 47B saylı evdən üçüncü şəxs X3 (Mirzəzadənin) qeydiyyatdan çıxarılması vəzifəsi Nərimanov rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 152.1 və 152.5-ci maddələrinə və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 1, 5 və 9-cu maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslıdır.

7. Üçüncü şəxs həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 16.06.2020-ci il tarixli, 2-1(112)-2679/2020 nömrəli qərarının ləğv edilməsini və inzibati iş üzrə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) 05.05.2021-ci il tarixli, 2-1(103)-1130/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Aida Hüseyn) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 16.06.2020-ci il tarixli, 2-1(112)2679/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə, Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 1, 5 və 9-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokoluna istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şi kayətinin dəlilləri

10. Üçüncü şəxsin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyatda deyil. Qeydiyyatda olmadığı evə qarşı necə iddia tələbi ilə məhkəməyə müraciət edə bilər? Məhkəmə bu hala hüquqi qiymət verməli idi. Lakin heç bir araşdırma aparılmadan məhkəmə qərar qəbul etmişdir. İddiaçılar X8 və İddiaçı2 məqsədli şəkildə üçüncü şəxs X2 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evdən qeydiyyatdan çıxarmaq istəyirlər ki, o gələcəkdə həmin evə qarşı heç bir iddia və tələb irəli sürə bilməsin. Üçüncü şəxs X5 qeydiyyatdan çıxarıldıqdan sonra hara qeydiyyata düşməsi məlum deyil. O məcbur olub, İmişli şəhərində atasının yaşadığı mənzilə qeydiyyata düşməlidir. Qeyd edir ki, üçüncü şəxs X2 himayəsində 2 azyaşlı övladları (Dilar ə və Arif) var. Uşaqlar Bakı şəhərində orta təhsil alırlar. Üçüncü şəxs R.T.Mirzəzadə rayona köçmək məcburiyyətində qalsa, uşaqların təhsil hüququ pozulacaq. Bundan əlavə olaraq qeyd edir ki, sözügedən mənzilin birgə nikah dövründə almasını qonşular da təsdiq edirlər. Lakin bu hala apelyasiya instansiyası məhkəməsində hüquqi qiymət verilməmişdir. İddiaçılar X8 və İddiaçı2 qanunsuz iddia tələbləri ilə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrində və Mülki Məcəllənin 6-cı maddəsində üçüncü şəxs X2 mülkiyyətçi kimi təsbit edilmiş hüquqları kobud surətdə pozulmuşdur. Apelyasiya instansiyası məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(103)-1130/2021 saylı qərarı ilə "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun, Mülki Məcəllənin, Mülki Prosessual Məcəllənin və İnzibati Prosessual Məcəllənin tələblərindən irəli gələn maddi və prosessual hüquqların tamamilə pozulmuşdur. Həmçinin məhkəmənin məlum qərar ilə, "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30.03.2006-cı il tarixli Qərarının tələbləri pozulmuşdur. Bundan əlavə olaraq məhkəmə, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun 1-, 5 və 9-cu maddələrinə istinad edir. Halbuki, məhkəmə həmin maddələrlə üçüncü şəxs X2 hüquqlarını kobud surətdə pozmuşdur. Yuxarıda qeyd olunan maddələrin tələbləri pozulmuşdur.

11. Bütün yuxarıda göstərilənlərə əsasə n üçüncü şəxs kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(103)-1130/2021 nömrəli qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

14. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandı rılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

16. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə üçüncü şəxsin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 05.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə b ağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

19. Üçüncü şəxs kasasiya şikayətində qeyd etmişdir ki, İddiaçı2 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə qe ydiyyatda deyil. Qeydiyyatda olmadığı evə qarşı necə iddia tələbi ilə məhkəməyə müraciət edə bilər? Məhkəmə bu hala hüquqi qiymət verməli idi. Lakin heç bir araşdırma aparılmadan məhkəmə qərar qəbul etmişdir.

20. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, üçüncü şəxsin kasasiya şikayətindəki dəlilləri əsassızdır.

21. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı 26.04.2021-ci il tarixli arayışdan qeyd edilmişdir ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı1 10 dekabr 2016-cı il tarixdən ünvan 6 ünvanında qeydiyyatdadır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)3930/2019 saylı, 04.06.2019-cu il tarixli qərarından göründüyü kimi, hazırkı iş üzrə üçüncü şəxs qismində X5 hazırkı iş üzrə İddiaçı1 v ə digərinə qarşı uşaqla birlikdə mübahisəli mənzilə köçürülmə tələbinə dair iddia tələbləri irəli sürsə də, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)3595/2018 saylı 10.09.2018-ci il tarixli qətnaməsi ilə həmin iş üzrə iddiaçı X2 iddia tələbini təmin etməmiş, sonradan həmin qətnamə apelyasiya və kasasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

23. Həmin qərarda qeyd edilmişdir ki, mübahisəli ev Arif Mirzəzadəyə məxsus başqa bir evin satılmasından əldə olunmuş gəlir hesabına alınmış, belə ki, Arif Mirzəzadə və oğlu Pərviz Mirzəzadə evin satışından əldə olunmuş gəliri hər biri 27.250 ABŞ dolları olmaqla banka əmanət kimi 29.07.2015-ci il tarixli müqavilə ilə yerləşdirmiş və mübahisəli ev həmin vəsait hesabına alınmışdır. Göründüyü kimi, cavabdeh tərəf evin alınması üçün sərf olunmuş vəsaitin mənbəyini göstərir. İddiaçı Roza Mirzəzadə isə bu halın əksini iddia etsə də, öz iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, mübahisəli evin alqı-satqısı üçün hansı mənbədən istifadə edildiyini göstərməmişdir. Beləliklə, mübahisəli evin özbaşına tikili olması və tərəflərin birgə nikahı dövründə alınması mübahisəsiz olsa da, həmin evin məhz tərəflərin ümumi gəlirləri hesabına əldə edilməsi sübuta yetirilməmişdir. Yuxarıda göstərildiyi kimi, mübahisəli ev cavabdehin atası tərəfindən və ona məxsus olan pul vəsaiti hesabına alınmışdır. İddiaçı bu evin alınmasına, təmirinə və ya yaxşılaşdırılmasına hər hansı şəkildə vəsait xərcləməmişdir. Belə olan halda iddiaçının həmin evə istifadə hüququnun yaranmasından və evə köçürülməli olmasınd an söhbət gedə bilməz. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisəli evdən istifadə hüququ tanınmadığından azyaşlı uşaqların məhz iddiaçı ilə birlikdə həmin evə köçürülməsi də hazırkı halda mümkün deyil.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

25. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir v ə yenidən sübut edilmir.

26. Göründüyü kimi, mübahisəli ev özbaşına tikili olsa da, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixdə icraatında olmuş 2(102)3930/2019 saylı iş üzrə cavabdeh qismində çıxış edən və hazırkı iş üzrə üçüncü şəxs qismində X1 həyat yoldaşı X10 atası, yəni hazırkı iş üzrə İddiaçı2 tərəfindən alınması halı qanuni qüvvədə olan məhkəmə aktında öz əksini tapmışdır.

27. Belə olan halda Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, İddiaçı2 iddiaçı qismində cavabdehə qarşı hazırkı iddia tələbini irəli sürmək hüququna malikdir və onun həmin evə münasibətdə subyektiv hüququnun mövcudluğu qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə də müəyyən edilmişdir.

28. Üçüncü şəxs kasasiya şikayətində daha sonra qeyd etmişdir ki, iddiaçılar X8 və İ ddiaçı2 məqsədli şəkildə üçüncü şəxs X2 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarmaq istəyirlər ki, o gələcəkdə həmin evə qarşı heç bir iddia və tələb irəli sürə bilməsin. Üçüncü şəxs X3 (Mirzəzadənin) qeydiyyatdan çıxarıldıqdan sonra hara qeydiyyata düşməsi məlum deyil. O məcbur olub, İmişli şəhərində atasının yaşadığı mənzilə qeydiyyata düşməlidir. Qeyd edirəm ki, üçüncü şəxs X2 himayəsində 2 azyaşlı övladları (Dilarə və Arif) var. Uşaqlar Bakı şəhərində orta təhsil alırlar. Üçüncü şəxs R.T.Mirzəzadə rayona köçmək məcburiyyətində qalsa, uşaqların təhsil hüququ pozulacaq. Bundan əlavə olaraq qeyd edirəm ki, sözügedən mənzilin birgə nikah dövründə almasını qonşular da təsdiq edirlər. Lakin bu hala Apelyasiya instansiyası məhkəməsində hüquqi qiymət verilməmişdir. 2

9. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, üçüncü şəxsin kasasiya şikayətindəki qeyd edilən bu dəlilləri də əsassızdır.

30. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3930/2019 saylı, 04.06.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, üçüncü şəxs Roza Mirzəzadənin mübahisəli evdən istifadə hüququ yoxdur.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarında məhz bu məsələləri araşdırmış və qərara almışdır ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşay ış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tə rəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

32. Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərkən İddiaçı2 tərəfindən alınmış mübahisəli evə hazırkı iş üzrə üçüncü şəxs X3 (Mirzəzadənin) iddiaçının razılıq ərizəsi əsasında qeydiyyata alınması ilə bağlı heç bir sübutun əlavə edilmədiyi müəyyən olunmur.

33. Belə olan halda Ali Məhkəmənin İnzibati Kollegiyası hazırkı mübahisənin həllində Konstitusiya Məhkəməsinin qərarının 3-cü bəndinin müddəalarının tətbiq edilməsini məqsədə müvafiq hesab edir.

34. Konstitusiya Məhkəməsi eyni zamanda bununla bağlı da hüquqi mövqeyini bildirərək göstərmişdir ki, mülkiyyətçiyə mə xsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması hallarında qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsin də yaşamaması” mənasını da ehtiva edir.

35. Belə olan halda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin mübahisəli evdə qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox həmin evdə yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini nəinki təmin etmir, əksinə mümkünsüz edir. Qeydiyyat haqqında qanunun məqsədləri və müəyyən etdiyi şərtlər baxımından üçüncü şəxslərin iddiaçıların evində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur.

36. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları (hədləri) müəyyən olunmuşdur (Konstitusiyanın 13cümaddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəs i və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi).

37. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.

38. Eyni zamanda Ali Məhkəmənin İnzibati Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 1-ci maddəsinə əsasən Azərbayc an Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

39. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vət əndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.

40. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

41. Göründüyü kimi, həmin qanun hazırkı iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Üçüncü şəxsin mübahisəli evə istifadə hüququnun olmaması artıq qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilmişdi. Buna görə də üçüncü şəxs X3 (Mirzəzadənin) həmin evə istifa də hüququnun tanınması ilə bağlı yenidən hər hansı iddianı qaldırması hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılmasına mane ola bilməz.

42. Üçüncü şəxs kasasiya şikayətində daha sonra qeyd etmişdir ki, iddiaçılar X8 və İddiaçı2 qanunsuz iddia tələbləri ilə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrində və Mülki Məcəllənin 6-cı maddəsində 3-cü şəxs X2 mülkiyyətçi kimi təsbit edilmiş hüquqları kobud surətdə pozulmuşdur.

43. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, üçüncü şəxsin kasasiya şikayətindəki qeyd etdiyi həmin dəlillər də əsassızdır.

44. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərək üçüncü şəxs X2 mübahisəli mənzilə mülkiyyət hüquqlarının olmasını təsdiq edən hər hansı bir sübutun əlavə edilmədiyini müəyyə n etmişdir. Əksinə iş materialları ilə üçüncü şəxs X3 (Mirzəzadənin) mübahisəli mənzilə, mübahisəli evə dair istifadə hüququnun olmadığı müəyyən edilmişdir.

45. Üçüncü şəxs X7 (Mirzəzadə) kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə yekun nəticəyə gələrkən onun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrində və Mülki Məcəllənin 6-cı maddəsində mülkiyyətçi kimi təsbit edilmiş hüquqlarını, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun, Mülki Məcəllənin, Mülki Prosessual Məcəllənin və İnzibati Prosessual Məcəllənin tələblərindən irəli gələn maddi və prosessual hüquqlarının, "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəaları və İnsan Hüquqları üzrə Avropa M əhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30.03.2006-cı il tarixli Qərarının tələblərini, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci, 5-ci və 9-cu maddələrlə təsbit edilmiş Mirzəzadənin hüquqlarının pozduğunu qeyd etsə də, lakin öz kasasiya şikayətində sadalanan maddi hüquq normalarının apelyasiya instansiyası məhkəməsi tərəfindən pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübuta istinad etməmiş, kasasiya şikayətində qeyd etdiyi həmin dəlilləri isə ümumi ifadələrlə əsaslandırmağa çalışmışdır.

46. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 05.05.2021ci il tarixli qərarı dəyişdi rilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Üçüncü şəxsin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.2021-ci il tarixli, 2-1(103)-1130/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar