Məhkəmə qərarları › İş №2-1(102)-1449/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1449/2025

21.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1449/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması; torpaq sahəsinin bir hissəsinin ümumi istifadədə olan yol ilə üst-üstə düşməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs İsmayıllı rayonu Talıstan Bələdiyyəsi) qarşı “İsmayıllı rayonu Talıstan Bələdiyyəsinin 22 iyul 2011-ci il tarixli, 10 saylı qərarı ilə satılmış 0.12 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeyd edilməsi və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(107)-92/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qə rarı qəbul etdi. İşin halları

1. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin xx.xx.2011ci il tarixli məktubuna əsasən İsmayıllı rayonu, Talıstan kənd sakini İddiaçı həyətyanı məqsədilə bələdiyyə mülkiyyətində olan yaşayış məntəqəsi torpağından 0,12 ha torpaq sahəsinin satılmasına etiraz edilməmişdir.

2. İsmayıllı rayonu Talıstan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 10 saylı protokolundan çıxarışdan görünür ki, Talıstan kənd sakini İddiaçı fərdi yaşayış evi tikmək üçün 0,12 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə ərizəsi nəzərə alınaraq ona bələdiyyənin yaşayış məntəqəsi sahəsindən 0,12 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır.

3. İddiaçı tərəfindən torpaq sahəsinin dəyəri olan 960 manat pul xx.xx.2011-ci il tarixdə bələdiyyənin bank hesabın a ödənilmişdir.

4. Eləcə də, iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A seriyalı 365682 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanmış və X7 kitabında xx.xx.2011-ci il tarixdə 5202 nömrə ilə uçota alınmışdır.

5. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, torpaq sahəsinin ayrılması barədə İsmayıllı rayonu Talıstan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 10 saylı qərarı qanunvericiliyin tələblərinə cavab vermir. 01 dekabr 2007-ci il tarixdən bələdiyyə alqı-satqı predmeti olan torpaq sahəsi üzərində öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra alqı-satqı edə bilərdi. İş üzr ə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu Talıstan Bələdiyyəsinin 22 iyul 2011-ci il tarixli, 10 saylı qərarı ilə satılmış 0.12 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeyd edilməsi və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İsmayıllı rayonu Talıstan kəndində doğulmuşdur və hazırda həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. Həyətyanı torpaq sahəsi əldə etmək üçün İsmayıllı rayonu Talıstan Bələdiyyəsinə müraciət etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi 20 iyul 2011-c i il tarixli, 385 nömrəli məktubla İsmayıllı rayonu Talıstan Bələdiyyəsinin 12 iyul 2011-ci il tarixli, 76 nömrəli məktubuna cavab olaraq iddiaçıya həyətyanı məqsədilə bələdiyyə mülkiyyətində olan yaşayış məntəqəsi torpağından 0,12 hektar torpaq sahəsi satılmasına etiraz etmədiyi bildirilmiş, bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemindən çıxarış tərtib edilmişdir. İsmayıllı RİH-nin Memarlıq və Tikinti şöbəsi 18 mart 2008-ci il tarixli, 120 nömrəli məktubla İsmayıllı rayonu Talıstan Bələdiyyəsinin 04 fevral 2008-ci il tarixli, 04 nömrəli məktubuna cavab olaraq şəhərin perspektiv inkişaf fondu torpağından 0,12 hektar torpaq sahəsi satılmasına etiraz etmədiyi bildirilmişdir. İsmayıllı rayonu Talıstan Bələdiyyəsinin 22 iyul 2011-ci il tarixli, 10 saylı qərarı ilə Talıstan B ələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqəsi torpağından 0,12 hektar torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədilə iddiaçıya satılmışdır. Satılmış torpaq sahəsinin haqqı olaraq 960 manat məbləğdə pulu xx.xx.2011-ci il tarixdə "xxxx" ASC İsmayıllı filialı vasitəsilə İsmayıllı rayonu Talıstan Bələdiyyəsinin hesabına ödəmişdir. Həmin torpaq sahəsinin satılmasına dair Bələdiyyənin nümayəndəsi Süleymanov Mahmud və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin müdiri X3 iştirakı ilə 22 iyul 2011-ci il tarixli akt tərtib edilmiş, imzalamaqla möhürlərlə təsdiq edilmiş, torpaq şöbəsində 22 iyul 2011-ci il tarixdə, 300 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi A 365682 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlamış, Dövlət Torpaq və Kadastr Kit abında xx.xx.2011-ci il tarixdə 5202 nömrə ilə uçota alındığı göstərilmişdir.

8. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, İsmayıllı rayonu, X1 Teymur Mirsahab oğluna 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair xx.xx.2011ci il tarixli, 10 saylı qərarı “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il, 466- saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun, həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2011-ci il, 271 saylı sərəncamından irəli gələn tələblərə cavab vermir.

9. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-4665/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayonu Talıstan bələdiyyəsinin 22 iyul 2011-ci il tarixli, 10 saylı qərarı ilə iddiaçıya satılmış A seriyalı 365682 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş 0,12 hektar həyətyanı torpaq sahəsi kompleks yerquruluşu xəritəsinə (DWG) və X4 X6 (TEKUİS) əsasən İsmayıllı rayon Talıstan kənd inzibati ərazi dairə sərhədi daxilində kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla uqodiyası kollu örüş olan ərazidə yerləşir. Faktiki olaraq torpaq sahəsi həyətyanı torpaq sahəsi kimi istifadə olunur. A seriyalı 365682 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş 0,12 hektar həyətyanı torpaq sahəsi ilə iddiaçının faktiki naturada istifadəsində olan 0,187 hektar torpaq sahəsi 0,0998 hektar (998 kv.m) hissədə üst-üstə düşür. İsmayıllı rayonu Talıstan bələdiyyəsinin 22 iyul 2011-ci il ta rixli, 10 saylı qərarı ilə iddiaçıya satılmış A seriyalı 365682 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,0198 hektar (198 kv.m) hissəsi faktiki naturada yola düşür.

10. Şəki İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(116)-137/2024 nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddiaçıya ayrılan torpaq sahəsinə bitişik torpaq sahələrinin sənədləri araşdırılmışdır. İddia olunan torpaq sahəsi iki tərəfdən kənd təsərrüfatı təyinatlı torpaqlarla əhatə olunmuş, digər iki tərəfdən isə kənd təsərrüfatı təyinatlı yola çıxışı vardır. Yaşayış məntəqəsi təyinatlı torpaq sahələri ilə bitişik deyildir.

12. İddiaç ı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 yanvar 2025-ci il tarixli, 2-1(107)-92/2025 nömrəli qərarı ilə (hakimlər: V.Məlikov – məruzəçi, T.Həsənov və R.Rəfiyev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(116)-137/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia qismən təmin edilmiş, cavabdehin üzərinə İsmayıllı rayonu Talıstan bələdiyyəsinin 22 iyul 2011-ci il tarixli, 10 saylı qərarı ilə iddiaçıya satılmış 0,12 ha torpaq sahəsinin 0,1002 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuş, iddia İsmayıllı rayonu Talıstan bələdiyyəsinin 22 iyul 2011-ci il tarixli, 10 saylı qərarı ilə iddiaçıya satılmış 0,12 ha torpaq sahəsinin yola düşən 0,0198 ha hissəsində təmin edilməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya İsmayıllı rayonu Talıstan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 10 saylı qərarına əsasən 0,12 ha torpaq sahəsi satılmışdır. Həmin dövrdə dövlət mülkiyyətində olan torpaqlardan düzgün istifadə və torpaqların qorunmasına dövlət nəzarətini həyata keçirən orqan olan DTXK İsmayıllı rayon şöbəsi rəy verərək, sözügedən torpaq sahəsinin kənd təsərrüfatına yararsız olduğunu bildirmişdir. Hazırkı iş ü zrə cavabdeh orqan verdiyi mütəxəssis rəyində isə torpaq sahəsinin İsmayıllı rayon Talıstan kənd inzibati ərazi dairə sərhədi daxilində kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla uqodiyası kollu örüş olan ərazidə yerləşdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası həmin mütəxəssis rəyini mötəbər hesab etməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən onun üzərinə düşən vəzifələr yerinə yetirilmiş, yəni, torpaq sahəsinin ayrılmasına dair ərizə ilə bələdiyyəyə müraciət edilmiş və torpaq sahəsinin dəyəri ödənilmişdir. Həmçinin iddiaçının ərizəsi əsasında inzibati orqan tərəfindən qərar verilmiş, alqı-satqı aktı tərtib edilmiş və DTXK-nin İsmayıllı şöbəsi tərəfindən rəy verilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməyən hissəsi ilə bağlı göstərmişdir ki, cavabd eh orqan verdiyi mütəxəssis rəyinə əsasən İsmayıllı rayonu Talıstan bələdiyyəsinin 22 iyul 2011-ci il tarixli, 10 saylı qərarı ilə iddiaçıya satılmış A seriyalı 365682 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,0198 hektar (198 kv.m) hissəsi faktiki naturada yola düşür. Belə olan halda, iddia tələbi iddiaçıya satılmış 0,12 hektar həyətyanı torpaq sahəsinin ölçüsü 0,0198 hektar olmaqla yola düşən hissədə əsassızdır.

16. İddiaçı həmin qərarın iddianın təmin edilməyən hissəsindən kassasiya şikayəti verərək qərarın həmin hissədə ləğv edilməsi və iddianın 0,0198 ha hissədə də təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

17. Kassa siya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

18. Kassator əlavə olaraq göstərmişdir ki, cavabdeh orqan torpaq sahəsinin yerləşmə vəziyyətini və koordinatlarını “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818 nömrəli Fərmanına əsasən yaradılmış X4 X5 mövcud olan uyğunsuzluqları (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında X2 X5 (TEKUİS-də) aradan qaldırılmasının mümkün olduğu halda bunu etməmişdir.

19. Bundan başqa, cavabdeh orqan verdiyi mütəxəssis rəyində göstərilmişdir ki, İsmayıllı rayonu Talıstan bələdiyyəsinin 22 iyul 2011-ci il tarixli, 10 saylı qərarı ilə iddiaçıya satılmış A seriyalı 365682 nömrəli “Torpaq sahə sinin planı və ölçüsü” sənədində göstərilmiş 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,0198 hektar (198 kv.m) hissəsi faktiki naturada yola düşür. Məhkəmə kollegiyası bir tərəfdən iddianı 0,0198 hektar (198 kv.m) hissədə rədd edərkən cavabdeh orqanın verdiyi mütəxəssis rəyinə istinad etmiş, digər tərəfdən isə qərarının 29-cu bəndində cavabdeh orqanın verdiyi mütəxəssis rəyini mötəbər hesab etməmişdir. Məhkəmə öz gəldiyi nəticənin əsassız olduğunu qərarda elə özü qeyd etmişdir. Beləliklə, Şəki Apellyasiya Məhkəməsi tərəfindən (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci, 16.1-ci, 23.1-ci və 23.2-ci maddələri və Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələri) maddi hüquq normasının tətbiqində səhvə yol verilmiş və iddiaçının hüququnun pozulması ilə nəti cələnən qanunsuz qərar qəbul edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquql arın dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səl ahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə....

22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ...

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, su tutarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.... Maddə

86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri...

2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz....

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmas ının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

24. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin edilməyən hissəsində yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq müna sibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı İsmayıllı rayonu Talıstan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 10 saylı qərarı ilə ona ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir.

29. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı ilə iddiaçının iddiası qismən – torpaq sahəsinin 0,1002 ha hissəsinə münasibətdə təmin edilmişdir. İddianın təmin edilən hissəsindən kassasiya şikayəti verilmədiyindən həmin hissə hazırkı iş üzrə kasasiyanın predmetini təşkil etmir.

30. Apellyasiya instansiyası məhkəməsi iddianı torpaq sahəsinin 0,0198 ha hissəsinə münasibətdə təmin etməmiş və gəldiyi nəticəni torpaq sahəsinin yola düşməsi ilə əsaslandırmışdır.

31. İddiaçı da məhz torpaq sahəsinin 0,0198 ha hissəsinə dair apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instan siyası məhkəməsi iddianın təmin edilən hissəsi ilə bağlı cavabdehin mütəxəssis rəyini mötəbər hesab etməsə də, iddianın rədd edilən hissəsində məhz həmin mütəxəssis rəyinə istinad etmişdir.

32. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mütəxəssis rəyində göstərilənlərə əsasən iddiaçının adına verilmiş A seriyalı 365682 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0,12 ha həyətyanı torpaq sahəsi kompleks yerquruluşu xəritəsinə (DWG) və X4 X6 (TEKUİS) əsasən İsmayıllı rayon Talıstan kənd inzibati ərazi dairə sərhədi daxilində kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla uqodiyası kollu örüş olan ərazidə yerləşir. Apellyasiya instansiyası məhkəməsi mütəxəssis rəyini torpaq sahəsinin kateqoriyası (uqodiyası) ilə bağlı hissəsində mötəbər hesab etməmiş və göstərmişdir ki, həmin dövrdə dövlət mülkiyyətində olan torpaqlardan düzgün istifadə və torpaqların qorunmasına dövlət nəzarətini həyata keçirən orqan olan DTXK İsmayıllı rayon şöbəsi rəy verərək, sözügedən torpaq sahəsinin kənd təsərrüfatına yararsız olduğunu bildirmişdir.

33. Lakin apellyasiya instansiyası məhkəməsi torpaq sahəsinin 0,0198 ha hissəsinin yola düşməsi ilə bağlı mütəxəssis rəyində göstərilənləri qəbul etməkdə qanunsuzluğa yol verməmişdir. Torpaq sahəsinin 0,0198 ha hissəsinin yola düşməməsi ilə iddiaçı tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Eləcə də, qeyd edilən mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinin naturada faktiki yoxlanılması iddiaçıya DTXK İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş A seriyalı 365682 nömrəli “Torpaq sahəsinin pla nı və ölçüsü” sənədindəki koordinatlar əsasında həyata keçirilmişdir.

34. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən istər yerli əhəmiyyətli, istərsə də, təsərrüfatdaxili yollar ümumi istifadədə olan torpaqlara aiddir və ümumi istifadədə olan torpaqlar alqı-satqı obyekti ola bilməz.

35. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddia tələbinin 0,0198 ha hissədə əsassız olması qənaətinə gəlmişdir. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kass asiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(107)-92/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar