Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-145/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiya məbləğinin sonuncu təminat xərcliyinə görə hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sos ial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “müraciət etdiyi tarixdən təyin edilmiş pensiyanın sonuncu təminat xərcliyinə görə hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 2-1(103)-2137/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş 13 noyabr 2014-cü il tarixli 03 nömrəli məlumat vərəqəsinə əsasən, Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamenti (hazırda- Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial) tərəfindən id diaçıya 08 iyun 2014-cü il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilmişdir.
2. İddiaçı xx.xx.2015-ci il tarixdə yenidən daxili işlər orqanlarında xidmətə başlamış, xx.xx.2022-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi tərəfindən iddiaçı barəsində xx.xx.2022-ci il tarixli məlumat vərəqəsi tərtib olunmuşdur. Həmin məlumat vərəqəsinə əsasən, cavabdehin xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmışdır.
4. İddiaçı pensiyasının sonuncu təminat xərcliyinə görə hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu 07 iyun 2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, pensiya ödənişi cari ilin aprel ayında tam məbləğdə (736,13 manat) bərpa olunmuş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 26444,88 manat pensiya məbləği cari ilin aprel ayından etibarən, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 734,58 manat) pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu səb əbdən də, yenidən xidmətdən ehtiyata buraxılması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Filiala daxil olmuş 25 fevral 2022-ci il tarixli 3534 nömrəli yeni məlumat vərəqəsi əsasında əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi hazırda qüvvədə olan qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş pensiyanın müraciət etdiyi tarixdən sonuncu təminat xərcliyinə görə hesablanması öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, ona hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar olaraq xx.xx.2022-ci ildən əmək pensiyası təyin edilməli və sonuncu təminat xərcliyinə görə hesablanmalıdır. Lakin cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə istinad edərək bildirmişdir ki, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablana bilməz. Bu hal, həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə ziddir. Belə ki, 01 iyul 2017-ci ilədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təy in edilir. 01 iyul 2017-ci ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən isə hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Göründüyü kimi, ilk dəfə əmək pensiyasına çıxarkən 8 iyun 2014-cü il tarixində 01 iyul 2017- ci ilədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.6-cı maddəsinə görə təminat xərcliyi hesablanmışdır. Həmin tarixədək təminat xərcliyinin yenidən təkrar hesablanmasında məhdudiyyət yox idi. Yenidən xidmətə cəlb olunduğuna görə ona pensiya ödənişi 28 fevral 2015-ci il tarixindən dayandırılmışdır. 9 fevral 2022-ci ildə yaşa görə əmək pensiyasına çıxarkən isə 01 iyul 2017-ci ildən qüvvədə olan “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanunun 9.6-cı maddəsinə görə təminat xərcliyi hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.6-cı maddəsində göstərilən “əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır” tələbi 01 iyul 2017- ci ildən sonra yaranan münasibətlərə şamil edilməlidir. Bu tələb ona münasibətdə tətbiq edilə bilməz.
7. Cavabdehin iddia tələbinə yazılı etirazının dəli lləri iddiaçının müraciətindən imtinaya dair məktubun dəlilləri ilə eynilik təşkil edir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 26 yanvar 2023-cü il tarixli, 2-1(112)-1585/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə müraciət edən zaman qüvvədə olan qanunvericiliyin normalarına əsasən, pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçunun əmək pensiyasına qulluq stajına görə əlavənin yenidən son təminat xərcliyinə görə hesablanması istisna edilmişdir. Bu səbəbdən də, cavabdehin iddiaçının müraciətindən imtinası əsaslı olmuşdur. Bundan əlavə, 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikli k edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 1.4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə dəyişiklik edilərək, Qanunun yeni redaksiyası aşağıdakı şəkildə olmuşdur: “9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yet irərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər.” Sözügedən Qanun xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, qanunvericiliyə edilmiş yuxarıda qeyd edilmiş dəyişiklik iddiaçının müraciətindən imtina edilməsindən sonra qanuni qüvvəsini almışdır. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, iddiaçı yuxarıda qeyd edilən qanunvericiliyə edilmiş dəyişikliklərin tələblərinin ona münasibətdə tətbiq edilməsi məsələsinə baxılması üçün cavabdehə ərizə ilə müraciət etməli, müraciəti təmin edilmədiyi təqdirdə, yenidən məhkəməyə müraciət etmək hüququ saxlanılmalıdır.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsind ə icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) 26 iyul 2023-cü il tarixli, 21(103)-2137/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsinin tələblərindən də göründüyü kimi, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır, bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına g örə yenidən hesablana bilər. Göründüyü kimi, iddiaçı cavabdehə müraciət edən zaman qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının sonuncu təminat xərcliyinə görə hesablanması istisna edilmişdir. Bu səbəbdən də, cavabdehin iddiaçının müraciətindən imtinası qanuni və əsaslı olmuşdur.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
14. İddiaçı xx.xx.2014-cü il tarixdə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmış, lakin xx.xx.2015-ci il tarixdə daxili işlər orqanları nda yenidən xidmətə bərpa olunması ilə əlaqədar olaraq xx.xx.2015-ci il tarixdən pensiyası dayandırılmışdır. O, işləyən əmək pensiyaçısı hesab olunmur. xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası, yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsi təminat xərcliyi ilə pensiyaya çıxan, lakin hərbi xidmətini davam etdirən şəxslərin pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Bu normanın məzmunundan göründüyü kimi, həmin normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulmuşdur – şəxsə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilməli, şəxs əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirməlidir. Göründüyü kimi, bu norma əmək pensiyası təyin olunduqdan sonra həm pensiya alan və həm də hərbi xidməti davam etdirən hərbi qulluqçulara aiddir. Həmin normada nəzərdə tutulan təminat xərcliyi ilə bağlı məhdudiyyət ona tətbiq edilə bilməz. Çünki, yenidən xidmətə cəlb edildiyinə görə xx.xx.2014-cü il tarixdə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası xx.xx.2015-ci il tarixdən dayandırılmışdır. Göstərilən tarixdən ona təyin edilən əmək pensiyası da yandırıldığına görə, hərbi xidmətini davam etdirən əmək pensiyaçıları kateqoriyasına daxil olmur.
15. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilir ki, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq, yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə, onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. Qərarda birmənalı şəkildə göstərilmişdir ki, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdi rən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin məzmununa əsasən, əmək pensiyası təyin edilmiş hərbi qulluqçu hərbi xidmətini davam etdirdiyi təqdirdə onun əmək pensiyası yenidən son təminat xərcliyi nəzərə alınmaqla hesablanmayacaq. Bu isə ondan irəli gəlir ki, pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçunun əmək pensiyasına qulluq stajına görə əlavənin yenidən son təminat xərcliyinə görə hesablanması, təminat xərcliyinin əvvəlkindən aşağı olduğu halda pensiyaçının pensiya məbləğinin azalmasına səbəb ola bilər.
16. İddiaçı hesab edir ki, istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instan siyası məhkəməsində inzibati iş materialları ilə tanış olmadan və ətraflı araşdırma aparılmadan formal mülahizələrə əsaslanan qərar çıxarılmışdır. İş üzrə ətraflı araşdırma aparılmış olsa idi, o, pensiyaya çıxdıqdan sonra qüvvəyə minən “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qanun hazırkı mübahisəyə tətbiq olunmaqla iddia təmin edilərdi. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada: Maddə 9.6. Hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərb i xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada: Maddə 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Hazırda (xx.xx.2022-ci il tarixdən)qüvvədə olan redaksiyada: Maddə 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyi n olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. 19. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25- ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbayc an Respublikası Konstitusiya Məhkəməsinin 2 fevral 2022-ci il tarixli qərarı
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkə mə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qəra r qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
24. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan və tərəflər arasında mübahisələndirilməyən halları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2014-cü il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra iddiaçı xx.xx.2015-ci il tarixdə yenidən daxili işlər orqanlarında xidmətə başlamış və xx.xx.2022-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli məlumat vərəqəsinə əsasən, cavabdehin xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə əmək pensiyası yenidən hesablanmışdır.
25. İddiaçı ilk dəfə pensiyaya çıxarkən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunurdu. Həmin normaya xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyə əsasən isə əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Həmin normanın qeyd olunan redaksiyası xx.xx.2022-ci ilədək qüvvədə olmuşdur.
26. İddiaçı hesab e dir ki, ona ilk dəfə əmək pensiyası 2014-cü ildə təyin edilsə də, o, yenidən xx.xx.2015-ci il tarixdə daxili işlər orqanlarında xidmətə başladığından və pensiyası dayandırıldığından “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin xx.xx.2017-xx.xx.2022-ci il tarixləri arasında qüvvədə olan redaksiyasının dizpozisiya şərti - əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmaması ona aid edilə bilməz. Belə ki, o, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçısı olmamışdır.
27. Başqa sözlə, iddiaçının qənaətinə görə, yalnız işləyən hərbiçi əmək pensiyaçılarının, yəni həm hərbi xidmətini davam etdirən, həm də pensiya alan şəxslərin pensiyası sonuncu tə minat xərcliyinə görə deyil, fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə hesablanır. Özü isə əmək pensiyası almadığından, həmçinin o, pensiyaya çıxarkən qanunvericilikdə yenidən təminat xərcliyi əsasında pensiyanın hesablamasına məhdudiyyət olmadığından, onun əmək pensiyası sonuncu təminat xərcliyinə əsasən hesablanmalıdır.
28. Məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçıya 2014-cü ildən yaşa görə əmək pensiyası təyin edildiyindən, o, həmin dövrdən əmək pensiyaçısı sayılır. Onun sonradan, yəni 2015-ci il tarixdə daxili işlər orqanlarında xidmətə başlaması və pensiya ödənişinin dayandırılması onun əmək pensiyaçısı statusuna təsir etmir. İddiaçının 2022-ci ildə sonuncu dəfə əmək pensiyasının yenidən hesablanması zamanı əvvəlki 3 il üç ün ödənişin ödənilməsi də, iddiaçının işlədiyi dövrdə əmək pensiyaçısı olmasını təsdiq edir. Odur ki, iddiaçının “işləyən əmək pensiyaçısı” olmaması ilə bağlı dəlilləri əsaslı hesab edilə bilməz və ““Əmək pensiyaları haqqında” Qanunun 9.6cı maddəsinin xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyasına, o cümlədən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25- ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 fevral 2022-ci il tarixli qərarına əsasən, təminat xərcliyinə görə pensiyanın yenidən hesablanması yolverilməzdi r.
29. Qeyd edilənlərə əsasən və istinad olunan qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni sayılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 21(103)-2137/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.