Məhkəmə qərarları › İş №2-1(102)-1449/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1449/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1449/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı CavabdehNnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.N968-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N06)-96/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. İddiaçı cavabdehə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir.

2. Cavabdehin iddiaçıya təqdim etdiyi xx.xx.202N-cı il tarixli, 4/3-N9N0 nömrəli məktubda qeyd edilmişdir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın xx.xx.202N-cı il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Təqdim olunmuş sənədlərə əsasən N5.02 N994-cü il tarixdən (müalicədən) sonrakı dövrdə hərbi xidməti barədə məlumat olm adığına görə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əlillik sənədi (əgər varsa) əlavə olunaraq təqdim olunarsa, komissiyanın iclasında yenidən sənədlərə baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı N8 avqust 2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyaya qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. Sonradan, iddiaçının məhkəmə iclasında müraciəti əsasında cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N993-ci ilin noyabr ayında Kürdəmir rayon hərbi komisarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Həmin vaxt Dağlıq Qarabağda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iri miqyaslı hərbi əməlliyatlar həyata keçirilərkən, o, N nömrəli hərbi hissənin tərkibində xidmətdə olmuşdur. Bir müddət hərbi təlim keçəndən sonra, Azərbaycan Respublikasının ərazi bütövlüyi uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Qarabağa aparılmışdır. Keçirilən hərbi əməlliyatlarda fəal iştirak etmiş, sonradan ağır yaralanmışdır. xx.xx.N994-cü ildə hospitala yerləşdirilmişdir. Daha sonra hərbi xidmətdən ehiyata buraxılmışdır. Hərbidən qayıdarkən Kürdəmir rayon hərbi komisarlığına müraciət etmiş, orada qeydiyyata düşərək, hərbidə iştirak etməyi barədə ona hərbi bilet verilmişdir. Həmin hərbi biletdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak etməsi qeyd olunmuşdur. Bütün sənədlərini toplayaraq müharibə veteranı adı almaq üçün CavabdehNnə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsinə müraciət etmişdir. Dağlıq Qarabağda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyatlarında iştirak etməsi hərbi bilietində qeyd olunsa da, hazırda müharibə veteranı adını ala bilmir. Odur ki, N993-N994-cü illlərdə Dağlıq Qarabağda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyü ş əməliyatlarında iştirak etməsi ilə əlaqədar müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir.

6. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-cı il tarixli, 4/2-6243 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-85, sıra-N4, soyadı “Fərzəliyev” yazılmış) xx.xx.N993-cü il tarixdə Kürdəmir RHK-dan çağırılmış, N968-ci il təvəllüdlü XN hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 323 №-li əmrilə şəxsi heyətin siyahısına salınması və hərbi hissəni özbaşına tərk etdiyinə görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N995-ci il tarixli müvafiq direktivinə əsasən, şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat qeyd edilmiş, lakin hərbi hissə komandirinin əmrinin nömrəsi və verilmə tarixi göstərilməmişdir. Kürdəmir RHK-dan toplanışa çağırılmış, N968-ci il təvəllüdlü, sıravi X4 N №-li hərbi hissə komandirinin N9 noyabr N993-cü il tarixli 323 №-li əmrilə (əsas: §-N, səh- 328, sıra-8, soyadı “Fərzəliyev” yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N4 dekabr N993-cü il tarixli 348 №-li əmrində (əsas: §-N, səh-365, sıra-35, soyadı “Fərzəliyev” yazılmış, atasının adı yazılmamışdır) fərarilikdən qayıtmış Əbülfət Fərzəliyevin 4-cü MAT-ın qazan təminatına qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 22 №-li əmrində (əsas: §- N0, səh- N22, sıra-2, soyadı “Fərzəliyev” və adı “Əbülfəz” yazılmış, atasının adı yazılmamışdır) Əbülf əz Fərzəliyevin yaralandığına görə hospitala göndərilərək 4-cü MAT-ın qazan təminatından çıxarılması barədə məlumat vardır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin N yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində XN xidməti barədə məlumat aşkar olunmamışdır. NN0 №-li hərbi hissədən Mərkəzi Arxivə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li hərbi hissənin xx.xx.N992-ci ildən xx.xx.N994-cü ilədək döyüş əməliyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır.

7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 982 nömrəli məktubunda qeyd edilmişdir ki, N968-ci il təvəllüdlü istefada olan əsgər XN Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçməsi, döyüş əməliyyatlarında iştirak etməsi və ordu sıralarından ehtiyata tərxis olunması barədə heç bir məlumat yoxdur.

8. Cavabdehin iddia ərizəsinə qarşı təqdim etdiyi etirazda aşağıdakılar qeyd edilmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N994-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu.Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi bi letlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir.Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və ya döyüş əməliyyatları aparan hərbi his sələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir.Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd edilməlidr ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. N) şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna AR Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı, hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, iş materillarından müəyyən edilir ki, iddiaçı 20 yanvar N994-cü il tarixdən N5 fevral N994-cü il tarixədək müayinə və müalicədə olmuşdur. İddiaçının müayinə və müalicəsinin sona çatdığı tar ix N5 fevral N994-cü ildə hələ atəşkəs elan edilmədiyindən iddiaçı hərbi hissəyə qayıtmalı və sağlamlıq vəziyyəti imkan verdiyi təqdirdə xidmətini davam etdirməli, əks halda, qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq əmrlərlə hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılmalı idi. Həmçinin, inzibati iş materiallarında olan Mərkəzi arxivin N6 aprel 2020-ci il tarixli arayışında iddiaçının hərbi hissəni özbaşına tərk etdiyi üçün Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 27 iyun N995-ci il tarixli direktivinə əsasən şəxsi heyətin siyahısından çıxarılması qeyd edilmişidr. Bununla da, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya 07 dekabr 202N-ci il tarixli qərarı ilə əsaslı olaraq iddaiçının N5 fevral N994-cü il tarixdən son ra hərbi xidməti barədə məlumat olmadığından ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İPMnin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

9. Şirvan İnzibati Məhkəməsinin (hakim A.A.Hüseynova) 2-N(N20)-2240/2022 nömrəli, N2 dekabr 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin əsaslandırması: N0. Məhkəmə qeyd edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilmə si və hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarılmasıdır. Hazırkı işin hallarından isə müəyyən edilir ki, iddiaçı xx.xx.N994-cü il tarixdə yaralanmış, xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilədək müalicə almış, müalicə və xəstəliklə əlaqədar verilmiş 30 (otuz) gün məzuliyyət bitdikdən sonra hərbi xidməti barədə heç bir məlumat aşkar edilməmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı sağaldıqdan sonra xidmət etdiyi hərbi hissəyə, həmçinin Müdafiə Nazirliyinə müraciət etməmiş, hərbi xidmətini davam etdirməmiş və ehtiyata buraxılmasına dair əmr verilməmişdir. İddiaçının qanuni əsasla ehtiyata buraxılması hər hansı mötəbər sübutla təsdiq olunmur. Müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdə n çıxarışlar,hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsaslar olsa da, məhkəmə araşdırması nəticəsində iddiaçının ehtiyata buraxılmasına dair Mərkəzi Arxivdə olan hərbi hissənin sənədlərində hər hansı məlumatın mövcud olması aşkar edilməmişdir. Yalnız NN0 №-li hərbi hissədəni Mərkəzi Arxivə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li hərbi hissənin xx.xx.N992-ci ildən xx.xx.N994-cü ilədək döyüş əməliyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Pr ezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» xx.xx.N996-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Əsasnamədə qeyd edilən əsaslar, yəni iddiasının ehtiyata buraxılmasına dair hərbi hissənin nizami hissə üzrə əmri və ya arxiv arayışı olmadığından cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. NN. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahi ş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat N2. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.F.Həsənov /sədrlik edən və məruzəçi/, M.K.Həsənov və O.N.İsmayılov) 2-N(N06)-96/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 2-N(N20)-2240/2022 nömrəli, N2 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. N3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. N4. İddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri N5. Kassasiya şikayətinin əsas ını iddia ərizəsində qeyd olunanlar təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri N6. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ N7. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Müharibə veteranları. Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası A zərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.... N8. “Hərbi xidmət haqqında” Qanun: Maddə N4. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. N9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci hissəsinin 8-ci abzasına əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xi dmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlə ri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olm uş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

20. İnzibati Prosessual Məcəllə:... Maddə N4.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.... Maddə 9 N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər Maddə 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəm ədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 2N. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

22. Apell yasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız on a aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görün ür ki, iddiaçının hüquqi marağı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinə yönəlmişdir.

27. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdeh iddiaçının xidmətdən tərxis olunması barədə qeydiyyatın olmamasına istinad etməklə, ona müharibə veteranı adının verilməsindən əsaslı olaraq imtina etmişdir.

28. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, N yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərdə iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və hərbi xi dmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarılmasıdır.

29. Hazırkı işin hallarından isə müəyyən edilir ki, iddiaçı xx.xx.N994-cü il tarixdə yaralanmış, xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilədək müalicə almış, müalicə və xəstəliklə əlaqədar verilmiş 30 (otuz) gün məzuliyyət bitdikdən sonra hərbi xidməti barədə heç bir məlumat aşkar edilməmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı sağaldıqdan sonra xidmət etdiyi hərbi hissəyə, həmçinin Müdafiə Nazirliyinə müraciət etməmiş, hərbi xidmətini davam etdirməmiş və ehtiyata buraxılmasına dair əmr verilməmişdir. İddiaçının qanuni əsasla ehtiyata buraxılması hər hansı mötəbər sübutla təsdiq olunmur.

30. Həmçinin, iddiaçının ehtiyata buraxılmasına dair Mərkəzi Arxivdə olan hərbi hissə nin sənədlərində hər hansı məlumat aşkar edilməmişdir. Yalnız NN0 nömrəli hərbi hissədən Mərkəzi Arxivə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin xx.xx.N992-ci ildən xx.xx.N994-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. 3N. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» xx.xx.N996-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Əsas namədə qeyd edilən əsaslar, yəni iddiaçının ehtiyata buraxılmasına dair hərbi hissənin nizami hissə üzrə əmri və ya arxiv arayışı olmadığından cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir.

32. Bundan başqa, işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı 20 yanvar N994-cü il tarixdən N5 fevral N994-cü il tarixədək M.Topçubaşov adına Elmi -Tətqiqat klinik və eksperimental cərrahiyə institutunda müayinə və müalicə olunmuşdur. İddiaçının müayinə və müalicəsinin başa çatdığı N5 fevral N994-cü il tarixdə hələ atəşkəs elan edilməmişdir. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sağlamlıq vəziyyəti imkan verdiyi təqdirdə hərbi hissəyə qayıtmalı və xidmətini davam etdirməli, əks ha lda, qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq əmrlərlə hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılmalı idi. Çünki, hərbi xidmət keçmə dedikdə, şəxsin (hərbi qulluqçu olan iddiaçının) hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması nəzərə tutulur.

33. Bununla belə, inzibati iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-cı il tarixli, 4/2-6243 nömrəli məktubunda iddiaçının hərbi hissəni özbaşına tərk etdiyi üçün Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 27 iyun N995-ci il tarixli direktivinə əsasən şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat qeyd edilmişidir.

34. İş materiallarında olan sənədlərlə iddiaçının hərbi hissənin tərkibində döyüş bölgəsində olarkən yaralanması öz təsdiqini tapsa da, onun t ərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

35. Hərbi xidmət zamanı iddiaçının yaralanması ilə bağlı apellyasiya şikayətində göstərdiyi dəlillə bağlı kollegiya qeyd edir ki, həqiqətən də, iş materiallarından görünür ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N994-cü ildə aldığı güllə yarasına görə 20 yanvar N994-cü il tarixdən N5 fevral N994-cü il tarixədək M.Topçubaşov adına Elmi- Tətqiqat klinik və eksperimental cərrahiyə institutunda müayinə və müalicə olunmiş və yaralanma - diaqnoz: “Döş qəfəsinin sağ yarısının dəlib keçən güllə yarası, sağ ağ ciyərin yaralanması, sağtərəfli hemopnevmotoraks” – Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qeydləri yazılmışdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xəstəxanadan çıxandan sonra hərbi xidmətini davam etdirmək üçün yenidən hərbi hissəyə gəlməsi və onun sonrakı xidməti barədə rəsmi mənbələrdə hər-hansı məlumat aşkar edilməmişdir.

37. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

38. Bu normanın tələbləri baxımından, iddiaçı “Müharibə veteranı” statusunu almaq üç ün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N997-ci il tarixli 378-İQ D nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). 39. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Odur ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, iddiaçı nın kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. 4N. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N06)-96/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar