Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-145/2020 07.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: hərraca görə ödənilmiş məbləğin geri qaytarılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X8, vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (bundan sonra 1-ci cavabdeh)və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (bundan sonra 2-ci cavabdeh) qarşı “ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2272/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli qərarından 2-ci cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 7 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: 1-ci cavabdehin 03.02.2017-ci il tarixli, 20 nömrəli sərəncamından çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanda yerləşən Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan ümumi faydalı sahəsi 22,2 kv metr qeyriyaşayış sahəsinin özəlləşdirmə planı təsdiq edilmişdir, qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinin müəssisə (obyekt) haqqında məlumatlar “Mülkiyyət” qəzetində dərc edildikdən azı 30 gün sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada hərrac vasitəsilə həyata keçirilməsi barədə sərəncam verilmişdir. 1-ci cavabdehin kiçik dövlət müəssisələrinin (obyektlərin, daşınar əmlakın, yarımçıq tikilinin), torpaq sahəsinin, nəqliyyat vasitəsinin özəlləşdirilməsi üzrə keçirilən hərraclarda iştirak etmək üçün sifarişinə əsasən iddiaçı 22,2 kv metr qeyri-yaşayış sahəsini almaq üçün hərracda iştirak etmək niyyətini və bunun üçün 2.000 manat beh ödədiyini bəyan etmişdir. 09/02 nömrəli, 07.03.2017-ci il tarixli hərrac protokoluna əsasən 22,2 kv metr qeyriyaşayış sahəsi satış hərracında qalib iddiaçı ol muşdur, hərrac 1-ci cavabdeh tərəfindən keçirilmişdir 07 nömrəli, 20 aprel 2017-ci il tarixli qəbzə əsasən qəbzdə göstərilən bank hesabına iddiaçı tərəfindən 18.000 manat ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2106/2018 nömrəli, 28.09.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 03.02.2017-ci il tarixli, 20 nömrəli sərəncamı ləğv edilmişdir, həmin qərar sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası tərəfindən 20.02.2019-cu il tarixli, 2-1(102)-469 /2019 nömrəli qərarla qismən ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 20 nömrəli, 03.02.2017-ci il tarixli sərəncamı qismən, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə ləğv edilmişdir. 1-ci cavabdehin iddiaçıya ünvanlanmış 11.04.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. 2-ci cavabdehin 22.04.2019-cu il tarixli məktubuna əsasən 1-ci cavabdehin 03.02.2017-ci il tarixli, 20 nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi planı təsdiq edilmiş və qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərrac vasitəsi ilə həmin qeyriyaşayış sahəsinin satışının təşkil olunması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.02.2019-cu il tarixli, 2-1(102)-469/2019 nömrəli qərarı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin 03.02.2017-ci il tarixli, 20 nömrəli sərəncamı qismən, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə ləğv edilmişdir. Eyni zamanda Ali Məhkəmənin 20.02.2019-cu il tarixli qərarında iddiaçı tərəfindən ödənilən vəsaitin qaytarılması ilə bağlı hər hansı tələb (öhdəlik) nəzərdə tutulmamışdır. İddiaçı 2 may 2019-ci il tarixdə cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,1-ci cavabdehin 03.02.2017-ci il tarixli, 20 nömrəli sərəncamı ilə özəlləşdirilməyə çıxarılmış 22,2 kv.m qeyri-yaşayış sahəsinin açıq hərracdan əldə etməyə görə ödədiyi 20.000 manat pul vəsaitinin ona qaytar ılması vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hərracda əldə etdiyi qeyri-yaşayış sahəsinin dəyəri 20.000 manat olduğundan 20.04.2017-ci il tarixdə ƏMDK-ya əlavə 18.000 manat vəsait ödəmişdir və 03.06.2017-ci il tarixdə adı çəkilən qeyri-yaşayış sahəsinə görə ona reyestrdən çıxarış verilmişdir. Bununla belə göstərilən qeyri-yaşayış sahəsinə faktiki sahiblik edən X5 1 saylı İnzibati-İqtisadi Məhkəməsində Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı qeyri-yaşayış sahəsinin özəlləşdirilməyə çıxarılmasına dair sərəncamın ləğv edilməsi tələbi ilə iddia qaldırmışdır. İddia tələbi məhkəmə tərəfindən rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi həmin qərarı ləğv etmişdir, Azərbaycan Respublikasının Ali Məh kəməsi isə qərarı qismən ləğv etmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 03.02.2017-ci il tarixli, 20 nömrəli sərəncamını qeyriyaşayış sahəsinə münasibətdə ləğv etmişdir. İddiaçı bu səbəbdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edərək açıq hərracdan əldə etdiyi daşınmaz əmlaka görə dövlət büdcəsinə ödədiyi 20000 manat məbləğində pul vəsaitinin qaytarılmasını xahiş etmişdir. Hər iki cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. 1-ci cavabdeh iddia tələbinə yazılı münasibətində bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvandakı 9 mərtəbəli binada yerləşən 16 kv.m. qeyri-yaşayış sahəsinin hərrac yolu ilə özəlləşdirilməsinə dair 03.02.2017-ci il tarixli, 20 nömrəli sərəncam verilmiş və qeyri-yaşayış sahəsi hərracda iddiaçı tərəfindən satın alınmışdır. Daha sonra X1 iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş qərarla 03.02.2017-ci il tarixli, 20 nömrəli sərəncam Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə ləğv edilmişdir. İddiaçı tərəfindən qeyd edilən qeyri-yaşayış sahəsi özəlləşdirilərkən onun dəyəri dövlət büdcəsinə ödənilmişdir. İddiаçı tərəfindən özəlləşdirilmiş əmlaka görə ödənilmiş pul vəsaiti dövlət büdcəsindən ona qaytarıla bilər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(82)-2258/2019 saylı iş) 4 iyul 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 1-ci cavabdehin 03.02.2017-ci il tarixli, 20 nömrəli sərəncamı ilə özəlləşdirilməyə çıxarılmış Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanda yerləşən ümumi faydalı sahəsi 22,2 kv.m qeyriyaşayış sahəsinin açıq hərracdan əldə etməyə görə ödədiyi 20.000 manat pul vəsaitinin qaytarılması vəzifəsi cavabdehlərə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən iddiaçının 20.000 manat məbləğində dəyərini dövlət büdcəsinə ödədiyi əmlakın özəlləşdirilməyə çıxarılması barədə 1-ci cavabdehin sərəncamı iddiaçıdan asılı olmayan səbəblərdən və iddiaçının təqsiri olmadan ləğv olunduğu üçün əmlak iddiaçının mülkiyyətinə verilməmişdir, bu səbəbdən də ödədiyi pul dövlət büdcəsindən ona qaytarılmalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 iyul 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X6-məruzəçi, X3 və X4, 2-1(103)-2272/2019 saylı iş) 17 sentyabr 2019-cu il tarixli qərarla 2-ci cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. 2-ci cavabdeh 28 oktyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı”nın 13-cü bəndinə əsasən, özəlləşdirmədən əldə olunmuş pul vəsaitinin Azərbaycan Respublikasının dövlət büdc əsinə daxil olması və bu vəsaitdən 25%-inin Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına ayrılması yazılıb. Bu o deməkdir ki, həmin vəsaitin dövlət büdcəsində qalan hissəsi 75 %-i təşkil edir və qərarda qeyd olunan iddia tələbindəki məbləğin dövlət büdcəsindən qaytarılmasının 2-ci cavabdehin vəzifəsi olması yanlış fikirdir. Eyni zamanda sözügedən Fərmanın qeyd olunan müddəası hər hansı bir orqanın səhv hərəkəti nəticəsində dövlət büdcəsinə tutulmanın yönəldilməli olduğu anlamına gəlməməlidir. İş materiallarından tam aydın olaraq görünür ki, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibətləri olmadığından və Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı ziyan vurulmadığından iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin 2-ci cavabdehə və dövlət büdcəsinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. tərəflərin izahatları: 2-ci cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı və birinci cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişd ir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). 2-ci cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İşin mübahisə olunmayan hallarına görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 03.02.2017-ci il tarixli, 20 nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal ra yonu, İnşaatçılar prospekti, 12/26 ünvanda yerləşən Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan ümumi sahəsi 22,2 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi planı təsdiq edilmişdir. Sahənin özəlləşdirilməsi barədə məlumatlar “Mülkiyyət” qəzetində dərc olunduqdan 30 gün sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada hərrac ilə sahənin satışının təşkil olunması qərara alınmışdır. Adı çəkilən qeyriyaşayış sahəsinin hərraca çıxarılması barədə məlumatı kütləvi informasiya vasitəsində əldə etdikdən sonra onu əldə etmək məqsədi ilə iddiaçı 07.02.2017-ci il tarixdə keçirilən hərracda iştirak etmək üçün 10% beh ödənişini (2.000 manat) 01.03.2017-ci il tarixdə onlayn qaydada ödəmişdir. İddiaçı 07. 03.2017-ci il tarixdə keçirilən açıq hərracda qalib elan olunmuş və bu barədə eyni tarixli 09/02 nömrəli hərrac protokolu tərtib olunmuşdur. Hərracda əldə etdiyi qeyri-yaşayış sahəsinin dəyəri 20.000 manat olduğundan 20.04.2017-ci il tarixdə Komitəyə əlavə 18.000 manat vəsait ödəmiş, 03.06.2017-ci il tarixdə adı çəkilən qeyri-yaşayış sahəsinə görə iddiaçıya reyestrdən çıxarış verilmişdir. Bununla belə, göstərilən qeyri-yaşayış sahəsinə faktiki sahiblik edən X5 1 saylı İnzibatiİqtisadi Məhkəməsində Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı qeyri-yaşayış sahəsinin özəlləşdirilməyə çıxarılmasına dair sərəncamın ləğv edilməsi tələbi ilə iddia qaldırmışdır. Yekunda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 20 fevral 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respu blikası Əmlak Məsələləri Dövlət Komitəsinin 03.02.2017-ci il tarixli, 20 nömrəli sərəncamı qeyri-yaşayış sahəsinə münasibətdə ləğv edilmişdir. Odur ki, iddiaçı cavabdehlərə müraciət edərək açıq hərracdan əldə etdiyi daşınmaz əmlaka görə dövlət büdcəsinə ödədiyi 20.000 manat məbləğində pul vəsaitinin ona qaytarılmasını xahiş etmiş, cavabdeh bundan imtina etdiyindən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul ed ilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi-dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydaları”nın 1 -ci bəndinə əsasən, bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Həmin Qaydaların 4-cü bəndinə əsasən, ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə köçürülür. Həmin Qaydaların 8-ci bəndinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 8.22-ci bəndinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin d övlət büdcəsindən qaytarılmasını həyata keçirmək cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vəzifələrinə aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə, alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edil mədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən, kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, qeyri-yaşayış sahəsinin hərrac yolu ilə özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 03.02.2017-ci il tarixli, 20 nömrəli sərəncam verilmiş və qeyri-yaşayış sahəsi hərracda iddiaçı tərə findən satın alınmışdır. Daha sonra qanuni qüvvədə olan məhkəmə qərarı əsasında hərracın keçirilməsini nəzərdə tutan sərəncam ləğv edilmişdir. İddiаçı özəlləşdirilmiş əmlaka görə pul vəsaitini dövlət büdcəsinə köçürmüşdür, hərracın keçirilməsinə dair sərəncam ləğv edildiyindən, əmlak iddiaçıya təqdim edilmədiyindən tərəflərin əvvəlki vəziyyəti bərpa edilməli, iddiaçının ödədiyi pul vəsaiti ona qaytarılmalıdır. Ödənilmiş vəsaitin dövlət büdcəsindən qaytarılması ilə bağlı hazırki iş üzrə haqlı olaraq Maliyyə Nazirliyi də cavabdeh qismində göstərilmişdir. İddiaçının pul vəsaitinin 25 faizinin Əmlak Məsələləri Dövlət Komitəsinə, qalan 75 faizinin dövlət büdcəsinə ödəməsi, iddia tələbindəki məbləğin dövlət büdcəsindən qaytarılmasının Maliyyə Nazirliyinin vəzifəsinə daxil olmasının yanlış olması barədə şikayətin dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 13.1-ci bəndində qeyd edilir ki, özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur (13.2-ci bənd). Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili müəssisələrin özəlləşdi rməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Qeyd edilən normaya əsasən qətnamə icra edilərkən ödənilmiş 20.000 manatın 25 % hissəsi Əmlak Məsələləri Dövlət Komitəsindən, qalan 75 % hissəsi isə Maliyyə Nazirliyindən alınmalıdır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılar kən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2272/2019 saylı, 17 sentyabr 2019-cu il tar
Məhkəmə qərarları › İş №2-1(102)-145/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-145/2020
07.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver