Məhkəmə qərarları › İş №2-1(102)-1450/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1450/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1450/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1450/2020) Bakı şəhəri xx xxxxxx 2020-ci il Açar söz: dövlət reyestrindən çıxarışın verilməsi Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və X2 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı “torpaq sahəsinə plan ölçüsünün və mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-37/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2000-ci il tarixli 2204 saylı sərəncamı ilə X3 fərdi yaşayış evinin tikintisi üçün Binəqədi rayonun ərazisində 600 kv.m torpaq sahəsi ayrılmışdır və iddiaçı orada ev inşa edərək yaşayır. İddiaçı Azərbaycan Re spublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi yazılacaq) müraciət edərək, Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2000-ci il tarixli 2204 saylı sərəncamı ilə ona verilmiş torpaq sahəsinə dair torpaq sahəsinin plan və ölçü sənədinin verilməsini və bu torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsini xahiş etmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının xahişini təmin etməkdən imtina etmiş və xx.xx.2018-ci il tarixli məktubla ona cavab verərək bildirmişqdir ki, araşdırma zamanı elektron baza məlumatlarına əsasən sözügedən ərazinin fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tu tulmadığı, göstərilən torpaq sahəsinin yaşayış binalarının qarşısında yaşıllıq ərazidə yerləşdiyi müəyyən olunmuşdur. Buna görə də ərizənin təmin olunması mümkün olmamışdır. İddiaçı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinun bu dəlilləri ilə razılaşmamış və ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə dair reyestrdən çıxarış və kadastr planının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2204 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən ona ayrılmış ünvan 1 ünvanda yerləşən 600 kv.metr torpaq sahənin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeyd iyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın və plan və ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Binəqədi rayonu, Mir Cəlal küçəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsində fərdi yaşayış evi tikmiş və həmin evə qeydiyyata da düşmüşdür. Artıq uzun müddətdir ki, həmin evdə yaşayır. Torpaq sahəsi də hazırda onun istifadəsindədir. Müvafiq qaydada sənədlərini toplayıb sözügedən torpaq sahəsinə dair çıxarış və kadastr planının verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh xx.xx.2018-ci il tarixli məktubu ilə sözügedən ərazinin fərdi yaşayış evlər inin tikintisi üçün nəzərdə tutulmadığını və torpaq sahəsinin yaşayış binalarının qarşısında yaşıllıq ərazidə yerləşdiyini bildirərək, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin hərəkəti qanunaziddir və təqdim etdiyi sənədlər ona məxsus evin üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Belə ki, o, fərdi yaşayış evini Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamına əsasən inşa etmişdir. Məhkəmələrin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-1229/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim E.Məmmədov) iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılması təsdiq olunur. Həmçinin Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllışdırma İdarəsi torpaq sahəsinin özəlləşdirilməsinə etirazı olmadığını bildirmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(103)-3024/2018 saylı qərarı ilə (hakimlər S.Seyidova (sədrlik edən və məruzəçi), V.Məmmədov və İ.Əhmədov) birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin olunmamışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq ayrılması haqqında Binəqədi rayon İH başçısının sərəncamının 3.4-cü bəndində obyektin tikintisinə torpaq sahəsi üzərində hüququ təsdiq edən sənəd əldə edildikdən, sahənin eskizi və evin layihəsi müəyyən edilmiş qaydada təsdiq edildikdən sonra başlanılması qeyd edilmişdir. Lakin iş materiallarına əsasən iddiaçının belə bir hüququ əld ə etməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(102)1165/2019 saylı qərarı ilə apelyasiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçının torpaq sahəsinə hüquqlarını qeydiyyata almaqdan cavabdehin imtina etməsinin yeganə səbəbi – göstərilən torpaq sahəsinin yaşayış binalarının qarşısında yaşllıq ərazidə yerləşməsidir. Lakin həmin məsələ apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-37/2020 saylı qərarı ilə (hakimlər M.Tağızadə (sədrlik edən və məruzəçi), Ü.Mayılov və K.Abıyeva) birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tə ləbi təmin olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə aid olmuşdur və torpağın ayrılması barədə sərəncam səlahiyyətli orqan tərəfindən verilməmişdir. Torpaq sahəsi istifadəyə ayrılarkən qüvvədə olan torpaq qanunvericiliyinin tələbinə görə yalnız istifadəyə və ya icarəyə verildiyinə görə Binəqədi İcra Hakimiyyətinin 2204 saylı, xx xxxxxx 2000-ci il tarixli sərəncamı iddia tələbinin təmin edilməsi, yəni daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas ola bilməz. Bundan başqa, Bakı şəhər İcra Hakimiyyəti başçısının 728 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Bakı şəhərində torpaq sahələrinin ayrılması və geri alınması, tikinti işlərinə icazə verilməsi barədə vəsatət qaldırılması və ona baxılması haqqında Əsas namə»nin 1-ci bəndinə görə Bakı şəhərində torpaq münasibətləri və hər cür tikinti işlərinə icazə verilməsi Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə tənzimlənir. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarından kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, Torpaq Məcəlləsinin 46-cı maddəsinin 3-cü bəndi dövlət mülkiyyətində olan torpağın xüsusi mülkiyyətə verilməsini istisna etmir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun «Keçid müddəaları» adlanan 28-ci maddəsində qeyd olunur ki, bu Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş Əsasnamə qəbul edilənə qədər bələdiyyə torpaqları üzrə torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respu blikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Göründüyü kimi 2001-ci ilin iyun ayınadək bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarının mülkiyyətinə torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə təsdiq olunmadığından torpaq sahəsi ayırmağa başlamamışdı və xx xxxxxx 2001-ci il tarixədək vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri ancaq yerli icra hakimiyyəti orqanları tərəfindən istiyadəyə ayrılırdı. Bundan başqa, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2-ci maddəsinə görə Bakı şəhər İH başçısının xx xxxxxx 2000-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Bakı şəhərində torpaq sahələrinin ayrılması və geri alınması, tikinti işlərinə icazə verilməsi barədə vəsatət qaldırılması və ona baxılması haqqında Əsasnamə» Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1999-cu il tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”dən üstün hüquqi qüvvəyə malik ola bilməz. Tərəflərin izahatları: İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci ma ddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Apelyasiya məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 21(103)-37/2020 saylı qərarı əsaslandırarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun, 2.2, 8.0.1 və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddələrinə istinad etmiş, hə mçinin bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 728 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Bakı şəhərində torpaq sahələrinin ayrılması və geri alınması, tikinti işlərinə icazə verilməsi barədə vəsatət qaldırılması və ona baxılması haqqında Əsasnamə»nin 1-ci bəndinə görə Bakı şəhərində torpaq münasibətləri və hər cür tikinti işlərinə icazə verilməsi Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tənzimlənir. Ona görə də mübahisəli torpaq sahəsi ilə bağlı verilmiş sərəncam səlahiyyətli orqan tərəfindən verilməmişdir. Məhkəmə kollegiyası daha sonra bu nəticəyə gəlmişdir ki, belə olan halda, mübahisəli torpaq sahəsi ilə bağlı sərəncam həm səlahiyyətli orqan tərəfindən qəbul edilmədiyindən, həm də torpaq sahəsi ayrılarkən qüvvədə olan torpaq qanunvericiliy inin tələbinə görə dövlət mülkiyyətində olan torpaq sahəsi, yalnız istifadəyə və ya icarəyə verildiyindən Binəqədi rayon İH-nin 2204 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı iddia tələbinin təmin olunması, yəni daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1999-cu il tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 28-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində yerli icra hakimiyyətləri üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək səlahiyyətiləri nəzərdə tutulduğu halda, Bakı şəhər İH başçısının xx xxxxxx 2000-ci il tarixli sərə ncamı ilə təsdiq edilmiş «Bakı şəhərində torpaq sahələrinin ayrılması və geri alınması, tikinti işlərinə icazə verilməsi barədə vəsatət qaldırılması və ona baxılması haqqında Əsasnamə»nin tətbiq olunmasını “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2-ci maddəsinə görə tətbiqinin mümkünlüyünü əsaslandırmamışdır. Ən əsası, baxılan iş üzrə Ali Məhkəmənin xx xxxxx 2019-cu il tarixli qərarında göstərildiyi kimi cavabdehin imtinasının əsasları yoxlanılmalıdır. Doğrudur ki, işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi ekspertiza təyin etməklə araşdırma aparmış, ekspert qarşısında torpaq sahəsinin statusunun müəyyən edilməsi və sözügedən torpaq sahəsinin binanın qarşısında yaşıllıq ərazidə yerləşməsinin müəyyən olunması barədə suallar qoyulmuşdur. Eks pertizanın rəyində ünvan 2 ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin dövlət mülkiyyətində olduğu, yaşayış binalarının qarşısında yerləşdiyi və bu torpaq sahəsində meyvə ağaclarının olduğu müəyyən edilmişdir. Göründüyü kimi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan məsələlər – torpağın statusu və istifadədə olan ərazinin yaşıllıq zonası olması dəqiq müəyyən olunmamışdır. Belə ki, torpağın statusu təkcə torpağın bələdiyyə və ya dövlət mülkiyyətində olmasının müəyyən olunmasından ibarət deyildir. Çünki Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndinə görə torpaq sahəsinin hüquqi statusu - onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənm əni (məhdudiyyətləri) əhatə edir. Göründüyü kimi torpaq sahəsinin hüquqi statusu 3 əsas elementdən: torpağın məqsədli təyinatından; torpaq sahəsi üzərində hüququn formasından; torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənmədən (məhdudiyyətlərdən) ibarətdir. Baxılan iş üzrə də həlledici hüquqi məsələ həm də iddiaçıya ayrılmış torpaq sahəsinin “məqsədli təyinatı”dır. Əgər həmin torpaq sahəsinin məqsədli təyinatı orada fərdi yaşayış evinin tikintisini istisna edirsə, bu hal cavabdehin imtina cavabının doğru olduğunu təsdiq edəcəkdir. Cavabdehin imtina cavabında göstərilən digər hal bu torpaq sahəsinin binaların qarşısında olan yaşllıq ərazidə yerləşməsidir. Yaşıllıq ərazisi ilə bağlı qanunvericilik müəyyən tələblər nəzərdə tutur. Məsələn, Mənzil Məcəlləsinin 35.1-ci maddəsində deyi lir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Torpaq Məcəlləsinin 20-ci maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq, yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərin in müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir. Göstərilən maddi hüquq normaları yaşayış məntəqələrinin hər hansı torpaqlarının, o cümlədən əhalinin ümumi istifadəsində olan torpaqların yerləşdiyi ərazinin yaşayış məntəqəsinin baş planına uyğun istifadə edilməsini tələb edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 68.1-ci maddəsinə görə tikinti işləri ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və sanitariya-gigiyena, habelə yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına uyğun olaraq həyata keçirilməlidir. 68.2-ci maddəs inə əsasən yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 85.4-cü maddəsinə görə tikintiyə icazədə tikinti ərazisində olan ağacların, kolların və digər yaşıllıqların mühafizəsi tədbirləri nəzərdə tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsi iddiaçının istifadəsində olan torpaq sahəsinin “yaşıllıq ərazidə” yerləşməsini müəyyən etməmişdir. Belə ki, ekspert qoyulmuş suala rəyin nəticə hisəsində “mübahisələndirilən torpaq sahəsində meyvə ağaclarının olduğu müəyyən edilmişdir” cavabını vermişdir. Bu cavab yarımçıq cavabdır. İşin düzgün həlli üçün əhəmiyyətli olan cavab iddiaçının istifadə etdiyi torpaq sahəsində meyvə ağaclarının olması deyil, həmin torpaq sahəsinin baş planda “yaşıllıq ərazisi” olub-olmamasıdır (Şəhərsal ma və Tikinti Məcəlləsinin 22.2.3-cü maddəsinə görə baş planda parklar və başqa yaşıllıq əraziləri, çimərlik yerləri, qəbiristanlıqlar göstərilir). Buna görə də torpaq sahəsinin yaşllıq ərazisi olub-olmamasının müəyən olunması zamanı həm də baş plana istinad olunmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası qanununun 1.0.2-ci maddəsinə görə yaşıllıq ərazilərinin anlayışı müəyyən edilərək göstərilir ki, yaşıllıq əraziləri - yaşıllıqların yerləşdiyi və ya yaşıllıq salmaq üçün ayrılmış torpaq sahəsi və ona aid ekoloji mühitdir (məkandır). Həmin Qanuna əsasən yaşıllıqların uçotu və kadastrı, yəni yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər zəruri məlumatların məcmusu aparılır. Azərbaycan Respublik ası Nazirlər Kabinetinin 2018-ci il 15 may tarixli 217 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 1.4-cü bəndinə görə yaşıllıqların uçotu və monitorinqi istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yerli icra hakimiyyəti orqanları, yaşıllıqların kadastrının aparılması isə bu Qaydaya uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. Ona görə də mübahisəli sahənin yaşıllıq ərazisi olub olmaması Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən müəyyən edilməlidir. Həmçinin yaşıllıqların uçotu və monitorinqini aparan subyekt kimi yerli icra hakimiyyətinin nümayəndəsinin də iştirakı təmin olunmalıdır (məhkəmə zəruri sayarsa həmin orqanı üçüncü şəxs qismində işə cəlb etməyə haqlıdır). Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində istinad olunan, iş materiallarının 6-cı səhifəsinə əlavə edilmiş Bakı şəhər İH X1 mübahisəli torpaq sahəsinin özəlləşdirilməsinə etiraz olmadığı barədə xx xxxxxx 2018-ci il tarixli 155 saylı məktubu, torpağa hüququn qeydə alınması üçün əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam araşdırılmamışdır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətl əndirilir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə çox sayda sübutların araşdırılmasına zərurət olduğundan, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti bu səbəbdən qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 95 və 96-cı maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-37/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar