Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1450/2021 04.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iştirakı ilə ) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (kompensasiyanın ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi ilə, iddiaçının nümayəndəsi Telman Əliyevin və vəkili Vəkil1, cavabdehin vəkili Vəkil3, üçüncü şəxsin nümayəndəsi Anar Əsədovun və vəkili Ülvi Quliyevin iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-397/2021 nömrəli iş üzrə 20.04.2021-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kasasiya şikayətlərinə əsasən işə 04 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu Süleyman Rəhimov küçəsi, dalan 1, 6-da ümumi sahəsi 48 kv.m olan evin sökülməsi nəticəsində iddiaçıya 146100 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciə t etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin seriya RX ******* nömrəli, 27.01.2015-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən 20.10.2016-cı il tarixdə heç bir qanuni əsas olmadan, bildiriş və xəbərdarlıq etmədən iddiaçıya məxsus mülkiyyətini söküb dağıtmış, söküntü zamanı ev əşyaları dağıntılar altında qalmış yararsız hala düşmüşdür. Bakı şəhəri, Yasamal rayonu Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı ev 1(bir) mərtəbəli, 3 otaqdan ibarət olmuşdur. İddiaçı ona vurulmuş zərərin m əbləğini aşagıdakı kimi müəyyən etmişdir: 28.9 kv.m yaşayış sahəsinə görə ( 28.9 km.x2500=) 72.250 manat, 19.3 kv.m yardımçı sahəsinə görə 2000 (iki min) manat (19.3 x 2000=)38.600 manat; Azərbaycan Respublikası Prezidentinin 689 saylı, 26.12.2007-ci il tarixli Fərmanının 2.3-cü bəndinin tələblərinə əsasən 20% miqdarında satınalma qiymətinə əlavə haqq, 13.100x20%=23.850 manat, yeğanə yaşayış sahəsinin dağıdıldığına görə 20.10.2016-cı ildən başlayaraq kirayədə qaldığı üçün hər ay 350 manat kirayə haqqı -24ay x350 manat=8400 manat, kirayə haqqının qətnamə qəbul edilən tarixə hesablanmasını, vəkilin xidmətinə görə 3000 manat ödənilmiş məbləğin, cəmi 146100 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Yasamal Rayon İH-nin üzərinə qoyulmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkə mə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 10.12.2019-cu il tarixli, 2-1(81)1768/2019 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulan ziyanın əvəzi olaraq 96400 manat kompensasiya cavabdeh Bakı şəhər Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəllənin 21, 152.1, 210, 211-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 1.2, 2.0.5, 2.0.6, 10.1, 11.1, 11.2, 19.1-ci maddələrinə, İPM-nin 58.7, 68.1, 68.2 -ci maddələrinə əsaslanmışdır.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 10.12.2019-cu il tarixli, 2-1(81)-1768/2019 nömrəli qərarın qismən təmin edilmiş hissəsində ləğv edilməsi, qərarın qismən rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.04.2021-ci il tarixli, 2-1(103)-397/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Aida Hüseyn və Vidadi Məmmədov) qərarı ilə cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 10.12.2019-cu il tarixli, 2-1(81)-1768/2019 nömrəli qərarı mübahisələndirilən - kompensasiya ödənilməsi hissəsind ə dəyişdirilməsi, Bakı şəhəri, Yasamal rayonu Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulan ziyanın əvəzi olaraq 72 300 (yetmiş iki min üç yüz) manat kompensasiya cavabdeh Bakı şəhər Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüquq normaları, həmçinin Nazirlər Kabinetinin 572 nömrəli, 29.12.2018-ci il tarixli qərarının müddəalarını tətbiq etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılrmışdır ki, məhkəmə kollegiyasinin diqqətinə çatdırır ki, iddiaçi İddiaçı cavabdeh tərə findən sökülənə kimi, sonuncunun razılığı ilə mülkiyyətində olan 1 otaqlı evdə əlavə tikililər aparmaqla, mənzili 3 otaqdan ibarət etmişdir. Həmin 3 otaq onun mülkiyyətində olmuşdur.
9. İş materialları ilə müəyyən edildiyi kimi iddiaçıya məxsus fərdi yaşayış evinin ümumi sahəsi 48,2 kv.m. olmuşdur.
10. Qərarda yazılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, 29.12.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, "Sovetski" adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planma uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması həyata keçirilir.
11. Qərarda göstərilmişdir ki, qeyd edilən layihə ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "Azər Experf' MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi və eyni məzmunlu işlər üzrə formalaşmış məhkəmə praktikasına əsasən mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilməsi müəyyən olunmuşdur.
12. Qərarda qanunsuz və əsassız olaraq göstərilmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin hər kvadrat metri 1500 manatdan hesablanmaqla kompensasiya ödənilməlidir. Hazırkı iş üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin hər kvadrat metri üçün 1500 manat hesablanmaqla 48,2 kv.m. x 1500 manat = 72.300 manat (yetmiş iki min üç yü z- manat)-kompensasiya məbləği ödənilməlidir.
13. Lakin apelyasiya məhkəməsinin məhkəmə kollegiyası unutmuşdur ki, 2016-cı ildən bəri Azərbaycan manatı 3 dəfə infilyasiyaya uğramış və dəyərini 3 dəfə itirmişdir. 2016-cı ildə olan 96.400 manatın dəyəri, 2021-ci ilə olan dəyərlə eyni sayıla bilməz.
14. Məhkəmə kollegiyasının diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin verdiyi Seriya RX ******* nömrəli, 27.01.2015-ci il tarixli Çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətində olmasına baxmayaraq, Cavabdeh 20.10.2016-cı ildə, yəni 04 il 06 ay bundan əvvəl heç bir qanuni əsas olmadan, yəni iddiaçıya bildiriş göndərmədən, xəbərdarlıq etmədən, tərəflə razılaşma olmadan, müqavilə bağlamadan, əmlakın dəyəri qabaqcadan, bazar qiymətinə uyğun və ədalətli şəkildə ödənilmədən, səlahiyyət həddini aşaraq, tutduğu vəzifədən sui-istifadə edərək, iddiaçıya məxsus mülkiyyətini vəhşicəsinə söküb dağıtmış, söküntü zamanı ev əşyaları dağıntılar altında qalmış və yararsız hala düşmüşdür. İddiaçının bütün ev əşyaları, bütün əmlakı evin söküntüləri altında qalıb məhv olmuşdur. Lakin məhkəmə işin bu hallarına əhəmiyyət belə verməmişdir.
15. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(103)-397/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qərarın qəbul edilməsini, i şi təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılrmışdır ki, apelyasiya məhkəməsinin qəbul etdiyi qərarda iddiaçıya 48,2 kv.metr sahənin məxsus olmasını hansı mötəbər sübutlara istinad etməsini əsaslandırmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibatiProsessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin, hakim işin faktiki hallarını araşdırmadan iddiaçının sahəsini müəyyən etmək üçün iddiaçının məhkəməyə təqdim etdiyi 13 sayl ı Hüquq Məsləhətxanasının sorğusuna cavab olan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin təqdim etdiyi 20.02.2015-ci il tarixli cavab məktubu ilə kifayətlənərək öz qərarında həmin məktuba istinad etmişdir. Halbuki, sözügedən məktubda iddiaçıya məxsus sahənin ümumi sahəsi 20,6 kv.metr göstərilmişdir. Məhkəmə hansı əsaslarla və hansı mötəbər sübutlara əsaslanaraq iddiaçıya məxsus yaşayış sahəsinin 48,2 kv.metr olduğunu müəyyən etməsi barədə əsaslandırılmış hüquqi mövqe əks etdirmədən səhv qərar qəbul etmişdir.
17. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən iddiaçının mülkiyyətində 48.2 kv.m. deyil, 10 kv.m sahəsi olan 1 otaq olmuşdur.
18. Beləliklə, məhkəmə maddi hüquq nor malarının pozuntusuna yol verərək işin iddiaçının xeyrinə həll olunması üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 210cu maddələrinə istinad etmişdir. Halbuki, iddiaçıya alan orqan tərəfindən hər hansı zərər vurulmamışdır, çünki iddiaçıya və onun qardaşı olan Telman Əliyeva mülkiyyətlərində olmuş sahələrə görə daha artıq kv.metr sahəyə malik olan ev verilmişdir.
19. Bundan başqa, Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 11 və 12-ci maddələrində nəzərdə tutulan qanun və məhkəmə qarşısında bərabərlik, həmçinin işin hallarının araşdırılması prinsiplərinə əməl etmədən qərar qəbul etmişdir.
20. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(103)-397/2021 nömrəli qə rarının ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 20.04.2021-ci il tarixli qərarının ləğv edilməsini və işin apelyasiya məhkəməsinə göndərilməsi barədə qərarın qəbu l edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
23. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi T.Əliyev də vəkili Vəkil1 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 20.04.2021-ci il tarixli qərarının ləğv edilməsini, işin apelyasiya məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
24. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil3 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayə tinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 20.04.2021-ci il tarixli qərarının ləğv edilməsini və işin apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
25. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Ü.Quliyev öz çıxışında cavabdehin kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 20.04.2021-ci il tarixli qərarının ləğv edilməsini, və işin apelyasiya məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini, iddiaçının isə kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 20.04.2021-ci il tarixli qərarnın isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
26. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi A.Əsədov da vəkili Ü.Quliyevin çıxışına uyğun izahat verərək, cavabdehin kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 20.04.2021-ci il tarixli qərarının ləğv edilməsini, və işin apelyasiya məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini, iddiaçının isə kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 20.04.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
27. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab ed ilmişdir.
28. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
29. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin vəkilinin, üçüncü şəxsin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının və cavabdehin kasasiya şikayətləri təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 20.04.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir.
30. Azərbaycan Respublikas ının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
32. Məhkəmə kollegiyası qe yd edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən inzibati mübahisələrə dair qəbul edilmiş əksər qərarlarında inzibati mübahisələrinin düzgün həll edilməsində İPM-nin 12.1, 58.7, 68.2-ci maddələrinin müddəalarının tətbiqinin xüsusi əhəmiyyət kəsb etdiyi dəfələrlə vurğulanmışdır.
33. Belə ki, İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
34. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
35. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkə mə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Lakin apelyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən İPMnin 12.1, 58.7, 68.2-ci maddələrinin tələblərinə riayət etməmişdir.
37. Belə ki, iddiaçının iddia ərizəsindən göründüyü kimi, iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* nömrəli, 27.01.2015-ci il tarixli çıxarışa əsaslanaraq Bakı şəhəri, Yasamal rayonu, Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evinin 48,2 kv/m ümumi sahəsinin onun mülkiyyətində olduğunu göstərmiş və məhz həmin ölçüdə olan cavabdeh tərəfindən sökülmüş fərdi yaşayış evinin k ompensasiya pulunun ona ödənilməsi tələbini irəli sürmüşdür.
38. Qeyd edilməlidir ki, istər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya məhkəməsi hazırkı mübahisəni həll edərkən kompensasiya məbləğini, iddiaçının iddia ərizəsində sözügedən fərdi yaşayış evinə dair göstərdiyi 48.2 kv.m ölçüsünü əsas götürmüşdür.
39. Lakin bununla əlaqədar olaraq qeyd edilməlidir ki, işin 7-ci səhifəsində olan və iddiaçının istinad etdiyi yuxarıda göstərilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi, həmin çıxarışın “Hüquq sahibləri” adlanan hissəsində İddiaçı başqa (iddiaçının payı 1 otaqdır), hüquq sahibləri olaraq daha 3 nəfərin X1 (payı 1 otaq), X3 (1 otaq) və X2 (1 otaq) soyadı qeyd edilmişdir.
40. Həmçinin həmin çıxarışın “Fərdi yaşayı ş evinin əsas göstəriciləri” adlanan hissəsində ümumi sahə 48,2 kv.m kimi göstərilmiş, iddiaçıya məxsus ümumi sahə 26.1 kv.m, yardımçı sahə 15,9 kv.m olaraq yazılmışdır.
41. Başqa sözlə, sözügedən 4 nəfərin paylı mülkiyyətində olan fərdi yaşayış evinin ümumi sahəsi 48,2 kv metrdir və iddiaçıdan başqa 3 nəfərin ümumi sahəsi 48,2 kv.m. olan fərdi yaşayış evinin sökülməsi ilə bağlı kompensasiya ödənilməsi iddiası ilə çıxış etməsi ilə əlaqədar iddiaçıya onlar tərəfindən hər hansı bir hüquq verilməsi iş materiallarından görünmür.
42. Hətta qeyd edilməlidir ki, sözügedən evin dörd payçılarından biri olan X4 ilə Bakı şəhəri, Nərimanov rayon icra Hakimiyyəti arasında 30 iyun 2016-cı ildə dəyişmə müqaviləsi notariat kontorunda bağlanmış və həmin dəyişmə müqaviləsinə əsasən T.A.Əliyev adıçəkilən fər di yaşayış evinin 1 otağını (yaşayış sahəsi 8,0 kv.m) Nərimanov rayon İcra Hakimiyyətinin mülkiyyətinə vermiş, əvəzində Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən T.A.Əliyevin mülkiyyətinə Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi, ev 9, 94 nömrəli mənzilində yerləşən 35,24 kv.m. ibarət olan yaşayış sahəsi verilmişdir.
43. Lakin apelyasiya instansiyası məhkəməsi işdə olan həmin mötəbər sübutları nəzərə almamış, bunları araşdırmamış, eyni zamanda isə, sözügedən fərdi yaşayış evinin iddiaçıdan başqa olan 3 nəfərin-Ş.Rəsulova, T.Əliyev və A.Əliyevi üçüncü şəxs qismində cəlb etməmişdir.
44. Belə olan halda məhkəm kollegiyası hesab edir ki, kasasiya şikayətləri təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının 20.04.2021-ci il tarixli qərarı ləğv edilməli, iş baxılması tək rar üçün apelyasiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin və iddiaçının kasasiya şikayətləri təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.04.2021-ci il tarixli, 2-1(103)-397/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.