Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-145/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Cavabdeh Binəqədi Bələdiyyəsinə qarşı (üçüncü şəxslər X12, X7) iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirmədən, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin cavabdeh Binəqədi Bələdiyyəsinə qarşı (üçüncü şəxslər X12, X7) “qərarın etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iş üzrə B akı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2-1(103)-621/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında yerləşən 0,04 ha. torpaq sahəsi 27 may 2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X7 tərəfindən X2. 2. ünvan 1 ünvanında yerləşən 0,04 ha. torpaq sahəsi 31 may 2014-cü il tarixində X9 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır.
3. X12 torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etdikdən sonra məhkəmə qaydasında qeyri-yaşayış binasının eskiz layihəsi əsasında inşa edilməsinə icazə verilməsi barədə sərəncam verilməsinin Bakı şəhər Binəqədi Rayo n İcra Hakimiyyətinə həvalə edilməsi, ünvan 1ndə yerləşən 400 m2 torpaq sahəsinin daş hasara alınmasına yaradılmış maneənin aradan qaldırılması vəzifəsinin Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə iddia qaldırmış və iddia hazırda qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə müraciət edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş X6 Binəqədi rayonu 8-ci mikrorayon H.Hüseynov küşəsində 400 m2 torpaq sahəsinin ayrılmasına dair Binəqədi Bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli 412 nömrəli qərarının etibarsız hesab edilməsini və həmin qərarın hüquqi nəticələrinin ləğv edilməsini xahiş etmişdir.
5. İddiaçı tə ləbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli, 412 nömrəli qərarı ilə Ünvan1 yerləşən 0,04 ha. torpaq sahəsi “sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün” X6 ayrılmışdır. Sözügedən torpaq sahəsinin “sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün” X1, sonradan onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla əlaqədar digər əməliyyatlardan Bakı şəhər İcra Hakimiyyətinin məlumatı olmamışdır. Aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsi qüvvədə olan torpaq qanunvericiliyinin tələbləri kobud surətdə pozulmaqla vətəndaş X mülkiyyətinə verilmişdir. Qeyd edilən torpaq sahəsi Binəqədi Bələdiyyəsinin 15 dekabr 2004-cü il tarixli, 412 saylı qərarı əsasında X6 ayrılm ış və sonuncunun adına keçmiş DTXK-nın Bakı şəhər şöbəsi tərəfindən 11 iyul 2013-cü il tarixində 460469 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədi verilmişdir. Müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsinin X5 adına rəsmiləşdirilməsində və satılmasında X4 X6 oğlunun etibarnamə üzrə nümayəndəsi kimi çıxış etmiş, təmsil etdiyi şəxsin adından öz xeyrinə hərəkət etmişdir. Bu isə X9 vicdanlı alıcı olmasını istisna edir. Beləliklə, sözügedən torpaq sahəsi bələdiyyə torpaq sahəsi olmamış, həmin torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi olmuş və beləliklə Binəqədi Bələdiyyəsi öz səlahiyyətlərini aşmışdır.
6. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2-1(112)-369/2020 nömrəli qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia rədd edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərilən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26 sentyabr 2000-ci il tarixli sərəncamı ilə Binəqədi Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudlarında yerləşir. İddiaçı torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid torpaq sahəsi olmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həm qanuni qüvvəyə minmiş məhkəmə qərardadında, həmin qərardadda istinad edilən Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 27 yanvar 2014-cü il tarixli məktubuna, həm də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 aprel 2017-ci il tarixli məktubuna əsasən ünvan 1ndə yerləşən, hazırda X8 mü lkiyyətində olan, mübahisələndirilən qərarda göstərilən 400 m2 torpaq sahəsi bələdiyyə torpaqlarına aiddir.
8. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2-1(103)-621/2021 nömrəli qərardadına əsasən (sədrlik edən Vidadi Məmmədov, hakimlər Raqib Qurbanov və Vüsalə Baxışova) Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2-1(112)-369/2020 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı 2008-ci ilin avqust ayından aparılan tikinti işləri barədə xəbərdar idi. Lakin o 2004-cü il tarixli aktı 2019-c u ildə mübahisələndirərək iddia müddətini ötürmüşdür.
11. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2-1(103)-621/2021 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. Məhkəmə gəldiyi nəticəni heç bir sübutla əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəyə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsinin gəldiyi nəticəni araşdırmamış, yalnız müddətin ötürülməsinə görə mübahisənin mümkünsüzlüyü qənaətinə gəlmişdir. Buna baxmayaraq, sözügedən torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir və bu baxımdan dövlət mülkiy yətində olan əmlakdan səmərəsiz və qanunsuz istifadəyə yol verilməsi aşkardır və müdafiə olunmalıdır. İşə baxan məhkəmə isə bu halı nəzərə almamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflə rdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-) Maddə
32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. (-) Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirm ə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-) Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. (-) Maddə
58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə gö ndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-) 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
15. Azərbaycan Respublikası Ali Mə hkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli qərar (-) 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (-) 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (-) 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsi nə uyğun yoxlamalıdırlar.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarı Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. (-) Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun Maddə
2. Bə lədiyyə torpaqlarının tərkibi 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. (-) Maddə
6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əs asında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. (-)
18. Azərbaycan Respublikası Prezidentinin 516 nömrəli 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X3 Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə: (-) Bənd: 3.0.8. Dövlət və özəlləşdirilən müəssisələrə məxsus torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq; (-) Bənd: 3.0.16. Tor paqlardan səmərəli istifadə, onların mühafizəsi məsələləri, torpaq islahatı, torpaqla bağlı digər məsələlərin həlli ilə əlaqədar dövlət orqanlarının və bələdiyyələrin torpaq qanunvericiliyinin tələblərinə uyğun gəlməyən inzibati aktlarının ləğv edilməsi barədə müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırmaq. (-) KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYAS İ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
22. Belə ki, hazırkı qərarın 14-cü bəndində göstərilən normaların tələbindən göründüyü kimi inzibati aktın mübahisələndirilməsinə dair iddia həmin aktın təqdim (elan) olunduğu andan 30 gün müddətində qaldırıla bilər. Hazırkı qərarın 15-ci bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə görə məhkəmələr ilk növbədə iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar.
23. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlsə də, iddia müddətinin yoxlanılması za manı prosessual pozuntuya yol vermişdir. Belə ki, iddia müddətinin müəyyən edilməsi zamanı ilk növbədə müddət axımının başlanma anı müəyyən edilməlidir. Hazırkı qərarın 14-cü bəndində göstərilən normaların məzmunundan göründüyü kimi, inzibati aktın mübahisələndirilməsinə dair iddialarda iddia müddətinin axımı həmin aktın təqdim (elan) olunduğu andan başlanmış hesab edilir. Hazırkı iş üzrə isə məhkəmə tərəfindən mübahisələndirilən aktın iddiaçıya hansı tarixdə təqdim (elan) olunması istiqamətində hər hansı araşdırma aparılmamışdır.
24. Bundan başqa, iddiaçının mübahisələndirdiyi Binəqədi Bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli 412 nömrəli qərarı iş materiallarına əlavə edilməmişdir. Həmin qərar iş materiallarına əlavə edilmədən onun qanuniliyinə və ümumiyyətlə iddianın mümkünlüyünə qiym ət verilə bilməz.
25. Hazırkı qərarın 18-ci bəndində göstərilən normaların məzmunundan da göründüyü kimi, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İddiaçı torpaq sahəsinin üçüncü şəxsin istifadəsində verilməsi barədə bələdiyyə qərarının mövcudluğuna istinad edərək onun ləğvini tələb etsə də, həmin qərar iş materiallarında mövcud deyildir.
26. Bundan başqa, hazırkı qərarın 17-ci bəndində göstərilən normaların məzmunundan görünür ki, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Lakin hazırkı işin məh kəmələr tərəfindən araşdırılmış halları ilə mübahisələndirilən sərəncamla üçüncü şəxsin istifadəsinə verildiyi iddia edilən torpaq sahəsinin dövlət mülkiyyəti, yoxsa bələdiyyə mülkiyyəti olması müəyyən edilmir. İşə baxan məhkəmələr tərəfindən bu istiqamətdə araşdırma aparılmamışdır. Halbuki, hazırkı iddianın mümkünlük şərtlərinin yoxlanılması və mübahisələndirilən sərəncamın qanuni olub-olmamasını müəyyən etmək üçün ilk növbədə məhkəmənin qiymət verməli olduğu hal həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması və həmin torpaq sahəsi üzərində cavabdehin sərəncam vermək səlahiyyətinin olub-olmamasına aydınlıq gətirilməlidir. Göstərilən hallar mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb etsə də, məhkəmələr İPM-in 12.1-ci maddəsinin tələblərini pozaraq bu halları araşdırmamışdır. 2
7. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu ilə müraciət etməklə, mübahisəli torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olması sualına aydınlıq gətirə bilərdi. Belə ki, dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtib edilməsi və aparılması həmin orqanın xidməti vəzifəsinə aiddir.
28. Bundan başqa qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16.4-cü bəndinin tələbinə görə, müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun ola raq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aid edilmişdir.
29. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 516 nömrəli 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X3 Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin 3.0.8ci bəndində dövlət və özəlləşdirilən müəssisələrə məxsus torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq, 3.0.16-cı bəndində torpaqlardan səmərəli istifadə, onların mühafizəsi məsələləri, t orpaq islahatı, torpaqla bağlı digər məsələlərin həlli ilə əlaqədar dövlət orqanlarının və bələdiyyələrin torpaq qanunvericiliyinin tələblərinə uyğun gəlməyən inzibati aktlarının ləğv edilməsi barədə müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırmaq Agentliyin fəaliyyət istiqamətinə uyğun olaraq vəzifələri kimi müəyyən edilmişdir.
30. Belə olan halda məhkəmə tərəfindən göstərilən qurumun iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi məqsədəmüvafiq hesab edilir.
31. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2-1(103)-621/2021 nömrəli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
32. İşə təkrar baxan məhkəmə mübahisələndirilən qərarı tələb edərək iş materiallarına əlavə etməli, bundan sonra iddia müddəti ilə bağlı mümkünlük şərtlərinə Ali Məhkəmənin yuxarıda göstərilən hüquqi mövqeyinə uyğun qiymət verməli, mübahisəli torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olmasının müəyyən edilməsi ilə bağlı səlahiyyətli orqana - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu ilə müraciət etməli, həmin sorğuya aldığı cavab əsasında işin hallarına müvafiq hüquq normaları baxımından qiymət verməlidir.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2-1(103)-621/2021 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.