Məhkəmə qərarları › İş №2-1(102)-1449/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1449/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1449/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral X1rşı işi üzrə QƏRARİ Açar sözlər:(iddianın mümkünsüz hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral X1rşı “yoxlamanın aparılması barədə hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1085/2022 saylı, 6 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X6 X5 tərəfindən 2020-ci il 10 dekabr tarixdə Qaradağ rayonu ərazisində yerləşən “Şahqaya” əhəngdaşı yataqlarına monitorinq keçirilmiş və yoxlamanın nəticəsi olaraq İddiaçı MMC-nin icazə sənədinin olmaması, MMC-yə verilmiş xx.xx.2015-ci il tarixli 00905 nömrəli “Dağ-mədən ayırması” Aktının müddətinin xx.xx.2020-ci il tarixdə bitdiyi müəyyən edilmiş, onun barəsində inzibati xəta haqqında 10 dekabr 2020-ci il tarixli akt tərtib edilmişdir.

2. Həmin akt əsasında İddiaçı MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən, MN seri yalı ******* nömrəli 2 mart 2021-ci il tarixli protokol tərtib olunaraq, inzibati tənbeh verilməsi haqqında qərar qəbul edilməsi üçün məhkəməyə göndərilmiş, Qaradağ rayon məhkəməsinin qərarı ilə İddiaçı MMC İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinərək və 5000 (beş min) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir.

3. İddiaçı MMC tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-də yoxlama aparması barədə hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı peşəkar şirkət olaraq, Qaradağ rayonu Qızıldaş qəsəbəsində dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyəti ilə məşğuldur. X6 X3 əməkdaşı Y.Yusifov və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin-Operativ Nəzarət İdarəsinin üç əməkdaşı (A.Mirzəyev, A.Həsənov və Q.Hacıəliyev) xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsinin və yaxud hal şahidlərinin iştirakı olmadan yoxlamanın keçirilməsi ilə bağlı akt tərtib etmişlər. Lakin xx.xx.2020-ci il tarixdə yoxlama aparılması üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə yoxlama qeydiyyatı aparılmamışdır.

6. Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, X6 X5 tərəfindən 2020-ci il 10 dekabr tarixdə Qaradağ rayonu ərazisində yerləşən “Şahqaya” əhəngdaşı yat aqlarına monitorinq keçirilmişdir və bu nəzarət tədbiri aşağıda göstərilən əsaslara görə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, monitorinq keçirilən dövrdə İddiaçı MMC-nin faydalı qazıntı yataqlarına dair qüvvədə olan “Dağ-mədən ayırması” aktı icazə sənədi olmamışdır. İddiaçı MMC-yə verilmiş xx.xx.2015-ci il tarixli 00905 nömrəli “Dağ-mədən ayırması” Aktının müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Agentliyin əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən, inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati tənbeh verilməsi haqqında qərar qəbul edilməsi üçün məhkəməyə göndərilmişdir. Qaradağ rayon məhkəməsinin qərar ı ilə İddiaçı MMC İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinərək, 5000 (beş min) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlamışdır. İddiaçı MMC təkrar apellyasiya şikayəti vermiş, lakin şikayət rədd edilmişdir (12 avqust 2021-ci ildə Bakı Apellyasiya Məhkəməsi şikayəti icraata qəbul etməkdən imtina etmişdir). Nəticə etibarilə, baxış keçirilən zaman şirkətin qeyd olunan faydalı qazıntı yataqlarına münasibətdə istifadə hüququ olmadığına görə, İddiaçı MMC həmin ərazidə yer təki sahəsi ilə bağlı sahibkarlıq fəaliyyətini həyata keçirə bilməzdi. Bu səbəbdən, Agentlik tərəfindən həyata keçirilən monitorinq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada yer təki sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirmək hüququ olmayan bir hüquqi şəxsin fəaliyyətinin yoxlanılması kimi qəbul edilə bilməz. Şəxs inzibati xəta törətmiş, inzibati qaydada cərimələnmişdir və yoxlamanın nəticəsindən şikayət etməkdə davam edir. Yer təkinin istifadəsinə və yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək, eyni zamanda fəaliyyət istiqamətlərinə uyğun olaraq, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu, görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyən etmək Agentliyin Nizamnaməsinə əsasən (3.1.11-ci və 3.1.13-cü bəndlər) onun əsas vəzifəsidir. Qeyd olunan yataqlarda keçirilən monitorinqin məqsədi də məhz yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək, faydalı qazıntıların çıxarılması üçün is tifadə edilən yer təki sahələrinin dəqiq uçotunu aparmaq və görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaqdan ibarət olmuşdur. Həmin tədbirin keçirildiyi dövrdə İddiaçı MMC-yə məlumat verilmiş, şirkətin nümayəndəsi monitorinqi müşahidə etmiş, lakin baxışda iştirak etməkdən, aktı qəbul etməkdən imtina etmişdir. X7 Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilmişdir. Sonradan həmin aktla bağlı şirkətin direktoru Emin Əliyev izahat verilməsi və protokol tərtib edilməsi məqsədi ilə Agentliyə dəvət edilmişdir. E.Əliyevin yazdığı izahatında MMC-nin “Dağmədən ayırması” aktının müddəti bitdikdən sonra da fəaliyyət göstərdiyini bildirmişdir. İddiaçı MMC-nin həmin aktı inzibati qaydada mübahisələndirməsində məqsədi “Şahqaya” yatağında qanunsuz olaraq apardığı hasilata görə Agentl ik tərəfindən həmin şirkətə qarşı qaldırılmış mülki iddia ilə bağlı məsuliyyətdən yayınmaqdır.

7. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2-1(112)-8625/2021 saylı qərardadı ilə (hakim H.Ağalarov) iddia mümkün sayılmamışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində göstərilən yoxlamanın aparılması nəticəsində akt tərtib edilmişdir ki, həmin akt əsasında da inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən inzibati orqan tərəfindən aparılmış inzibati xəta haqqında iş üzrə icraata (yoxlamanın keçirilməsi, aktın və onun əsasında inzibati xəta haqqında protokolun tərtib edilməsinə və s.) hüquqi qiymət verilmişdir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia ərizə sində göstərilən yoxlamanın aparılması, aktın tərtib edilməsi inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid olduğundan və həmin fəaliyyətə də aidiyyəti üzrə inzibati xətalara dair iş üzrə icraatda məhkəmələr tərəfindən hüquqi qiymət verildiyindən hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.

9. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1085/2022 saylı, 6 aprel 2022-ci tarixli qərardadı ilə (hakimlər: A.Hüseynov- sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn) Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində qeyd edilir ki, məhkəmənin qiymət verməli olduğu məsələlərdən biri odur ki, nəzərdə tutulan maddələrə əsasən aparılan yoxlama “yoxlamaların vahid məlumat reyestrində” qevdə alınmalı idi. Hazırki mübahisəli işdə aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmamışdır. Məhz bu halı müəyyən etmək üçün tərəfimizdən 08 iyul 2021-ci il tar ixdə Ədliyyə Nazirliyinə müraciət edilmiş. 12 iyul 2021-ci il tarixdə rəsmi cavab alınmışdır. Həmin cavaba görə müəyyənləşdirilmişdir ki, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-də yoxlamanın aparılması üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat revestr”ndə qeydə alınmadığına görə aparılmış yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu hala əsasən hüquqi səxs barəsində məsuliyyət tədbiri tədbiq edilə bilməz. Lakin apellyasiya instansiya instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar araşdırılmamış, məsələyə düzgün hüquqi qiymət verilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq 15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun un 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarı

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhk əmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya insta nsiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyas iya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Bununla yanaşı, kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, 10 dekabr 2020-ci ildə İddiaçı MMC-yə məxsus “Şahqaya” əhəngdaşı yatağında dağ-mədən fəaliyyətinin yoxlanılması məqsədilə monitorinq keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Cəmiyyət tərəfindən yerin təkindən istifadəyə icazə verən “Dağ-mədən ayırması” aktının qüvvədə olması müddətinin 06 may 2020-ci il tarixdə bitməsinə baxmayaraq fəaliyyət göstərilməklə, “Yerin təki haqqında” Qanunun 9, 10, 21 və 46-cı maddələrinin tələblərinin pozulduğu aşkar olunduğundan, bu barədə, 000068 nömrəli 10 dekabr 20 20-ci il tarixli akt tərtib edilmiş və həmin akt əsasında İddiaçı MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində göstərilən inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli 02 mart 2021-ci il tarixli protokol tərtib olunaraq, əlavə olunmuş sənədlərlə baxılması üçün məhkəməyə göndərilmişdir.

23. Məhkəmə kollegiyası hesab edir ki, yoxlamanın aparılması, aktın tərtib edilməsi inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid olduğundan və həmin fəaliyyətə də aidiyyəti üzrə inzibati xətalara dair iş üzrə icraatda məhkəmələr tərəfindən hüquqi qiymət verildiyindən hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkünsüzlüyü barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür.. 24.. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli, 21(103)-1085/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar