Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-145/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması, dövlət orqanları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanın da Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-721/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
3. Cavabdeh 2019-cu il 25 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, qanunvericiliyə əsasən dövlət qulluqçusunun əmək pens iyasının hesablanması üçün dövlət məvacibinin tərkibində hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq və mükafatlar bu barədə qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayışın əsasında hesablanır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilə qədər Sumqayıt şəhər XDS İK-nın Kommunal Təsərrüfat İdarəsində böyük texnik və mühəndis, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilə qədər Azərbaycan SSR Mənzil-kommunal Təsərrüfatı Nazirliyi X2 Bürosunda mühəndis, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilə qədər Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Rayonlararası Texniki İnventarlaşdırma Bürosunda mühəndis, xx.xx.1989-cu ildən xx.xx.1999-cu ilə qədər Mənzil Kommunal Təsərrüfatı Komitəsinin Baş X3 və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində şöbə rəisi, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə qədər Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində mühəndis, mütəxəssis, şöbə müdiri işlədiyi dövrlərin dövlət qulluğu stajına daxil edilməklə pensiyasının hesablanması üçün əsas götürülən dövr üçün dövlət qulluğunda iş stajı 15 ildən çox olduğundan qulluq stajına görə 30 faiz əlavə haqq, hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində verilən əlavə haqq nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən pensiyasının yenidən hesablanmaqla yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 5. 2 saylı Bakı İnziba ti-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)1876/2019 saylı qərarı ilə (hakim T.Əsədova) iddia təmin edilərək İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilə qədər Sumqayıt şəhər XDS İK-nın Kommunal Təsərrüfat İdarəsində böyük texnik və mühəndis, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilə qədər Azərbaycan SSR Mənzil-kommunal Təsərrüfatı Nazirliyi X2 Bürosunda mühəndis, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilə qədər Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Rayonlararası Texniki İnventarlaşdırma Bürosunda mühəndis, xx.xx.1989-cu ildən xx.xx.1999-cu ilə qədər Mənzil Kommunal Təsərrüfatı Komitəsinin Baş X3 və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində şöbə rəisi, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə qədər Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsin də mühəndis, mütəxəssis, şöbə müdiri işlədiyi dövrləri dövlət qulluğu stajına daxil edilməklə pensiyasının hesablanması üçün əsas götürülən dövr üçün dövlət qulluğunda iş stajı 15 ildən çox olduğundan qulluq stajına görə 30 faiz əlavə haqq, hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faiz məbləğində verilən əlavə haqqın nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən pensiyasının yenidən hesablanıb, yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun müddəalarına əsasən iddiaçının 1976-cı il 5 oktyabr tarixdən 2005-ci il 30 avqust tarixədək işlədiyi dövr dövlət qulluğu stajına daxil edilir.
7. Cavabdeh apelyasiya şikayəti verərək məhkəmənin qəra rının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Yuxarı instansiyası məhkəmələrindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-1644/2019 saylı qərarı ilə (hakimlər S.Seyidova (sədrlik edən və məruzəçi), V.Məmmədov və İ.Əhmədov) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2-1(81)-1876/2019 saylı qərarı ləğv edilərək, iddia təmin edilməmişdir.
9. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “iddiaçının işlədiyi Mənzil Kommunal Təsərrüfatı Komitəsinin Baş X3 və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi (əvvəlki adı Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi X2 Bürosu) «“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq e dilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət orqanlarının təsnifat siyahısında qeyd edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 sentyabr tarixli 290 saylı Fərmanı ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı» təsdiq edilmişdir. Qeyd edilən Siyahıya əsasən iddiaçının dövlə t qulluğu vəzifəsi hesab etdiyi vəzifələr inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən vəzifələrə aid deyildir. Beləliklə, iddiaçının dövlət qulluğu vəzifəsi hesab etdiyi vəzifə dövlət qulluğu vəzifəsi hesab edilmədiyindən həmin müddət onun dövlət qulluğu stajına hesablana bilməz”.
10. Həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(102)-3165/2019 saylı qərarı ilə (hakimlər İ.Hüseynov (sədrlik edən və məruzəçi), N.Rəsulbəyova və Z.Quliyev) təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
11. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi idd iaçının işlədiyi qurumların dövlət orqanlarının təsnifat siyahısında qeyd edilmədiyi, iddiaçının dövlət qulluğu vəzifəsi hesab etdiyi vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən vəzifələrə aid olmadığı qənaətinə gələrkən iddiaçının qeyd etdiyi orqanların və vəzifələrin hüquqi statusuna və funksional təyinatına dair işin hallarını (o cümlədən, həmin qurumların fəaliyyətini tənzimləyən hüquqi aktların müddəaları nəzərə alınmaqla) İPM-in 12-ci maddəsinin müddəalarının tələblərinə uyğun olaraq araşdırmamışdır.
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1 (103)-721/2020 nömrəli qərarı ilə (hakimlər H.Həmidov (sədrlik edən və məruzəçi), E.Nağıyeva, V.Baxışova) apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1876/2019 saylı qərarı İddiaçı hakimiyyət səlahiyyətlərinin icrasına görə ona aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq verilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş və qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1976-cı ildən xx.xx.2005-ci ilə qədər işlədiyi Sumqayıt şəhər XDS İK-nın Kommunal Təsərrüfat İdarəsində böyük texnik və mühəndis, Azərbaycan SSR Mənzil-kommunal Təsərrüfatı Nazirliyi X2 Bürosunda-mühəndis, Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Rayonlararası Texniki İnventarlaşdırma Bürosunda-mühəndis, Mənzil Kommunal Təsərrüfatı Komitəsinin Baş X3 və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsind ə-şöbə rəisi, Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində-mühəndis, mütəxəssis, şöbə müdiri işlədiyi orqanlar dövlət orqanları, vəzifələr isə dövlət qulluğu vəzifəsidir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının dövlət qulluğunda iş stajının 15 ildən çox olduğu qənaətinə gəlib ona qulluq stajına görə 30 faiz əlavə haqq verilməklə bağlı mövqeyində əsaslıdır. Lakin iddiaçının əmək fəaliyyəti dövründə çalışdığı vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nın 4.3-cü bəndində nəzərdə tutulmadığından birinci instansiya məhkəməsinin qərarı iddiaçının hakimiyyət səlahiyyətlərinin icrasına görə ona aylıq vəzifə maaşının 15 faiz məb ləğində əlavə haqq verilməsi hissəsində əsassızdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri 15.1. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Məhkəmə iddiaçının xx.xx.1976-xx.xx.2005-ci illər ərzində işlədiyi vəzifələri “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin i nzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2005-ci il tarixli 290 nömrəli Fərmanının 1.15-1.17-ci və 2.13-cü bəndlərinə səhv uyğunlaşdırmışdır. 15.2. İşdə olan Azərbaycan Respublikasının Prezidenti yanında X7 üzrə Komissiyanın 01/xx-xx/0418 saylı rəyində qeyd edilmişdir: “Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi müvafiq sahə üzrə idarəetmə və nəzarət funksiyalarını həyata keçirdiyini nəzərə alaraq, həmin İdarənin mərkəzi aparatında, o cümlədən şəhərsalma kadastrı şöbəsində işləyən və dövlət büdcəsindən maaş alan şəxslərə dövlət qulluqçusu statusu şamil edilir”. Rəydən də göründüyü kimi Komissiya konkret olaraq dövlət büdcəsindən maaş alan şəxslərə dövlət qulluqçusu statusunu şamil etmişdir. Məhkəmə isə iddiaçının dövlət büdcəsindən maaş alıbalmadığını araşdırmamışdır. 15.3. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2002-ci il tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2004-cü il tarixli, 105 nömrəli Fərmanına əsasən dövlət qulluğunda iş stajı 15 ildən çox olan dövlət qulluqçularına qulluq stajına görə 30 faiz əlavə haqq verilməlidir. Lakin iş materiallarından iddiaçının həmin 30 faiz əlavəni alması öz təsdiqini tapmamışdır. Məhkəmə isə bu məsələni araşdırmadan, iddia tələbini həmin hi ssədə təmin etmişdir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2020-ci il tarixli Qərarı mövcuddur. Məhkəmə həmin qərarı nəzərə almamışdır. b. Kassasiya şikayətinə qarşı etiraz
16. Kassasiya şikayətinə qarşı etirazda göstərilir ki, cavabdeh tərəfindən kassasiya şikayəti müddət ötürülməklə verilmişdir. Ona görə də bu iş üzrə kasasiya mümkün sayılmamalıdır. b. Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının vəkili yazılı etirazın dəlillərini müdafiə etdi, həmçinin kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək apelyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.
18. İşə ba xılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikası Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosi al təminat hüququna malikdir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə
1. Əsas anlayışlar 1.0.1.əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müşyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunanların) onlara əməmk pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığotraolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəmdaşlara aylıq pul ödənişidir. 1.0.15. əmək pensiyasının müəyyən olunması - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7.Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına satmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa gürə əmək pensiyası təyin edilmiş şəxslər istsisna olmaqla) yaşa gürə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərd ə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il okty abrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə
34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tə rəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. 22. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Dövlət qulluğu 2.1 Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Maddə
7. Dövlət orqanı anlayışı 7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan R espublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. 7.2. Dövlət orqanının bölməsi bu orqanın qanunvericilik aktlarında nəzərdə tutulmuş, yaxud müəyyən edilmiş qaydada təsis olunan elə struktur hissəsidir ki, özünə həvalə edilmiş funksiyalar çərçivəsində həmin orqanın səlahiyyətlərinin bir hissəsini həyata keçirir. Maddə
11. İnzibati və yardımçı vəzifələrin təsnifatı (Qeyd hissə) 11-ci maddədə “dövlət orqanlarının aparatı (və ya onların fəaliyyətini təmin edən qurumlar)” dedikdə, dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət ixtisaslaşdırılmış bölmələrini özündə birləşdirən dövlət orqanının struktur vahidi nəzərdə tutulur. Maddə
22. Dövlət məvacibi 22.1 Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə
23. Dövlət qull uqçularının pensiya təminatı 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. 23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. 23.3. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmı ş, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir.
23. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 №-li Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”
4. Dövlət qulluqçusuna xidmətin ikinci ilindən başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq hər ay əlavə haqq ödənilir. Həmin Fərmana əsasən dövlət qulluğunda iş stajı 15 ildən çox olan dövlət qulluqçularına qulluq stajına görə 30 faiz əlavə haqq verilməlidir.
24. Azərbaycan Res publikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə 1.1. Yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Konstitusiyasının 109cu maddəsinin 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır. 1.5. Yerli icra hakimiyyətinin başçısı, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan dövlət büdcəsindən maliyyələşən qurumlar (bundan sonra - yanında olan qurumlar), tabeliyində olan dövlətə məxsus hüquqi şəxslər (bundan sonra - tabeliyində olan hüquqi şəxslər) və mərkəzi icra hakimiyyəti or qanlarının (Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istisna olmaqla) və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları, habelə mərkəzi icra hakimiyyəti orqanlarının sisteminə daxil olan və müvafiq inzibati ərazi vahidində fəaliyyət göstərən qurumlar (bundan sonra - mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları) yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər. Bu bənddə nəzərdə tutulan mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları ikili tabelikdədir - onlar həm müva fiq mərkəzi icra hakimiyyəti orqanına, həm də yerli icra hakimiyyətinin başçısına tabedirlər. 1.7. Müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. 1.8. Yerli icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi (Naxçıvan Muxtar Respublikasında – Naxçıvan Muxtar Respublikasının büdcəsi) və mövcud qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
25. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin x x.xx.2002-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin Nizamnaməsi» 1.2. İdarə Dövlət Tikinti və Arxitektura Komitəsinə tabedir. 1.3. İdarə dövlət sifarişlərini həyata keçirərkən büdcədən maliyyələşdirilmişdir. 1.6. Baş idarə respublika ərazisində tabeçiliyində olan struktur bölmələri üzərində müvafiq dövlət nəzarətini həyata keçirir və icra edici səlahiyyətlərə malikdir. 2.1.2. «e» Baş idarə yaşayış fondunun dövlət uçotu, müxtəlif sifarişlər əsasında tikili və qurğuların texniki inventarlaşdırılması və mülkiyyət hüquqlarının müəyyən edilməsi zamanı, elecə də tikinti və şəhərsalma obyektlərində icra olunan işlər və texniki inventarlaşdırma zamanı qanun pozuntusu aşkar edildikdə qanunvericiliyə uyğun olaraq tədbirlər görür. 2.1.3. «d» Baş idarə yaşayış məskənləri ərazisində və şəhərsalmanın tələbatı üçün ayrılmış torpaqlarda baş planın tələblərinə riayət edilməsinə nəzarət edir. «f» Baş idarə Azərbaycan Respublikasında texniki inventarlaşdırma işlərinə metodik rəhbərlik edir və özəlləşdirilmiş mülkiyyətin texniki inventarlaşdırılmasının və hüquqi qeydiyyat əsasında dövlət uçotunun aparılmasının təşkili və düzgünlüyünə nəzarət edir.
26. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 sentyabr tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991c i il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” 1.15. Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında: nazir, dövlət komitəsinin sədri, nazirin birinci müavini, müavini, dövlət komitəsi sədrinin birinci müavini, müavini, baş idarə, aparıcı idarə, şöbə rəisi, Azərbaycan SSR Dövlət Plan Komitəsinin işlər müdiri, baş idarənin, aparıcı idarənin şöbə rəisinin müavini, Azərbaycan SSR Dövlət Plan Komitəsinin işlər müdirinin müavini, baş idarənin, idarənin şöbə rəisi, müstəqil idarə, şöbə rəisi, işlər müdiri, müstəqil idarə rəisinin müavini, müstəqil şöbə rəisinin müavini, ümumi şöbənin rəisi, bölmə rəisi, sektor rəisi, baş mütəxəssis (iqtisadçı, maliyyəçi, hüquqşünas, mühasib və digər), iqtisadi müşavir, məsləhətçi, rəhbərin köməkçisi, böyük referent, rəhbərin müavininin köməkçisi, katibliyin rəisi, aparıcı mütəxəssis (iqtisadçı, maliyyəçi, hüquqşünas, mühasib və digər) referent, 1-ci dərəcəli mütəxəssis, 2-ci dərəcəli mütəxəssis, böyük mütəxəssis, mütəxəssis (iqtisadçı, maliyyəçi, hüquqşünas, mühasib və digər) 1.17. Rayon (şəhər) X6 icraiyyə komitəsinin aparatında: icraiyyə komitəsinin sədri, icraiyyə komitəsi sədrinin birinci müavini (müavini), icraiyyə komitəsinin katibi (məsul katibi), icraiyyə komitəsinin idarə rəisi, müstəqil şöbənin müdiri, plan komissiyasının sədri, icraiyyə komitəsinin təlim-təşkilati şöbənin rəisi, baş memar, əmək üzrə müvəkkil, icraiyyə komitəsinin idarə r əisinin müavini, müstəqil şöbə müdirinin müavini, plan komissiyası sədrinin müavini, baş memarın müavini, icraiyyə komitəsinin təlim-təşkilati şöbəsi rəisinin müavini, baş rəssam, icraiyyə komitəsi idarəsinin əsas şöbəsinin rəisi, maliyyə şöbəsinin rəisi,ümumi şöbənin rəisi, müstəqil şöbənin əsas sektor rəisi, baş mühasib, baş mühasibin səlahiyyətində olan böyük mühasib, bütün ixtisaslardan olan böyük mühəndislər, böyük memar, böyük iqtisadçı, böyük hüquqşünas, böyük mühasib; icraiyyə komitəsinin yanında həddi-buluğa çatmayan uşaqlarla iş üzrə məsul katib, icraiyyə komitəsinin idarələrinin digər şöbə rəisləri, müstəqil şöbənin digər sektor rəisi (kadr, protokol və digər), bütün ixtisaslardan mühəndislər, memar, iqtisadçi, hüquqşünas, mühasib və digər mütəxəssislər 2.13 Rayon, şəhər X6 (M əclisinin) icraiyyə komitəsinin, rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında, icraiyyə komitəsinin sədri, icraiyyə komitəsi sədrinin müavini, icra hakimiyyəti başçısının 1-ci müavini, müavini), icra hakimiyyəti aparatının idarə və şöbə (ümumi şöbə də daxil olmaqla) müdiri (rəisi), Mülki Müdafiə Qərargahının rəisi, bölmə müdiri, idarənin şöbə rəisi, qəbul otağının müdiri, baş mütəxəssis, böyük məsləhətçi, böyük referent, məsləhətçi, referent, aparıcı mütəxəssis, təşkilatçı, memar, 1-ci dərəcəli mütəxəssis, 2-ci dərəcəli mütəxəssis, mütəxəssis.
27. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dö vlət məvacibinin hesablanması” Qaydaları Bənd
2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Bənd
11. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır.
28. İnzibati icraat haqqında Azərbaycan Respublikasının qanunu: Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borclud urlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə
17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiya sı məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, tərəfin kassasiya şikayəti prosessual müddət örütülməklə verildiyinə görə mümkün sayılmaması barədə iddiaçı tərəfin vəsatətini təmin etməmişdir. Çünki qərarın surətinin tərəflərə gönd ərilməsi barədə xx.xx.2020-ci il tarixli məktub iş materiallarında olsa da, həmin məktubun poçt müəssisəsinə verilməsini təsdiq edən sənəd, cabadehə çatdırılması barədə xəbərnamə və ya qərarın surətinin təqdim olunması barədə qəbz yoxdur. Bu halda qərarın surətinin cavabdehə Azərbaycan Respublikası İPMnin 20-ci maddəsinə uyğun təqdim edildiyi barədə nəticəyə gəlmək olmaz.
31. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyinə baxmayaraq, şikayətin dəlillərindən görünür ki, cavabdeh iddianın təmin olunmuş hissəsindən narazıdır və buna görə də hazırkı icraat çərçivəsində məhkəmə aktının apelyasiya şikayətinin təmin olunmadığı hissədə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab ed ir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. İş materalları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilə qədər Sumqayıt şəhər XDS İK-nın Kommunal Təsərrüfat İdarəsində böyük texnik və mühəndis, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilə qədər Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi X2 Bürosunda mühəndis, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilə qədər Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Rayonlararası Texniki İnventarlaşdırma Bürosunda mühəndis, xx.xx.1989-cu ildən xx.xx.1999-cu ilə qədər Mənzil Kommunal Təsərrüfatı Komitəsinin Baş X3 və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində şöbə rəisi, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə qədər Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində mühəndis, mütəxəssis, şöbə müdiri, xx.xx.2005-ci ildən xx.xx.2018-ci il tarixə qədər hazırki Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müxtəlif vəzifələrdə işləmişdir.
34. İddiaçının əmək fəaliyyəti dövründə böyük texnik, mühəndis, şöbə rəisi, mütəxəssis və şöbə müdiri vəzifələrində çalışdığı yerlər dövlət orqanlarıdır.
35. Qeyd olunmalıdır ki, sovet dövründə mövcud olmuş X6 hazırda İcra Hakimiyyəti olması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərb aycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı» ilə də təsdiq edilmişdir.
36. Eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi xx.xx.2014-cü il tarixli 13/04-61 №-li məktubla Azərbaycan Respublikası Prezidenti yanında X7 üzrə Komissiyasına müraciət edərək, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsinə dövlət orqanı statusunun şa mil olunub-olunmaması barədə rəy verilməsini xahiş etmiş, Komissiyanın 01/xx-xx/0418 №-li xx.xx.2014-cü il tarixli rəyinə əsasən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumunun dövlət orqanı olduğu müəyyən edilmişdir.
37. Göründüyü kimi iddiaçının işlədiyi yerlərin dövlət orqanları olması barədə gəlinən nəticə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin, Azərbaycan Respublikası Dövlət Tikint i və Arxitektura Komitəsinin xx.xx.2002-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin Nizamnaməsinin müvafiq bəndləri və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 sentyabr tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na uyğun dur. İşin bu halı, iddiaçıya təyin olunmuş pensiya növünün dəyişdirilərək, dövlət qulluğuna görə pensiya təyin olunması hüququ verir.
38. Məhkəmə kollegiyası kassatorun iddiaçı tərəfindən əmək haqqına əlavələr alınmadığına görə, iddianın əlavələrə aid hissədə təmin edilməməli olduğu barədə dəlili ilə bağlı göstərir ki, həqiqətən də əmək pensiyası – şəxsin əmək pensiyası təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası kimi verilən ödənişidir.
39. Konstitusiya Məhkəməsi «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" xx xxx 2020-ci il tarixli qərarında da göstərmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddə ası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Pensiyanın yenidən hesablanması barədə mübahisələr üzrə məhkəmə təcrübəsi də məhz bu prinsip əsasında formalaşmışdır.
40. Lakin məhkəmələrin bu iş üzrə iddiaçıya “qulluq stajına görə 30 faiz əlavə haqq nəzərə alınmaqla pensiyasını n yenidən hesablanması” barədə gəldiyi nəticə yuxarədakı prinsiplərə zidd, yəni qulluq stajına görə əlavələri faktiki olaraq almadığı halda həmin əlavələrin nəzərə alınmaqla pensiya hesablanmasını nəzərdə tutmur. Belə ki, baxılan işin xüsusi halı ondan ibarətdir ki, hazırki iddia pensiyanın yenidən hesablanması deyil, “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə barədə, yəni dövlət qulluqçusu kimi pensiya təyin olunması barədə tələbdir. Dövlət qulluqçusu kimi pensiya təyin edilməsi üçün, habelə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün, “Dövlət qulluğu haqqında” Qanunun 23-cü maddəsinə və “Əmək pensiyaları haqqında” Qanunun 20.20.11-ci maddəsinə əsasən iddiaçının minimum qulluq stajı 15 il olmalıdır. Yəni dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır.
41. Cavabdeh ümumiyyətlə iddiaçının müxtəlif dövrlərdə işlədiyi orqanları dövlət orqanı, bəzi hallarda isə dövlət orqanlarında çalışdığı vəzifələri dövlət qulluğu saymır və bu əsasla iddiaçının pensiya növünün dəyişdirilməsindən imtina edir. Buna görə də məhkəmə baxışının predmeti iddiaçının işlədiyi vəzifələrin dövlət qulluğu olub-olmamasını, həmin vəzifələrdə qulluq müddətlərinin iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinin 20.11-ci maddələrinin tətbiqinin mümkün olub olmamasını müəyyən etməkdən ibarətdir.
42. İş materiaları əsasında məhkəmələr iddiaçının Sumqayıt şəhər XDS İK-nın Kommunal Təsərrüfat İdarəsində böyük texnik və mü həndis, Azərbaycan SSR Mənzilkommunal Təsərrüfatı Nazirliyi X2 Bürosunda mühəndis, Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Rayonlararası Texniki İnventarlaşdırma Bürosunda mühəndis, Mənzil Kommunal Təsərrüfatı Komitəsinin Baş X3 və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində şöbə rəisi, Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində mühəndis, mütəxəssis və şöbə müdiri işlədiyi dövrləri dövlət qulluğu kimi müəyyən etmişlər. Bu müddətlər, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində işlədiyi müddətlərlə hesablandıqda 15 ildən çox təşkil edir və ona “Əmək pensiyaları haqqında” qanunun 20.11.2-ci maddəsinin tətbiq olunmasına imkan verir.
43. Habe lə iddiaçıya dövlət qulluqçusu kimi pensiya hesablanarkən, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalarına uyğun olaraq, iddiaçıya ödənilmiş vəzifə maaşı, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatlar, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələr və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlər nəzərə alınmaqla hesablanır.
44. Dövlət qulluqçusunun qulluq stajının hesablanması onun qulluq etdiyi dövlət orqanı tərəfindən həyata keçirilir. Buna müvafiq olaraq, iddiaçıya işlədiyi dövrdə qulluq stajına görə əlavələr hesablanması barədə arayış təqdim edildiyi halda, ona faktiki olara q ödənilmiş olan əlavə haqq pensiya hesablanarkən qulluq stajına görə əlavələr kimi nəzərə alınacaqdır. Yəni məhkəmələrin bu iş üzrə iddiaçıya “qulluq stajına görə 30 faiz əlavə haqq nəzərə alınmaqla pensiyasının yenidən hesablanması” barədə müddəası da, iddiaçının bu barədə işlədiyi dövlət orqanının verdiyi arayış təqdim edəcəyi halda həmin əlavənin hesablanacağını nəzərdə tutur.
45. Hakimiyyət salahiyyətlərinin icrası ilə əlaqədar əlavənin verilməsi barədə iddia rədd edildiyinə görə, bu tələbin əsassızlığı barədə kassatorun dəlilinin araşdırılmasına zərurət yoxdur.
46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1 (103)-721/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.