Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1449/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi borcu üzrə silinmiş məbləğin şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cəmiyyət tərəfindən həyata keçirilmiş və tələbetmə müddəti ötmüş mal iyyə sanksiyası kimi borca silinmiş 22.192,95 manat məbləğində ödənişin şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-449/2024 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cəmiyyət tərəfindən həyata keçirilmiş və tələbetmə müddəti ötmüş maliyyə sanksiyası kimi borca silinmiş 22.192,95 manat məbləğində ödənişin şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cəmiyyətin faiz hesablanması məqsədləri üçün şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2015-ci il tarixə 14394,54 manat artıq ödəmə, xx.xx.2014-cü il tarixdə edilmiş 146,09 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 811,62 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 811,52 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 146,09 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 466 manat, xx.xx.2015-ci il tarixdə edilmiş 1.320,60 manat, qoşulma prosesindən sonra xx.xx.2020-ci il tarixdə edilmiş 12.680,98 manat ödənişlər, eləcə də xx.xx.2015-ci il tarixdə 2015-ci ilin may ayı üzrə 3633 manat, xx.xx.2015-ci il tarixdə 2015-ci ilin iyun ayı üzrə 610,75 manat, qoşulma prosesindən sonra isə xx.xx.2020-ci il tarixdə 2020-ci ilin may ayı üzrə 6.333,26 manat azalma yuxarıda qeyd olunan 25505 manat maliyyə sanksiyasından silinmiş, nəticədə 25505 manat maliyyə sanksiyası üzrə hər hansı borc məbləği qalmamışdır.
3. Qeyd olunan ödənişlərin bir qisminin 25505 manat maliyyə sanksiyasına silinməsi ilə razılaşsa da, digər ödənişlərin və azalmaların həmin maliyyə sanksiyasına aid edilməsi qanunsuz olmuşdur.
4. İlk öncə xx.xx.2015-ci il tarixdə mövcud olmuş 14.394,54 manat artıq ödəmənin 25505 manat maliyyə sanksiyası üzrə borc ilə əvəzləşməsinə münasibətdə bildirilir ki, faiz hesablanması məqsədləri üçün şəxsi hesab vərəqəsində 25505 manat maliyyə sanksiyasından ö ncə 14.394,54 manat artıq ödəmənin görünməsinə baxmayaraq, yazılma tarixi üzrə şəxsi hesab vərəqəsində maliyyə sanksiyasının hesablandığı xx.xx.2014-cü il tarixdə cəmiyyətin 48,03 manat borcunun olduğu görünür ki, bu da xx.xx.2015-ci il tarixdə (hesablamadan 7 ay əvvəlki tarixə olan) artıq ödəmənin xx.xx.2014-cü il tarixdə tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcla əvəzləşməsinin qanunsuz olduğunu göstərir.
5. Daha sonra, xx.xx.2015-ci il tarixdə 2015-ci ilin may ayı üzrə təqdim edilmiş bəyannamə nəticəsində şəxsi hesab vərəqəsində yaranmış 3633 manat azalma məbləği maliyyə sanksiyası üzrə qalıq borcdan silindiyi halda, xx.xx.2015-ci il tarixdə kameral vergi yoxlaması nəticəsində həmin dövr üzrə azaldılmış vergi məbləğinin 291,47 manat hissəsi bərpa edilsə də, bərpa edilmiş məbləğ maliy yə sanksiyası üzrə borca deyil, vergilər üzrə borc qrafasına bərpa edilmişdir. Halbuki, silinmə maliyyə sanksiyası üzrə borcdan həyata keçirildiyinə görə, bərpa da maliyyə sanksiyası üzrə borca olmalı idi.
6. Yuxarıdakı paraqrafda qeyd olunan səhv xx.xx.2015-ci il tarixdə 2015-ci ilin iyun ayı üzrə 610,75 manat azalma əməliyyatı zamanı da təkrarlanmışdır. Belə ki, azaldılmış vergi məbləğinin 321,59 manat hissəsi xx.xx.2015-ci il tarixdə kameral vergi yoxlaması nəticəsində əsassız hesab edilərək bərpa edilsə də, qeyd olunan məbləğ düzgün olmayaraq vergi borcu hissəsinə əlavə edilmişdir. Qoşulma prosesindən sonra xx.xx.2020ci il tarixdə 2020-ci ilin may ayı üzrə verilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsi nəticəsində şəxsi hesab vərəqəsində yaranmış 6.333,26 manat azalma 25505 manat maliyy ə sanksiyası üzrə qalıq borca silinmişdir. Halbuki, yazılma tarixi üzrə şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə cəmiyyətin vergilər üzrə 1098921,70 manat borcu mövcud olmuşdur ki, bu da azaldılmış 6.333,26 manat vergi məbləğinin maliyyə sanksiyası üzrə borcdan silinməsini istisna edir. Qoşulma prosesindən sonra xx.xx.2020-ci il tarixdə edilmiş və maliyyə sanksiyası üzrə qalıq borca aid edilmiş 12.680,98 manat ödənişə münasibətdə, həmin ödəniş edildiyi zaman 25505 manat maliyyə sanksiyası üzrə qalıq borcun 5 illik tələbetmə müddəti ötdüyündən, həmin ödəniş xx.xx.2020-ci il tarixdə şəxsi hesab vərəqəsində tələbetmə müddəti ötməmiş digər borclara aid edilməli idi. Belə ki, xx.xx.2014-cü il tarixdə tətbiq edilmiş 25505 manat maliyyə sanksiyası üzrə tələbetmə müddəti xx.xx.2019-cu il tarixdə bitdiyi halda, şəxsi hesab vərəqəsindən ümidsiz borc kimi silinməmiş və xx.xx.2020-ci il tarixdə edilmiş ödəniş düzgün olmayaraq həmin borca aid edilmişdir. Göründüyü kimi, xx.xx.2014-cü il tarixdə edilmiş 146,09 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 811,62 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 211,49 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 146,09 manat, xx.xx.2015-ci il tarixdə edilmiş 173,66 manat, xx.xx.2015-ci il tarixdə edilmiş 1.320,60 manat ödənişlərin, xx.xx.2015-ci il tarixdə 504,81 manat, xx.xx.2015-ci il tarixdə 610,75 manat azalmaların maliyyə sanksiyası üzrə borca silinməsi qanuni olsa da, xx.xx.2015-ci il tarixdə mövcud olmuş 14.394,54 manat artıq ödəmənin, xx.xx.2020-ci il tarixli 6.333,26 manat azalmanın və xx.xx.2020-ci il tarixli 12.680,98 manat öd ənişin maliyyə sanksiyası üzrə borcun qalıq hissəsinə silinməsi və ƏDV bəyannamələri üzrə azaldılmış vergi məbləğlərinin kameral vergi yoxlamaları nəticəsində bərpa edilmiş 613,06 manat hissəsinin vergi borcları üzrə sətrə əlavə edilməsi qanunsuz olmuşdur. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, "xxxx" QSC-yə 25505 manat maliyyə sanksiyası tətbiq edildikdən sonra şəxsi hesab vərəqəsində 11110,46 manat borcu yaranmışdır. Maliyyə sanksiyası tətbiq edilməmişdən qabaq cəmiyyətin şəxsi hesab vərəqəsində 14.394,54 manat artıq ödəməsi mövcud olmuşdur. "xxxx" QSC ləğv olunmazdan əvvəl şəxsi hesab vərəqəsinə əsasən 3.925,11 manat ləğv edilmiş (ödəniş və ya azalma ilə) və 7185 manat maliyyə sanksiyası İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə işlənmişdir.
8. Göründüyü kimi, heç də iddia ərizəsində qeyd olunduğu kimi, 25505 manat məbləğin tələbetmə müddəti ötürülməmişdir.
9. İddiaçı heç bir əsas olmadan qeyd olunan məbləğin tələbetmə müddətinin keçdiyini iddia edərək dövlət büdcəsinə ödənilmiş olan maliyyə sanksiyasını geri almaq istəmiş və beləliklə, qanunvericiliklə müəyyən edilmiş öhdəliklərinin icrasından boyun qaçırmağa çalışmışdır.
10. Cəmiyyətdə aparılmış səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2014-cü il tarixli **********26992 nömrəli qərara əsasən 25505 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 88.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2020-ci il tarixə maliyyə sanksiyası üzrə məbləğdən 73 25,35 manat borc qalmış və həmin məbləğ "xxxx" MMC-nin (VOEN: **********) şəxsi hesab vərəqəsinə keçirilmişdir. Belə ki, "xxxx" QSC-nin faiz hesablanması üçün şəxsi hesab vərəqəsindən göründüyü kimi, faiz hesablanmayan qrafaya əsasən birləşmə tarixinə, yəni xx.xx.2020-ci il tarixə 7.325,35 manat maliyyə sanksiyasından borcu qalmışdır. Həmin borc isə yeni yaranmış İddiaçı MMC-nin şəxsi vərəqəsinə keçirilmişdir. Belə olan halda, vergi ödəyicisi tərəfindən qeyd olunan ödənişlərin 22.192,95 manat hissəsinin maliyyə sanksiyası üzrə vaxtı keçmiş borc məbləğinə silinməsinə dair iddia əsassızdır. Ekspert rəyi:
11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1442/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbayc an Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Birinci sual: "xxxx" QSC-nin hansı məbləğdə vergi borcu (əsas vergi borcu, faiz borcu və maliyyə sanksiyası ayrılıqda göstərilməklə) "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə köçürülmüşdür? İkinci sual: “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli **********26992 nömrəli qərarla "xxxx" QSC-yə hesablanmış 25505 manat maliyyə sanksiyası "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə köçürülmüşdürmü? Köçürülmüşdürsə, hansı məbləğdə köçürülmüşdür? Həmin məbləğ köçürülmə zamanı maliyyə sanksiyası, faiz borcu, yoxsa əsas vergi borcu kimi köçürülmüşdür? Üçüncü sual: "xxxx" QSC-nin "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə köçürülmüş vergi borcu hansı tarixə yaranmış vergi borcu olmuşdur? Dördüncü sual: "xxxx" QSC və "xxxx" MMC tərəfindən hansı tarixdə edilmiş ödənişlər “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli **********26992 nömrəli qərarla "xxxx" QSC-yə hesablanmış 25505 manat maliyyə sanksiyasına silinmişdir? Həmin ödənişlərin maliyyə sanksiyasına silinməsi düzgün olmuşdurmu?
12. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/9223 saylı ekspert rəyində göstərilmişdir ki, "xxxx" QSC-nin ümumilikdə 47.801,04 manat məbləğində vergi borcu (əsas vergi borcu 31.818,21 manat, faiz borcu 8.657,48 manat və maliyyə sanksiyası 7.325,35 manat olmaqla) "AER Company Qrup” MMC-nin şəxsi hesab vərəqəsinə köçürülmüşdür. Həmin köçürülmüş məbləğin təqdim edilmiş iş materiallarında olan "xxxx" QSC-nin şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixə yaranmış borcu olmuşdur. Eyni zamanda, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli **********26992 nömrəli qərarla "xxxx" QSC-yə hesablanmış 25.505,0 manat maliyyə sanksiyasından 7.325,35 manat məbləğ maliyyə sanksiyası kimi "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə köçürülmüşdür. Həmçinin "xxxx" QSC və "xxxx" MMC tərəfindən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli **********26992 nömrəli qərarla ayrı-ayrı tarixlərdə edilmiş ödənişlərin ümumilikdə məbləği 25.505,00 manat məbləğində olmuşdur. Yəni, həmin qərarla hesablanılmış maliyyə sanksiyasının bütün məbləği ödənilmişdir. Həmçinin qeyd edilir ki, Vergi Məcəlləsinin 85.4 və 88.1-ci maddələrinin tələblərinə, iş materiallarında olan şəxsi hesab vərəqəsi və digər vərəqələrə əsasən həmin ödənişlərin 7.325,35 manat məbləğində olan maliyyə sanksiyası üzrə hissəsi düzgün silinməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Bakı İnzibati Məhkəməsinin xx.xx.202 3-cü il tarixli, 2-1(112)-329/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, "xxxx" QSC-nin şəxsi hesab vərəqəsindən "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə keçirilən tələbetmə müddəti ötmüş maliyyə sanksiyası borcuna silinmiş 7.185,35 manat məbləğində ödənişin iddiaçı "xxxx" MMC-nin şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi orqanı verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan 5 il ərzində tutmaq hüququna malikdir. Bu müddət qurtardıqdan sonra həmin məbləğ vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən ümidsiz borc kimi silinməlidir. Lakin işin mübahisəsiz hallarından (cavabdeh özü də bu halı qəbul etmişdir) məlum olur ki, cavabdeh xx.xx.2014-cü il tarixli **********26992 nömrəli qərara əsasən "xxxx" QSC-yə tətbiq edilən 25505 manat maliyyə sanksiyasının 7.185,35 manat hissəsini 5 il keçdikdən sonra, yəni xx.xx.2019-cu ildə silməmiş, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə keçirmiş, daha sonra isə artıq ödəmə və ödənişlər hesabına silmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, həmin məbləğin, yəni xx.xx.2014-cü il tarixli **********26992 nömrəli qərara əsasən "xxxx" QSC-yə tətbiq edilən 25505 manat maliyyə sanksiyasının tələbetmə müddəti bitməsinə baxmayaraq ödənişlər hesabına silinmiş 7.185,35 manat hissəsinin onun hüquqi varisi "xxxx" MMC-nin şəxsi hesab vərəqəsində artıq ödəm ə kimi bərpa edilməsi hissəsində iddia tələbi əsaslıdır.
15. Həm cavabdehin iddiaya etirazında, həm də ekspert rəyində göstərilən, "xxxx" QSC-nin şəxsi hesab vərəqəsindən "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə keçirilən 7.325,35 manat maliyyə sanksiyasının 140 manat hissəsinə gəldikdə, qeyd edilmişdir ki, "xxxx" QSC-nin şəxsi hesab vərəqəsindən görünür ki, həmin 140 manat maliyyə sanksiyasının 40 manat hissəsi xx.xx.2016-cı il tarixdə hüquqi şəxsin əmlak vergisi ilə bağlı hesabatı təqdim etməməsinə görə, 100 manat hissəsi isə xx.xx.2019-cu il tarixdə aktivlər barədə məlumatın təqdim edilməməsinə görə tətbiq edilmiş maliyyə sanksiyası olmuş və silinmə aparılarkən həmin məbləğ üzrə tələbetmə müddəti keçməmişdir.
16. İddiaçının tələbində göstərdiyi xx.xx.2015-ci il tarixdə mövcud olmuş 14.394, 54 manat artıq ödəmənin 25505 manat maliyyə sanksiyası üzrə borc ilə əvəzləşdirilməsinin qanunsuz olmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, Vergi Məcəlləsinin 85-ci maddəsi vergi orqanı ilə bağlı hesablanmış vergi borcunun 5 il ərzində tutulması hüququnu müəyyən etməklə yanaşı, vergi ödəyicilərinə də vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılması və ya əvəzləşdirilməsini isə vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququ vermişdir. Yəni, xx.xx.2015-ci ildə vergi orqanının əvəzləşdirmə aparması və bu əvəzləşdirilmənin düzgün olmadığı güman edilsə belə, tələbetmə müddəti keç diyindən iddiaçı hazırda (5 il keçdikdən sonra) həmin məbləğin şəxsi hesab vərəqəsinə bərpa edilməsini tələb edə bilməz. xx.xx.2020-ci il tarixli 6.333,26 manat azalmanın və xx.xx.2020-ci il tarixli 12.680,98 manat ödənişin 2014-cü ildə hesablanmış 25505 manat maliyyə sanksiyası üzrə borcun qalıq hissəsinə silinməsinə gəldikdə, həm iş materialları, həm də ekspert rəyi ilə müəyyən edilir ki, həmin maliyyə sanksiyasında cəmi 7.185,35 manat hissəsi xx.xx.2020-ci il tarixə mövcud olmuş və "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə keçirilmişdir. Buna görə də, həmin məbləğlər "xxxx" QSC-nin xx.xx.2014-cü il tarixli vergi borcu üzrə deyil, digər vergi borcları ilə bağlı silindiyindən və həmin borclara dair tələbetmə müddətinin keçməsi iş üzrə müəyyən edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia qa lan hissədə təmin edilməməlidir.
17. İddiaçı və cavabdeh həmin qərardan apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsini, iddiaçı iddianın tam təmin edilməsini, cavabdeh iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 2-1(103)-449/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşmışdır.
20. İddiaçı və cavabdeh ayrı-ayrılıqda həmin qərardan kassasiya şikayətləri verərək qərarın ləğv edilməsini, iddiaçı iddianın rədd edilən hissədə təmin edilməsini, cava bdeh iddianın rədd ilə bağlı yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir.
22. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını iddiaya qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. Kassasiya şikayətlərinə yazılı etirazlar təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsin ə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də şikayətlər mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdeh vergi orqanı, rədd edilmiş hissəsində isə iddiaçı tərəfindən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Şikayətlər aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə apellyasiya şikayətlərinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri o lan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiya məhkəməsi iddianın və iddiaya qarşı etirazın əsasları ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
31. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh vergi orqanı tərəfindən iddiaçı cəmiyyətdə aparılmış səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2014-cü il tarixli **********26992 nömrəli qərar qəbul edilərək 25505 manat maliyyə sanksiyası tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixə qeyd edilən maliyyə sanksiyası məbləğindən 7325,35 manat borc qalmış və həmin məbləğ "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə keçirilmişdir. Şəxsi hesab vərəqələri birləşdirilərkən ləğv edilən “AER Company" QSC-nin (VÖEN **********) 8657,48 manat faiz borcu "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə faiz borcu kimi deyil, maliyyə sanksiyası kimi keçirilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Vergi Məcəlləsində müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir. Vergi o rqanı verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan 5 il ərzində tutmaq hüququna malikdir. Bu müddət qurtardıqdan sonra həmin məbləğ vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən ümidsiz borc kimi silinməlidir.
33. Cavabdeh vergi orqanı xx.xx.2014-cü il tarixli **********26992 nömrəli qərarla "xxxx" QSC-yə tətbiq olunan 25505 manat maliyyə sanksiyasının ödənilməmiş qalan 7185,35 manat hissəsini 5 il müddət keçdikdən sonra silməli olduğu halda, bunu etməmiş, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə keçirmiş, daha sonra isə artıq ödəmə və ödənişlər hesabına silmişdir. Belə olan halda, həmin 7185,35 manat məbləğ onun hüquqi varisi İddiaçı MMC-nin şəxsi hes ab vərəqəsində artıq ödəmə kimi bərpa edilməlidir.
34. Apellyasiya instansiyası məhkəməsi, həmçinin iddianın təmin edilməyən hissəsinə münasibətdə düzgün olaraq qeyd etmişdir ki, vergi ödəyiciləri vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılması və ya əvəzləşdirilməsini isə vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququ vardır. İddia olunan məbləğ üzrə tələbetmə müddəti keçdiyindən həmin məbləğ şəxsi hesab vərəqəsinə bərpa edilə bilməz.
35. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətlərin təmin olunması üçün əsaslar yoxdur.
36. Yux arıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-449/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.